Məhkəmə qərarları › İş №2(102)-963/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-963/2024

08.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-963/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Ağabala qızına qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Ağabala qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5610/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ünvan 8, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar.

2. Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşəm 46/48 nömrəli ev özbaşına tikilidir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/2010 nömrəli, 15 oktyabr 2010-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh ünvan 3 ünvanına köçürülmüşdür. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh Ağabala qızına (bundan sonra cavabdeh) qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ümumi istifadədə olan yerdə qanunsuz qoyulmuş qapının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, onun atası X2 məxsus olan ünvan 1 ünvanında onunla yanaşı, digər qardaş və bacıları qeydiyyatdadırlar. Cavabdeh onun rəhmətə getmiş qardaşı Qafar Yusifovun keçmiş həyat yoldaşı olmuş, 2010-cu il tarixdə keçirilən məhkəmə iclaslarında cavabdehin həmin mənzilə heç bir hüququ tanınmamışdır. Ona görə ki bu sahə özbaşına tikili sayılır, heç bir mülkiyyət hüququ yoxdur. 2021-ci ildə ümumi istif adədə olan yerdən cavabdeh tərəfindən qanunsuz qapı qoyulmuşdur. O, dəfələrlə bu barədə 59 saylı MİS-ə, MKTB-yə, Nəsimi RİH-ə və cavabdehin özünə yazılı və şifahi şikayət etməsinə baxmayaraq, cavabdeh qanunsuz əməllərindən əl çəkməmişdir. 59 saylı MənzilKommunal İstismar Sahəsinin rəisi Ramin, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri dəfələrlə qanunsuz qapını sökmək istəsələr də, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində qapını sökmək mümkün olmamışdır.

6. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçının iddiası əsassız, qərəzli və qanunsuzdur. Belə ki, təqdim edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən nə iddiaçını, nə də ki onun qardaş və bacılarının Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə, 46/48 ünvanında qeydiyyatda olmadıqları müəyyən edilir. İddiaçıya məxsus AA № 384692 nömrəli xx.xx.2001-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinə, xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 02182502 saylı və xx.xx.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqələrinə əsasən, o, M.Əlizadə 48 saylı ünvanında, o cümlədən atası İmamverdi Yusifov tərəfindən oğlu İddiaçı verilmiş 16 dekabr 2011-ci il tarixli etibarnaməyə əsasən İddiaçı M.Əlizadə 48 ünvanında, atası İmamverdi Yusifov isə 46/48 saylı ünvanda qeydiyyatdadır. Təqdim edilmiş “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sistemindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən M.Əlizadə 46/48 ünvanında qeydiyyatda olan ş əxslər Cavabdeh, oğlu – X4 və mərhum qayınatası İmamverdi Yusifov olmuşdur. İddiaçı tamam başqa bir ünvanda yaşamaqla, cavabdehin qeydiyyatda olduğu və yaşadığı M.Əlizadə 46/48 ünvan üzrə bu və ya digər hal onun hər hansı bir hüquqlarını poza bilməz. Bunlara baxmayaraq, İddiaçı dəfələrlə onun yaşadığı M.Əlizadə 46/48 ünvanına gedərək yaşayış yerinə soxulmuş, bunun üçün mübahisələndirdiyi qapını təpiklə vuraraq yenidən qoparmış, daha sonra qardaşı Rəhman vasitəsilə qapını satmışlar. Bununla əlaqədar Nəsimi RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Nəsimi RPİ-nin 20-ci PB-nə, Daxili İşlər Nazirliyinə onun tərəfindən müraciətlər edilmiş və həmin orqanlar tərəfindən müvafiq tədbirlər görülmüşdür.

7. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 iddianı qəbul etməyib, etiraz ərizəsinin məzm ununa və əvvəlki məhkəmə iclaslarındakı çıxışlarına uyğun çıxış edərək bildirmişdir ki, məhkəmə iclasında iştirak etmiş MİS-in nümayəndəsi şikayət əsasında həmin eyvana baxış keçirərkən, doğrudan da, eyvanda girişdə qapı üçün nəzərdə tutulmuş dəmir qapı çərçivəsinin olduğunu görməsini bildirmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/2010 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, köçürülməli olan ev 2-ci mərtəbədə yerləşir və bir açıq giriş eyvanından və iki iç-içə otaqdan ibarətdir. Başqa sözlə, Cavabdeh köçürüldüyü sahəyə eyvan da daxildir və qeyd olunan qətnamə eyvan və otaqların Cavabdeh istifadəsində olmasını təsdiq edən hüquqmüəyyənedici sənəddir. İddiaçı isə M.Əlizadə 46/48 ünvanda yerləşən eyvanın onun istifadəsində olmasını təsdiq edən hüquqmüəyyənedici hər hansı bir sənədləri mö vcud deyildir. 03 mart 2023-cü il tarixli 10/783 saylı ekspert rəyi ilə iddiaçının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə 48 ünvanı cavabdehin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə 46/48 ünvanı ilə üst-üstə düşmədiyi, aparılmış ölçü işləri nəticəsində iddiaçının yaşadığı ev ilə cavabdehin yaşadığı ev arasında 52,0 metr məsafə olduğu müəyyən edilmişdir. O cümlədən həmin rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə 46/48 ünvanı aid eyvana giriş üçün quraşdırılmış qapının İddiaçınun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə 48 ünvanına keçidin qarşısını almadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının subyektiv hüququ olmadığından hazırki iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iddianı əsaslı hesab etdiyini, orada eyvanın açıq olduğunu bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndəsi X5 iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli 10/783 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərovun imzası ilə təsdiq edilmiş 29 sentyabr 2022-ci il tarixli **********11 №-li məktubunda qeyd edilənləri nəzərə alaraq, ünvan 7 ünvanda yerləşən mənzilin İddiaçı hazırki istifadəsində olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcud olmadığı müəyyən edilir. İddiaçı yaşadığı ünvan 8 ünvanı Cavabdeh yaşadığı ünvan 9 ünvanı ilə üst-üstə düşmədiyi, aparılmış ölçü işləri nəticəsində İddiaçı yaşadığı ev ilə Cavabdeh yaşadığı ev arasında 52,0 metr məsafə olduğu müəyyən edilmişdir. ünvan 7 ünvanına aid eyvana giriş üçün quraşdırılmış qapının İddiaçı yaşadığı ünvan 8 ünvanına keçidin qarşısını almadığı müəyyən edilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinc i instansiya məhkəməsi) 2(006)-88/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli (hakim Günay Abidova) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi əsassızdır. Belə ki, aparılan məhkəmə araşdırmaları zamanı və ekspert tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qeydiyyatda olmaqla yaşadıqları evlər arasında 52 metr məsafə vardır və hazırki mübahisənin predmetini təşkil edən qapı iddiaçının yaşadığı evə giriş-çıxışa maneə törətmir. Deməli, həmin qapının mövcudluğu iddiaçının hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur. Bundan başqa qeyd edilməlidir ki, qapının qoyulduğu 46/48 saylı fərdi yaşayış evi özbaşına tikili olduğundan, həmin qapının qanuni qoyulub-qoyulmamasını mübahisələndirmək və sökülməsini tələb etmək hüququ ya səlahiyyətli dövlət orqanına, ya da hüquqlarına və qanunla qorunan mənafelərinə toxunulan maraqlı şəxslərə məxsusdur. Hazırki mübahisənin predmetini təşkil edən qapının mövcudluğunun iddiaçının hüquqlarını pozması müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Buna görə də iddia təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ, İİ hissələrinə, 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.4-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 24.1, 77.1, 88, 107, 115.0.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması, mülkiyyətçi kimi mülkiyyət hüququnun pozulması, təqdim olunmuş sübutların obyektiv, hərtərəfli və tam qiymətləndirilməməsi ilə qəbul olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5610/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin aid olduğu daşınmaz əşya qeydiyyatsız tikilidir, hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Cavabdeh İddiaçı qardaşının keçmiş arvadıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)3683/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə qət olunub ki, Cavabdeh Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev № 46-da yerləşən 48 №-li mənzilinə köçürülsün. Həmin qətnamədən görünür ki, məhkəmə işə baxarkən Cavabdeh köçmək istədiyi evin yerində müayinəsini həyata keçirmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Cavabdeh köçmək istəd iyi ev (sahə) ikinci mərtəbədə yerləşərək bir açıq eyvandan və iki iç-içə otaqdan ibarətdir. Qətnamənin nəticə hissəsində Cavabdeh köçürülməli olduğu sahə göstərilmədiyinə görə, qətnamənin təsviri-əsaslandırıcı hissəsi nəzərə alınmaqla hesab olunur ki, o, ikinci mərtəbədə yerləşən, bir açıq eyvandan və iki iç-içə otaqdan ibarət olan sahəyə köçürülüb. Hazırda İddiaçı sökülməsini tələb etdiyi qapı “açıq eyvan” adlandırılan yerdə, yəni məhkəmə qətnaməsi ilə Cavabdeh köçürüldüyü yerdə yerləşir.

18. Məhkəmə kollegiyası ekspert rəyinə əsasən hesab etmişdir ki, sökülməsi tələb olunan qapının yerləşdiyi yerə (“açıq eyvan” adlandırılan yerə) İddiaçı hər hansı hüququ yoxdur. Bundan başqa, mübahisənin əsl səbəbi daşınmaz əşyadan istifadə ilə bağlı deyil, yəni həmin qapı daşınmaz əşyadan istifadəyə re al maneə yaratmır. Tərəflər daşınmaz əşya gələcəkdə söküləcəyi təqdirdə, alacaqları kompensasiyaya görə mübahisə edirlər. Lakin sökülməsi tələb olunan qapı kompensasiya almaq hüququnun şamil ediləcəyi sahənin hüdudlarını müəyyən etmir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcələnin 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia tələbinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmı ş, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktından verilmiş apellyasiya şikayətinə baxarkən işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmiş və nəticə etibarı ilə maddi və prosessual qanun normalarına istinad edərkən düzgün nəticəyə gəlməmişdir.

22. Bundan başqa mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə həll edilməlidir. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud de yil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun,eləcə də vərəsəlik hüququnun gözləntisi mövcuddur və iddiaçı mübahisəli evi inşa etmiş şəxsin varisidir. Məhkəmənin işi aylarla icraatda saxladıqdan və iki dəfə iş üşün heç bir əhəmiyyət kəsb etməyən ekspertiza keçirildikdən sonra iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmaması barədə gəldiyi qərar absurddur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatla r sübutlar hesab olunur.

30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 417.1.1. Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegu yası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

47. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5610/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar