Məhkəmə qərarları › İş №2(102)-950/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-950/2022

14.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-950/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı (ASC “Xalq” Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “öhdəliyin icrasının tələb edilməsi, müqavilələrin etibarsız hesab edilməsi və pul tələbinə dair” tələbinə dair iş üzrə QƏRARİ (Acar sözlər: öhdəliyin icrası, ipoteka saxlayanın vicdanlı sayıldığı hallar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-7096/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1-ci tərəf "xxxx" MMC, 2-ci tərəf Cavabdeh1, 3-cü tərəf kimi İddiaçı arasında bağlanmış 12.08.2008-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər Ukrayna Respublikasının Dnepropetrovsk şəhəri Plexanov küçəsi ev 15-q ünvanında çoxmərtəbəli yaşayış evinin tikintisindən gəlir əldə etməyə nail olmaq üçün hüquqi şəxs yaratmadan tikinti sahəsində birgə fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər. 1-ci tərəf "xxxx" MMC, 2-ci tərəf Cavabdeh1, 3-cü tərəf İddiaçı, 4-cü tərəf Mərhəmət Bəşirov 12.08.2008-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə 28.01.2010-cu il tarixli əlavə razılaşma müqaviləsini imzalamışlar. Həmin razılaşmanın b.1.-ci bəndinə əsasən, bu müqaviləni imzalayan tərəflərdən, tərəf 2 və tərəf- birgə fəaliyyət haqqında müqaviləyə hüquqi şəxs yaratmadan əlavə razılaşma üzrə bütün hüquq və öhdəlikləri tərəf 4-ə verdiklərini təsdiq edirlər. Razılaşmanın 6.1-ci bəndinə əsasən, tərəf 2-nin, yəni Cavabdeh1 tikintiyə qoyduğu əmanətinin pul şəklində qiymətləndirilməsi 2.000.000 ABŞ dolları təşkil etmişdir. "xxxx" MMC-nin direktoru Mərhəmət Bəşirov (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 30.01.2010-cu il tarixli, M-SQ/30-01 saylı barter müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, Ukrayna Respublikasında Dnepropetrovsk şəhərində Plexanov küçəsi 15, ünv anında "xxxx" MMC şirkətinə məxsus ərazidə (İcra Hakimiyyətinin Plexanov küçəsi, ev 15 (Babauşkinsiy rayon) ərazisində torpaq sahəsinin layihələşdirmə və yeniyetmə-uşaq idman məktəbinin tikilməsi üçün (köhnə binanın rekonstrksiyası ilə) kirayə verilməsi barədə 26.12.2007-ci il tarixdə verilmiş 142/26 №-li qərarı ilə (Kodu EDRPOU ********); torpağın kirayə verilməsi barədə 20.03.2008-ci il tarixli müqavilə və Dövlət reyestrdə 26.03.2008-ci il tarixdə qeydə alınan **********05 №-si olan tikinti işlərinin aparılmasına Dnepropetrovsk şəhərinin dövlət inşaat-memarlıq kontrolu üzrə idarəsi tərəfindən verilmiş № 293/01-08-li 27.08.2008-ci il tarixli icazə) inşa edilən yüksək mərtəbəli yaşayış binasının sərmayə qoyuluşu barədə Ukrayna Respublikası Dnepropetrovsk şəhərində bağlanmış 12.08.2008-ci i l tarixli müqaviləyə əsasən İddiaçı “Tərəf 3” kimi və Cavabdeh1 “Tərəf 2” kimi 1.258.319 ABŞ dolları məbləğində qoyduqları sərmayəni və tam hüquqlarını "xxxx" firmasının vəkalət üzrə nümayəndəsi Mərhəmət Bəşirova verir, "xxxx" firması isə əvəzində ünvan 1 ünvanında yerləşən ona məxsus obyektin 3-cü mərtəbəsində “Satıcı” ya məxsus ərazidə inşa edilən Ticarət Mərkəzindən 296 kv.m. olan 10 nömrəli ticarət sahəsini “Alıcı”ya verir. M-SQ/30-01 saylı həmin barter müqaviləsinə 09.02.2010-cu il tarixli imzalanmış əlavə 1-in 1ci bəndinə əsasən, tərəflər kimi "xxxx" firmasının direktoru M.Bəşirov və İddiaçı təsdiq edirlər ki, Dnepropetrovsk şəhərində birgə fəaliyyət barəsində imzalanmış 12.08.2008-ci il tarixli müqavilənin 28.01.2010-cu il tarixli əlavəsi imzalandıqdan sonra bu müqavilənin 2.2.1. bə ndi qüvvəsini itirir. 09.02.2010-cu il tarixli barter müqaviləsinə əlavə 1-in 2-ci bəndinə əsasən, “CONTOLUX” firması tərəfindən Dnepropetrovsk şəhəri, 12.08.2008-ci il tarixli müqaviləyə əsasən köçürülən bütün pullar, yəni 480.000 ABŞ dollar pul vəsaitinin hamısı İddiaçı “Contolux” firması tərəfindən verilmiş tarixsiz və nömrəsiz vəkalətnaməyə əsasən ona aid olduğunu İddiaçı təsdiq etdi. Buna görə də bu müqavilənin 2.2.2; 2.2.3; 4.4 bəndləri qüvvədən düşmüş hesab olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli 2(001)10348/12 saylı qərardadından şikayəti Mərhəmət Bəşirov "xxxx" MMC-nin direktoru kimi imzalamış, həmçinin həmin şikayətə baxılarkən qəbul edilmiş məhkəmə aktlarından da görünür ki, "xxxx" firması ilə "xxxx" MMC eyni bir hüquqi şəxsdir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı, 296 kv.m-lik ticarət sahəsi də daxil olmaqla əsas sahəsi 16043,1 kv.m olan qeyri yaşayış sahəsi 30.06.2011-ci il tarixli 3 tərəfli ipoteka müqaviləsinə əsasən, yəni bir tərəfdən borcalan “Kapital Bank”ın, borcverən “Azərbaycan Respublikasının Mərkəzi Bankından” götürdüyü ******* manat kreditin 11.06.2013-cü il tarixədək qaytarılmasının təminatı kimi ipoteka qoyan "xxxx" firması tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı”na ipotekaya qoyulmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi, həm də "xxxx" firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq aralarında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ASC “Xalq” Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi 296 kv.m sahəni də əhatə edən qeyri-yaşayış sahəsi ASC “Xalq” Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" firması ASC “Xalq” Bankına qarşı iddia qaldıraraq, aralarında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmiş, həmçinin ASC “Xalq” Bankı, kredit borcun tutulması və tutmanın ipoteka predmetinə y önəldilməsi barədə qarşılıqlı iddia vermişdir. Həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan Ağa-X13 və X5 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, eyni zamanda 02.03.2017ci tarixdə üçüncü şəxslər cavabdehlər ASC “Xalq” Bankına və "xxxx" firmasına qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə iddia ərizələri ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş və Bakı Apelyyasiya Məhkəməsi İİK-nin 07.03.2017-ci il tarixli qərardadı ilə üçüncü şəxslərin iddia ərizələri icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-ni n 2-2(103)-14/2017 nömrəli iş üzrə 05.04.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" firmasının, müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilərək, qətnamə qismən – qarşılıqlı iddianın 26.05.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyr i-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmiş, tutma 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına, üçüncü şəxslər Ağa-X10 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla yönəldilmiş, qeyri-yaşayış binasının tutman yönəldilmiş hissəsəinin ilkin satış qiyməti 38.473.040 manat müəyyən edilmiş, qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçının xeyrinə tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, müstəqil tələb irəli sürən üçüncü şəxsər Ağa-X8 və X2 iddias qisminə təmin edilərək, cavabdehlər "xxxx" firması və ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi ünvan 4 ünvanında yerləşən ümumi sa həsi 16.100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-X10 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza, həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyriyaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin 2-1(102)-366/2017 nömrəli iş üzrə 18.10.2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.04.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ASC “Xalq” Bankı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Res publikası Ali Məhkəməsi İİK-nin 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmiş, Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin 18.10.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası MPM-nin 416,418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-1(k)/2018 nömrəli iş üzrə 31.10.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin iş üzrə 18.10.2017-ci il tarixli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın 05.04.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş mahiyyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 19.02.2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" firmasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X13 və X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın təmin edilməməsi; qarşılıqlı iddianın isə qismən təmin edilərək, "xxxx" fir masından 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borcun və 30 manat dövlət rüsumunun ASC “Xalq” Bankının xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixl sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv. m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən "xxxx" firmasından ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmeti qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 manat müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, üçüncü şəxslər Ağa-X8 və X2 iddialarıının təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh4 və X4 qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi və daha sonra iddia tələbinin dəqi qləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, verdiyi ******* ABŞ dollarının bir hissəsinin əvəzi olaraq iddiaçıya verilməli olan "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış 22.06.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr., H.Babaşov ünvanında yerləşən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 64 saylı, 3 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması; "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış 27.09.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr., H.Babaşov ünvanında 1 bloklu yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 73 saylı, 3 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması; "xxxx" MMC ilə X6 arasında bağlanmış 03.05.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr. H.Babaşov ünvanında 1 bloklu yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 93 saylı, 4 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması; "xxxx" firması ilə arasında bağlanmış 30.01.2010-cu il tarixli müqavilədə göstərilən Nərimanov rayonu, S.Vurğun küçəsi 120 ünvanında yerləşən qeyriyaşayış binasının 3-cü mərtəbəsində 10 saylı, 296 kv.m-lik ticarət sahəsinin ona təhvil verilməklə həmin sahəyə istifadə və sahiblik hüququnun tanınması, ödədiyi ******* ABŞ dollarından yuxarıda göstərilən əmlakların dəyəri çıxılmaqla Cavabdeh1 ona borclu qaldığı 432 369 ABŞ dollarının tutulub verilməsi, bu tələblərin təmin edilməsi mümkün olmadıqda ******* ABŞ dollarının Cavabdeh1 və "xxxx" Firmasından müştərək qaydada tutularaq ona ödənilməsi, sonunculardan müştərək qaydada əldən çıxmış fayda kimi vurulmuş maddi ziyanın əvəzi olan 500000 ABŞ dolları və mənəvi ziyana görə 200000 ABŞ dolları tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 12.08.2008-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Müqavilənin 1.1- ci bəndinə əsasən Ukrayna Respublikasının Dnepropetrovsk şəhəri Plexanov küçəsi ev 15Q ünvanında çoxmərtəbəli yaşayış evinin tikintisindən gəlir əldə etməyə nail olmaq üçün birgə fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər. Müqavilənin şərtlərinə əmə l edərək birgə fəaliyyətin və biznes imkanlarının inkişafı məqsədilə müxtəlif vaxtlarda cavabdehə Bakı şəhərində 1.700.000 ABŞ dolları vermişdir. Sonra isə həmin şərtlər daxilində 300.000 ABŞ dolları vəsaiti birgə işlərinə görə Ukraynaya köçürmüşdür. Sonradan Cavabdeh1 həmin işi Mərhəmət Bəşirova satmaq barədə razılıq əldə etmiş, iddiaçının həmin işə qoyduğu pulun bir hissəsinin Cavabdeh1, digər hissəsinin isə M.Bəşirovun rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən qaytarılması razılaşdırılmış, bu səbəbdən də aralarında müqavilə bağlanmış və iddiaçı Ukraynadakı işin M.Bəşirova verilməsinə razılıq vermişdir. Aparılmış danışıqların müqavilə ilə rəsmiləşdirilməsi nəticəsində 28.01.2010-cu il tarixdə 12.08.2008-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə razılaşmaya əsasən 1-ci tərəf "xxxx" MMC, 2-ci tərəf Cavabdeh1, 3-cü tərəf İddiaçı, 4-cü tərəf Mərhəmət Bəşirov ilə müqavilə bağlanmış, bununla da, Cavabdeh1 Dnepropetrovsk şəhərində qeyd edilən tikinti işlərinin aparılması üçün iddiaçı tərəfindən 2.000.000 ABŞ dolları investisiya qoyulmasına nail olmuş, sonradan həmin tikinti işi, qoyulmuş sərmayə ilə birlikdə M.Bəşirova satılmışdır. Əslində, M.Bəşirovla Cavabdeh1 birlikdə belə bir plan quraraq İddiaçı ******* ABŞ dollarının həmin Ukraynadakı işə yatırtmasına nail olmuşlar. Çünki Cavabdeh1 M.Bəşirova külli miqdarda pul borcu olmuş vəö həmin pulu qaytara bilmədiyi üçün, onlar iddiaçının pulunun Ukraynadakı işə yatırılmasına nail olmuşlar, bundan sonra Cavabdeh1 həmin işi M.Bəşirova satmaq barədə razılaşmış, nəticədə alqı-satqı zamanı həmin işin satılması nəticəsində M. Bəşirov Cavabdeh1 ona olan borcunu bağışlamış, buna görə də alqı-satqı nəticəsində M.Bəşirov Cavabdeh1 heç bir məbləğdə pul ödəməmiş, alqı-satqıya görə İddiaçı yatırdığı investisiya dəyərində biznes işi M.Bəşirova keçmiş, M.Bəşirov öz növbəsində ona məxsus olan "xxxx" MMC tərəfindən İddiaçı qeyri-yaşayış sahəsi, həmçinin "xxxx" MMC tərəfindən 3 mənzil verilsə də, həmin daşınmaz əşyalardan İddiaçı istifadə edə bilmir. Eyni zamanda, Cavabdeh1 iddiaçıya 341681 ABŞ dolları borcu qalsa da, uzun müddət keçməsinə baxmayaraq, qalan məbləğ də iddiaçıya verilməmişdir. Həmçinin, iddiaçı faktiki olaraq 2.000.000 ABŞ dollarından məhrum olmuş, həmin məbləğdən hazırkı vaxtadək istifadə edə bilməmiş, məbləğlərin əvəzinə ona verilmiş daşınmaz əşyalardan da istifadə edə bilmədiyi üçün həmin məbləği istifadə edib qazanc əldə etmək hüququndan da məhrum olmuşdur. Buna görə də, cavabdehlər məbləği iddiaçıya qaytarmalı olduqları gündən, illik ən azı 5% mənə pul ödəməlidirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Hüseyn Səfərov) 20 sentyabr 2013-cü il tarixli, 2(001)-590/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, həmin sahəyə idddiaçının sahiblik və istifadə hüququnun tanınması, iddiaçı tərəfindən ödənilmiş ******* ABŞ dollarından yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri çıxıld ıqdan sonra yerdə qalan 741681 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 300000 ABŞ dollarının, cəmi ******* ABŞ dollarının (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) Cavabdeh1 alınaraq iddiaçıya verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 12.08.2008-ci il tarixli “birgə fəaliyyət haqqında müqavilə”yə əsasən Ukrayna Respublikasının Dnepropetrovsk şəhəri Plexanov küçəsində çoxmərtəbəli yaşayış evinin tikintisindən ibarət olan biznes işinə müxtəlif vaxtlarda ******* ABŞ dolları və 480000 ABŞ dolları məbləğində investisiya qoymuşdur. İddiaçı həmin məbləğin bir qismini Cavabdeh1 vasitəsilə qoymuşdur. Sonradan həmin müqaviləyə 28.01.2010-cu il tarixli əlavəyə əsasən həmin biznes işi X1 verilmişdir. Bunun müqabilində İddiaçı həmin işə yatırdığı maliyyə vəsaitindən ******* ABŞ dolları hissəsinin əvəzinə 30.01.2010-cu il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında barter müqaviləsi imzalanmış və müqavilədə göstərilən S.Vurğun küçəsindəki 296 kv.m-lik qeyri yaşayış sahəsini "xxxx" MMC İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi biznes işinin mövcud olmadığını, sərmayənin qoyulmadığını bu səbəbdən də "xxxx" MMC-nin 30.01.2010-cu il tarixli barter müqaviləsində göstərilən 296 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı verməkdən imtina etdiklərini bildirsə də, müqavilə üzrə öhdəlikləri icra etməkdən imtinanın əsası kimi irəli sürülmüş həmin dəlillər əsassızdır. X7 qoşulduğu və biznes işinin verildiyi razılaşma olan 28.01.2010-cu il tarixli müqavilə, yəni 12. 08.2008-ci il tarixli “birgə fəaliyyət haqqında müqaviləyə” əlavə razılaşma tikinti işinin aparıldığı qeyd edilən Dnepropetrovsk şəhərində bağlanmış, 30.01.2010-cu il tarixli barter müqaviləsi Bakı şəhərində bağlanmış, müqavilədə Ukrayna Respublikası səlahiyyətli orqanlarının tikintinin aparıldığı torpaq sahəsinə dair razılıq sənədlərinə, tikintiyə icazə sənədlərinə, inşaat-memarlıq kontrolu üzrə idarə tərəfindən verilmiş 27.08.2008-ci il tarixli icazə sənədlərinə istinad edilmişdir. Həmçinin 30.01.2010-cu il tarixli müqavilədə ******* ABŞ dolları İddiaçı tikinti üçün gələcəkdə qoyacağı sərmayə kimi deyil, məhz artıq qoyduğu sərmayə kimi qəbul edilmiş, buna görə də həmin qoyulmuş sərmayənin hesabına 296 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi razılaşdırılmışdır. Bundan əlavə, 30.01. 2010-cu il tarixli barter müqaviləsinə “satıcı” kimi "xxxx" MMC, “alıcı” kimi İddiaçı çıxış etmişlər. Həmin barter müqaviləsində alıcının öhdəlikləri müqavilənin 2.2-ci bəndinə aid olan 2.2.1, 2.2.2, 2.2.3-cü bəndlərdə nəzərdə tutulmuşdur. Sonradan "xxxx" MMC və Saqıdov Qabil həmin barter müqaviləsinə 09.02.2010-cu il tarixli əlavə 1 müqaviləsi imzalayaraq əsas barter müqaviləsi üzrə İddiaçı öhdəlikləri barədə 2.2.1, 2.2.2, 2.2.3-cü bəndlər qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı həmin öhdəliklərinin məzmunu həm də birgə fəaliyyət haqqında 12.08.2012-ci il tarixli müqaviləyə əsasən biznes işinə sərmayə qoyulmasına, eləcə də Cavabdeh1 qoyduğu sərmayəyə görə də cavabdehlik daşımaqdan ibarət olduğundan, həmin öhdəliklərin qüvvədən düşməsi sərmayənin yatırılıb-yatırılmaması barədə İddiaçı cavabdehliyini aradan qaldırır. Həmçinin, Dneprdəki işə görə İddiaçı Cavabdeh1 qeyd edilən pul məbləğini verməsi, həmçinin barter müqaviləsinə əlavədəki köçürülən pulun İddiaçı aid olmasının təsdiq edilməsi İddiaçı tərəfindən həmin sərmayənin ödənilməsini təsdiq edir. Bununla da, barter müqaviləsi üzrə İddiaçı icra edilməli öhdəliyi qalmamış və öhdəliklər icra edilmiş sayılmışdır. Həmin barter müqaviləsində icra edilməli öhdəliklər isə "xxxx" MMC-nin öhdəlikləridir. Beləliklə də, iddiaçı müqavilə üzrə hüquqlarından istifadə edərək hazırkı iddia ilə "xxxx" MMC-dən barter müqaviləsində göstərilən öhdəliklərinin icrasını tələb etməkdə, yəni qeyri-yaşayış sahəsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin, müəyyən etmişdir ki, mübahisə edilən 296 kv.m qeyri-yaşayış sahəsi hazırda ipotekadadır. Bu səbəbdən də, həmin əmlak hələ ki, 3-cü şəxslərin mülkiyyətinə verilməmiş və "xxxx" MMC-nin mülkiyyətindədir. Ona görə də, sadalanan hüquq normalarına əsasən İddiaçı "xxxx" MMC-yə qarşı mübahisəli S.Vurğun küçəsi 120 ünvanında yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı, 296 kv.m-lik ticarət sahəsi ilə bağlı tələbi əsaslıdır və təmin edilməlidir. Belə olan halda, yəni məhkəmə, İddiaçı biznes işi ilə bağlı ödədiyi ******* ABŞ dollarının bir hissəsinin "xxxx" MMC-yə qarşı olan qeyri-yaşayış binası ilə bağlı tələb hissəsində təmin edilməsi ilə əvəzləşdirilməsi qənaətinə gəldiyindən, həmin məbləğin qalan hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, biznes işinə yatırılması üçün İddiaçı pulları Cavabdeh1 vermişdir. Həmin məbləğin bir hissəsi "xxxx" MMC tərəfind ən əvəzləşdirilmişdir. Çünki "xxxx" MMC ilə bağlanmış 30.01.2010-cu il tarixli barter müqaviləsində tərəflər 296 kv.m qeyri-yaşayış sahəsinin dəyərini ******* ABŞ dolları kimi qiymətləndirmişlər. Bu səbəbdən İddiaçı ödədiyi ******* ABŞ dollarından həmin məbləğ çıxıldıqda yerdə qalan 741681 ABŞ dolları məbləğ İddiaçı qaytarılmalıdır. Eyni zamanda, məhkəmədə hesab etmişdir ki, birgə fəaliyyət haqqında müqavilənin bağlandığı 12.08.2008-ci il tarixdən əlavə razılaşma bağlandığı 28.01.2010-cu il tarixədək olan müddətdə İddiaçı ******* ABŞ dolları ödəsə də, həmin məbləğ uzun müddət ona qaytarılmadığından İddiaçı qeyd edilən tarixdən məhkəmədə iddia qaldırılan vaxtadək, yəni 3 illik müddətdə həmin məbləğdən faydalanmaqdan məhrum olması barədə dəlilləri qismən əsaslıdır. Məhkəmə qətnaməsini Azərba ycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 445.7, 449.1, 452.1, 575.2, 662.1, 1091.1 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ayrı-ayrılıqda apelyasiya şikayəti verərək, qətnamənin onlarda aid hissədə ləğv olunması, iddianın onlara münasibətdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər Mədinə Bağırova və Saqi Məmmədov) 27 iyun 2014-cü il tarixli, 2(103)3585/2014 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi barter müqaviləsi notariatda təsdiq olunmamış, İddiaçı iddia etdiyi pul məbləğini başqa dövlətdəki hər hansı hesaba köçürməsini təsdiq edə biləcək bank sənədləri təqdim etməmiş, iddiaçının Mərhəmət Bəşirova satdığını iddia etdiyi Dnepropetrovsk şəhərindəki çoxmərtəbəli yaşayış binası ümumiyyətlə inşa edilməməklə mövcud olmamış və iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 647-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat Azərbaycan Respublika sı Ali Məhkəməsinin Mülki Kollegiyasının (İlqar Xələfov (sədrlik edən və məruzəçi), hakimlər Əsəd Mirzəliyev və İlqar Dəmirov) 04 dekabr 2014-cü il tarixli, 2(102)4692/2014 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi qanunun həmin normalarını tətbiq edərkən barter müqaviləsinin bağlanması zərurətini və məqsədlərini nəzərə almamış və işin həmin hallarına müvafiq qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, həmin ərəfədə nə M.Bəşirovun hüquq əldə etdiyi çoxmərtəbəli yaşayış binası və nə də on un İddiaçı verdiyi qeyri-yaşayış sahəsinin inşası başa çatdırılmamışdır. Belə olduqda, barter müqaviləsinin notariatda təsdiq olunmaması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin dəlilləri iddianın rədd olunması üçün əsas verməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddia tələblərini rədd edərkən iddiaçı tərəfindən 2.000.000 ABŞ dolları məbləğində vəsaitin birgə fəaliyyətə yatırılmasının sübuta yetirilməməsini əsas göstərmişdir. Halbuki, iddiaçı tərəfindən birgə fəaliyyət haqqında müqaviləyə əsasən Dnepropetrovsk şəhərində inşa ediləcək çoxbərtəbəli evlərin tikintisinə iddia olunan məbləğdə vəsaitin sərf edilməsi barədə işdə apellyasiya məhkəməsinin həmin nəticəsini təkzib edən kifayət qədər diqqət çəkən sübutlar vardır. Həmin vəsaitin iddiaçı tərəfindən ödənilm əsinin inkar olunmadığı vəziyyətdə isə məhkəmənin belə bir qənaətə gəlməsi iş materiallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə almadan yalnız pulun verilməsi barədə bank sənədlərinin olmamasına əsaslanaraq iddia tələbini əsassız hesab etməklə Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə zidd olan nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Etibar Nəbiyev və Sənan Hacıyev) 17 mart 2015-ci il tarixli, 2(103)-1341/2015 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəy işdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayəti verərək, qətnamənin onlarda aid hissədə ləğv olunması, iddianın onlara münasibətdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiya məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Mehparə Əhmədova) 21 avqust 2015-ci il tarixli 2(102)-3413/2015 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegi yası, kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. İşdə iştirak etməyə cəlb edilməmiş, məhkəmə aktı ilə maraqlarına toxunan ASC “Xalq” Bankının müraciətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli, 13(102)2/2021 saylı qərarı ilə təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2015-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V ahid sadıqov (sədlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, digər cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti isə qismən təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli qətnaməsi qismən - cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, həmin sahəyə iddiaçının sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən ödəniş günü Azərbaycan manatının rəsmi məzənnəs inə uyğun olaraq 1.258.319 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin bir hissəsi 30.01.2010-cu il tarixli barter müqaviləsinə əsasən, "xxxx" firmasına verilmiş 1.258.319 ABŞ dolları sərmayə müqabilində iddiaçıya verilməsi nəzərdə tutulan "xxxx" firmasının inşa etdiyi Ticarət Mərkəzindən 296 kv.m. olan 10 nömrəli ticarət sahəsinin ona təhvil verməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə əsaslı hesab edərək, məhz barter müqaviləsinin şərtlərinə uyğun olaraq, həmin müqavilədə göstərilən 296 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə onun sahiblik və istifadə hüququnun tan ınması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi səhvə yol vermişdir, belə ki, barter müqaviləsi bağlanarkən qeyri-yaşayış sahəsi üzərində "xxxx" firmasının hüquqları qeydə alınmamışdır. Sonuncu yalnız 24.12.2010-cu ildə həmin Ticarət Mərkəzi barəsində hüquqlarını qabaqcadan qeydə aldıraraq, 28.12.2010-cu ildə həmin mərkəzi ipoteka ilə yüklü etmişdir. Belə olan halda, "xxxx" firması 30.01.2010-cu il tarixdə barter müqaviləsi ilə Ticarət Mərkəzindəki 296 m2 qeyri-yaşayış sahəsini əldə etdiyi sərmayə müqabilində iddiaçıya verə bilməzdi. Eləcə də, nəzərə almaq lazımdır ki, ASC “Xalq” Bankına münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur və bank əmlakı vicdanlı əldə etmişdir (ipotekaya göt ürmüşdür). Qətnamənin həmin hissədə qüvvədə qalması Mülki Məcəllənin 140 və 271.1-ci maddələrinin tələbləri baxımından yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - ASC “Xalq” Bankın məhdud əşya hüquqlarının pozulmasının davam etməsinə gətirib çıxara bilər. Bununla belə, işdən müəyyən olunur ki, iddiaçı barter müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni "xxxx" firması iddiaçının payına (qoyulmuş sərmayəyə) yiyələnmişdir. Belə olan halda, sonuncu yiyələndiyi payın müqabilində verməli olduğu əmlak əvəzinə onun dəyərini (1.258.319 ABŞ dolları) pulla ödəməlidir. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillər i və prosessual məsələlər Kassasiya şikayətininin və ona etirazın dəlilləri Kassasiya şikayətləri belə əsaslandırılmışdır ki, bank "xxxx" firmasına kredit verərkən və mübahisəli qeyri-yaşayış binasını ipotekaya qəbul edərkən, həmin əmlakın müqavilələr üzrə digər şəxslərə verilməsini, onunla bağlı məhkəmə mübahisəsi olub-olmadığını yoxlamamışdır. Halbuki, onunla cavabdeh "xxxx" firması arasında birgə fəlaiyyət haqqında razılaşmaya əlavə və qeyriyaşayış sahəsinə dair barter müqaviləsi bankla cavabdeh arasında kredit xətti və ipoteka müqavilələrindən daha əvvəl bağlanmışdır. Ona görə də, apellyasiya məhkəməsinin qeyd etdiyinin əksinə, bak vicdanlı əldə edən sayıla bilməz. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC “Xalq” Bankı kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin dəlillərin in tamamilə əsassız olduğunu bildirmişdir. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq m ülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyy ən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsasla rdan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə

662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Maddə 663.1 Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. Maddə

664. Dəyişdirmə müqaviləsinə u yğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Maddə

665. Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir. Kassasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qətnamənin ləğvinə əsas vermir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin də daxil olduğu qeyriyaşayış binası "xxxx" firmasına məxsus o lmaqla, 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ASC “Xalq” Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki qanunvericiliyə əsasən hər hansı əşya üzərində tam (mülkiyyət) və məhdud (ipoteka və s.) əşya haqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair Dövlət reyestrindəki qeydə əsaslanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qedyiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur (Mülki Məcəllə, maddə 140 və 271.1). İddiaçı isə, bankın ipoteka predmeti olan əmlakın ipoteka qoyanın mülkiyyətində olmadığından xəbərdar olduğunu bildirsə də, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiya məhk əməsi ipoteka saxlayanı vicdanlı hesab etməklə, onun hüquqlarını qorumaqda haqlı olmuşdur. Əks yanaşma, yüklülük hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın məhdud əşya hüquqlarının pozulması deməkdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7096/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar