Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-961/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 (qanuni nümayəndəsi İddiaçı) cavabdehlər Bakı şəhəri 28 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, mirasın faktiki qəbulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X1 (qanuni nümayəndəsi İddiaçı) cavabdehlər Bakı şəhəri 28 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibars ız hesab edilməsi və mirasın qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5170/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. X3 (bundan sonra – miras qoyan) xx.xx.2018-ci il tarixdə ölmüşdür.
2. Miras qoyanın birinci növbə vərəsələri anası Cavabdeh5, arvadı Cavabdeh3, sonuncu ilə nikahdan doğulmuş oğlu Cavabdeh2, qızı Cavabdeh4 (iş üzrə cavabdehlər) və İddiaçı ilə faktiki nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 (iş üzrə iddiaçı) olmuşdur.
3. Cavabdehlər xx.xx.2019-cu il tarixdə mirasın qəbulu ilə bağlı Bakı şəhəri 28 saylı Notariat ofisinə (iş üzrə digər cavabd eh, bundan sonra - notariat ofisi) ərizə ilə müraciət edərək, özlərindən başqa digər vərəsənin olmadığını bildirmiş, həmçinin xx.xx.2019-cu il tarixli ərizə ilə miras qoyanın onlardan başqa vərəsəsinin olmadığını bildirərək, gələcəkdə hər hansı başqa vərəsələri çıxarsa, onların paylarını ödəməyi öz öhdələrinə götürmüşlər.
4. Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehlərin adına miras əmlaka daxil olan ünvan 1 ünvanında yerləşən 223.9 kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evinə dair 2V-39 qeydiyyat nömrəli və "xxxx" Mənzil Tikinti Kooperativində (bundan sonra – MTK, VÖEN **********) 1% iştirak payına dair 2V40 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
5. Hazırda miras əmlaka daxil olan fərdi yaşay ış evi daşımaz əmlakın dövlət reyestrində hər birinə ¼ hissə pay olmaqla cavabdehlərin adına qeydiyyata alınmışdır.
6. İddiaçının adından qanuni nümayəndəsi kimi anası İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək, miras əmlaka dair cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə birinci növbə vərəsə olan iddiaçının adının qeyd olunmadığını bildirərək, şəhadətnamədə onun da payının qeyd olunmasını xahiş etmiş, Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 931 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, miras əmlaka dair cavabdehlərin adına verilmiş şəhadətnamələrlə qanun üzrə vərəsəlik hüququ artıq verildiyindən iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmirlər. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (qanuni nümayəndəsi) cavabdehlərə iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız sayılaraq, iddiaçının qanun üzrə bərabər pay hüquqlu vərəsə hesab olunması, miras qalmış ünvan 2 ünvanında yerləşən 223.9 kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTKdə 1% iştirak payı vərəsələr arasında bərabər bölünərək 1/5 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı (qanuni nümayəndəsi) işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsasla ndırmışdır ki, iddiaçı miras qoyanın birinci dərəcəli qanun üzrə vərəsəsi olmasına baxmayaraq, miras əmlakdan ona pay verilməmiş və cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrdə adı qeyd olunmamışdır. Buna görə də, onlara məlum olan vaxtdan xx.xx.2021-ci il tarixdə sözügedən şəhadətnamələrdə onun da payının qeyd edilməsi barədə notariat ofisinə müraciət etmişlər. Lakin notariat ofisi bundan imtina edərək, bildirmişdir ki, miras əmlaka cavabdehlərin adına verilmiş şəhadətnamələrlə qanun üzrə vərəsəlik hüququ artıq verildiyindən ona şəhadətnamə verə bilmirlər. Hesab edir ki, cavabdehlərin adına verilmiş şəhadətnamələr etibarsız hesab edilməli və miras əmlakın 1/5 hissəsi birinci növbə vərəsə kimi iddiaçıya çatmalıdır.
9. İddiaçının qanuni nümayəndəsi məhkəmə iclasın da verdiyi izahatında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, miras qoyanın xx.xx.2018-ci il tarixdə vəfat etməsi barədə məlumatlı olmuş, yas mərasimlərində iştirak etmişlər. Miras qoyan vəfat etdikdən dərhal sonra onun oğlu və qardaşı mərhumun ona hədiyyə etdiklərini qaytarmasını tələb etmiş və ona miras əmlakdan qızına çatan payın veriləcəyini bildirmişlər. Daha sonra miras qoyanın oğlu onu inandırmaq üçün qızının da vərəsə kimi adını şəhadətnaməyə yazdırmaq məqsədi ilə müvafiq sənədləri ondan almış, lakin 6 aylıq müddət ərzində onlara bununla bağlı hər hansı sənəd verməmişdir. Sonradan məlum olmuşdur ki, digər vərəsələrin adına verilmiş şəhadətnaməyə qızının adı daxıl edilməmişdir. Bu barədə ona məlum olan vaxt - xx.xx.2021-ci il tarixdə notariat ofisinə müraciət etmişdir. Dəfələrlə cavabdehlərə onlara çatmalı payı vermələrini bildirsə də, heç bir nəticə əldə etməmişdir. 10.İddiaçı (qanuni nümayəndəsi), həmçinin ərizə ilə müraciət edərək, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü sayılmasını xahiş etmişdir.
11. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1715/2022 nömrəli, 1 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilməmişdir. 12.Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən mirasın qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməməsi, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin (altı ay) buraxılması işin mübahisəsiz hallarındandır və notariat orqanının iddiaçının adına vər əsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkünsuzlüyü ilə bağlı göstərdikləri işin halları ilə uzlaşır.Başqa sözlə, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. 13.Məhkəmə, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə müraciət etməməsinin səbəbi ilə bağlı izahatında və buna dair ərizəsində göstərdiklərinə qiymət verərək, hesab etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin ötürülməsinin üzrlü səbəblərdən vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilməməsinə dair göstərilənləri təsdiq edəcək hər hansı bir sübut növü təqdim etməmişdir. Belə ki, əgər doğrudan da mərhumun İ növbə vərəsələrindən olan oğlu iddiaçının da vərəsə kimi adının ş əhadətnaməyə daxil edilməsi məqsədi ilə müvafiq sənədləri ondan almışsa və 6 aylıq müddət ərzində onlara bununla bağlı hər hansı sənəd verməmişlərsə belə, iddiaçı tərəfə heç kim və heç nə mane olmurdu ki, müstəqil olaraq notariat ofisinə ərizə vermək qaydasında mirası qəbul etmək üçün həmin orqana müraciət etsinlər. İddiaçı tərəfin izahatlarına əsasən onun miras qoyanın xx.xx.2018-ci il tarixdə vəfat etməsi barədə məlumatlı olması (yas mərasimlərində iştirak etmələri və müzakirələr aparmaları və s.) işin mübahisəsiz halıdır və iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin buraxılması barədə göstərilənlər üzrlü səbəblər kimi qiymətləndirilə bilməz. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1133.2, 1134, 1145, 1146, 1243, 1246, 1248.1, 1255, 1272, 1321.1-ci, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59, 60-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2 021-ci il 26 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.1-ci maddəsinə istinadla əsaslandırmışdır.. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 15.İddiaçı (qanuni nümayəndəsi) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanun üzrə vərəsəlik, bəlli vərəsəlik dairəsində müəyyən edilən şəxslərin qarşılıqlı münasibəti, vərəsələrin pay əldə edilməsində vicdanlılığı, başqa vərəsələrin payına sa hiblənməklə ləyaqətsiz vərəsə, ən əsası vərəsələr dairəsində mülki prosessual hüquq subyekti (mülki-prosessual fəaliyyət qabiliyyətli) ola bilməyən azyaşlı vərəsənin” olması ilə bağlı mübahisələri tənzimləyən maddi hüquq normalarına ziddir və qətnamədə istinad edilən maddi hüquq normaları hazırkı iş üzrə düzgün şərh edilməmişdir. Mirasın qəbulu ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş 6 aylıq müddət, mirasın qəbulunun rəsmiləşdirilməsini məhkəmə üçün deyil, notariat üçün məhdudlaşdırır. Belə ki, 6 aylıq müddətin ötürüldüyündən sonra məsələyə baxılması məhkəməyə keçmiş olur. Qətnamədə istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında da bu məsələ belə şərh edilmişdir. Bu qərarda Konstitusiya Məhkəməsi, həmçinin qeyd etmişdir ki, 1248.1-ci maddədə mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddətin uzadılması ilə bağlı müraciətlərə baxarkən məhkəmələr, həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışını yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün müraciət edə bilməməsi halları ilə məhdudlaşdırmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırmaqla məsələyə hüquqi qiymət verməlidirlər. Bundan başqa, məhkəmənin gəldiyi nəticəyə görə vərəsə miras əmlakı vaxtında qəbul etməyibsə, miras əmlakda qanunla müəyyən edilmiş pay hüququndan mərhum edilmiş olur. Lakin Mülki Məcəllənin 1248.2-ci maddəsinə əsasən 1248.1-ci madd ədə nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsəlik və mirasdan pay alma ilə bağlı qeyd olunan maddi hüquq normaların tələbləri, eyni zamanda iş üzrə tərəf olan vərəsələr dairəsindəki şəxslərin hüquq münasibətləri baxımından, iddiaçının miras əmlakda payı müəyyən edilməli, digər vərəsələr tərəfindən sahiblənmiş miras payı (natura və ya dəyər formasında) ona geriyə dönüş edilməlidir. Həmçinin, iddiaçının prosessual hüquq fəaliyyəti durumu baxımından, mirasın qəbulu və ya rəsmiləşdirilməsi ilə bağlı müddətin tətbiqi ona nisbətdə yolverilməzdir. Göründüyü kimi miras qoyanın vərəsələrindən biri olan idd iaçı xx.xx.2011-ci il təvəllüdlü olmaqla mirasın açıldığı vaxt, anası tərəfindən notariata, daha sonra da məhkəməyə müraciət edildiyi zamanlarda azyaşlı olmuşdur. Yəni, prosessual hüquq fəaliyyətinə malik şəxs deyildir. Onun öz hüquqlarının müdafiəsi üçün tələb olunan prosessual hərəkətlərin həyata keçirilməsi tələbi yetkinlik yaşına çatandan sonra irəli sürülə bilər. Belə olan halda mirasdan pay almaqda digər vərəsələrlə eyni hüquqa malik olan, lakin azyaşlı olduğundan buna imkansızlığı üzündən notariata müraciət edə bilmədiyindən, notariatda bəyan etmə məsələsi yetkinlik yaşına çatmış vərəsələrə aiddir. Lakin onlar qəsdən azyaşlı vərəsəni gizlətmiş, mirasdan ona çatası paya da sahiblənmişlər. 17.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası mə hkəməsi) 2(103)-1280/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - G.Axundova (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə Mülki Məcəllənin 1272-ci maddəsinə istinadla qeyd etmişdir ki, iddiaçının qanuni nümayəndəsi qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin verilməsindən uzun müddət keçdikdən sonra qızının qanun üzrə vərəsələr siyahısına daxil edilməsi ilə bağlı notariat orqanına müraciət etmiş, hazırkı halda isə qanunvericiliklə müəyyən edilmiş müddətləri üzrlü səbəbdən ötürməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı mərhumun nikahdankənar övladı olmuşdur və miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. 19.Məhkəmə, apellyasiya şikayətinin iddiaçının azyaşlı olduğundan müddətin ona tətbiq edilməməsi ilə bağlı dəlilinə münasibətdə isə vurğulamışdır ki, fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər öz qanuni nümayəndələri vasitəsilə mirası qəbul edirlər. Qanunvericinin bu tələbindən müəyyən edilir ki, qanuni nümayəndə qanunvericilikdə nəzərdə tutulan müddətlərə əməl etməli idi. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytraılmasını xahiş et mişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarındakı mövqeyinə görə,... 1244 və 1268.2-ci maddələrinə əsasən tam fəaliyyət qabiliyyəti olmayan şəxslər mirası onların qanuni nümayəndələri vasitəsi ilə qəbul edə bilərlər və qanuni nümayəndə Mülki Məcəllənin 1244-cü maddəsində müəyyən edilmiş 3 və ya 6 aylıq müddətdə mirası qəbul etmədiyi halda da, məhdud fəaliyyət qabiliyyətli və ya tam fəaliyyət qabiliyyəti olmayan şəxsin vərəsəlik hüquqları saxlanılır. Göründüyü kimi, iddiaçının qanun üzrə nümayəndəsi olan anasının 3 və ya 6 ay müddətində vərəsəli yin qəbulu ilə bağlı ərizə verməməsi əsası ilə payının müəyyən edilməməsi vərəsəlik hüququnun məhdudlaşdırılmasına səbəb olur. Qanun isə bu halda əksini - fəaliyyət qabiliyyəti olmayanın hüquqlarının saxlanılmasını təsbit edir. Odur ki, qeyd olunan müddətlərin keçməsinə görə hazırkı iddianın rədd olunması Konstitusiya Məhkəməsi Plenumunun bu qərarı ilə ziddiyyət təşkil edir.
22. Bundan başqa, iddiaçı miras qoyanın birinci dərəcəli vərəsəsi olmasına baxmayaraq, digər vərəsələr bunu notariat orqanından gizlətmişlər.
22. Digər tərəfdən, Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən, vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barədə bildiriş göndərməlidirlir. Lakin hazırkı iş üzrə miras açılanadək iddiaçının qanuni nümayəndəsinə bildiriş məktubu g öndərilməmişdir. Bildiriş yazılı göndərilməsə də, vərəsəlik barədə ona bildirildiyi qəbul olunsa belə, digər vərəsələrin azyaşlı vərəsənin payına yiyələnməsinə yol verilmir. Belə ki, 1301.2-ci maddədə qeyd edilib ki, əgər vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı yerində olmayan vərəsənin payını ayırmaqla, bölə bilərlər. Qanunun qeyd olunan tələblərindən açıq şəkildə görünüdüyü kimi, qanun üzrə vərəsə olan iddiaçı tam fəaliyyət qabiliyyətli olmadığından, mirasın qəbulu ilə bağlı müəyyən edilmiş 6 aylıq müddətin ötürülməsi ona şamil edilə bilməz. Onun adından miras əmlakdan imtinaya yol verilmir. Lakin işə baxan məhkəmələr bu normaların tələblərinə riayət etməmişlər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 12 iyun 2023-cü il tarixli, 2(102)-2403/2023 saylı qərarı ilə (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Zəki Babayev) iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1280/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmələr tərəfindən mülki qanunvericiliyin mirasın qəbulu institutu, onun formaları, bununla bağlı müəyyən edilmiş müddətlər, onların nəzərdə tutulma məqsədləri ilə bağlı normalarının təl əbləri pozulmuşdur.
25. Belə ki, hazırki işdə iddiaçı mirasın açıldığı dövrdə və hal-hazırda yetkinlik yaşına çatmamışdır, Mülki Məcəllənin 28.2-ci maddəsinə əsasən mülki hüquq fəaliyyət qabiliyyətsizdir. Qanunda birbaşa müəyyən edilmiş hallar istisna olmaqla fəaliyyət qabiliyyətsiz şəxsin müstəqil qaydada öz iradəsinə uyğun olaraq mülki hüquq münasibətlərinə daxil olması, o cümlədən hüququ olan miras əmlakı qəbul etməsi və ya onun qəbulundan imtina etməsi mümkün deyildir.
26. Mülki Məcəllənin 1244-cü maddəsi də birbaşa müəyyən edir ki, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Həmin norma, həmçinin nəzərdə tutur ki, fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxsləri mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin norma yetkinlik yaşına çatmaya n şəxslərin miras əmlakı qəbul etmələrinin üsulunu müəyyən etdiyi üçün, qanuni nümayəndələrinin səhlənkarlığı və ya digər hərəkətsizliyi nəticəsində mirasın qəbulu üzrə qanunla müəyyən edilmiş müddətin keçməsi yetkinlik yaşına çatmayanların miras əmlakdan və mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnə bilməz.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunvericilikdə eyni yanaşmanın mirasın açılmasından əvvəl doğulmuş, lakin miras açılarkən yetkinlik yaşına çatmadığı üçün fəaliyyət qabiliyyəti olmayan, müstəqil qaydada öz iradəsinə uyğun olaraq mülki hüquq münasibətlərinə daxil ola bilməyən vərəsələrə tətbiq edilməməsi üçün heç bir əsas yoxdur. Hazırkı işin mübahisəsiz halına görə cavabdehlər xx.xx.2019-cu il tarixdə mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraci ət edərkən, özlərindən başqa digər vərəsənin olmadığını bildirmiş, həmçinin xx.xx.2019-cu il tarixli ərizə ilə miras qoyanın onlardan başqa vərəsəsinin olmadığını bildirərək, gələcəkdə hər hansı başqa vərəsələri çıxarsa, onların paylarını ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfin bildiriklərinə görə, miras qoyanın digər birinci növbə vərəsələri olan cavabdehlər mirasın açıldığı vaxt iddiaçının da vərəsəliyi barədə məlumatlı olmuş, lakin bunu notariusdan gizlətmişlər.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmələr mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmiş, bununla da işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişlər.
29. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2, 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1, 1243.1, 1243.1, 1244, 1245, 1246, 1248.1, 1248.2, 1256, 1268.2, 1287.1, 1287.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinə istinad etmişdir. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5170/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1300-cü maddəsinə görə, hətta olduğu yer məlum olmayan vərəsənin vərəsəliyə çağırılması üçün ağ labatan tədbirlər görmək vəzifəsini qalan vərəsələrin üzərinə qoyub. İddiaçının isə olduğu yer məlum olduğu halda, qalan vərəsələr iddiaçının vərəsəliyə çağırılması üçün nəinki tədbir görməyiblər, əksinə, onu mirasdan məhrum etmək üçün belə vərəsənin olması faktını notarusdan gizlədiblər. Bundan başqa, “Notariat haqqında” Qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Lakin vərəsələr başqa vərəsənin də olması faktını notariusdan gizlətdiklərinə, yəni ona bilə-bilə yalan məlumat verdiklərinə görə, notarius bu vəzifəsini yerinə yetirə bilməyib və nəticədə iddiaçı mi rasın qəbulu müddətini ötürüb.
32. Məhkəmə kollegiyası, məhkəmənin mirasın açıldığı zaman iddiaçının 8 yaşı olmasını, digər vərəsələrin onun vərəsəliyə çağırılması üçün tədbir görmədiyini, əksinə, belə vərəsənin olması faktını notariusdan gizlədərək ona bilə-bilə yalan məlumat verdiklərini nəzərə alaraq hesab etmişdir ki, gecikmənin səbəbi üzrlü saylmaqla mirasın qəbulu müddəti uzadılmalı, iddiaçı qanuni nümayəndəsi vasitəsilə artıq mirasın qəbulu barədə iradə ifadə etdiyinə (xx.xx.2021-ci ildə notariusa ərizə verdiyinə görə) miras onun tərəfindən qəbul olunmuş sayılmalı, miras əmlakda iddiaçının payı 1/5 hissə müəyyən edilməli, digər vərəsələrin adına verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli, iddiaçının miras payı nəzərə alınmaqla yeni şəhadətnamə verilməlidir. 33.Apell yasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 1300, 1246, 1248.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh5 (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılması və ya işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 35.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 1151-ci maddasinin tələbini pozmuşdur. Belə ki, miras (miras əmlaka) mirası qoyanın öldüyü məqamdakı malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrini (miras p assivi) toplusu daxildir. ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 223,9 kv.m, köməkçi sahəsi 478,5 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin və "xxxx" Mənzil Tikinti Kooperativindəki 1 faiz iştirak payının bütünlüklə Zabit Əliyevin mirası kimi qəbul edilməsi və həmin əmlakın 50% hissəsinin ona (anası Cavabdeh5), qalan hissəsinin isə 50% nikahda olan arvadı Cavabdeh3 məxsus olması, Zabit Əliyevin 4 milyona qədər borcunun olması və həmin borcun bir hissəsinin 4 vərəsə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 tərəfindən ödənilmiş olunması barədə razılığa gəlmiş olmaları nəzərə alınmadan həmin əmlakın bütünlüklə mərhum Zabit Əliyevin mirası kimi qəbul edilərək vərəsələr X4, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 arasında bərabər olaraq miras payının 1/5 (beşdə bir) hissə müəyyən edi lməsi barədə məhkəmə kollegiyası tərəfindən qətnamə qəbul edilmışdir. 36.Həmçinin, apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutaraq, yalnız iddiaçının göstərdiklərini qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 37.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
39. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
40. Maddə 1134.1. Qanu n üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
41. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.
42. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
43. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
44. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
45. Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
46. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
47. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
48. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəm ənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 49.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir. 53.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 54.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 55.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının həd ləri 56.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 57.Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh5 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin cabadehə münasibətdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 58.Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 59.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, mirasın açılma vaxtında iddiaç ının fəaliyyət qabiliyyətinin olmaması, mirasın qəbulundan imtina etməməsi, digər vərəsələrin mirası qəbul edərkən iddiaçının varlığından məlumatlı olsalar da bu faktı gizlətmələrini əsas tutaraq mirasın qəbulu müddətinin uzadılması və iddiaçının miras əmlakda paynın müəyyən edilməli olmasına dair nəticəyə gəlmişdir. 60.Bu səbəbdən, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqe yinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 61.Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir k i, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2(103)-5170/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan