Məhkəmə qərarları › İş №2(102)-954/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-954/2024

28.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-954/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-954/2024 (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı magistral neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin 09 oktyabr 2023-cü il tarixli 2(103)-4816/202 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında hasarlanmış həyətin içərisində əvvəlcədən tikilmiş tikiliyə bitişik eni 4, uzunluğu 8, hündürlüyü 4 metr ölçülərində bina tikilisini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin (bundan sonra – iddiaçı) ərazidə yerləşən nümayəndələri 2021-ci ildə aşkar etmişlər. Buna qədər 2020-ci ildə tikinti aparılan zaman xəbərdarlıqlar edilmiş, lakin tikinti işləri davam etdirilmişdir. Tərtib edilən aktlarda göstərilmişdir ki, Cavabdeh (bundan sonra – cavabdeh) özünü tikintinin sahibi kimi təqdim etmişdir.

2. Tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Həmin tikilinin bitişik olduğu və eyni hasarlanmış torpaq sahəsində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. Həmin tikililərin yerləşdiyi torpaq sahəsinin hüdudları X4 məxsus qeyri-yaşayış binasının texniki sənədlərində öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin 114-cü km-də, kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada kəmərin mühafizə zonası daxilində, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına, Mülki Məcəlləsinin 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 111-ci maddələrinə, Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına, AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanına, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarına, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə istinadən belə əsaslandırmışdır ki, neft boru kəmərlərinin strateji əh əmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddialarını müdafiə etmişlər. Bununla yanaşı cavabdehi əsl cavabdehlə əvəz etmək barədə məhkəmənin təklifini qəbul etməmişlər. Eyni zamanda ekspertiza rəyini şərh edərək bildirmişlər ki, X3 mülkiyyətində olan tikiliyə çıxarış 2016-cı ildə verilmişdir, onlar isə 2020-ci ildə AKT tərtib edilən zaman aparılan tikilinin sökülməsini tələb edirlər. Hansı ki, çıxarış verilən tikilinin texniki pasportunda tikililərin müəyyən edilmiş cizgi daxilində yerləşməsi müəyyən edilmişdir, lakin tikililərin yerləşdiyi torpaq sahəsi X3 mülkiyyətində deyildir. Yəni onların sökülməsini tələb etdiyi tikililərə dair hər hansı hüquq müəyyənedici sənəd olmadığı kimi, tikililərin yerləşdiyi torpaq sahəsi də fiziki şəxsin mülkiyyətində olmamaqla dövlət mülkiyyətindədir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qeyd edilən hissədə 48 sot torpaq sahəsi vardır ki, torpaq ümumi olaraq Əsgərova Zemfiraya məxsusdur. Neft kəmərinin 30 m-lik məsafəsində 3 mərtəbəli tikili vardır ki, həmin tikilinində çıxarışı vardır. Ümumiyyətlə mübahisəli tikililər də, ev kimi 48 sot torpaq sahəsinin tərkibindədir. Bundan başqa, cavabdeh bildirmişdi r ki, tikililər qeyri-yaşayış təyinatlıdır, tikililərin sahibi o deyildir, o tikintini aparan iş icraçısı (briqadir) kimi işləmişdir, tikililərin sahibini tanımır. Həmin ərazidə 2006-cı ildə tikili olmuşdur. Sonradan digər tikililər tikilmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seritalı, ******* nömrəli Çıxarışından müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmaqla xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. Tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsinin kateqoriyası sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, torpaq sahəsinin ölçüsü 0.0144 hadır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadas trı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının iddiasına əsasən Cavabdeh məxsus olan tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Cavabdehin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdehə məxsus olduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi X4 məxsus ünvan 3 ünvanında yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********02-06301) tikilinin texniki sənədlərdə müəyyən edilmiş cizgi daxilində yerləşir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7581 saylı ekspert rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər i Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddiasına əsasən Cavabdeh məxsus olan tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. İkinci sual üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Üçüncü sual üzrə cavabdehə məxsus olduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi X4 məxsus ünvan 3 ünvanında yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********0206301) tikilinin texniki sənədlərdə müəyyən edilmiş cizgi daxilində yerləşir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-95/2023 say lı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddianın rədd edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ona görə Cavabdeh olaraq cəlb etmişdir ki, onun əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilən zaman həmin şəxs özünü tikilinin sahibi kimi təqdim etmişdir. Hansı ki, məhkəmə prosesləri zamanı müəyyən edilmişdir ki, Cavabdeh həmin vaxt sadəcə iş icraçısı olaraq orda olmuş və iddiaçının nümayəndəsinin iştirakı ilə bu barədə mövqeyini bildirmişdir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, həm əvvəlki tikili (hansı ki daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır), həm də iddiaçının sökülməsini tələb etdiyi tikili (hansıki 2020-ci ildə iddiaçının nümayəndələri tikinti işlərinin aparıldığın ı müəyyən etmişlər) X2 mülkiyyətində olan qeyri-yaşayış binasının texniki sənədlərində göstərilən torpaq sahəsinin daxilində yerləşir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddia cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir və bu səbəbdən də iddiaçının tələbi əsassızdır.

12. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, sökülməsi tələb olunan tikiliyə bitişik olan bina daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdırsa, üstəlik həmin tikili də magistral neft kəmərinin mühafizə zonasında yerləşirsə, yenidən əsl cavabdehə qarşı iddia qaldırıldığı halda həmin məqamlar iddiaçı tərəfindən nəzərə alınmalıdır.

13. Məhkəmə həmin mövqeni iddiaçının nəzərinə ona görə çatdırmağı zəruri hesab etmişdir ki, iddiaçı tələbində magistral neft kəmərinin mühafizə zonasında yerləş məsinə baxmayaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan tikiliyə dair mübahisə açmasa da, həmin torpaq sahəsində yerləşən və bitişik olan analoji tikiliyə dair iddia qaldırması hüquqdan sui-istifadə təəssüratı yaradır. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsində qeyd edilmişdir ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. İddiaçı SOCARın "Neft Kəmərləri" İdarəsinin cavabdehə qarşı iddia tələbi yuxarıda göstərilənlərə görə əsassız hesab edilməlidir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2, 560.3.4, maddəsinə, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tar ixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 50.3, 54.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində 1 saylı qaravulun 1-ci iş növbəsində saat 12:30-da ünvan 4 ünvanında Şirvan-Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin 114-cü kmdə, kəmərin mühafizə zonası daxilində, 1-ci sırada, kəmərdən hasara qədər olan məsafə 3 metr, kəmərdən tikinti aparılan yerə qədər olan məsafə 33 metr hüquqi sənədləri olan (X3 adına olan RX seriyalı, ******* saylı çıxarış və texniki pasport) özünü həmin ərazinin sahibi kimi təqdim edən Cavabdeh ona məxsus olduğu iddia edilən 5230,5 kv.m hasarlanmış həyətin içərisində əvvəlcəd ən tikilmiş tikiliyə bitişik təqribən eni 4 metr, uzunluğu 8 metr və hündürlüyü 4 metr olan mişar daşları ilə tikilmiş hörgü işi 4-5 saylı (NKİ, Şirvan-Böyükşor neft kəməri 92-115,2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) postların atıcıları tərəfindən aşkar edilmişdir. Mövcud işin mühafizə zonasına düşdüyü səbəbindən tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilmiş və yazılı xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Şəxsə xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində tərtib edilmiş aktlar əsasında xəbərdarlıq edilmişdir. Lakin şəxs yazılı xəbərdarlığın verilməsinə baxmayaraq, xx.xx.2020- ci il tarixdə yenidən tikinti işlərini davam etdirmişdir. Beləliklə cavabdehin fərdi yaşayış evinə iddiaçının dövlət hakimiyyəti o rqanı tərəfindən edilən müdaxilə qanuni olmuş, ədalətli balans prinsipi gözlənilmişdir. Cavabdehin yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edilmiş qanunsuz tikililəri fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir.

17. Əvvəlki məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 02 noyabr 2022ci il tarixli mütəxəssis rəyində göstərildiyi kimi iddiaçının iddia tələbinə əsasən Cavabdeh mənsub olan tikili Şirvan-Böyükçöl 500-lük magistral neft kəməri mühafizə zonasında yerləşir. Bəxtiyar aktlar yazılanda özünü tikilinin sahibi kimi təqdim edib. X1 ortaya çıxmışdır. Eyni zamanda orada çəkilişlər var, Bəxtiyar özünü tikilinin sahibi kimi təqdim edib. Binəqədi Rayon Məhkəməsinin hakimi düzgün mövqe göstərməyib. Sənəd ortada varsa, həmin tikiliyə də aid olmalıdır və koordinatlar üst-üstə düşməlidir. Odur ki, bu iş üzrə yenidən ekspertiza təyin edilməlidir. Koordinat üzrə mövqe yenə də dəqiqləşdirilsin. Çünki, koordinat düzgün verilməyib, bəlkə də orada özləri iştirak etməyib. Zemfira xanımı onlar görməyiblər, onlar cavabdehi görüblər. Necə olur ki, Zemfira xanımın sənədi ilə məhkəmə qərar verə bilər. X5 üçüncü şəxs kimi işə xanım cəlb edilməlidir. Bu necə olur ki, Zemfiranın adına çıxarış verilir, amma cavabdehin koordinatları da oraya düşür. Sənəd var, mütəxəssis rəyi var. Strateji əhəmiyyətli obyektlər var ki, onların təhlükəsizliyini düşünməlidirlər. Onlar çıxarışı yox, təhlükəsizliyi mübahisələndirirlər. Bu yaxınlarda "Azneft" İB-də qəza oldu, oradakı vəziyyət çox pis idi. X 3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini istəyirlər. 2 ekspertiza rəyində də mühafizə sonasına daxil olması qeyd edilmişdir. Koordinatlar da cavabdehi göstərir. Tikillinin cavabdehə aid olması ilə bağlı mütəxəssis rəyi də vardır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4816/2023 nömrəli iş üzrə 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişildirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

20. Apellyas iya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

31. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddia çını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 32. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2 Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, iddiaçı tələbini əsl olmayan cavabdehə qarşı yönəltmişdir. İşin müəyyən edilmiş halları baxmından sökülməsi tələb olunan tikilinin işdə iştiraka cəlb olunmayan üçüncü şəxsə məxsus olması, cavabdehin həmin tikili və onun yerləşdiyi torpaq sahəsi ilə hüquqi baxımından bağlılığı olmadığı müəyyən olunmuşdur.

41. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Kons titusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Beləliklə, məhkəmə kollegiyası, apellyas iya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 09 oktyabr 2023-cü il tarixli, 2(103)-4816/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar