Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-960/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” fevral 2019-cu il iş № 2(102)-960/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh Bank olmayan Kredit Təşkilatı (Bokt) Cavabdeh-nin vəkili və nümayəndəsi Vəkil iştrakı ilə Cavabdeh Bank olmayan Kredit Təşkilatı (Bokt) Cavabdeh-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üz rə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:K.F.Əmirxanova;2(005)-546/18) İddiaçı cavabdeh Bank olmayan Kredit Təşkilatı (Bokt) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı iddianın təmin edilməsi hüquqi yardımın əvəzi olaraq 1.100 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı tutulub Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov(sədrlik edən və məruzəçi),T.S.Səmədov,İ.S.Şirinov; 2(103)-9073/2018) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasınd a bağlanmış 06.06.2011-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin noyabr ayında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona və digər cavabdeh X3 qarşı pul tələbi barədə iddia qaldırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli, 2(010)-470/2016 nömrəli qətnamə ilə iddiaçının tələbi təmin edilmişdir. Qətnamə və keçirilən iclaslardan uzun müddət sonra xəbərdar olmuşdur. Düzdür, əvvəllər qeydiyyatda olduğu ünvan ünvan 1 məhkəmə bildirişləri həmin ünvana göndərilmişdir. Lakin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona və digərinə qarşı mülki iş üzrə məhkə mə iclası davam edərkən, artıq Bakı şəhəri Suraxanı rayonunda pasport qeydiyyatından müəyyən səbəblərə görə çıxmışdır. Sonradan ünvan 3 ünvanına qeydiyyata düşmüşdür Hazırda da həmin mənzildə qeydiyyatdadır. Hesab edir ki, yalnız bu səbəblərdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində gedən iclaslardan xəbərsiz olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli, 2(010)-470/2016 nömrəli qətnaməsini rəsmi olaraq 07 iyun 2017-ci il tarixində qəbul etmiş və həmin qətnamədən 06.07.2017-ci ıl tarixdə apellyasiya şikayəti vermişdir. Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona və digərinə qarşı iddiasından və 2011-cı il tarixində aldanılaraq bağlanmış kredit müqaviləsinin belə xoşagəlməz nəticələrindən 2017-ci ilin may-iyun aylarında xəbərda r olmuşdur. Belə ki, 2011-ci ilin təxminən iyun ayında özünü Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları kimi təqdim edən R6, A6 və S6 adlı şəxslər Bakı şəhəri, ******************* qəsəbəsində səyyar şəkildə kreditlər təklif edirdilər. Yəni, bu şəxslər, əsasən R6 2011-ci ildə əlində Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid sənədlərlə (kredit müqaviləsi və s.) Hövsan qəsəbəsinin küçələrində pul kredit təklifləri ilə məşğul idi. Belə ki. Sani adlı şəxsin həyat yoldaşı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində həmin vaxtlar mühasib işləmişdir Beləliklə qeyd olunan şəxsiər onun və yüzlərlə insanların şəxsiyyət vəsiqələrini toplayaraq və onlara müəyyən sənədlərə imza etdirərək yaxın günlərdə pu! ve rəcəklərini yjbd etmişdirlər. Bir müddətdən sonra məlum oldu ki, bu şəxslər dələduzluq niyyəti ilə Bakı şəhəri,****************************** və başqa qəsəbələrdə və eləcə də ********* rayonunun ********** və başqa qəsəbələrində yüzlərlə insanların etibarından istifadə edib, sonrada yoxa çıxmışlar. Həmin şəxslər R6 və başqaları, əvvəllər də bu yolla kreditlər paylamışdılar. Yəni-sözün həqiqi mənasında insanlara pul vermişdilər. Bu səbəbdən də o, və başqaları onlara inanmaq məcburiyyətində qalmışdırlar. Onlar, kollektiv olaraq Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə həmin məsələ ilə əlaqədar şikayətlər etdilər. Onlara həmin şirkətdən bildirilmişdir ki, narahat olmasınlar. Şirkət tərəfindən onlara qarşı heç bir iddia və ya tələb olmayacaqdır. Məhkəm ənin diqqətinə onu çatdırır ki, 2011 ci ildə həmin şirkətə (Bank Olmayan Kredit Təşkilatı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə) rəhbərlik edən şəxs və ya şəxslər, eləcə də R6 və başqaları onları aldadaraq kredit müqavilələrinə imza etdirib, ayrılan pulları mənimsəmişlər. Artıq bu şəxslərin barəsində onlar tərəfindən verilmiş şikayətlərə əsasən cinayət işi də açılmışdır. İstintaq işi davam etməkdədir. Maraqlı məqamlardan biri də odur ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində vermiş olduğu iddia tələbində göstərir ki, 06.06.2011 -ci il tarixində o, və başqaları ilə (tanımadığı 5 nəfərlə) qrup kredit müqaviləsinə görə ona 5.000 manat pul verilib və götürdüyü pula görə müəyyən qədər ödənişlər etmişdir. Tam əminliklə qeyd ed ir ki, ona bu təşkilatdan kredit müqaviləsinə görə pul verilməyib və hər hansı hesaba da ödəniş etməmişdir. Onu da qeyd edir ki, artıq onların şikayətlərinə əsasən cinayət işi də açılmışdır. Bütün bu səbəblərə görə hesab edir ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 06.06.2011 -ci il tarixində, ******* nömrəli kredit müqaviləsi aldatma yolu ilə bağlandığından, həmin vaxtdan sözügedən müqavilə etibarsızdır. Həmçinin onu da məhkəmənin diqqətinə çatdırır ki, o. kassa məxaric orderinə imza etməmişdir. Həmin kassa məxaric orderinin surətini məhkəmədən çıxarmışdır, orada çəkilən imza ona aid deyildir. Beləliklə. Bank Olmayan Kredit Təşkilatı 'xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 06.06.2011 -ci il tarixində, ******** nömrəli kredit müqaviləsini aldatma yolu ilə bağlandığından, həmin müqavilə etibarsız hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış 06.06.2011 -ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, iddianın rədd edilməsi, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 1.100 (bir min yüz) manat pulun və 30(otuz) manat dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, 06.06.2011 -ci il tarixdə İddiaçı və X4 ilə Bank Olmayan Kredit T əşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ******* nömrəli qrup kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə uyğun olaraq İddiaçı illik 36 faiz olmaqla və 18 ay müddətinə qaytarmaq şərti ilə 5.000 manat kredit verilmiş və bu 09.06.2011 -ci il tarixli,***** nömrəli kassa məxaric orderi ilə rəsmiləşdirilmişdir Müəyyən müddət İddiaçı tərəfindən ödənişlər icra edilsə də, daha sonra o, müqavilə üzrə öhdəliklərinin icrasından yayınmışdır. Buna görə də, Bank Olmayan Kredit Təşkilatı 'xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı qarşı ‘kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.01.2016- cı il tarixli, 2(010)470/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı bu qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli. 2(103)-8762/2017 nömrəli qətnaməsinə əsasən onun apellyasiya şikayəti təmin edilməmişdir. Əvvəla, sözügedən məhkəmə mübahisələri zamanı İddiaçı və X4 ilə Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış qrup kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmə araşdırmaları zamanı tərəflər arasında belə bir qrup kredit müqaviləsinin bağlanması, İddiaçı 5.000 manat məbləğində kredit verilməsi və hətta həmin kreditin bir hissəsinin onun tərəfindən geri ödənilməsi müəyyən edilmişdir. Odur ki, İddiaçı və Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 06.06.2011 -ci il tarixli qrup kredit müqaviləsi tərəflərin iradə ifadəsi əsasında və mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanılmış və Anara 5.000 manat məbləğində kredit verilmişdir. Ona görə də hal-hazırda mübahisələndirilən müqavilənin etibarsızlığına əsas verən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələrində nəzərdə tutulan hər hansı hal yoxdur. Bununla yanaşı, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.01,2016-cı il tarixli, 2(010)-470/2016 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətində göstərmişdir ki, “iddiaçı ilə bağlanılmış kredit müqaviləsi onun tərəfindən imzalanmamışdır. Halbuki, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsində gedən məhkəmə proseslərində iştirak edən İddiaçı nümayəndəsi izahat verərkə n bildirmişdir ki, “iddiaçı ilə bağlanılmış kredit müqaviləsi təmsil etdiyi şəxs tərəfindən imzalanmış olsa da, həmin pulu İddiaçı almamışdır”. İddiaçı öz mövqeyində bu şəkildə ardıcıl və sabit olmaması onu göstərir ki, onun hal- hazırda belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi tərəflər arasında bağlanılmış 06.06.2011 -ci il tarixli qrup kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasından yayınmaq və boyun qaçırmaqdır Əgər İddiaçı bu müqaviləni etibarsız hesab edirsə, hansı səbəbdən Bakı Apellyasiya Məhkəməsində gedən məhkəmə mübahisələri zamanı sözügedən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə qarşılıqlı iddia ərizəsi verməmiş və ya bununla bağlı həmin vaxt Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməmişdir?! Görünür ki, iddiaçı ap ellyasiya şikayəti rədd edildikdən sonra yenidən belə bir iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə zaman əldə etməyə, bununla da öhdəliklərin icrasından yayınmağa çalışır. Bununla yanaşı əgər iddiaçı belə bir müqavilə imzalamadığını və ya hər hansı pul götürmədiyini bildirirsə, niyə 2011 -ci ildən bu günə kimi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir? Digər tərəfdən 18.10.2017-ci il tarixli, 2(103)-8762/2017 nömrəli qətnamədən görünür ki, İddiaçı apellyasiya instansiyası məhkəməsində ümumiyyətlə kassa məxaric orderinin onun tərəfindən imzalanmaması ilə bağlı məsələni mübahisələndırməmişdır O. sadəcə pulun onun tərəfindən götürülmədiyim bildirmiş, onun bu mövqeyinə münasibət bildirən apellyasiya k ollegiyası isə İddiaçı bu barədə təhqiqət orqanlarına müraciət etdiyim qeyd edərək, kredit müqaviləsi üzrə pulun kim tərəfindən götürülb-götürülməməsi məsələsinin araşdırılmasını təhqiqat orqanların öhdəsinə buraxmışdır. Lakin iddiaçı iddia ərizəsində də hazırki məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini, hətta cinayət işi başlanıldığını göstərsə də, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində bu günədək həmin məsələ ilə bağlı heç bir cinayət işı başlanılmamışdır. Kredit müqaviləsi bağlanıldıqdan sonra, yəni 2011 -ci ildən bu günə kimi 6 il ərzində İddiaçı tərəfindən həmin müqavilənin məhkəmə orqanlarında mübahisələndirılməməsi və ya pulun onun tərəfindən deyil, başqa şəxs tərəfindən göürülməməsi ilə bağlı hüquq mühafizə orqanlarına hər h ansı müraciət edilməməsi, eləcə də apellyasiya instansiya məhkəməsinin icraatında olmuş 2(103)-8762/2017 nömrəli mülki iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməməsi, ümumiyyətlə kassa məxaric orderinin onun tərəfindən imzalanmaması ilə bağlı məsələni apellyasiya instansiya məhkəməsində mübahisələndirilməməsi, yaxud Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.01,2016-cı il tarixli, 2(010)-470/2016 nömrəli qətnaməsini aldıqdan dərhal sonra müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırılmaması, iddiaçının kredit müqaviləsi, kassa məxaric orden və şəxsiyyət vəsıqəsindəki imzaların fərqli-fərqli olması, ən əsası isə iddiaçının öz mövqeyinə ardıcıl olmaması, yəni gah kredit müqaviləsinin onun tərəfindən imzalanmadığını, gah müqaviləni imzaladığını, lakin pulu gö türmədiyini, gah da kassa məxaric orderini imzalamadığını bildirməsi onu göstərir ki, İddiaçı qaldırdığı iddiada, verdiyi şikayət, vəsatət və izahatlarda səmimi deyil. Odur ki, tərəflər arasında 06.06.2011 -ci il tarixdə kredit müqaviləsi bağlanılmış və iddiaçıya 5.000 manat məbləğində pul verilmişdir. Ona görə də İddiaçı iddiası rədd olunmalıdır. Belə ki, qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsızlığına əsas olan halları bildiyi və ya bilməli olduğu gündən etibarən 1 il ərzində həmin əqdı mubahısələndırə bilər, iddiaçının hal-hazırda məhkəmə qaydasında mübahisələndirdiyı ******* nömrəli qrup kredit müqaviləsi tərəflər arasında 06.06.201 1-ci ıl tarixdə bağlanılmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən icra edilmədiyinə görə Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı və X3 qarşı “kredit borcunun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə həmin mülki işə baxılaraq iddia tələbinin təmin edilməsi haqqında 29.01.2016-c il tarixli, 2(010)-470/2016 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli, 2(103)- 8762/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak edən İddiaçı nümayəndəsi öz izahatında bildirmişdir ki, 06.06.2011 -ci il tarixli qrup kredit müqaviləsini İddiaçı imzalamışdır. Eləcə də iddia ərizəsində də İddiaçı kredit müqaviləsini imza etdiyim qeyd etmişdir. Beləliklə, göründüyü kimi iddiaçı 06.06.2011 -ci il tarixdə belə bir müqavilə bağlanıldığını və bu müqavilənin onun tərəfindən imzalandığını inkar etmir. Odur ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı tərəfi olduğu müqaviləni onun bağlanılmasından sonra 1 il ərzində mübahisələndirə bilərdi Lakin İddiaçı qrup kredit müqaviləsinin bağlanılmasından 06 il 05 ay keçdikdən sonra məhkəməyə belə bır iddia ərizəsi ilə müraciət etməklə əqdin etibarsız hesab edilməsi ilə bağlı qanunla müəyyən edilmiş 1 illik iddia müddəti ötürmüşdür. Bundan əlavə, əsassız yerə iddiaçı tərəfindən Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldırıldığındar adı çəkilən şirkət məhkəmədə hüquqlarının təmsil edilməsi üçün “xxxx” Hüquq Şirkəti ilə müqav ilə bağlamaq məcburiyyətində qalmış və hüquqi yardıma görə həmin şirkətə 1.100 manat pul ödəmişdir. iddianın rədd edilməsi, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 1.100 (bir min yüz) manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məhkəmə xərci hissəsində ləğv edilməsini və birinci instansiya məhkəməsində iştrak etmək üçün nümayəndəyə görə ödənilmiş 1100 manat məbləğində pulun İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında kassasiyaşikayətininməzmununauyğunizahatverərəkşikayətintəminedilməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçıüzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasın a gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməs i üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər X4 və İddiaçı arasında bağlanmış 06.06.2011-ci il tarixli ***** * nömrəli qrup kredit müqaviləsinə əsasən iddiaçı cavabdehlərə illik 36 faiz olmaqla 18 ay müddətinə X3 5.000 manat, İddiaçı isə 5.000 manat məbləğində kreditin ayrılmasını öz öhdəsinə götürmüşdür, borcalan yəni X4 və İddiaçı krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri borcverənə, yəni Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı öhdələrinə götürmüşlər. 29 yanvar 2016-cı il tarixli 2(010)-470/2016 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X2 3.357,36 manat əsas, 289,74 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 3.847 manat borcun, İddiaçı isə 3.102 manat əsas, 341,22 manat, 200 manat cərimə borcu olmaqla, cəmi 3.643,22 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. 18 oktyabr 2017-ci il tarixli 2(103)-8762/2017 saylı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli 2(010)-470/2016 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.08.2018-ci il tarixli, 2(102)-5466/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 18 oktyabr 2017-ci il tarixli 2(103)-8762/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 11 dekabr 2017-ci il tarixli hüquqi xidmətin göstərilməsi haqqında müqaviləyə əsasən Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardım göstərilməsi ilə bağlı olaraq, 1.100 manat pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1-ci maddəcinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. - 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, dü zgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. İş üzrə toplanmış sübutları araşdıran ap ellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər ilk iddiaya münasibətdə əsaslı olmasa da, qarşılıqlı iddiaya münasibətdə əsaslı olduğundan qətnamənin qarşılıqlı iddianın ləğv edilməsi üçün əsasdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də bu halları təsdiq edəcək hər hansı bir mötəbər dəlillər irəli sürməmişdir. Əksinə, iş materialları ilə cavabdehin ona qarşı mübahisələndirdiyi qrup kredit müqaviləsi üzrə pul tələbinin təmin olunması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli 2(010)-470/2016 nömrəli qətnaməsinə apellyasiya və kassasiya icratı qaydasında baxılması və qətnamənin qanuni qüvvəsini alması təsdiq olu nur. Belə olan halda, iddiaçının hazırki iddia tələbinin əsaslı olmaması, həmin məhkəmə aktları ilə öz təsdiqini tapır. Qarşılıqlı iddanın mahiyyətindən və qarşılıqlı iddiaçının nümayəndəsinin və vəkilinin apellyasiya baxışı zamanı verdiyi izahatından da görünür ki, həmin iddia əslində ilk iddiaçının məhkəməyə müraciət etmək hüququndan istifadə etməsini məhdudlaşdırmaq xarakteri daşıyır. Çünki, qarşılıqlı iddia ilə ilk iddiaçıya qarşı belə bir iddia ilə məhkəməyə müraciət etməyə hər hansı bir əsas və zərurət olmamışdır. Yetərdi ki, qarşılıqlı iddiaçı ilk iddiaya öz etirazını bildirsin yaxud ilk iddiaçının vicdansızcasına əsassız iddia verdiyinə görə cərimə olunması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırsın. Lakin, qarşılıqlı iddiaçının açıq-aşkar bu cür vasitələrdən istifadə etməsi il k iddiaçının Konstitusiyada və prosessual qanunvericilikdə nəzərdə tutulan məhkəmə müdafiəsindən istifadə etmək hüququna süni maneə yaratmaq istəyidir ki, bu da yolverilməz sayılır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)546/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mad di və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzd ür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov c
Məhkəmə qərarları › İş №2(102)-960/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-960/2019
11.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver