Məhkəmə qərarları › İş №2(102)-957/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-957/2020

17.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-957/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Qasımov) xx.xx.2019-cu il tarixli, 2(001)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1paşa qızına və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiasının rədd edilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qızının cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmayan uşağı X7 ilə birlikdə Bakı şəhəri, 9-cu mikrorayon, ******** küçəsi, **** saylı evin *** saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-****/2019 saylı qətnaməsinin qismən, yəni Cavabdeh2 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin iddianın təmin edilməməsi, qətnamənin ilk iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmiş, hazırki qətnamənin İddiaçı Bakı şəhəri, 9-cu mikrorayon, ***** küçəsi, *** saylı evin *** saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması göstərilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin h alları: İddiaçı cavabdehlər Cavabdeh1paşa qızına və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, 9-cu mikrorayon, ***** küçəsindəki, **** saylı binanın 3-cü mənzilin satılması məqsədilə AN-İ ******* nömrə ilə qeydə alınmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və İddiaçı iki azyaşlı oğlu U1 birlikdə mənzildən qeydiyyatdan çıxarılmaqla istifadə hüququna xitam verilm əsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 qızının nümayəndəsi və vəkili X5 Azərbaycan respublikası MPM-nin 53-cü maddəsinə uyğun olararaq ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın mənzildən istifadə hüququna xitam verilməsi kimi qəbul edilməsi və qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia cavabdeh İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə Cavabdeh1 qızının İddiaçı qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığı barədə düzgün nəticəyə gəlsə də, X3 münasibətdə qanunsuz qətnamə qəbul etmişdir. Apellyas iya kollegiyası iddia tələblərindən kənara çıxaraq hazırki qətnamənin R1 mənzilin qeydiyyatından çıxarılması üçün əsas olması barədə qətnamənin nəticə hissəsinə müddəa əlavə etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı qeydiyyatdan çıxarılması tələbini irəli sürməmişlər və təbiidir ki, qeydiyyatdan çıxarılma birinci instansiya məhkəməsində müzakirə olunmamışdır. Qeydiyyatdan çıxarılmaya dair iddia verilərsə, bu işin aidiyyəti ümumi məhkəmələrə deyil, inzibati-iqtisadi məhkəməyə aiddir. Yəni apellyasiya instansiyası məhkəməsi səlahiyyətinə aid olmayan işə baxmışdır. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və “hazırki qətnamə İddiaçı Bakı şəhəri, *********, ****** küçəsi, **** saylı evin 3 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır” hissədə ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1, 3-cü şəxs 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Xüsusi Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM- in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia cavabdeh İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli mənzil Bakı şəhəri, ****** rayonu, 9-cu mikrorayon, ****** küçəsi, **** saylı evin **** saylı mənzilindən ibarətdir. İddiaçı cavabdeh X1 X6 ilə xx xxxxxx 2015-ci il tari xdə rəsmi nikaha daxil olmuş və cavabdeh X1 mülkiyyətində olan mübahisəli mənzilə köçmüş, onlarla birgə yaşamış, eyni zamanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından xx xxxx 2016-cı il təvəllüdlü U1 anadan olmuşdur. xx xxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 həmin mənzili Cavabdeh2 satmışdır. Alqı-satqı müqaviləsi bağlanılmamışdan bir gün əvvəl, yəni xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı notariat kontoruna ərizə verərək, həmin mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etm ənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İddiaçının istinad etdiyi hallar isə həmin şərtlərin hər hansı birinin pozulmasına dəlalət etmir və əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən Mülki Məcəllənin 337, 339- 350-ci maddələrinin heç birinə aid deyildir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hətta razılıq ərizəsinin iddiaçının aldadılması ilə verildiyi müəyyən olunsa belə, bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənl əşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Eyni zamanda həmin Qərarda göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərini n razılığının alınmamısı alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda, qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Göründüyü kimi, qeyd olunan Qərarda hətta razılığın alınmamasının belə, Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməməsi vurğulanır. Buna görə də apellyasiya hesab etmişdir ki, ilk iddia əsassız olduğuna görə rədd edilməlidir. Həmçinin apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh2 qarşılıqlı iddiası da təmin edilə bilməz. Belə ki, hər hansı hüququn xitamı barədə mübahisəyə baxılarkən ilk olaraq mübahisələndirilən hüququn mövcud olub-olmadığı yoxlanılmalıdır. Hazırki işdə də ilk olaraq iddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun yaranıb-yaranmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində oirlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi ərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrin in şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il larixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin iddiaçı mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi Gülnaz Abdullayevə və hazırkı mülkiyyətçisi Cavabdeh2 münasibətdə həmin şəxslərə aid deyildir. Ona görə də, Mənzil Məcəlləsinin tələbləri baxımından onun mübahisəli mənzilə istifadə hüququ əmələ gəlməmişdir. İstifadə hüququ olmadığı halda isə, yəni mövcud olmayan hüququn xitamı qeyri-mümkün olduğuna görə idd ia təmin edilə bilməz. İddiaçının yetkinlik yaşına çatmayan uşağına dair kollegiya qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddisinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bununla yanaşı apellyasiya kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddianın predmeti Cavabdeh2 mülkiyyət hüquqlarına yaradılan maneənin aradan qaldırılmasından ibarətdir. Həmin maneəni isə iddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması törədir. Cavabdeh2 istifadə hüququnun xitamı barədə iddia irəli sürsə də, faktiki əldə etmək etdiy i nəticə həmin maneənin aradan qaldırılmasından ibarətdir və o, bunu tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, qətnamənin nəticə hissəsində iddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığına görə hazırkı qətnamənin iddiaçının mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması göstərilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillərə dair apellyasiya kollegiyası qeyd etmişdir ki, Mü lki Məcəllənin 158.1.2-ci maddəsinə görə əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Əmlak hüquqlarının yaranması üçün isə ya müqavilə, ya da qanuni əsas mövcud olmalıdır. Lakin iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün nə müqavilə, nə də qanuni əsas mövcud deyildir. Ona görə də, cavabdehlər tərəfindən iddiaçının mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi tələbinin irəli sürülməsi iddiaçının istifadə hüququnun mövcud olması anlamına gəlmir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ilk iddia üzrə iddiaçı kassasiya şikayətində əsas dəlil olaraq apellyasiya kollegiyasının iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etməsini, sə lahiyyətinə aid olmayan məsələyə baxmasını göstərsə də, apellyasiya kollegiyasının qəbul etdiyi qətnamə yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya kollegiyası iddia tələbindən kənara çıxmamış, qətnamənin əsaslandırıcı hissəsində də qeyd etmişdir ki,iddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığına görə hazırkı qətnamənin iddiaçının mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması göstərilməlidir. Bu isə məhkəmənin iddia tələbindən kənara çıxara irəli sürülməyən tələb üzrə araşdırma aparıb qətnamə qəbul etməsi anlamına gəlmir və hazırki mübahisə və ya onun müəyyən hissəsi üzrə işin icraatına xitam verilməsinin əsası mövcud deyildir. Ümumilikdə isə, kassasiya yoxlaması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yox lanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar