Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-946/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabiltasiya Müəssisəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu, (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabiltasiya Müəssisəsinin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7207/2022 nömrəli, 02 noyabr 2022-c i il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə paylayıcının müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iste hlakçı müəssisəyə G400 markalı, 81009652 nömrəli, turbin tipli “Elster” qaz sayğacı quraşdırılmışdır. 23 aprel 2021-ci il tarixdə həmin sayğac çıxarılaraq dövlət yoxlanılmasının aparılması məqsədilə Metrologiya Departamentinə göndərilmişdir. 01 iyul 2021-ci il tarixdə qaz sayğacının daxili və xarici müayinəsi keçirilmiş və bununla bağlı akt tərtib edilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 09 iyul 2021-ci il tarixli akta əsasən, qaz sayğacının müayinəsi zamanı sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, sönmə tarixinin 01 iyul 2019cu il olduğu, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 269 822 kub metr qazın həcminin elektron hissədə qeyd edilmədiyi aşkar olunmuşdur. 3. 30 iyul 2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfind ən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir.
4. Abonent saldosuna əsasən, abonent 2019-cu il ərzində 40.777 manat, 2020-ci il ərzində 36.842,77 manat, 2021-ci il ərzində 55.424,23 manat məbləğində vəsaitlər ödəmişdir. Abonentin 2021-ci ilə 62.753,75 manat borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-pirşağı yolu, 1-ci km 33 ünvanında quraşdırılan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi publik hüquqi şəxsə əsassız hesablanmış 62.753,75 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-pirşağı yolu, 1-ci km 33 ünvanında yerləşən publik hüquqi şəxsə cavabdehin əməkdaşları tərəfindən 30 iyul 2021- ci il tarixdə cərimə hesablanaraq akt tərtib edilmişdir. Həmin aktda qeyd olunan rəyə əsasən qaz sayğacının daxili çirkli olduğundan korrektor sönmüş, batareya gərginliyi 0V-a düşdüyündən arxivlər pozulmuş və nəticədə 251015 kub metr qaz həcminin uçotu aparı lmamışdır. Uçota aparılmamış qazın dəyəri 62753.75 manat hesablanmışdır. Sayğac qapalı məkanda və qoruyucu vasitədən istifadə olunaraq mühafizə olunur. Mütəmadi olaraq hər ay İB-nin əməkdaşları tərəfindən yoxlanılan qaz sayğacında akt tərtib olunan tarixədək hər hansı nasazlıq və çirkliliklə bağlı fakt aşkarlanmamışdır.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz edərək və iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-5204/2022 nömrəli iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən iddiaçı Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin **********00064 saylı abunə ko duna hesablanmış 62.753,75 manat məbləğində borcun silinməsi, Cavabdeh İB-dən 278.26 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2019-cu ildən 2021-ci ilin aprel ayınadək olan müddət ərzində sayğacın elektron göstəricisində nasazlıq olduğundan sərf edilmiş qazın həcmi düzgün qeyd edilməmişdir. Hazırkı halı əsas gətirərək cavabdeh iddiaçıdan 62.753,75 manat pul tələb etmişdir. İstehlakçı olan iddiaçının sayğacın işlək vəziyyətdə olmadığını müəyyən etmək imkanı olmamışdır. Belə ki, iddiaçı texniki cəhətdən bu sahə üzrə mütəxəssis deyildir və iddiaçı tərəfindən aparılmış ödənişlər də belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bunun əksinə is tehsalat birliyinin nümayəndələri qanunvericiliyin tələbinə əsasən ildə bir dəfə sayğacı yoxlanışdan keçirmiş olsaydılar, sayğacda olan nasazlıq daha tez aşkarlanmış ola bilərdi. Beləliklə, sayğacın elektron göstəricisinin sərfiyyatı düzgün hesablamaması və bu səbəbdən istehlakçıya borc yazılmasında istehlakçının hər hansı təqsiri müəyyən edilməmişdir. Bunun üçün də istehlakçının hesabına yazılmış 62.753,75 manat borc onun hesabından silinməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6-2.1-ci bəndi, Mülki Prosessual Məcə llənin 88, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, akt iddiaçının qanunazidd hərəkətləri nəticəsində tərtib edilmiş, daha sonra həmin akt əsasında tələbnamə təsdiq edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7207/2022 nömrəli mülki iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, 2019-cu ildən 2021-ci ilin aprel ayınadək olan müddət ərzində sayğacın elektron göstəricisində nasazlıq olduğundan sərf edilmiş qazın həcmi düzgün qeyd edilməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2019, 2020 və 2021-ci il ərzində ödənişlərini etmişdir, bununla da iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Belə olan halda məhkəmə haqlı olaraq göstərmişdir ki, sayğacın elektron göstəricisinin sərfiyyatı düzgün hesablamaması və bu səbəbdən istehlakçıya borc yazılmasında istehlakçının hər hansı təqsiri müəyyən edilməmişdir.
15. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçın ın adına olan saldodan müəyyən edildiyi kimi, iddiaçı tərəfindən 2017-ci ildən 2022-ci ilin iyul ayınadək (saldo ilə əhatə olunan dövr) eyni aylarda təqribən eyni həcmdə təbii qaz istehlak olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, sayğacda hər hansı nasazlığın baş verməsi həmin dövr üçün (xx.xx.2019xx.xx.2021) qazdan istifadənin həcminə heç bir təsir göstərməmişdir.
16. İddiaçının hazırkı tələbi haqlı olduğundan, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB istehlakçını təbii qazla təmin etmiş və abonentin qaz təminatı sayğac düzgün işləməyən dövrdə (sayğacın elektron göstəricisi 06.2019-cu il tarixdən 04.2021-ci il tarixədək işləməmişdir) belə dayandırılmamışdır. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində bu halı araşdırmamış və maddi hüquq norması düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.1-ci bəndinə istinad edərək maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd olunan maddədə sayğacların müayinəsinin aparılması barədə müddəalar öz əksini ta pmamışdır. Lakin, məhkəmə bu müddəanı həm də sayğacların müayinəsi kimi qəbul etmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində hüquq normalarından biri kimi, QİQ-nın 5.4-cü bəndinə ümumiyyətlə istinad etməmişdir. Məhkəmə qaz sayğacının işləmədiyi dövrdə qazın dəyəri üzrə hesablaşmaların aparılmasının mümkün olması müddəasını nəzərdən qaçırmışdır. Qaydaların 5.4-cü bəndindən aydın olur ki, qaz sayğacının işləmədiyi dövrdə qazın dəyəri üzrə hesablaşmalar aparıla bilər. Belə olan halda, məhkəmə bu iş üzrə ekspertiza təyin etməli faktiki sərfiyyata görə hesablanmalı olan borc məbləğini müəyyən etməli olduğu halda bunu etməmiş, əvəzində isə hesablanmış bütün borc məbləğini silməklə konkret dövr üzrə istehlak olunmuş və dəyəri ödənilməmiş borc məbləğini silmişdir. Bununla da məhkəmə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Hər bir halda əgər məhkəmə sərfiyyata görə hesablanmış borc məbləğini artıq hesab etmişdirsə belə bunu qətnamədə qanuni əsaslarla göstərməli idi. Məhkəmə bu hala qiymət verməməklə iş üzrə ədalətli qətnamə qəbul etməmişdir. İddiaçı tərəf olaraq qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də bununla bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə işə baxarkən qeyd olunan hallara qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
21. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qan unu 23. 6-2.1-ci bəndi. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan ye tkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
24. Maddə 13, 9-cu bəndi. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qa z paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. MPM
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmi ş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7207/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.