Məhkəmə qərarları › İş №2(102)-95/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-95/2024

19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-95/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-3898/2*23 nömrəli, 7 avqust 2*23-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2*22-ci il tarixli, *358211 saylı aktda “təbii qazdan sayğacdan kənar istifadə edilmişdir” qeyd edilmişdir. 3. “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin və abonent saldosuna əsasən aktlar əsasında qazın dəyərinə görə 12659.3 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzilə dair tərtib edilmiş 31.*8.2*22-ci il tarixli, *358211 saylı aktın etibarsız hesab edilməsi, hesabla nmış 12659.3 (on iki min altı yüz əlli doqquz manat otuz qəpik) manat borcun silinməsi və əsassız tutulan 227.4 manat məbləğində pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İB-nin 5 nəfər əməkdaşı 3* avqust 2*22-ci il tarixdə iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə baxış keçirmiş, qaz xəttindən kənar istifadə halları araşdırılmışdır. Həmin vaxt komissiyaya rəhbərliyi Cavabdeh1 İB-nin Bakı Regional Qaz Satışı Departamentinin rəisi Sahib Bağırov həyata keçirmiş və mənzilə komissiya tərəfindən baxış keçirildikdən sonra heç bir kənar istifadə aşkarlanmadığından mənzildən çıxıb getmişlər. Komissiya tərəfindən kənar istifadə olub-olmaması ilə yanaşı, ana xəttin yerinin dəyişdiri lməsi məsələsi də araşdırılmış, zəruri ölçmə işləri aparılmış və iddiaçının hər hansısa qüsurunun aşkarlanmadığı bildirilmişdir. Bundan sonra Cavabdeh1 İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Xətai rayon üzrə texniki İstismar xidmətindən iddiaçıya hər hansısa bildiriş və ya irad bildirilməmişdir. Hər iki sayğac smart kart tipli olduğundan borcun yaranması da mümkünsüz bir haldır. Məhz bu iki hal iddiaçını hər hansısa problemin olmadığına inandırdı. İddiaçının aşadığı evdə ona və atası X1 məxsus mənzillər olduğundan hər iki mənzilin sayğacı ayrı ayrılıqdadır. Lakin, atası Musa Cəbrayılov dünyasını dəyişdiyi üçün həmin mənzilin sayğacına da ödəniş iddiaçı tərəfindən həyata keçirilir. Lakin, 22 noyabr 2*22-ci il tarixdə iddiaçı atasına məxsus mənzilin sayğacının smart kartı işləməd iyindən və atam da dünyasını dəyişdiyi üçün həmin sayğacı da adına keçirmək məqsədiylə müraciət etmişdir. İddiaçıya bildirilmişdir ki, atası Musa Cəbrayılova məxsus 1**8147**4***65 nömrəli sayğacın borcu olduğundan sayğacın başqa şəxsin adına keçirilməsi mümkün deyil. Guya 31.*8.2*22-ci il Cavabdeh1 İB-nin Bakı Regional Qaz Satışı Departamentinin əməkdaşları mənzildi sayğacdankənar istifadə aşkarlamış və buna dair 31.*8.2*22-ci il tarixli *358211 nömrəli ıkt tərtib etmişlər. İddiaçı, dərhal həmin aktın ona təqdim edilməsini tələb etmiş və aktla tanış olan zaman görmüşdür ki, onun iştirakıyla mənzilə baxış keçirilən günün səhərisi, Cavabdeh1 İB-nin Bakı Regional Qaz Satışı Departamentinin əməkdaşları onun yaşadığı ünvana yenidən gəlmiş, çöl fasadın və atasına məxsus olan mənzilə aid sayğacı n şəklini çəkərək guya sayğacdan kənar istifadə aşkarlanması barədə akt tərtib edib getmişlər. Hətta surəti hazırki iddia ərizəsinə əlavə edilən aktın və ona əlavə edilən sənədlərin surətindən də görünür ki, guya 31.*8.2*22-ci il tarixli başqa bir aktla kənar xətt qaynaq vasitəsi ilə ləğv edilmiş, aktlar tərtib edilən zaman atası aktı imzalamaqdan imtina etmişdir. Lakin, həmin aradan qaldırılan “kənar müdaxilə”nin nə səbəbdənsə şəkilləri öz əksini tapmamışdır. Araşdırma zamanı məlum oldu ki, bundan əlavə də bir neçə akt tərtib edilmiş, akin, bu aktlar Cavabdeh1 İB-nə göndərildiyindən onun təqdim edilməsi çətindir. Məhz bu halı nəzərə alaraq iddiaçı atasına məxsus mənzilin saldosunun və aktların surətlərinin təqdim edilməsini ərizə ilə xahiş etmişdir. İddiaçının yaşadığı ünvanda heç bir k ənar müdacilə olmadığından cavabdehin əməkdaşları qanunsuz akt tərtib etmiş və bu yolla qanunsuz borc hesablamışlar. Həmin şəxslərin qanunsuz əməlləri bu qeyd edilənlə yanaşı aşağıdakı hallarla da tam təsdiq edilir. Hazırki iddia ərizəsinə əlavə edilən borc sənədində görünür ki, hazırda 1**81471*4***65 nömrəli sayğacın 12659,3 manat borcu var. Lakin, maraqlıdır ki, həmin abonent koduna aid saldoda bu borc 19*9,44 manat, Cavabdeh1 İB-nin azeriqaz az internet səhifəsindən borc barədə bildirişdə isə 19*9,44 manat artıq ödəmə olduğu görünür. Qeyd edilənlərdən də görünür ki, cavabdehlər tərəfindən təqdim edilən sənədlərdə bir-birini təkzib edən hallar mövcud olmaqla əslində mənzilin heç bir borcunun olmadığı təsdiqini tapır. Hətta həmin saldodan məlum oldu ki, bu vaxta qədər mənzilin sayğacını keçirilən məbləğlərdən təxminən 227,4* manat borca görə silinmə həyata keçirilmişdir.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının qaz sayğacından qanunsuz istifadə etdiyi bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(*11)-852/2*23 nömrəli, *1 mart 2*23-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı hesablanmış 11493,8 (on bir min dörd yüz doxsan üç manat səksən qəpik) manat məbləğində borcun silinməsi, cavabdehdən 124.48 (yüz iyirmi dörd manat, qırx səkkiz qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilsədə, məhkəmə dəymiş ziyana görə abonentdən tələb edilən 12659.3 manat məbləğində borc ağlabatan deyil. Belə ki, 12.*1.2*22-ci il tarixli GASREP-dən görünür ki, iddiaçı ona məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edildiyi tarixdən, yəni 2*22-ci ilin avqust ayından sonra növbəti ayda 31.5 manat məbləğində ödəniş etmişdir.

9. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təbii qazdan qeyriqanuni istifadə edilməsinə görə cavabdehə vurulmuş ziyanın məbləği həmin məbləği əsas götürülərək iddiaçı tərəfindən təbii qazdan istifadə etdiyi müddət üzrə, yəni 2*2*-ci ilin yanvar ayında, 2*23-cü ilin yanvar ayınadək hesablanmalıdır. Belə olan halda, iddiaçı tərəfindən "Azəriqaz" İB- nə vurulmuş ziyan 1165.5 manat ((3x1 2+1)x31.5) məbləğində müəyyən edilməli, iddiaçıdan əsassız olaraq tələb edilən 11493,8 manat məbləğində borc isə silinməlidir.

10. Bundan başqa məhkəmə iddia tələbinin iddianın əsassız tutulan 227.4 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının ona məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsasında cavabdehə 1165.5 manat məbləğində zərər dəydiyindən hazırki tələb əsassız hesab edilərək rədd edilməlidir.

11. Məhkəmə iddianın aktın etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, araşdırma zamanı iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edildiyindən aktın etibarsız hesab edilməsinə əsas yoxdur, çünki, həmin akt labarat oriya rəyinə əsaslanmaqla, dəymiş ziyanın hesablanmasını özündə əks etdirir

12. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Qanunun 8-1, 9.1.5, 11.6-cı maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8* saylı, 12.*5.2*11-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh1 İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qa zdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 11493,8 manat məbləğində Cavabdeh1 İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərə r qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov və M.Məmmədov) 2(1*3)-3898/2*23 nömrəli, 7 avqust 2*23cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

17. İddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin törədilməsind ə əsaslı şübhələr müəyyən etsə də, təqdim edilən akta uyğun yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzib ediləndir. Cavabdehin (vəzifəli şəxslərinin) tərtib etdiyi aktın nəticəsiz qalması onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş akt üzrə peşəkar struktur təsisata malik olan cavabdeh (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsasların ı təşkil edən sübutetmə vəzifələrinə formal yanaşılmışdır (talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). İddiaçının mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqa zidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və cavabdehin iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları müəyyən edilmir.

18. Diqqətə çatdırılmalıdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında *3582 11 nömrəli 31.*8.2*22-ci il tarixli aktın əsası təbii qazdan qeydiyyatsız (qeyri-qanuni) istifadə edilməsi təsbit edilmiş, lakin müvafiq tədbirlərin görülməməsi anlaşılan deyildir. Özbaşınalığa və sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilməsinə əsas ola bilməsi istisna olmaqla, tərəflər arasında münasibətlərə mötəbər sübut əhəmiyyətli digər əsasla qiymət verilməsi üçün istinad kimi çıxış edə bilməz.

19. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 63cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56*.1, 56*.2, 56*.3.4-cü, 1*96.1-1*96.2-ci maddələrinə; Qaz təchizatı haqqında” Qanunun 6-2, 6-3, 6-4-cü maddələrinə, 11-ci maddəsinin 6-cı hissəsinə,13-cü maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları təsdiq edilməs i haqqında»12.*5.2*11-ci tarixli 8* saylı qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət, apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı, həmçinin zərərin mövcud olması, zərər vuran şəxsin təqsirli olması ilə bağlı halları özündə əks etdirən sübutlar aydın şəkildə iş materiallarına əlavə olunsada, apelyasiya məhkəməsi tərəfindən ədalətli məhkəmə aktı qəbul olunmamışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən o d a məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə cavabdehə vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İddiaçının qanunsuz qaz xətti hər dəfə Cavabdeh1İB əməkdaşları tərəfindən qazpaylayıcı şəbəkədən ayrılsada bu abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması hallarını istisna etmir. Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləş dirilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh1 İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən pozuntuya yol verilmiş və qanunsuz qətnamə qəbul edilmişdir.

22. Cavabdehə maddi zərərin vurulması ilə bağlı halı sübut edən mötəbər sənədlər iş materiallarına əlavə edilmişdir, apellyasiya instansiya məhkəməsi sübutların faktlarının müəyyən edilməsi, mötəbərliy i baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Bundan əlavə, kassator bildirir ki, iş materiallarına əlavə edilmiş abonent saldosunda sərfiyyat borcu (debitor borc) tam şəkildə əksini tapdığı halda, eyni zamanda, iş materiallarında yer almış və təqdim olunmuş sübutlar (aktlar, fotoşəkillər) apellyasiya şikayətinin əsaslı olmasını təsdiq etdiyi halda apellyasiya instansiya məhkəməsi səhv nəticəyə gələrək şikayəti təmin etməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normasını pozaraq əsassız qətnamə qəbul etmişdir.

23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386, 1*96,1*97.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qa nunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.*5.2*11-ci il tarixli, 8* saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1.3-cü, 6.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 88, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İst ehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (2*22-ci il mayın 1-dən qüvvəyə minmişdir). Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanun suz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (§ 29). 3

9. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 3*-31).

40. Baxılan işdə cavabdeh təşkilatın istinad etdiyi 31 avqust 2*22-ci il tarixli akt üzrə göstərilən sübutların təqdim edilməsi mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

41. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi n əticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilm əsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-3898/2*23 nömrəli, 7 avqust 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar