Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-951/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili Vəkil oğlu və üçüncü şəxs “xxxx” BOKT ASC-nin vəkili Vəkil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edi lmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarixli 2(103)-11599/2019 saylı qətnaməsi ilə üçüncü şəxs “xxxx” BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Cavabdeh1nə qarşı, “xxxx” BOKT ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi, “hərracın nəticələrinin etibarsız hesab edilməsi və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı, Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsində yerləşən 18 saylı evin 94 saylı mənzilinə dair keçirilmiş hərracın yekunları barədə 153 saylı 16 noyabr 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin mənzillə bağlı “xxxx” BOKT ASC-nin adma aparılmış qeydiyyatın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi, hərraca çıxarılmış ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olmasına dair iddia əsasında qiymətləndirmə aparmış, mənzilin dəyərinin 92.000 manat təşkil etməsi barədə rəy almış və gəldiyi nəticəni həm də bununla əsaslandırmışdır ki, hərracda satılan əşyanın satış qiyməti doğru olmamışdır. Rayon məhkəməsi hətta qeyd etmişdir ki, "... mənzilin bazar qiyməti 2015-ci ildə keçirilmiş qiymətləndirmə nəticəsində 88.000 manat məbləğində qiymətləndirilsə də, 2017-ci ildə Bakı Apellyasiya instansiyasının baxışıda həmin rəqəm nəzərə alınmamış, qiymətləndirmə keçirilməmiş, ipoteka müqaviləsində müəyyən edilmiş qiymət əsas götürülmüşdür”. Hazırda iddiaçı hərraca çıxarılmış mənzilin qiyməti ilə razı deyil və mənzilin bazar qiymətinin azı 88000-95000 min manat təşkil etdiyindən onu mübahisələndirirlər. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli 2(103)11599/2019 saylı qətnaməsinin ləğv edilib, işə tam və hərtərəfli baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə k ollegiyasının iclasında İddiaçı və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, üçüncü şəxsin vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etirazını bildirərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. M əhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli 2(103)-11599/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, hərraca çıxarılmış mənzilin qiyməti ilə razı olmadığını, əslində mənzilin bazar qiymətinin azı 88.000 manat təşkil etdiyini, həmçinin, ipoteka predmeti olan mənzilin ona xəbər verilmədən, bildiriş gönd ərilmədən hərraca çıxarıldığını və “xxxx” BOKT ASC-yə satıldığını bildirərək, ipoteka predmetinin ilkin satış qiymətini və hərracın keçirilmə qaydasını mübahisələndirmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, mənzilin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edildikdən sonra birinci instansiya məhkəməsinin bu halı yenidən yoxlaması, həmin qiymətə dair fərqli qənaətə gəlməsi, bu əsnada apellyasiya instansiyası məhkəməsinin qüvvədə olan qərarını müzakirə edib ona tənqidi yanaşması mülki prosessual qanunvericiliyin bir sıra prinsip və normalarının pozulmasıdır. Belə ki, Ünvan, 94 saylı mənzilin ilkin satış qiymətinin 52000 manat olması Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Başqa söz lə, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiqlənmişdir. Bu səbəbdən, həmin halı tərəflər yenidən mübahisə və sübut edə bilməzlər. Ona görə də, rayon məhkəməsi tərəfindən həmin xüsusat üzrə araşdırma (qiymətləndirmə) aparılmasına nəinki zərurət olmamış, hətta bu, qanunla qadağan idi. Apellyasiya kollegiyası iddiaçının hərrac barədə ona məlumat verilməməsinə dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, ipoteka predmetinin hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinin 28.12.2018-ci il tarixli dəyişikliyə qədər olan redaksiyasına görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana v ə ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməməsi, hərracdan xəbərsiz olması haqqında iddiaçının mövqeyi və bu səbəbdən hərracın yekunlarına dair protokolun etibarsız sayılmasına dair tələbi əsaslı deyil. B elə ki, borcluya hərraca dair bildiriş verilməsi barədə müddəanın məqsədi onun hərrac haqqında məlumatlı olmasını, müvafiq predmeti almağı arzu etdiyi təqdirdə hərracda iştirakını təmin etməkdir. Bu qaydanın pozuntusu o halda hərracın etibarsızlığına səbəb ola bilər ki, hərracın keçirilməsindən borclu ümumiyyətlə xəbərsiz və iştirak edəcəyi təqdirdə başqa bir nəticənin əmələ gələ biləcəyinə (məsələn, əşyam özünün alacağına) dair tutarlı əsaslar olsun. Bununla bağlı apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, İddiaçı «xxxx» BOKT ASC-yə olan borcunun sözügedən mənzilə yönəldiləcəyi və əşyanın hərracdan satılacağı, bunun üçün qətnamənin icraya yönəldiyi, çoxsaylı məhkəmə çəkişmələrində iştirak etmiş iddiaçıya öncədən bəlli idi. İkincisi, işdəki SS5150 97619AZ kodlu poçt xəbəmaməsinin surətindən görünür ki, 28 sentyabr 2018-ci il tarixə təyin edilmiş hərracın keçirilmə vaxtı və yeri, habelə digər məlumatlara dair bildiriş rəsmi qaydada İddiaçı təqdim edilmişdir. Üçüncüsü, həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması Cavabdeh2 MMC tərəfindən təmin olunmuşdur. Dördüncüsü, iddiaçı, hərraca çıxarılmış mənzili almağa maddi imkanı olmasına dair sübut təqdim etməmişdir. Çünki, belə bir imkan olduğu halda, o, mənzilin 52.000 manat ilkin satış qiymətindən az olan kredit borcunu ödəməklə ipotekaya xitam verə bilərdi. Borclu İddiaçı məhz bu imkanı olmadığı üçün mənzilin açıq hərracdan satılması təmin edilmişdir. Apellyasiya k ollegiyası belə qənaətə gəlmişdir ki, təkrar hərraca dair iddiaçıya göndərilmiş bildirişin poçt şöbəsinə gec daxil olması və iddiaçıya gec çatdırılması onun hərrac barədə məlumatının olmaması nəticəsinə gəlməyə və keçirilmiş hərracın etibarsız sayılmasına əsas təşkil etmir. Belə formal əsasla hərracın etibarsız hesab edilməsi “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin yönəldiyi məqsədə xidmət etmədiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına da maneə törətməklə, ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərir. Apellyasiya kollegiyası həmçinin, qeyd etmişdir ki, hazırki məqamda iddiaçının öz vəzifələrini yerinə yetirmədiyi, yəni bankdan götürdüyü kredit borcunu vaxtında qaytarmadığı halda, məlumatı olduğu hərracın ikincisi barədə bildirişin ona gec çatmasına istin ad etməklə hərracın etibarsız sayılmasını tələb etməsi hüquqdan sui-istifadə təşkil edir. Bu isə qanunla qadağandır. Belə ki, Mülki Məcəllənin 560.1-ci, 560.2-ci, 560.3.2-ci və 560.3.3-cü maddələrinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və ya müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına v ə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hərraca çıxarılmış mənzilin qiyməti ilə razılaşmayaraq mənzilin bazar qiymətinin azı 88000-95000 min manat təşkil etdiyini iddia edib mübahisələndirsə də, nəzərə almamışdır ki, ipoteka predmeti olan Ünvan, 94 saylı mənzilin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiqlənmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblə rini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarixli 2(103)-11599/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-951/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-951/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver