Məhkəmə qərarları › İş №2(102)-952/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-952/2021

17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-952/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: dəymiş zərərin ödənilməsi Açar sözlər: qazdan istifadə qaydaları, qazdan qanunsuz istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi və vəkili Hüseynov Orxan Mehdixan oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı xx xxxxxxx 2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İddiaçı tərəfindən Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində müvafiq aktlar tərtib edilərək ona ümumilikdə 2158 manat borc he sablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3233 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qeyd olunan faktlarla bağlı İddiaçı İB-nin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4147/2019 nömrəli iş üzrə xx xxxx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı aktına əsasən hesablanmış 569.40 manat məbləğində dəymiş ziyanın cavabdehdən İddiaçı xeyrinə tutulması qət edilmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1477/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov, S.A.Qafari, T.Q.Məmmədov) iddiaçıın apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “Qazdan istifadə Qaydaların”ın tələbinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Hazirki iş üzrə isə ilk dəfə xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan sonra qazpaylayıcıtərəfindən MədətovƏli Oktay oğlununqazdan qeyri-qanuniistifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırılması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyənedilməmişdir.Halbuki, “Qazdan istifadə Qaydaları”nın tələbinə görə qazpaylayıcı hər bir akt üzrə tələb olunan qaydalara əməl etmək vəzifəsi daşıdığı halda, bunu etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli ilkin aktdan sonra sayğacdan kənar təbii qazdan istifadə olunması ilə bağlı tərtib olunmuş digər aktlar əsasında hesablanmış cərimələrin əsassız olmasına istinadən həmin hissələrdə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuşd ur. Həmçinin qeyd edilmişdir ki, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı tərtib edilən birinci aktla (xx.xx.2018-ci il) sonuncu akt (xx.xx.2019-cu il) arasında 1 il, 5 ay vaxt keçmişdir. Belə olan halda bu müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi ağlabatan sayıla bilməz. Bu baxımdan xx.xx.2018-ci il tarixdə tərtib olunan ilk aktdan sonra tərtib edilən digər aktlar cavabdehin təbii qazdan qanunsuz istifadə etməsinin sübutu kimi qəbul edilə bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apell yasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, yalnız ilkin akt əsasında hesablanmış zərərin cavabdehdən tutulması barədə əsassız nəticəyə gəlinmişdir. Cavabdehin təbii qazdan qanunsuz istifadəsini sübut edən aktlar və müxtəlif rakursdan çəkilmiş fotoşəkillər mövcuddur ki, onlarla da cavabdehin rezin boru vasitəsilə qanunsuz qoşulması açıq-aşkar görünür. Məhkəmə kollegiyası iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında mübahisələndiirlən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddia tələbinin əsasını itirilmiş qazın dəyərinin ödənilməsi təşkil etməklə, iddia cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacında göstərilən sərfiyyatın həqiqi sərfiyyatı əks etdirmədiyi, həmin sayğaca əlavə kimi qanunsuz quraşdırlmış rezin boru vasitəsilə qanunsuz qoşulmanın mövcud olması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixə qədər cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına 15 dəfə texniki baxış keçirilmiş və hər baxış zamanı qaz xəttinə qanunsuz qoşulma aşkar edilərək müvafiq aktlar tərtib edilməklə, cəmi 2158 manat ziyan hesablanmışdır. Həmin aktlar təbii qazdan istifadəyə dair qanunvericiliyin tələblərinə uyğun olaraq məişət abonenti və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki passportlarında gö stərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Deməli, cavabdeh qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla, həmin sayğaca müdaxilə, o cümlədən qanunsuz qoşulma nəticəsində paylayıcı İddiaçınə dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Yən i, qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaz ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Bu halda, təbii qazdan istifadə qaydalarının tələblərinə görə, yalnız bunun istehlakçının təqsiri olmadan baş verdiyi müəyyən edildikdə həmin pozuntu baş verənə qədər və ya pozuntu aşkar edildikdən sonrakı dövrə uyğun sərfiyyat hesablanmaqla ödəniş aparılmalıdır. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. İddiaçı müəssisə tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Bun dan əlavə, cavabdeh əvvəldən də 1074 manat borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya məhkəməsi işin sadalana n hallarına düzgün hüquqi qiymət verməməklə, ilkin pozuntu aşkar edildikdən sonra iddiaçı müəssisə tərəfindən təbii qazın verilməsi dayandırılmadığından, yalnız ilkin pozuntuya dair tərtib edilmiş aktda hesablanmış cərimənin cavabdehdən tutulması barədə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar