Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-948/2023 30.01.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7034/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və ona məxsus pilləkənin bərpası» tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qarada ğ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı evdə yaşayan Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş, evinin qarşısındakı pilləkəninin altında tikilmiş təzə tikilinin sökülməsi, pilləkənin bərpa olunması və evinə dəyən ziyana görə 20.000 manat, mənəvi ziyana görə 10.000 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022 nömrəli mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim X2) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanda inşa edilmiş tikili İddiaçı məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə Cavabdeh hesabına sökülməsi, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə Cavabdeh tərəfindən yaradılmış süni maneələr ara dan qaldırılması, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2520 manat Cavabdeh İddiaçı xeyrinə tutulması, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulması və ödənilmiş dövlət rüsumunun qalan hissədə İddiaçı aid edilməsi və iddanın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7034/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin vəkili Vəkil apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, kassasiya şikayətində maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə, həmin normaların düzgün tətbiq edilməməsinin n ədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmçinin elektron qaydada verilmiş kassasiya şikayətindən görünür ki, kassasiya şikayətini elektron qaydada cavabdeh özü imzalamış, elektron kabi netə cavabdehin nümayəndəsi kimi ( halbuki xx.xx.2022-ci il tarixli etibarnamə məhkəmə orqanlarında təmsil etmək üçün verilməmişdir) Z.L. Paşayev tərəfindən imzalanmış kassasiya şikayətinin PDF variantı əlavə edilmişdir. Lakin hər iki variantda kassasiya şikayətində cavabdehin vəkili Vəkil imzası mövcud deyildir. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmçinin elektron kabinetə 50 manat dövlət rüsumunun kart vasitəsilə ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin qəbzdə dövlət rüsumunun ödənilməsinin yoxlanılmasına imkan verən məluma tlar əks olunmadığına görə, Hökumət ödəniş portalında həmin ödənişin edilib-edilməməsini yoxlamaq mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, 408.1.3-ci maddəsinə görə kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya məhkəməsi tərəf indən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407.3, 408.1.1, 408.1.3 və 408.1.5 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7034/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-948/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-948/2023
30.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver