Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-954/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)4054/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(004)-6272/2018) İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməs i tələbinə dair iddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borca görə 664,29 manat, mükafata görə 338,56 manat, dəbbə puluna görə 40,22 manat, dəymiş zərərə görə 820 manat, cəmi 1863,07 manatın alınıb iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddianın qismən təmin edilib cavabdehdən lizinq ödənişinə görə 1002,87 manatın, dəbbə puluna görə 10 manatın, cəmi 1012,87 manatın iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 2018-ci ilin iyun ayında lizinq şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin daxili lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyərək avtomobili xx xxxxxx 2017-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti dayanacağına yerləşdirməsini əsas göstərməklə onlar arasında bağlanmış xx xxxx 2015-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi və xx xxxxxx 2017-ci il tarixə yaranmış əsas borca görə 664,29 manat, mükafata görə 338,56 manat və dəbbə puluna görə 400,22 manat, avtomobilin istifadəyə yararsız vəz iyyətə düşməsinə görə 820 manatın, cəmi 2223,07 manatın Cavabdeh lizinq şirkətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək onun lizinq şirkəti ilə mübahisəli avtomobilə dair müqavilə bağlamamasını və həmin müqavilə üzrə şirkətə hər hansı bir ödəniş etməməsini, lakin belə halda şirkətin ona qarşı olan iddiasının qismən təmin olunmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şi kayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, lizinq şirkəti cavabdehdən əsas borca görə 664,29 manat, faiz borcuna görə 338,56 manat, cəriməyə görə 400,22 manat, avtomobilə dəymiş ziyana görə 820 manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə liz inq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənirsə Lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 2017-ci ilin may-avqust ayları üçün lizinq ödənişlərini verməmişdir. Bununla ə laqədar apellyasiya instansiyası məhkəməsi lizinq şirkətinin hazırkı tələblə məhkəməyə müraciət etməsini qanuni və əsaslı saymışdır. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normasına əsaslanaraq tələb olunan dəbbə pulunun tənasübsüz olmasını əsas göstərərək cavabdehdən 10 manat məbləğində dəbbə pulu tutmuşdur. Avtomobilin istifadəyə yararsız hala düşməsində cavabdehin təqsirini təsdiq edən sübutlar olmadığından kollegiya iddia tələbini həmin hissədə əsassız saymışdır. Cavabdeh mübahisəli avtomobilə dair onunla müqavilənin bağlanmasını inkar etsə də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Müəyyən olunmuşdur ki, daxili lizinq müqaviləsi məhz cavabdehlə bağlanmış, sonuncu müqaviləyə əsasən lizinq ödənişlərini vermək barədə üzərinə öhdəlik götürsə də, öhdəliyinə ə məl etməmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-954/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-954/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver