Məhkəmə qərarları › İş №2(102)-951/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-951/2021

03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-951/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1108/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB ilə Cav abdeh arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx xxxx 2018-ci il tarixli, T/17840 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İstehlakçı Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində yerləşən ev 7 saylı fərdi evində istifadə olunan qaz xəttinə qaz sayğacı quraşdırılmışdır. 2018-ci ilin fevral ayından 2019cu ilin avqust ayınadək olan müddətdə müxtəlif tarixlərdə İddiaçı İB-nin əməkdaşları tərəfindən həmin qaz sayğacına texniki baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair bir neçə dəfə akt tərtib edilmiş, fotoşəkillər çəkilmək lə akta əlavə edilmişdir. Həmin aktlar əsasında itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması həyata keçirilmiş və məhkəmədə hazırkı iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2.683 manat məbləğində dəymiş ziyan və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.713 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş s ayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış və bununla bağlı iddiaçının əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməklə və qanunsuz qoşulmalar ləğv edilməklə aktlar tərtib edilərək, cərimələr hesablanmış olsa da, cavabdeh həmin cəriməni ödəməmişdir. Belə ki, Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 518,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 878,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* sayl ı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, cəmi 2.683 manat (3E proqramına keçirilən borcdan xaric) İddiaçı İB-yə ziyan vurmuşdur.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı 694 manat borcun tutulması hissəsində qəbul edərək bildirmişdir ki, 2018-ci ildə onun yaşadığı ünvanın yerləşdiyi məhəllədə qazın təzyiqi kifayət qədər olmamış və evlərə günlərlə qaz verilməmişdir. Lakin o, heç vaxt iddiaçı tərəfindən məhkəməyə təqdim olunan aktlarda göstərilən vaxtlarda sayğacdan kənar qaz xəttinə qoşulmamışdır və qazdan sayğacdan kənar istifadə etməmişdir. O, yalnız bir dəfə, yəni 2018-ci ilin yanvar ayında sayğacdan kənar qaz xəttinə qoşularaq təxminən bir ay qazdan bu üsulla istifadə etmiş olsa da, sonradan özü həmin qoşulmanı aradan qaldırmışdır və bir daha sayğacdan kənar qaz xəttinə qoşulmamışdır. İddiaçı tərəfin təqdim etdiyi aktların heç biri isə onun iştirakı ilə və onun ünvanında yazılmamışdır.

5. Abşeron Rayon Məhkəməsinin (hakim Z.Sadiqov) xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4208/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 694 (alt ı yüz doxsan dörd) manat məbləğində dəymiş ziyan və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 704 (yeddi yüz dörd) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulmalarla əlaqədar tərtib edilən aktların mötəbər sübut kimi nəzərə alınması mümkün olmasa da, cavabdeh tərəf məhkəmə baxışı zamanı xx xxxxxx 2018-ci il tarixli, ******* saylı akt üzrə tələb olunan 694 manat məbləğində pulun ondan tutulmalı olmasını etiraf etmiş olduğundan, Cavabdeh 2.683 manat məbləğində dəymiş ziyanın tutulması barədə iddianın qismən, yəni cavabdehin etirafı üzrə yalnız xx.xx.2018-ci il tarix li, ******* saylı akt üzrə dəymiş zərərin əvəzi kimi 694 manat məbləğində pulun tutulması hissəsində iddia sübuta yetmiş hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1108/20 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəl illəri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamədə tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları (Mülki Məcəllənin 14.2.6; 443.1; 448.2; Qaz təchizatı haqqında Qanunun 6.2, 20 və 22-ci; X1nın 6.5-ci maddələri) ümumiyyətlə tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində göstərilmiş «X1»nın 2.7; 2.8; 3.1.5; 3.1.7; 4.2; 4.4; 4.6; 4.7; 4.8 və 4.9-cu bəndlərinin isə tərəflər arasında yaranmış bu mübahisəyə heç bir aidiyyəti yoxdur. Çünki, tərəflər aras ında yaranmış mübahisə qaz qurğularına texniki baxış keçirilməsi və ya qaz sayğacına müdaxilə faktı ilə bağlı olmamış, mübahisə məhz abonent tərəfindən qaz sayğacına qədər olan qazpaylayıcı xəttə qanunsuz qoşulma faktı ilə bağlı yaranmışdır. Məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində qeyd olunan həmin maddi hüquq normaları isə cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma faktı ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması deyildir. Abşeron Rayon Məhkəməsi və eləcə də Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən müvafiq mülki işə baxılarkən, cavabdehin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə SALDO-ya (GASREPORT proqramı üzrə), eləcə də mexaniki qaz sayğacı üzrə SALDO-ya (AGİS üzrə) ümumiyyətlə nəzər salınmamış, həmin sənədlər sübut qismində məhkəmədə ətraflı təd qiq edilməmiş və qətnamədə göstərilməmişdir. Cavabdeh abonentin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə SALDO-ya diqqət yetirərkən görünür ki, cavabdeh şəxs barəsində aktların tərtib olunduğu 02/2018-ci il tarixdən 08/2019-cu il tarixinə kimi iddiaçının hesabına ümumiyyətlə ödəniş etməmişdir. Cavabdeh abonentin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə SALDO-dan o da müəyyən olunur ki, cavabdeh şəxs 12/2017-ci il tarixdə 23 manat ödəniş etdikdən sonra növbəti dəfə 10/2019-cu il tarixində (sonuncu ödəniş əməliyyatının üzərindən 1 il 10 ay keçdikdən sonra) 3 manat məbləğində ödəniş etmişdir. Cavabdeh şəxs onun barəsində aktların tərtib olunduğu 02/2018-ci il tarixdən 08/2019-cu il tarixinə kimi iddiaçının hesabına ümumiyyətlə ödəniş etməmiş olması, onun tərəfindən həmin tarixlə rdə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktına dəlalət verir. İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-lar) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad edə bilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Mə hkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblə rini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

19. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə iddianın rədd edilən hissəsində mübahisələndirildiyindən apel lyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

25. İddiaçı xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixl i ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii X1nın pozulması haqqında” aktlarından görünür ki, istehlakçı Cavabdeh məxsus evdə yerləşən sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar, qeyriqanuni istifadə olunması aşkar olunmuş, dəymiş ziyanın he sablanması və ödənilməsi qeyd olunmuşdur.

26. Apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinə istinadən qeyd etmişdir ki, iddiaçı tərəfindən vurulmuş ziyan məbləğinin mövcudluğuna əsaslanan aktların hamısında yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, ilk dəfə 16 fevral 2018-ci ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda - həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilibedilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Apellyasiya mə hkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmaqla düzgün nəticəyə gəlinmişdir.

27. Beləliklə, apelyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təbii qazdan kənar qoşulma ilə qanunsuz istifadə etməsinə dair xx.xx.2018-ci il tarixli aktdan başqa digər aktları etiraf etməmiş, habelə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırma tədbirlərini görməmişdir.

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual normaları düzgün tətbiq etməmişdir.

29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci bəndi nə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

30. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin 2.3.4-cü bəndinə görə, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.

31. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu müqavilənin və «X1»nın tələblərinə əməl etməlidir.

32. Tərəflər arasındakı münasibətləri tənzimləyən bu normalardan görünür ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da «X1»nın və müqavilə şərtlərinin pozulmasına görə Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlahçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qa ldırmır. Başqa sözlə, yalnız dayandırma tədbirinin tətbiq edilməməsinə və cavabdehin izahatına əsaslanmaqla iş üzrə nəticəyə gəlinməsi qanuni və əsaslı sayıla bilməz.

33. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır.

34. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktaların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisəni fiksə etməsi baxımından aid edilənliyi yoxlanılmalıdır.

35. Bununla yanaşı işdəki digər də lillər (foto, izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricililərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilərək (MPM, maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir.

36. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə apelyasiya məhkəməsi tərəfindən qətnamə bu qaydalara əməl edilmədən çıxarılmışdır. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş a pelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1108/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilən hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar