Məhkəmə qərarları › İş №2(102)-96/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-96/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-96/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh2 ASC-nin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli 2(103)7327/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfin dən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 104 nömrəli evin 10 nömrəli mənzilinin (bundan sonra – mübahisəli mənzil) satılmasına dair 27.04.2018-ci il tarixdə qanunsuz təşkil edilmiş hərrac və hərracın yekunları barədə tərtib edilmiş 57 nömrəli “Protokolun” etibarsız hesab edilməsi və həmin “Protokol” əsasında cavabdeh Bankın adına verilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışın” ləğv edilməsi, mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 06.06.2016-cı il tarixli qətnaməsi (İş № 2-(004)-5 24/2016) ilə “xxxx” MMC-dən ümumilikdə 36.847,31 manat pulun tutulması və tutmanın mübahisəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19.05.2017-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi əsasında verilmiş “İcra vərəqəsi” icra olunması üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – İcra Şöbəsi) göndərilmişdir. Sonra isə İcra Şöbəsindən iddiaçıya bildirmişdir ki, mənzil ilə bağlı heç bir icra hərəkəti həyata keçirilmir, çünki Bankla borclu şirkət razılıq əldə etdiklərindən, Bank məktub verərək icra işinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Elə həmin vaxtdan da iddiaçı mənzilində rahat yaşayır. Heç kim onu bu məsələ ilə bağlı narahat etməmiş, hərrac barədə ona heç bir məktub gəlməmişdir. Lakin sentyabr ayının təxminən 15-də cavabdeh Bankın 11.09.2018-ci il tarixli məktubu iddiaçıya çatdırılmış, həmin məktubla 10 gün müddətində mənzili tərk etmək tələb edilmişdir. İddiaçı dərhal araşdırma aparmış və müəyyən etmişdir ki, mənzilini hərrac vasitəsi ilə cavabdeh Bank almış, hərracı isə digər cavabdeh MMC təşkil etmişdir. İddiaçı 20.09.2018-ci il tarixdə cavabdeh MMC-nə ərizə ilə müraciət etmiş və onlar tərəfindən mənzili ilə bağlı aparılmış bütün hərraclar barədə məlumat və qəbul edilmiş yekun proto kol təqdim edilmişdir. İddiaçı müəyyən etmişdir ki, Bank hərrac təşkilatı olan MMC və İcra şöbəsi ilə əlbir olub mənzili qanunsuz yollarla özgəninkiləşdirmişdir. Artıq qeyd etdiyi kimi iddiaçının mənzilin hərraca çıxarılmasından xəbəri olmamış və buna dair səlahiyyətli təşkilatlar qanunun tələblərini pozaraq ona heç bir məlumat verməmişlər. Nəticədə onun əmlakın mülkiyyətçisi kimi qanunla qorunan hüquqlarına qəsd edilmişdir. Çünki hərracın təşkilatçısı olan cavabdeh MMC qanunun tələbinə əsasən hərracın keçirilmə tarixinə 1 ay qalmış ona bu barədə rəsmi məlumat verməli idi. Ancaq məqsədli və planlı şəkildə bu saxtakarlıq həyata keçirilərək mənzil real bazar qiymətinin yarısına satılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 12 mart 2019-cu il tarixli, 2(005 )-389/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Elşad Şamayev və Şeyda Məhərrəmova) 21 iyun 2019-cu il tarixli 2(103)7327/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli 2(103)-7327/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara məhkəmə qiymət verməmişdir. Hərracın keçirilməsi ilə bağlı iddiaçının ünvanına bildiriş göndərilməsi onun həmin bildirişi alması anlamına gəlmir. Hərracin keçirilmə vaxtı barədə hər hansı məlumat verilməsini təsdiq edən sübut iş materiallarında olmadığı bir halda məhkəmənin iddianı rədd etməsi anlaşılan deyil. Hətta iş materiallarında olan cavabdeh bankın İcra Şöbəsinə ünvanladığı məktubdan da görünür ki, onlar hətta hərracın dayandırılmasını və məhkəmə qətnaməsinin icra olunmamasını xahiş ediblər. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh2 ASC-nin vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin on ların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 19.05.2017-ci il tarixli 2(103)-689/2017 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2-(004)-524/2016 saylı, 06.06.2016-cı il tarixli qətnaməsi borc məbləği hissəsində dəyişdirilərək, tutulacaq borcun 32.982,19 manat əsas və 3.640,76 manat faiz borcu olması müəy yən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icraya yönəldilmişdir. İş materiallarında olan “Hərracın yekunları barədə” 57 nömrəli protokoldan görünür ki, Yasamal Rayon İcra Şöbəsinin sifarişi əsasında 27.04.2018-ci il tarixdə cavabdeh MMC tərəfindən hərrac keçirilmiş, iddiaçıya məxsus mənzilin satışı təşkil olunmuşdur. Əmlakın ilkin satış qiyməti 55.000 manat müəyyən edilmiş, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% endirilmişdir. Əmlakın satılmış son qiyməti 35.062,50 manat olmuşdur. İpoteka saxlayan Bank əmlakı 35.062,50 manat müqabilində almışdır. “Hərracın yekunları üzrə əmlak alğı-satqısı barədə” müqavilədən müəyyən olunur ki, mübahisəli mənzilin satın alınm ası barədə cavabdeh MMC ilə cavabdeh Bank arasında 27.04.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, 416, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi qanuna müvafiq qaydada icraya yönəldilmiş və mənzilin açıq hərracdan satışı təşkil olunmuşdur. MMC tərəfindən 24.07.2018-ci il tarixdə təşkil olunmuş hərracın həmin qaydaların pozulması həyata keçirilməsi iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hərrac prosesinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılması ilə bağlı “Hərracın keçirilməsi barədə” 17.01.2018-ci il tarixli, 27.02.2018-ci il tarixli bildirişlərə və “Kaspi” qəzetinin 17.01.2018-ci il və “Kaspi” qəzetinin 27.02.2018-ci il tarixli buraxılışlarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bild iriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericili kdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipotek a qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə gönd ərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməməsinə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Hərracın keçirilməsi barədə” 17.01.2018-ci il tarixli, 27.02.2018-ci il tarixli bildirişlərin iddiaçı tərəfindən alınmasını təsdiq edən sübutlar iş materiallarında yoxdur. Kollegiyanın qənaətinə görə iddiaçının hərracın t əşkilatçısı olan MMC-i tərəfindən hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməməsi nəticəsində onun da hərracda iştirak etmək kimi hüququnun reallaşdırılmasının qarşısı alınmışdır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, “Kaspi” qəzetinin 17.01.2018-ci il və 27.02.2018-ci il tarixli buraxılışlarında elan verilməsi də iddiaçının hərracın təşkilatçısı olan MMC-i tərəfindən hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməməsi də hərracın təşkilatçısı olan MMC-nin qanunvericiliyin tələblərini pozmaması anlamına gəlməyə əsas vermir. Belə ki, qəzetlərdə olan hərraca çıxarılan əmlakı almaq niyyətində olan digər şəxslər üçündür və bu elanların verilməsi mütləq mənada iddiaçının hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar edilməsi kimi qiymətləndi rilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin əsası kimi istinad edilən digər dəlil olan Bankla borclu şirkət razılıq əldə etdiklərindən, Bankın məktub verərək icra işinin məhkəməyə geri qaytarılmasının göstərilməsi ilə bağlı araşdırma aparılmamışdır. Bu hal iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində də öz əksini tapmışdır. Belə ki, i.v 142-də olan Cavabdeh2 ASC-nin nümayəndəsi X2 rayon İcra Şöbəsinə ünvanladığı 12.02.2018-ci il tarixli 07/24 saylı məktubun kserosurətinin məzmunu belədir: «Yasamal rayon İcra şöbəsinin icraatında tələbkar Cavabdeh2 ASC-nin borclular “xxxx” MMC-nə və İddiaçı qarşı pul tələbi və ipot eka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.05.2017-ci il tarixli, 2(103)-689/2017 saylı qətnaməsi üzrə icra işi vardır. “İcra haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən, həmin icra sənədini məhkəməyə geri qaytarmağınızı və həmin icra işi ilə əlaqədar ipoteka predmeti olan, göstərilən qətnamə ilə üzərinə tutma yönəldilmiş Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 104 saylı evin 10 saylı mənzilinin hərracının dayandırılmasını xahiş edir. İddia tələblərinin əsaslandırılmasında iddiaçı göstərmişdir ki, İcra Şöbəsindən ona bildirilmişdir ki, mənzil ilə bağlı heç bir icra hərəkəti həyata keçirilmir, çünki Bankla borclu şirkət razılıq əldə etdiklərindən, Bank məktub verərək icra işinin məhkəməyə geri qaytarılması nı xahiş etmişdir. Elə həmin vaxtdan da o mənzilində rahat yaşayır, heç kim onu bu məsələ ilə bağlı narahat etməmiş, hərrac barədə ona heç bir məktub gəlməmişdir. Lakin sentyabr ayının təxminən 15-də cavabdeh Bankın 11.09.2018-ci il tarixli məktubu ona çatdırılmış, həmin məktubla 10 gün müddətində mənzili tərk etmək tələb edilmişdir. O da dərhal araşdırma aparmış və müəyyən etmişdir ki, mənzilini hərrac vasitəsi ilə cavabdeh Bank almış, hərracı isə digər cavabdeh MMC təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin iclas protokollarından Cavabdeh2 ASC-nin nümayəndəsi X2 rayon İcra Şöbəsinə ünvanladığı 12.02.2018-ci il tarixli 07/24 saylı məktubunun yazılması ilə bağlı iddia dəlilinin müzakirə edilməsi görünmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi qeyd edilən məktubunun yazılmasının səbəbləri, İcra Şöbəsinə göndərilib göndərilməməsini, icra məmurunun qeyd edilən məktubla hərrac mərkəzinə müraciət edib-etməməsini araşdırmamışdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsd iq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəm əsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi m ülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əg ər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi iş ə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olsa da, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və və kil Vəkil oğlunun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli 2(103)7327/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar