Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-952/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs5 Səttar qızına, Maraqlı şəxs4, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs1 Səttər qızına və Quba ASAN Xidmət mərkəzində notariat kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi müddətinin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2737/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 26.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil tam pay hüququ əsasında X6 xüsusi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Texniki pasportundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin hüquq subyekti X10r. İş materiallarında olan Quba Cavabdehəzinin Notariat ofisinin İddiaçı ünvanladığı 06.07.2020-ci il tarixli 693 nömrəli məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş mü ddət məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Quba Cavabdehəzinin Notariat ofisinin İddiaçı ünvanladığı 06.07.2020-ci il tarixli 695 nömrəli məktubundan görünür ki, 22 mart 2005-ci il tarixdə 2v-26 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinin arxivinə məlumat daxil olmamışdır. 22 mart 2005-ci il ildə X12 tərəfindən verilmiş, Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədə, Quba şəhəri, Qasım İsmayılov küçəsi, ev 69-da yerləşən mənzilin 20%-ni, həyat yoldaşı, X1, mənzilin 80%-ni oğlu, Hüseynov Neman Səttər oğluna və bacıları Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs4, X4, Maraqlı şəxs6 miras pay olaraq vəsiyyət etmişdir. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından verilmiş 07 avqust 2020-ci il tarixli 857 saylı arxiv çıxarışından görünür ki, Nügədi MTS-nin işçisi X11 Quba şəhəri, İsmayılzadə küçəsində 59 nömrəli evini söküb yenidən tikməyə icazə verilmiş və ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. 20 fevral 1981-ci ildə verilmiş XV-JQ 729464 № li Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun çıxarışından görünür ki, X12, 27 dekabr 1924-cü ildə Quba rayonunun Çiçi kəndində anadan olmuşdur. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X2 arasında 03 iyun 1952-ci ildə nikah bağlanmış və 2 nömrə ilə qeyd edilmişdir. AZ-T 137439 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Qubada anadan olmuş, X3, anası X2 qeyd olunub. AZE 0******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 5a, mənzil 40-da qeydiyyatdadır. AZ-İ 156451 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 07 dekabr 2007-ci ildə ürək damar çatışmamazlığından vəfat etmiş ölüm haqqında akt qeydləri kitabında 210 nömrə ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası, X5 ona və qardaşı və bacılarına miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı, ümumi sahəsi 197.2 kv.m olan, iki mərtəbəli xüsusi mülkiyyətin və həmin mənzilə aid 0,0629 ha torpaq sahəsinə vərəsə olmağı, eləcə də qanuni vərəsə kimi ona çatası miras payın ölçüsünün məhkəmə qaydasında müəyyən edilərək, qanuni vərəsələr ara sında bölünməsi barədə, eləcə də atasının adının "Səttar"dan "Səttər"-ə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə ilə məhkəməyə müraciət edərək, onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 1924-cü ildə, anası X2 isə, 1934-cü ildə anadan olmuş, Quba şəhərində yaşamışlar. Atası ilə anası 03 iyun 1952-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan bacıları Maraqlı şəxs1 Səttər qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızı, Maraqlı şəxs4, X7, Maraqlı şəxs6, qardaşı Hüseynov Neman Səttər oğlu doğulmuşdur. Qardaşı Hüseynov Neman Səttər oğlu 08 iyul 2004-cü ildə vəfat etmişdir. Onun nikahdan 20 yaşlı oğlu Orxan və 19 yaşlı Ləman adlı qızı qalmışdır. O, qardaşı və bacıları Quba şəhəri, Qasım İsmayılov küçəsi, 69 saylı mənzildə anadan olub həmin mənzildə yaşayıblar. Nügədi MTS-nin işçisi X11 Quba şəhəri, İsmayılzadə küçəsində 59 nömrəli evini söküb yenidən tikməyə icazə verilmiş və ona 600 kv.m torpaq sahəsi ayrılmışdır və bu barədə Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından 07 avqust 2020-ci il tarixli 857 saylı arxiv çıxarışı verilmişdir. X3 07 dekabr 2007-ci ildə ürək damar çatışmamazlığından vəfat etmişdir. 22 mart 2005-ci il ildə X3 tərəfindən verilmiş vəsiyyətnamədə, Quba şəhəri, Qasım İsmayılov küçəsi, ev 69-da yerləşən mənzilin 20%-ni, anası X1, mənzilin 80%-ni oğlu, yəni qardaşı, Hüseynov Neman Sətt ər oğluna və bacıları Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs4, X4, Maraqlı şəxs6 miras pay olaraq vəsiyyət etmişdir. Qardaşı Hüseynov Neman Səttər oğlu, 08 iyul 2004-cü il tarixdə vəfat etdiyinə görə, sonuncunun oğlu Maraqlı şəxs7 həmin mənzildə daimi və ya müvəqqəti olaraq yaşamaq hüququnun verilməsini qeyd etmişdir. 22 mart 2005-ci il tarixdə 2v-26 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə edilmiş sorğuya, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional Cavabdehəzində yerləşən notariat ofisinə sorğu verilmiş və sorğuya cavab olaraq 06 iyul 2020-ci il tarixli 695 saylı cavab məktubu ilə bildirilmişdir ki, vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notari at ofisinin arxivinə məlumat daxil olmamışdır. Eləcə də X3ndan qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı, 06 iyul 2020-ci il tarixdə Quba Regional Cavabdehəzinin notariat ofisinə sorğu məktubu göndərilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional Cavabdehəzində yerləşən notariat ofisi tərəfindən verilmiş 06 iyul 2020-ci il tarixli 693 saylı cavab məktubu ilə qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi, ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsi izah edilmiş və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmisd ir. Göstərilənlərə əsasən, atası - X5 miras qalmış əmlak - Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı evin onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov, iş № 2(027)-563/2021) iddia təmin edilərək, X5 miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı evin onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X12 07 dekabr 2007-ci ildə vəfat etmişdir və onun övladları - Hüseynov Neman Səttər oğlu, Maraqlı şəx s1 Səttər qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızı, Maraqlı şəxs6 və İddiaçı ataları - X5 miras qalmış mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişlər. Hazırda İddiaçı cavabdeh Quba Regional Cavabdehəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ataları - X5 miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X5 miras qalmış əmlakların onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilməli və həmin müddət uzadılmalıdır. A pellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs7 apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışlar ki, işin halları araşdırılmamışdır. Qanunvericiliyin tələbinə əsasən mirasın bir hissəsinin qəbulu, mirasın digər hissəsinin qəbulu hesab edilir. Belə olan halda miras qoyan X5 qalmış miras əmlak barəsində vərəsəlik işi açılmışdırsa, onun vərəsəsi artıq tanınmışdırsa, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsinin üzürlü hesab edilməsi və həmin müddətin uzaldılmasının heç bir əhəmiyyəti olmayacaqdır. Miras qoyan S.Hüseynov 07 dekabr 2007-ci ildə ölmüşdür. İddiaçı hələ bundan bir çox əvvəl yaşamaq üçün Bakı şəhərinə getmişdir. İddiaçı miras qoyanın ölümündən sonra 6 ay ərzində mirasın q əbul edilməsi barədə notariat kontoruna ərizə verməmişdir. Məhkəmə iddiaçının miras əmlakın qəbul edilməsi müddətinin 13 il ərzində qəbul edilməməsinin hansı üzrlü səbəbdən baş verməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən bir çox maddi hüquq normaları pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-2737/2021) cavabdeh Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızının, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızının, Maraqlı şəxs7 Nemən oğlunun apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2021-ci il tarixli 2(027)563/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızına, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Quba Regional Cavabdehəzi notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzaldılması tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı nə mirası qanuni olaraq ərizə verməklə, nə də faktiki sahiblik etməklə qəbul etməmişdir. Məhkəmə prosesi zamanı İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin 13 il ərzində hansı üzürlü səbəbdən baş verməsini göstərə bilməmişdir. İddiaçı bacıları və qardaşı əvəzinə iddia qaldırmaq hüquqi olmamış və hazırda iddiaçının iddia ərizəsində onlar maraqlı şəxs kimi qismində iş üzrə cəlb edilməsinə baxmayaraq, iddianın dəqiqləşdirmə barədə ərizə verdikdə onların adından mir asın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə olaraq iş materialları ilə və dəqiqləşdirmə barədə ərizədən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, məhkəməyə hər bir şəxs ayrı-ayrılıqda iddia tələbi sürmək hüququna malikdir və ya tərəfin adından etibarnamə ilə çıxış edən ərizə ilə müraciət edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2737/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsində göstərildiyi kimi iddiaçı miras qoyanın ölümündən sonrakı illərdə əmlaka sahiblik etsə də, sonradan digər vərəsələrin də əmlakdan fəal istifadəsinə şərait yaratmışdır. Bununla belə əlində notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə mövcud olsa da hüquqi savadsızlığı üzündən notariat orqanına mirasın qəbuluna dair ərizə ilə müraciət etməmişdir. Bu baxımdan vətəndaş sonradan notariat orqanına müraciət edərkən və notariat orqanı ona məhkəmədə müddətin uzadılmasına dair iddia qaldırmalı olması barədə cavab məktubu verməsi səbəbindən iddia qaldırmışdır. Məhkəmə isə bu hissədə sadalananları nəzərə almadan, bu hallara hüquqi qiymət vermədən müddətin buraxılmış olması və onun bərpası üçün üzürlü səbəblərinin olmaması kimi yanlış yekun fikrə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2005-2011-ci illərdə, faktiki olaraq miras qoyanın ölümündən sonrakı illərdə əmlaka faktiki yiyələnməsi, ona sahiblik etməsi kimi hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normasının tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızı və Maraqlı şəxs7 kassasiya şikayətinə qarşı etirazda göstərmişdirlər ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2737/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının şikayətində göstərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsin ə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən son ra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab ed ilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində istinad olunan dəlillərlə bağlı qeyd etmişdir ki, iddiaçının mirasın qəbul edilməsi ilə bağlı sübutları mövcud deyil, eyni zamanda onun 13 il ərzində miras əmlakın rəsmi və faktiki olaraq qəbul etməsi müəyyən olunmur. İddiaçı miras qoyanın vərəsələrinin mirasın qəbulu ilə bağlı razılıqlarının olmasını göstərsə də müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən 4 cavabdehin şikayət verməsi belə razılığın olmamasını təsdiq edir. Eyni zamanda məhkəmənin mövqeyinə görə, iddiaçı müddətin uzadılmasına əsas ola biləcək heç bir üzürlü səbəbin mövcudluğunu sübut edə bilməmiş, di gər vərəsələrə münasibətdə mirasın qəbulu müddətinin uzadılması üçün tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olmamışdır. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2737/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı
Məhkəmə qərarları › İş №2(102)-952/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-952/2022
01.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver