Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-964/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsin dən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X6 və Cavabdeh1 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X3 və Cavabdeh1, maddi ziyanın əvəzi olaraq 39150 manat məbləğində evin alınmasına görə ödədiyi pulun, X3 5000 manat mənəvi zərərə görə təzminatın, 30 manat iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsum əvəzinin alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 və Cavabdeh1 ma ddi ziyanın əvəzi olaraq 50000 ABŞ dolları məbləğində evin alınmasına görə ödədiyi pulun, X3 5000 ABŞ dolları mənəvi ziyana görə təzminatın, 30 manat iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsum əvəzinin alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 İddiaçı2 və İddiaçı1 övladı olmaqla, X1 gəlinləri olmuşdur. X6 ilə Cavabdeh1 2009-cu il tarixdə ailə həyatı qurmuşlar, lakin 2017-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. X2 ilə Cavabdeh1 ayrıca mənzildə yaşamaları və mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə şəxsi mülkiyyətində olmuş Bakı şəhəri ********* küçəsində yerləşən **** saylı binanın 3 otaq dan ibarət **** nömrəli mənzilini xx.xx.2013-cü il tarixdə Bakı şəhəri *** saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən 39150 manat X7 adlı şəxsə satmış və həmin satışdan əldə edilmiş pulun hesabına Cavabdeh1 adına Abşeron rayonu ************ yerləşən otaqdan ibarət olan *** nömrəli fərdi yaşayış evini 31320 manata almışdır. Abşeron rayonu *********** yerləşən 2 otaqdan ibarət olan ***** nömrəli fərdi yaşayış evi alınan vaxt X6 və Cavabdeh1 vəsait qoymamış və həmin ev və orada əlan əşyaları İddiaçı2 vəsaiti hesabına cavabdehlərə 50 000 ABŞ dolları pul vermişdir. Həmin evə dair çıxarış Cavabdeh1 adına olduğuna görə bundan istifadə edən X6 boşanan kimi həmin evdən payların müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayonu ******* yerləşən 2 otaqdan ibarət olan **** nömrəli fərdi yaşayış evinin birgə nikahın dövründə əldə edildiyi nəzərə alınaraq X6 və Cavabdeh1 qeyd edilən evdə hər birinin payı 1/2 hissə tanınmış, yəni artıq həmin mənzil üzərində mülkiyyət hüququ X6 və Cavabdeh1 məxsusluğu müəyyən edilmişdir. Lakin apelyasiya və kasasiya şikayətləri verilməsinə baxmayaraq Apellyasiya və Ali məhkəmənin müvafiq qərarları ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Lakin məhkəmə araşdırmaları zamanı Abşeron rayonu ******** yerləşən 2 otaqdan ibarət olan ****** nömrəli fərdi yaşayış evinin İddiaçı2 vəsaiti hesabına əldə olunduğu sübuta yetirilmişdir. Belə olan halda mübahisəli evin alınmasına görə ödənilmiş 39150 mana t pul onlara ödənilməlidir. Bundan başqa X6 boşanan kimi Cavabdeh1 qarşı Abşeron rayonu ******** yerləşən otaqdan ibarət olan ****** nömrəli fərdi yaşayış evindən payların müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırması, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən həmin evin birgə nikahn dövründə əldə edildiyi nəzərə alınaraq X6 və Cavabdeh1 qeyd edilən evdə hər birinin payı 1/2 hissə tanınması İddiaçı1 mənəvi ağır zərbə vurmuş və həmin mənəvi zərərin məbləği 5000 manat İddiaçı1 alınmalıdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(012)-*****/2020 nömrəli (hakim Cəmilə Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsas landırmışdır ki, məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdikləri izahatlarından müəyyən edilir ki, həm iddiaçılar İddiaçı2 və İddiaçı1 Abşeron rayonu ******** yerləşən 2 otaqdan ibarət olan ****** nömrəli fərdi yaşayış evinin onların vəsaitləri hesabına alınmalarını sübuta yetirə bilmədiklərindən onların həmin evə dair iddiaları təmin edilməməli və fərdi yaşayış evinə görə 50000 ABŞ dolları məbləğində ödənilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməli, əsas iddia təmin edilmədiyindən bu əsasda mənəvi zərərə dair iddia tələbi də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1108-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 89, 107, 12 4.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinni təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Səyyad Qafari) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-****/2020 nömrəli qətnaməsnin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin mübahisə edilməyən hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2( 012)*****/2017 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 qarşı nikah dövründə əldə edilmiş fərdi yaşayış evinə payların müəyyən edilməsi və evin paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı və Cavabdeh1 hər birinin ünvan1 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evində ½ paylarının müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə Abşeron rayonu, *************** saylı evin cavabdehlərin birgə nikahları dövründə əldə edildiyi müəyyən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- ******/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 həmin evin X6 birgə nikahları dövründə əldə edilmiş vəsait hesabına deyil, atası İddiaçı2 və saiti hesabına alınmasına dair dəlili əsassız hesab edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 Abşeron rayonu, ******** yerləşən ****** nömrəli fərdi yaşayış evinin və həmin evdə olan əşyaların onların vəsaitləri hesabına alınmalarına dair iş materiallarında heç bir sübut yoxdur. İddiaçılar cavabdeh X3 5000 ABŞ dolları mənəvi ziyan tələb etmişlər. İş materiallarında iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun məhz cavabdeh X4 qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Göstərilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 (Vəkil1) kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yekun qərar qəbul olunmasını xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıların həqiqətən evlərini satmış olmaları barədə dəlillərini nəzərə almamış, cavabdehlərdən Cavabdeh1 o qiymətə evi hansı vəsaitlə almasını və bunun qeyri-mümkün olmasını ümumiyyətlə nəzərə almamışdır. Həmçinin məhkəmə qətnaməsinə görə iddiaçıların itirdiyi vaxtlar, keçirdikləri əsəb və sarsıntılar mənəvi ziyan deyildir. Bununla da məhkəmə qanunları düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatl arı Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Vəkil kasasiya şikayətinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhru m olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclası nda tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçılar kasasiya şikayətində məhkəmənin işin hallarını düzgün nəzərə almadığını, maddi və mənəvi zərər üzrə qanunları düzgün tətbiq etmədiyini göstərsə də, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, iddiaçıların Abşeron rayonu, ******** yerləşən ****** nömrəli fərdi yaşayış evinin və həmin evdə olan əşyaların onların vəsaitləri hesabına alınmalarına dair iş materiallarında heç bir sübut yoxdur. Mənəvi zərərlə bağlı tələb isə i ddiaçıların maddi zərərlə bağlı tələbləri üzrə yaranmış törəmə tələbdir. Maddi zərərlə bağlı tələb üzrə məhkəməyə iddiaçılar tərəfindən hər hansı sübut təqdim edilə bilinmədiyi kimi, mənəvi zərərlə də bağlı iş materiallarında hər hansı sübutun mövcud olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin e dilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.