Məhkəmə qərarları › İş №2(102)-96/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-96/2025

17.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-96/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X5, Bakı şəhəri 46 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr; ər-arvadın fərdi mülkiyyətində olan əşyanın onların birgə mülkiyyətində sayılması; ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi; müqavilə münasibətlərindən irəli gəl ən mübahisələr; bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, X5, Bakı şəhəri 46 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı bağışlama müqaviləsinin etiabarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3349/2024 nömrəli, 21 a vqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 30 iyun 2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahları rəsmi qaydada pozulmamışdır.

2. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə alınmasına dair keçmiş X1 və istismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə və texniki pasport əsasında sözügedən bağ sahəsi xx.xx.2005-ci ildə xüsusi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydiyyata alınmışdır.

3. Cavabdeh2 mübahisəli bağ sahəsini xx.xx.2021-ci il tarixli müqavilə əsasında anası X5 bağışlamış, xx.xx.2021-ci il tarixdə sonuncunun adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.

4. X5 mübahisəli bağ sahəsini xx.xx.2023-cü il tarixdə X2 bağışlamışdır, hazırda sonuncunun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri 46 saylı notariat ofisinin 4Ə-745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin faktiki hallarına əsaslanaraq iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda münasibətləri pozulduqdan s onra əmlak bölgüsünə dair məhkəmədə iddia qaldırmaq istəmişdir. Arvadı Cavabdeh2 həmin bağ evini 4Ə-745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında anası X3 adına keçirmişdir. O, nikah dövründə əldə olunan əmlaka dair bağışlama müqaviləsinin mübahisələndirmək hüququna malikdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-226/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, Cavabdeh2 və İddiaçı mübahisəli bağ sahəsini birgə nikah dövründə əldə etmişlər. Cavabdeh2 sözügedən bağ sahəsini iddiaçının icazəsi və məlumatı olmadan bağışlama müqaviləsi ilə anasının adına keçirməklə özgəninkiləşdirmişdir. Qeyd olunan bağışlama müqaviləsi bağlanarkən Cavabde h2 46 saylı notariat ofisinə Rusiya Federasiyasının vətəndaşı kimi sənədini təqdim etdiyindən onun ailəli olması və əmlakı birgə nikah dövründə əldə etməsi müəyyən olunmamışdır.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bağışlama müqaviləsinin predmeti olan mübahisəli bağ sahəsi birgə nikah dövründə əldə edildiyindən və qeyd olunan bağ sahəsi iddaçının icazəsi olmadan bağışlama müqaviləsi bağlanaraq özgəninkiləşdirildiyindən, bağışlama müqaviləsi etibarsızdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 225.2, 667.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni q ətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən əmlak birgə nikah dövründə əldə olunmasına baxmayaraq, tərəflərin ümumi gəlirləri hesabına əldə olunmamışdır. Belə ki, keçmiş X8 və İstismarı Birliyi mübahisələndirilən əmlakı ona əvəzsiz qaydada vermişdir. Bu səbəbdən bağışlama müqaviləsi bağlandığı zaman, əmlak Cavabdeh2 ayrıca mülkiyyəti olmuşdur. Qeyd olunan əsaslara görə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir. Lakin birinci instansiya məhkəməsi, iddiaçının həmin bağ sahəsinin əldə olunmasında hər hansı iştirakını araşdırmadan yekunda əmlakın ümumi gəlirlər hesabına əldə edildiyi qənaətinə gəlmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3349/2024 nömrəli, 21 avqust 2024-cü il tarix li qətnaməsi ilə (hakimlər: Fuad Babayev-sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 225.6-cı maddəsinin tətbiq edilə bilməsi üçün ilk növbədə mübahisəli əmlakın tərəflərin birgə nikahları dövründə və birgə vəsait hesabına əldə edilib-edilməməsi məsələsi aydınlaşdırılmalıdır.

15. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanılmış, tərəflər arasında nikah münasibətləri isə xx.xx.2000-ci ildə rəsmiləşdirilmişdir. Göründüyü kimi mübahisəli əmlakın tərəflərin birgə mülkiyyəti sayılması üçün ilk şərt ödənmişdir.

16. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

17. Bununla bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ evi keçmiş X1 və İstismarı Birliyi ilə cavabdeh arasında bağlanmış ilkin icarə müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçmişdir.

18. Qanunvericiliyin tələblərindən də göründüyü kimi bağ sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən bunun müqabilində hansısa məbləğin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı isə öz mövqeyini əsaslandırarkən sözügedən müqavilənin qanunvericilikdə nəzərdə tutulduğu kimi əvəzsiz qaydada deyil, müəyyən ödəniş edilməklə bağlandığını və həmin məbləğin məhz özü tərəfindən qarşılandığını bildirsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

19. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin 4-cü bəndində bağda olan tikililərin yaşayış sahəsinin istifadə haqqının Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qiymətlərə əsasən ildə bir dəfə ödənilməli olması qeyd olunsa da, həmin şərtin məzmunundan da göründüyü kimi qeyd edilən haqqın məhz yaşayış sahəsindən istifadə üçün ödənilməsi nəzərdə tutulmuşdur və əmlakın özəlləşdirilməsi ilə bu haqqın ödənilməsinə son qoyulmuşdur. İş materiallarında olan sənədlərdən də görünür ki, mübahisəli əmlakın Cavabd eh2 tərəfindən özəlləşdirilməsi prosedurları da bununla bağlı müəyyənləşdirilən qanunvericilik normalarına uyğun aparılmış, həmin özəlləşdirilmə iddiaçı və ya hansısa üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir.

20. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli əmlak birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət olmadığından, əmlakla bağlı hər hansı sərəncam verilərkən Ailə Məcəlləsinin 33.4-cü maddəsi və Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydada iddiaçı tərəfidən hansısa razılığın verilməsi tələb olunmur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin hallarından da göründüyü kimi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariusda 4Ə-206 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunveri cilikdə bu cür bağışlama müqaviləsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış, müqavilə notarial qaydada təsdiq edilmiş, tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, onun nəticələri barədə tərəflər xəbərdar edilmişdir. Həmin müqavilə bağlanarkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın cavabdeh Kuzmina Yeleneya məxsus olması yoxlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətçi hüququndan istifadə edərək özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ evini anası X5 bağışlamışdır.

22. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə bağışlanma müqaviləsinin etibarsız hesab olunması üçün hansısa qanuni və hü quqi əsaslar mövcud deyildir və apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

23. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 225.1, 225.6, 337.1, 337.2, 337.4, 666.1, 667.1, 668.1.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.3, 33.4, 34.1-ci maddələrinə və “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində yalnız torpaq sahəsi ilə bağlı qanunvericiliyə istina d etmiş, həmçinin dövlətin bağ sahəsi ilə bağlı icarə əsasında bağ evlərini yox, yalnız torpaq sahəsinin icarəyə verilməsini nəzərə almamışdır. Bunun nəticəsində dövlət tərəfindən inşa olunan və mənzil fonduna daxil olan mənzillərlə bağlı qanunvericiliyini sadalamış, həmçinin icarə müqaviləsində bağ evinin mövcud olmaması qeydlərinə hüquqi qiymət verməmişdir.

26. Bundan başqa, məhkəmə kollegiyası tərəflərin ər-arvad olaraq birgə vəsaitləri hesabına inşa etdikləri bağ yaşayış evini birgə mülkiyyət qəbul etməmiş və nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

27. Məhkəmə öz qətnaməsində, iddiaçının bağ evi ilə bağlı mübahisələr olmasına baxmayaraq, yalnız torpaq sahəsi ilə bağlı mövqeyini irəli sürmüş, icarə müqaviləsində fərdi yaşayış evi barədə hər hansı bir qeydin olmama sı sübutuna hüquqi qiymət verməmiş və qətnamədə qeyd olunan hallar işin materiallarına uyğun olmamışdır.

28. Kassator şikayətini S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

32. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola b ilər.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsi

36. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

37. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanəti n kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

38. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

39. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyy ən olunmuş müddətdə mübahisələndirilə bilər.

40. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər nor mativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozu lması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

53. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, Cavabdeh2 ona verilmiş 806b saylı bağ sahəsi üzərində yerləşən 58,8 kv.m yaşayış sahəsindən ibarət bağ evinə dair çıxarış almışdır. Apellyasiya instansiyası məhkəməsi həmin torpağın əvəzsiz olaraq Cavabdeh2 verilməsinə əsaslanaraq üzərində yerləşən bağ evinin də onun ayrıca mülkiyyəti oldu ğu qənaətinə gəlmiş, bu zaman torpaq sahəsinin ayrılması barədə 2005-ci il tarixli müqavilədə evə dair qeydin olmaması, sonradan tərtib edilmiş texniki pasport əsasında həmin bağ evinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması kimi halları nəzərə almamış və evin birgə nikah dövründə tikilib-tikilməməsini araşdırmadan ona torpaqla eyni münasibəti sərgiləyərək birgə mülkiyyət hesab etməmişlər.

54. Göstərilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından və onlara düzgün hüquqi qiymət verilmədiyindən, bağ evi özgəninkiləşdirilərkən iddiaçının razılığının alınmalı olmaması barədə də səhv nəticəyə gəlinmişdir.

55. Qanunvericiliyə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. (§35). Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. (§39)

56. Oxşar mübahisə üzrə qəbul edilmiş «Z.İsmixanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 22 yanvar 2019-cu il tarixli X4 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmənin mübahisəni ər-arvadın ümumi mülkiyyətinin hüquqi rejimi ilə bağlı ailə və mülki qanunvericilikdə müəyyən edilmiş normaların məzmununa və məqsədinə uyğun həll etm əməsi şəxsin qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmiş olur.

57. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əməl etmədən işi yetərincə araşdırmamış və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir.

58. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə və 129-cu maddəsinin İİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

59. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işi n materiallarına uyğun olsun. (2.4-cü bəndi)

60. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3349/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar