Məhkəmə qərarları › İş №2(102)-949/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-949/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-949/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: X1yə görə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi və vurulmuş maddi ziyana görə pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(103)-5745/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin şikayətinə 08 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “abonent”) mülkiyyətində iki fərdi yaşayış evi olmaqla, hər bir evə ayrıca abonent kodu verilmiş və ayrıca sayğac quraşdırılmışdır.. 2. "xxxx" ASC-nin (bundan sonra “cavabdeh” və ya "xxxx") əməkdaşları tərəfindən 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, *** saylı akta əsasən ünvan 1 ünvanında “X1 Qaydaları”na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacının ekran tablosunda L1 və L3 gərginlik işarələri itmişdir. Belə ki, sayğac 1 və 3-cü fazadan gərginliyi görmədiyi üçün həmin fazalardan axan yükü hiss etmir. Aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsi aktı imza etməkdən imtina etmişdir. 3. 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, *** saylı akt əsasında tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027471 saylı akta əsasən sayğacın 559930 nömrəli dövlət möhürü və ******* nömrəli alt qapaq möhürü pozulmuşdur. Sayğacın daxilinə baxış zamanı “A” və “C” fazalarının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablayır. Sayğac istismara yararsızdır. Həmin akta əsasən abonentə 13658,06 manat əlavə sərfiyyat hesablanmışdır.

4. Cavabdehin əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarix də tərtib edilmiş NDM seriyalı 038094 saylı akta əsasən ünvan 17 ünvanında “X1 Qaydaları”na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacın L2 işarəsi ekran tablosundan görünmür. Bu halda sayğac “B” fazasından axan yükü hiss etmir. Elektrik sayğacının dövlət və alt qapaq möhürlərində müdaxilə izləri vardır. Akt abonentin nümayəndəsi (iddiaçının əri) N.Mürsəlov tərəfindən imzalanmışdır. 5. 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı, 038094 saylı akt əsasında tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027472 saylı akta əsasən sayğacın 511556 nömrəli dövlət möhürü pozulmuşdur. Sayğacın daxilinə baxış zamanı “B“ fazasının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablayır. Sayğac istismara yararsızdır. Həmin aktla 5200,39 manat sərfiyyat hesablanmışdır

6. Beləliklə, bir akt üzrə 13658,06 manat, digər akt üzrə 5200,39 manat olmaqla, ümumilikdə 18858,45 manat borc hesablanmışdır

7. İddiaçının əri X5 tələb olunan borc məbləğlərini ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq ona məxsus ünvan 1 ərazisində yerləşən və abunə hesabı ****** olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli, NDM *** nömrəli akt əsasında hesablanmış 13658 manat və abunə hesabı **********00457 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli NDM 038094 nömrəl i akt əsasında hesablanmış 5200 manat cərimə borcunun qanunsuz və əsassız hesab edilərək abunə hesablarından silinməsi, həmçinin qeyd olunan aktlara əsasən hesablanaraq onlara məcburi qaydada ödətdirilmiş ümumilikdə 18858 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat, cəmi 19158 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həyat yoldaşı X2 birlikdə 2013-cü ildən mülkiyyət hüququ əsasında özünə məxsus olan ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evləri 2008-ci ildə inşa edilməyə başlanmış və elə həmin ildə də evlərinə həyat yoldaşı X2un adına ******** saylı abunə hesabı açılmış və elektrik sayğacı quraşdır ılmışdır. Həmin vaxtdan hər ay evlərində sərf edilmiş elektrik enerjisinin dəyəri sayğac əsasında qeydə alınmış sərfiyyatlar əsasında ödənilmişdir.

10. Bundan başqa, həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən və yenə mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış 0,6 ha torpaq sahəsində 2014-cü ildə inşa edilmiş və faktiki olaraq övladının yaşadığı fərdi yaşayış evi də, elə həmin ildən iddiaçının adına **********00457 saylı abonent hesabı açılmaqla elektrik sayğacı ilə təchiz edilmiş və həmin vaxtdan da bu evdə də sərf olunmuş elektrik enerjisinin dəyəri sayğac göstəriciləri əsasında qeydə alınmış aylıq sərfiyyatlara uyğun olaraq ödənilmişdir.

11. Cavabdehin bir qrup əməkdaşı 22 fevral 2024-cü il tarixdə iddiaçının yaşadığı ünvana gələrək guya küçədə quraşdırılmış elektrik say ğacına müdaxilə olunduğunu bildirməklə, laboratoriyada yoxlanılması üçün sayğacı aparacaqlarını bildirdilər. Həmin vaxt tərəflərindən sayğaca heç bir müdaxilə olunmadığını bildirsələr də, cavabdehin nümayəndələri buna məhəl qoymadan iddiaçının əri X2un adına olan ******** saylı abunə hesabı üzrə xx.xx.2024-cü il tarixli *** nömrəli akt tərtib edərək ərazidən getmişlər. Həmin gün bir neçə saat sonra cavabdehin başqa əməkdaşları gələrək “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ***** nömrəli protokol tərtib etməklə sayğacı küçədə quraşdırıldığı yerdən çıxarıb yenisi ilə əvəz etmişlər. Bundan iki gün sonra, yəni 24 fevral 2024-cü il tarixdə cavabdehin təxminən 5-6 nəfər əməkdaşı xüsusi texnika ilə iddiaçının yaşadıqları ünvana gələrək xx.xx.2024-cü il tarixli *** nömrəli akt əsasında 13658,06 manat cərimə borcu hesablanması barədə bildiriş təqdim edərək borcun təcili olaraq ödənilməsini, ödənilməyəcəyi təqdirdə evlərinin elektrik təchizatının dərhal dayandırılacağını bildirmişlər. Onlar buna etiraz etsələr də, cavabdehin əməkdaşları elektrik enerjisinin dayandırılması üçün əraziyə xüsusi texnika (kran) gətirdikdən sonra iddiaçının əri N.Mürsəlov iddiaçının həmin vaxt kəskin qrip xəstəliyinə yoluxduğundan və eyni zamanda digər xəstəliklərdən də əziyyət çəkdiyindən soyuq havada vəziyyətinin daha da ağırlaşmasından ehtiyat edərək təqdim olunan cərimə məbləğini ödəmək məcburiyyətində qalmış və elə həmin vaxt da hökumət ödəniş portalı vasitəsi ilə 13658 manat pul vəsaitini cavabdehə ödəmişdir.

12. Cavabdehin qanunsuz olaraq hesab ladığı qeyd olunan məbləğdə pul vəsaiti onlara məcburi ödətdirildikdən sonra cavabdehin əməkdaşları elə həmin gün qonşuluqda yerləşən iddiaçının adına **********00457 saylı abonent hesabı olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca da guya müdaxilə edildiyini bildirərək xx.xx.2024-cü il tarixli akt və həmin tarixli “məişət istehlakçılarında sayğacların dəyişdiriməsi, yoxlanılması və quraşdırılması haqqında” ***** nömrəli protokol tərtib etməklə sayğacı küçədə quraşdırıldığı yerdən çıxarıb yenisi ilə əvəz edib, çıxarılan sayğacı özləri ilə aparmışlar. 26 fevral 2024-cü il tarixdə isə cavabdehin nümayəndələri yenə yaşadıqları evə gələrək sonuncu sayğaca görə də həmin evə 5200 manat cərimə hesablandığını və həmin cərimənin də təcili olaraq ödənilməyəcəyi təqdirdə hər iki evin elektrik təch izatını dayandıracaqlarını bildirib, həmin məbləğin də ödənilməsini tələb etmişlər. İddiaçının əri yuxarıda qeyd olunan səbəblərdən məcburiyyət qarşısında qalaraq tələb olunan 5200 manat məbləği də cavabdehə ödəmişdir. 13. "xxxx" təbii inhisarçı mövqeyindən sui-istifadə edərək sözügedən hərəkətləri ilə iddiaçının istehlakçı hüquqlarını kobud şəkildə pozmaqla üzərlərinə qanunsuz və əsassız öhdəlik qoymuşdur. Qeyd olunan ünvandakı fərdi yaşayış evləri təbii qazla təchiz edilmişdir və onların isidilməsi təbii qazla işləyən kombi istilik sistemləri vasitəsilə həyata keçirilir. Buna görə də, qeyd olunan evlərdə elektrik enerjisindən ancaq işıqlandırma məqsədilə istifadə edilir. Yalnız yay aylarında havanın temperaturunun həddindən artıq isti olduğu vaxtlarda kondisionerdən istifadə edilir ki, o nun da sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi maddi imkanları daxilindədir. Buna görə də, qeyd olunan evlərdə heç zaman elektrik enerjisindən qanunsuz istifadə olunmayıb, buna ehtiyacları da olmayıb. Sözügedən elektrik sayğacları enerji təchizatı müəssisəsi, yəni cavabdehin özü tərəfindən quraşdırılaraq müvafiq möhürlərlə möhürlənmiş və onların özləri tərəfindən istismar olunmuşdur. Həmin sayğaclar evlərinin hasarlarının xaricində, yəni hər kəsin ümumi istifadəsində olan küçədə quraşdırılmıdır. Hasarın xaricində quraşdırılmış sayğacın tərəflərindən qorunub saxlanılması isə mümkün deyil. Həmçinin sayğacların istismarı və qorunub saxlanılması ilə bağlı hər hansı məsuliyyətin istehlakçı olaraq iddiaçının üzərinə qoyulmasına dair aralarında heç bir müqavilə və ya əlavə razılaş ma olmamışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən isə yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır.

14. Cavabdeh müəssisəsinin nümayəndələri mütəmadi olaraq (ən azı ayda bir dəfə) həmin sayğaclara baxış keçirir və sayğacın göstəricilərini qeyd edərək onlara bildirişlər təqdim edirlər. Cavabdehin əməkdaşları sonuncu dəfə həmin sayğaca mübahisələndirilən aktın tərtib olunmasından müvafiq olaraq 19 və 21 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baxış keçirmişlər. Həmin sayğaclarda həqiqətən hər hansı bir uyğunsuzluq olsa idi, ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışdan görünür ki, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından həmin sayğacla qeydə alınmış sərfiyyat barədə onlara müvafiq bildirişlər təqdim etmişlər. Cavabdeh təbii inhisarçı mövqeyindən suiistifadə edərək fərdi yaşayış evlərinin elektrik enerjisi təchizatının dayandırılması hədəsi ilə qanunsuz və əsassız olaraq 18858 manat pul vəsaitini məcburi qaydada öz hesabına ödətdirməklə, həmçinin hazırkı iş üzrə hüquqlarının müdafiəsinin təşkil olunması üçün vəkil xidmətlərinə görə 300 manat əlavə xərcə məruz qoymaqla iddiaçıya maddi ziyan vurmuş və nəticədə əsassız varlanmışdır.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 7.11, 8.2 və 8.4-cü bəndlərinə istinad etmişdir.

16. Cavabdehin nümayəndələri birinci instansiya məhkəməsində hər hansı dəlil göstərmədən iddianı qəbul etmədiklərini göstərmişlər.

17. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, "xxxx"da satışa nəzarət şöbəsinin mühəndisi vəzifəsində çalışır. Səhv etmirsə, 22 mart tarixində onlara təhkim olunmuş əraziyə baxış keçirərkən abonentin sayğacının alt qapağının möhürünə müdaxilə olunduğunu aşkar etmişlər. Bu barədə abonentə məlumat vermiş və sayğacı laboratoriyaya aparmışlar. Laboratoriyada sayğaca baxış keçirərkən sayğacın alt qapağının möhürünə həqiqətən də müdaxilə edildiyini müəyyən etmişlər. Rəyin tərtibi zamanı abonentə iştirak etməsi üçün məlumat versələr də, abonent işti rakdan imtina etmişdir. Abonent onlara sayğaca müdaxilə edilməsi barədə məlumatlı olmasını bildirmişdir. Müdaxilə məhz abonent tərəfindən edilib. Çünki abonent onlara müdaxilədən məlumatlı olmasını bildirmiş və onun barəsində cərimə tətbiq olunduğu zaman qeydşərtsiz cəriməni ödəmişdir. Akt tərtib edilərkən abonentin iştirakı təmin edilmişdir. Abonent bir aktı imzalasa da, digər aktı imzalamaqdan imtina etmişdir. Çünki evlərdən biri özünün, digəri isə oğlunun evidir. Abonentin oğlu isə, ümumiyyətlə, iştirak etməkdən imtina etmişdir. Bütün sualları abonent özü cavablandırmışdır. Sayğacda aşkar edilmiş qüsur texniki qüsur olsa idi, o zaman sayğac "xxxx" tərəfindən dəyişdiriləcəkdi. Ərazidə nəzarəti həyata keçirən digər əməkdaşlar sayğacda olan qüsurları ola bilsin, diqqətsizlik nəticəsində aş kar etməmişlər.

18. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, tərəflərindən 22 və 24 fevral tarixlərində akt tərtib edilmişdir. Sayğaclarda axan yük qeyd edilmədiyinə görə akt tərtib olunmuşdur. Sayğaclar abonentin yanında açılmış, polietilen torbalarda möhürlənmiş şəkildə laboratoriyaya təhvil verilmişdir. Tərtib edilmiş aktlar əsasında laboratoriyada sayğaclara baxış keçirilmiş və rəy tərtib edilmişdir. Abonent bir aktı imzalamaqdan imtina etmişdir. Nəzarətçilər ay ərzində xeyli sayda sayğaca baxış keçirməli olurlar. Eyni zamanda, nəzarətçilər onlar kimi mütəxəssis deyillər. Onların işi elektrik enerjisinin talanmasının qarşısını almaqdan ibarətdir. Nəzarətçilərin bir neçə vəzifəsi olduğu üçün sayğacdakı müdaxilə gözündən qaça bilərdi. Belə halları aşkar etdikləri halda n əzarətçilərdən izahat alınır, barələrində tədbirlər görülür. İlk öncə abonent onlarla mülayim rəftar edirdi. Lakin sonradan rəftarı sərtləşmişdir. Abonent özü də bildirmişdir ki, 2017-ci il tarixində sayğaca müdaxilə olunub. Bu etirafını isə ikinci sayğacda müdaxilə aşkar edildikdə etmişdir. Abonent xahiş etmişdir ki, ikinci akt əsasında hesablanacaq məbləğ birinci akt əsasında hesablanmış məbləğdən az qeyd edilsin.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(006)2364/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı *** saylı və 24 fevral 2024cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktların etibarsız hesab edilməsi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 45 ünvanı üzrə **********T0045 saylı abunə koduna hesablanmış 13558,06 manat və ünvan 3 ünvanı üzrə **********00457 saylı abunə koduna hesablanmış 5100,39 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı *** saylı akt əsasında hesablanmış 13558,06 manat və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı akt əsasında hesablanmış 5100,39 manat olmaqla, ümumilikdə 18658,45 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Tağıyev Ceyhun)

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində iki fərdi yaşayış evi olmaqla, hər bir evə ayrıca abonent kodu verilmiş və ayrıca sayğac quraşdırılmışdır. Cari ilin fevral ayında cavabdehin əməkdaşları tərəfindən abonentin sayğaclarına baxış keçirilən zaman hər iki sayğacda müdaxilənin olması əsası ilə sayğaclar (onlara baxış keçirilməsi məqsədilə ilə) laborotoriyaya aparılmış və abonent barəsində ayrı-ayrılıqda akt tərtib edilmişdir. Həmin aktlar əsasında 13658,06 manat və 5200,39 manat məbləğində olmaqla, ümumilikdə 18858,45 manat borc hesablanmışdır. Sözügedən aktlar müxtəlif tarixlərdə tərtib edilmiş və onlardan 22 fevral 2024-cü il tarixli aktın tərtibi zamanı abonentin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.

21. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edi ldikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

22. Birinci instansiya məhkəməsi əsas məqam kimi diqqəti ona cəlb etmişdir ki, baxış keçirilmiş və cavabdehin əməkdaşlarının sözlərinə görə müdaxilə aşkar edilmiş hər iki sayğac abonentin cavabdehliyi sərhəddində (evin iç ində) deyil, yaşayış evinin çölündə quraşdırılmışdır. Baxmayaraq ki, istinad edilən Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur.

23. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, hər iki sayğacda müdaxilə aşkar edilsə idi belə, cavabdehin əməkdaşları sayğacların abonentin nəzarətindən kənar ərazidə quraşdırıldığını nəzərə almamış və aktların tərtibi zamanı yuxarıda istinad olunmuş qanunvericiliyin tələblərinə riayət etməmişlər.

24. İddiaçının tərtib edilmiş aktlar əsasında hesablanmış olan borc məbləğini ödəməsinə münasibətdə isə birinci instansiya məhkəməsini mövqeyi belə olmuşdur ki, işdə olan sənədlərlə əsasən iddiaçının səhhətində problemlərin olması, habelə cərimənin qış aylarında tətbiq edilməsi və ödənilmədiyi təqdirdə iddiaçının ailəsi ilə birlikdə həmin soyuq hava şəraitində elektrik enerjisi z qalması riski və digər hallar iddiaçını əsassız olsa da, ümumilikdə 18858,45 manat məbləğində borcu ödəməyə məcbur etmişdir.

25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı *** saylı və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktlar qanunsuz olduğundan, etibarsız hesab edilməlidir. Həmçinin, həmin aktlar etibarsız hesab edildiyindən, onların əsasında hesablanmış elektrik enerjisi borcu silinməlidir.

26. Həmçinin borcun hesablandığı dövrdə iddiaçının fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamasını, bununla da elektrik enerjisi sərf etməsini və təqdim edilmiş çıxarışa əsasən iddiaçının qış fəsli üçün adi elektrik enerjisi sərfiyyatını nəzərə alıb, birinci instansiya məhkəməsi tərtib edilmiş hər a kt üzrə 100 manat elektrik enerjisi sərfiyyatı borcunu çıxmaqla, iddiaçının adına olan **********T0045 saylı abonent koduna hesablanmış 13558,06 manat və **********00457 saylı abonent koduna hesablanmış 5100,39 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməli olması qənaətinə gəlmişdir.

27. Əsassız olaraq hesablanmış borcun silinməsinə dair qənaətə gəlməklə yanaşı birinci instansiya məhkəməsi qış fəsli üçün adi elektrik enerjisi sərfiyyatını nəzərə alıb hər akt üzrə 100 manat pul vəsaitini çıxılmaqla iddiaçı tərəfindən ümumilikdə ödənilmiş olan 18658,45 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olmasını zəruri hesab etmişdir.

28. Birinci instansiya məhkəməsi cavabdeh tərəfdən təqdim edilmiş şahidlərin ifadələrini sübut kimi qiymətləndirməmiş və göstərmişdi r ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə, iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndiril məsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.

29. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin cavabdehin əməkdaşı olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı, ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır.

30. Birinci instansiya məhkəməsi həmçinin vurğulamışdır ki, həmin şahidlərin ifadələri, əgər ifadələri ilə bağlı mötəbər sübut təqdim edilsə idi, digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən ed ilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün cavabdeh tərəfin şahidlərinin ifadələri yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir.

31. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı *** saylı və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktlar etibarsız hesab edilməli, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 45 ünvanı üzrə **********T0045 saylı abunə koduna hesablanmış 13558,06 manat və ünvan 3 ünvanı üzrə **********00457 saylı abunə koduna hesablanmış 5100,39 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməli, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı *** saylı akt əsasında hesablanmış 13558,06 manat və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı akt əsasında hesablanmış 5100,39 manat olmaqla, ümumilikdə 18658,45 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Birinci instansiya məhkəməsinin iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat ödənilməsi” hissəsi ilə bağlı mövqeyi belə olmuşdur ki, iddiaçı hazırki iddia ərizəsi ilə hüquqi yardımdan istifadə etmədən də məhkəməyə müraciət edə bilərdi, yəni cavabdeh iddiaçı tərəfindən öz istəyinə görə ona göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat ödəməyə borclu deyildir.

33. Birinci instansiya məhkəməsi öz mövqeyini “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci, “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13 və 17-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.32, 8.33-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilmiş hissəsində ləğv, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv ərazisində (abunə kodu:********) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış keçirilən zaman elektrik sayğacının ekran tablosunda L1 və L3 gərginlik işarələrin itirilməsi, sayğac 1 və 3-cü fazadan gərginliyi görmədiyi üçün həmin fazalardan axan yükü hiss etməməsi müəyyən edilmişdir. Cavabdehin əməkdaşları (xx və xx) tərəfindən xx.xx.2024-cü il tarixli NDM *** saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsi (X2) iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir. Elektrik sayğacı yenisi ilə əvəz olunaraq, xx.xx.2024-cü il tarixli ***** saylı sayğac dəyişmə protokolu tərtib edilmişdir və sayğac Laboratoriya Mərkəzinə yoxlanması üçün göndərilmişdir. Yoxlamanın nəticəsi olan “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027471 saylı akt-protokolda qeyd edilmişdir ki, ”sayğacın 559930 nömrəli dövlət möhürü və ******* nömrəli alt qapaq möhürü pozulmuşdur. Sayğacın daxilinə baxış zamanı “A” və “C” fazalarının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablamışdır. Cavabdehin Akt komissiyasının “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair” qərarına əsasən xx.xx.2024-cü il tarixli NDM ** * saylı akt üzrə 105.062 kvts= (25,7 kvt:3*2)*0,7*24saat*365 qün) itirilmiş elektrik enerjisinin dəyəri 13.568,06 manat məbləğində müəyyən edilməklə abonentin (kod: ********)) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə abonent tərəfindən 13.568,06 manat borc tam ödənilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus Badamdar qəsəbəsi, 3-cü massiv ərazisində (abunə kodu:**********0457) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış keçirilən zaman elektrik sayğacının ekran tablosunda L2 işarəsinin görünməməsi və sayğacın “B” fazasından axan yükü hiss etməməsi, dövlət və alt qapaq möhürlərində müdaxilə izləri müəyyən edilmişdir. Cavabdehin əməkdaşları (xx, xxx və xx) tərəfind ən abonentin nümayəndəsinin (X2) iştirakı ilə xx.xx.2024-cü il tarixli NDM 038094 saylı müvafiq akt tərtib olunmuş və video çəkiliş aparılmışdır. Aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsi (X2) aktı imzalamışdır. Elektrik sayğacı yenisi ilə əvəz olunaraq, xx.xx.2024-cü il tarixli 673686 saylı sayğac dəyişmə protokolu tərtib edilmiş və sayğac Laboratoriya Mərkəzinə yoxlanması üçün göndərilmişdir. Yoxlamanın nəticəsi olan “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027472 saylı akt protokolda qeyd edilmişdir ki, “sayğacın 511556 nömrəli dövlət möhürü pozulmuşdur. Sayğacın“B“ fazasının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablamışdır.” Cavabdehin Akt komissiyasının “Əhali istehl akçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair” qərarına əsasən xx.xx.2024cü il tarixli NDM 038094 saylı akt üzrə 40.003 kvts= (25,7 kvt*0,7*24saat*93 qün-153 kvts) itirilmiş elektrik enerjisinin dəyəri 5.200,39 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********00457) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. xx.xx.2024- cü il tarixdə abonent tərəfindən 5.200 manat borc tam ödənilmişdir. Qeyd edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və aktlara əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublika sının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.

37. Apellyasiya baxşında müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının nümayəndəsi X6 izahatında bildirmişdir ki, təqdim edilən sənədlərə görə enerji təchizatı müəssisəsində **********T0045 abonent kodu ilə X2un adına qeydiyyatda olan yaşayış evinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə elektrik enerjisinin sayğacla müəyyənləşən sərfinin dəyəri 53,56 manat, **********00457 abonent kodu ilə İddiaçı adına qeydiyyatda olan yaşayış evinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üz rə elektrik enerjisinin sayğacla müəyyənləşən sərfinin dəyəri isə 3,20 manat təşkil edir.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5745/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova, Fərrux Qasımov)

39. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində iki fərdi yaşayış evi olmaqla, hər bir evə ayrıca abonent kodu verilmiş və ayrıca sayğac quraşdırılmışdır. Cari ilin fevral ayında cavabdehin əməkdaşları tərəfindən abonentin sayğaclarına baxış keçirilən zaman hər iki sayğacda müdaxilənin olması əsası ilə sayğaclar (onlara baxış keçirilməsi məqsədilə ilə) lab oratoriyaya aparılmış və abonent barəsində ayrı-ayrılıqda akt tərtib edilmişdir. Həmin aktlar əsasında 13658,06 manat və 5200,39 manat məbləğində olmaqla, ümumilikdə 18858,45 manat borc hesablanmışdır. Borc ödənilməzsə, elektrik enerjisinin verilməsinin dayandırılmasından ehtiyat edən iddiaçının həyat yoldaşı tələb olunan borc məbləğlərini ödəmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, baxış keçirilmiş və cavabdehin əməkdaşları tərəfindən müdaxilə aşkar edilmiş hər iki sayğac abonentin cavabdehliyi sərhədində (evin içində) deyil, həyətin hasarının çölündə quraşdırılmışdır. “X1 qaydaları”nın 7.11-ci bəndinə görə iddiaçının təqsiri müəyyən edilmədiyi halda, enerjitəchizatı müəssisəsi olan hazırkı iş üzrə cavabdeh məsuliyyət daşıyır.

41. Apellyasiya instansiya sı məhkəməsi göstərmişdir ki, delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının həyat yoldaşı tərəfindən aktlardan birinə imza olunması, iddiaçı tərəfin sayğaca müdaxilə etməsində təqsirli olması qənaətinə gəlmək üçün əsas deyildir. Belə ki, sayğac küçədə olduğundan, sayğaca müdaxiləyə görə iddiaçı məsuliyyət daşımır və buna görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Buna görə də, müdaxilənin cavabde hin təqsirli hərəkət (hərəkətsizlik) nəticəsində olmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəf dəlillərində sübut kimi qeyd edir ki, bununla bağlı məhkəmədə şahidlər dindirilmiş, videoçəkiliş həyata keçirilmiş, laboratoriyada yoxlama aparılmış, iddiaçının həyat yoldaşı özü qoşulmanı etiraf etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, birincisi, şahid qismində dindirilmiş şəxslərin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunv ericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə, iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. İş üzrə şahid qismində dindirilmiş şəxslərin cavabdehin əməkdaşı olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı, ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Həmin şahidin ifadələri, əgər ifadələri ilə bağlı mötəbər sübut təqdim edilsə idi, digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi i stinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün, cavabdeh tərəfin şahidlərinin ifadələri yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilməlidir.

44. İkincisi, apellyasiya baxışında aparılmış videoçəkilişlərə baxış keçirilmişdir. Həmin videoçəkilişlərdə küçədə yerləşən sayğacda “L1” və “L3” gərginlik işarələrinin olmadığı, sayğac möhürünə müdaxilə olması qeyd olunur. Həmin videoçəkilişlərdə iddiaçı tərəfin sayğaca müdaxilə etməsini etiraf etməsi halı müəyyən olunmur. Laboratoriyada yoxlama aparılarkən iddiaçının iştirakı olmamışdır. İddiaçının aparılmış yoxlama barədə xəbərdar olması ilə bağlı mötəbər sübutlar mövcud deyildir.

45. Üçüncüsü, cavabdeh tərəf müdaxilə halını müəyyən edirdisə, sayğac küçəd ə yerləşməsinə görə məsuliyyətin öz üzərində olmasını bildiyi üçün, iddiaçının təqsirini sübuta yetirmək üçün heç olmasa iddiaçının izahatını almalı və ya digər mötəbər sübutlarla məhz iddiaçının sayğaca müdaxilə etməsini sübuta yetirməli idi. Hansı ki bu hallar iş materialları ilə müəyyən olunmur.

46. Dördüncüsü, cavabdehin əməkdaşları sonuncu dəfə həmin sayğaca mübahisələndirilən aktın tərtib olunmasından müvafiq olaraq 19 və 21 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baxış keçirmişlər (aktlar isə 22 fevral 2024 və 24 fevral 2024-cü illərdə tərtib olunmuşdur). Həmin tarixdə abunə hesabı ******** olan fərdi yaşayış evinə 233 kv/saat, abunə hesabı **********00457 olan fərdi yaşayış evinə 36 kv/saat enerji sərfiyyatı qeyd olunmuşdur. Həmin sayğaclarda həqiqətən hər hansı bir uyğunsuzluq ol sa idi, ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışdan görünür ki, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından həmin sayğacla qeydə alınmış sərfiyyat barədə onlara müvafiq bildirişlər təqdim etmişlər.

47. Beşincisi, iddiaçının tərtib edilmiş aktlar əsasında hesablanmış olan borc məbləğini ödəməsinə münasibətdə isə qeyd edilməlidir ki, işdə olan sənədlərdən də göründüyü kimi, iddiaçının səhhətində problemlərin olması, habelə cərimənin qış aylarında tətbiq edilməsi və ödənilmədiyi təqdirdə iddiaçının ailəsi ilə birlikdə həmin soyuq hava şəraitində elektrik enerjisiz qalması riski və digər hallar iddiaçını əsassız olsa da, ümumilikdə 18858,45 manat məbləğində borcu ödəməyə məcbur etmişdir. 4

8. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən sayğaclara qanunsuz müdaxilə halları sübut olunmadığından, “X1 Qaydaları”nın 8.16-cı bəndinə əsasən elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır.

50. Apellyasiya instansiyası m əhkəməsi ona da diqqəti yönəltmişdir ki, bununla bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına sorğu verilmiş, həmin Agentliyin 04 noyabr 2024-cü il tarixli, 3-15-2-1/2-*** nömrəli məktubuna əsasən təqdim edilən sənədlərə görə enerji təhcizatı müəssisəsində **********T0045 abonent kodu ilə X2un adına qeydiyyatda olan yaşayış evinin xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə elektrik enerjisinin sayğacla müəyyənləşən sərfinin dəyəri 53,56 manat, **********00457 abonent kodu ilə İddiaçı adına qeydiyyatda olan yaşayış evinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə elektrik enerjisinin sayğacla müəyyənləşən sərfinin dəyəri isə 3,20 manat təşkil edir.

51. Göründüyü kimi, tutulmalı olan bir aylıq sərfiyyat **********T0045 abonent kodu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 53,56 manat, **********00457 abonent kodu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3,20 manat təşkil etdiyi halda, birinci instansiya məhkəməsi hər iki ünvan üzrə ayrı-ayrılıqda artıq məbləğ olaraq 100 manat, cəmi 200 manat sərfiyyat hesablamış, bundan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir.

52. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı *** saylı və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktların etibarsız hesab edilməsi və həm in aktlar əsasında iddiaçı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2-ci, “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Qanunun 3, 17, 26-cı, Mülki prosessual Məcəllənin 14.2, 77.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.6, 7.11, 8.2, 8.4, 8.16, 8.17, 8.17-1 və 8.17-2-ci bəndləri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

54. Cavabdeh kass asiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahilş etmişdir.

55. Kassasiya şikayəti apellyasiya şikayəti eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı yaranmış borcun silinməsi barədə məhkəmədə iddia qaldırmazdan qabaq belə, yaşadığı mənzilə elektrik enerjisinin verilməsinn təmin edilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. İddiaçı tərəfindən qeyd edilən borc məbləğini ödəməsi məhz onun tərəfindən öz borcunun etirafı kimi qiymətləndirilməli idi. Mübahisələndirilən aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsinin (X2) iştirakı tərəflərindən təmin edilsə də, o, aktı imza etməkdən imtina etmişdir. Bu səbəbdən tərəflərindən qanunverciliyin tələblərinə uyğun olaraq aşkar edilmiş pozuntu faktının videoçəkilişi aparılmışdır. Lakin apellyasiya məhkəməsi sübut qismində təqdim etdikləri videoçəkilişin də iddiaçı tərəfin sayğaca müdaxilə etməsini etiraf etməsi halının müəyyən olunmadığ qənaətinə gəlmiş və həmin video-görüntüləri qeyri-mötəbər sübut hesab etmişdir. Halbuki EEİQ-nın müddəalarında abonentin aşkar edilmiş pozuntu faktının etiraf etməsi halının video-çəkilişinin aparılması barədə tələb öz əksini tapmamışdır. Qaydalarda sadəcə məhz aşkar olunmuş pozuntu faktının video-çəkilişinin aparılması tələbi qoyulduğundan cavabdehin əməkdaşları tərəfindən bu fakt qeydə alınmışdır. Məhz bu səbəbdən də aşkar olunmuş müdaxilə faktı tərəfindən video-çəkilişlə qeydə alınmış və video-görüntüləri özündə əks etdirən disk sübut qismində məhkəməyə təqdim edilmişdir. Lakin video-çəkilişdə öz əksini tapan pozuntu halları məhkəmə tərəfindən kifayət qədər ətraflı araşdırılmamış və təqdim etdiyimiz sübutların qiymətləndirməsi düzgün aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə

17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Maddə

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldır dıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları” Bənd 7.6.Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı mü əssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Bənd 7.11.Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Bənd 8.2. Elektrik enerjisi nə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğu n olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bənd 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bənd 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.17-1. istehlakçı (o cümlədən məiş ət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehl akçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

58. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etmişdir. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

59. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iddiaçının və cavabdehin təqdim etdiyi sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, sübut etmə yükünü düzgün bölüşdürmüş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

63. İddiaçı cavabdehdən tapşırıq müqaviləsi üzrə çəkdiyi xərclərin əvəzini tələb edir. İşin müəyyən edilmiş hallarına görə də iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar tərəflərin izahatı, işdəki sübutlar, o cümlədən ekspert rəyləri ilə qismən təsdiq edilmiş və iddia tələbi də təsdiq olunmuş həcmdə təmin edilmişdir.

64. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 39-53-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə raz ılaşır və buna görə də əlavə şərhə zərurət görmür.

65. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

66. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, bu dəlillər əsasən apellyasiya şikayətini də dəlilləri olmuş və qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri əsassız saymışdır ki, məhkəmə kollegiyası da bu qiymətləndirmə ilə razılaşdığı üçün təkrar qiymətləndirməyə lüzum görmür.

67. Apellyasiya baxışına aid kassasiya şikayətinin dəlilləri də əsaslı deyil. Belə ki, kassator video-çəkilişdə öz əksini tapan pozuntu hallarının apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər ətraflı araşdırılmaması və iddiaçı tərəfindən qeyd edilən borc məbləğinin ödənilməsinin məhz onun tərəfindən öz borcunun etirafı kimi qiymətləndirilməli olmasını dəlil kimi göstərmişdir. Halbuki işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin videoçəkilişi özündə əks etdirən CD-yə məhkəmə iclasında baxmış keçirmiş və cavabdehin bu dəlilinə digər sübutlarla müqayisəli şəkildə qiymət vermişdir. (bax: 43-46-cı bəndlər)

68. Eləcə də apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən borc məbləğinin ödənilməsinə qiymət vermiş və nəyə görə bunu borcun etirafı kimi qəbul etmədiyini əsaslandırmışdır. (bax: 47-ci bənd)

69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5745/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar