Məhkəmə qərarları › İş №2(102)-960/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-960/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-960/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin (yeni adı “Direkt Kredi” Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə ödənişlərin valyutası, müqavilənin qanuna zidd şərtləri, vaxtaşırı ödənişlər, öhdəliklərin icrası müddətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X2, Cavabde h1 və onun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1314/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti (yeni adı “Direkt Kredi” Məhdud Məsuliyyətli Cəmiyyəti, bundan sonar – iddiaçı) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1249/10xx-xx/2010 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən ümumi dəyəri 64.000 ABŞ dolları olan 2007-ci il buraxılışlı, **-AV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Bens ML350” markalı minik avtomobili (bundan sonra – lizinq obyek ti) sonuncunun müvəqqəti istifadəsinə verilmiş, cavabdeh 64.000 ABŞ dolları məbləğində borcu ödəniş qrafikinə uyğun olaraq illik 24%-lə 60 ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 (bundan sonra – zamin) arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən, zamin yuxarıda qeyd olunan daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyəti üzərinə götürmüşdür. Lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2010-cu il tarixdə həyata keçirilmiş, xx.xx.2011-ci il tarixdə lizinq obyekti könüllü olaraq iddiaçıya qaytarılmlışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daxili maliyyə lizinq müqaviləsi üzrə öhd əliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə 1869 ABŞ dolları əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazmi qaydada icra etməmiş, nəticədə tələb olunan məbləğdə borc yaranmışdır. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(016)163/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.İsmayılov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 747.1, 747-2, 748-1.5, 472.2, 472.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-1314/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən tə min edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla 1869 ABŞ məbləğində əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları məbləğində faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddianın Cavabdeh2 münasibətdə təmin olunmaması qət edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu bardədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddia zaminə aid hissədə təmin edilə bilməz. Belə ki, müqavilə üzrə kr edit 60 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdehə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi xx xxxxxx 2015-ci ildən bir il keçənədək, yəni xx xxxxxx 2016-cı ilədək məhkəmədə iddia qaldıra bilərdi. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 477.0.4, 747.1, 747-2, 7481.5-ci, MPM-in 9.1,9.3, 217, 218-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş barədə ona məlumat verməmişdir. Məhkəmə işi tam araşdırmamış, borcun məbləğini düzgün müəyyən etməmiş, ərizə və vəsatətlərini müzakirə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinə baxılması zamanı kassator və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zamin hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclası na gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış daxili lizinq müqaviləsinə istinad edərək, cavabdehdən xx.xx.2011-ci il tarixinə (lizinq obyektinin könüllü şəkildə iddiaçıya qaytarıldığı tarix) 1869 ABŞ dolları əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları faiz borcu tələb edir. Kollegiya hesab edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ABŞ dolları ilə tələb edilməsi və təmin olunması qüvvədə olan maddi hüquq hüquq normalarının tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatda n başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində isə təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Baxılan iş üzrə iddiaçı xarici hüquqi şəxs deyil və onunla bağlanmış lizinq müqaviləsi üzrə borclunun pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Nəzərə alınmalıdır ki, lizinq müqaviləsi hüquqi təbiətinə görə kredit müqavilələrindən fərqlənir və belə müqavilələrlə eyniləşdirilə bilməz. Belə ki kredit (borc) müqaviləsi üzrə borcalan aldığı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaları borc verənə qaytarmağı öhdəsinə g ötürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Lizinq müqaviləsi isə mahiyyət etibarı ilə kirayə (icarə) müqaviləsidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun müqabilində istifadə haqqı (muzd) ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülkiyyətinə keçirmək hüququnu əldə edir (Mülki Məcəllənin 747-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 439.1-ci maddəsi təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödə niş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Beləliklə, borcun qaytarılması öhdəliyindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarıda istinad olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin, habelə ödəniş cədvəlinin ABŞ dolları ilə bağlı müddəaları qanuna zidd olduğu üçün özü-özlüyündə etibarsız şərtlərdir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məcəllənin 337.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bu baxımdan lizinq hüquq münasibətləri üzrə lizinq ödənişləri yalnız manatla ifadə edilə və hesablana bilər. Bununla yanaşı, baxılan iş üzrə lizinq obyektinin könüllü şəkildə iddiaçıya xx.xx.2011-ci il tarixdə qaytarıldığı işin mübahisəsiz halıdır. İddiaçının tələb etdiyi həm əsas, həm də faiz məbləği həmin tarixədək hesablanmış müqavilə öhdəliyindən ibarətdir. Başqa sözlə hazırkı mübahisə üzrə qeyd olunan tarixdən iddiaçının qalıq lizinq ödənişlərini cavabdehdən tələb etmək hüququ yaranmış və iddiaçı qalıq məbləğin ödənilməməsi üzrə hüquqlarının pozulduğunu bilmişdir. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 552.1-ci maddəsi müddətin axımının tələbin icra müddətinin çatması ilə başlandığını müəyyən edir. Lakin nəzərə alınmalıdır ki, tərəflər arası nda yaranmış hüquq münasibətinin xarakterindən və tərəflərin davranışlarından asılı olaraq tələbin icra müddəti müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tarixindən deyil, müqavilə münasibətlərinin faktiki xitam olunduğu andan hesablana bilər. Xüsusilə də lizinq hüquq münasibətləri zamanı lizinq obyektinin geri qaytarılması və bunun lizinq verən tərəfindən qəbul edilməsi lizinq alanı həmin tarixdən sonrakı dövr üçün lizinq ödənişlərini ödəmək öhdəliyindən azad etməklə, öhdəliklərin xitamı üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərin axımının başlanmasına səbəb olur. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin tətbiq edilməli olan 551.2.1-ci maddəsini mübahisəyə tətbiq etməmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə mübahisələ ndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan maddi hüquq normalarının tələblərini cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1314/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahsələndirilən hissədə - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar