Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-965/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliyə görə sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6509/2022 nömrəli, 26 oktyabr 20 22-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmişdir. 2005-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini idarəetmə mühəndisliyi ixtisası üzrə bitirmişdir. İddiaçı xx.xx.2011-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “Ə” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in müayinə aktına əsasən, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə edilmiş, ona ikinci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövründə alı nmışdır” qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 717 saylı qərarında İddiaçı hərbi xidmət dövründə aldığı N nömrəli hərbi hissədə xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi “Nevrosteniya” diaqnozu ilə müayinə və müalicə olunduğu qeyd edilmiş və bu xəstəliyin hərbi xidmət dövründə alındığı qərara alınmışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in sonuncu müayinəyə dair məlumatı ilə, 05 mart 20N-ci il tarixə iddiaçıya təyin edilən diaqnoz «üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə» müəyyən edilmişdir. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyaların səbəb olması qeyd olunmuşdur. Qeyd olunan diaqnoza əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. İddiaçı əmək qabiliyyətsizdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2-ci dərəcəli müddətsiz əlilliyə görə 6.600 manatın ona birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 063 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «Ə» bəndinə əsasən hərbi xidmət dövründə alınmış müddətli 2-ci qrup əlilliklə əlaqədar ehtiyata buraxılmışdır və daimi müalicə almışdır. Hər komissiyada ona 2-ci əlillik qrupu təsdiqlənib və yeni müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.20N-ci il tarixli rəyinə əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz «əmək qabiliyyətsiz» statusu verilmişdir. İddiaçının xx.xx.20N-ci il tarixli və təkrar xx.xx.20N-ci il tarixli müraciətlərinə cavabdeh tərəfindən cavab veril məmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qəbulda olmuş, ərizə ilə bərabər bütün sənədlərinin qəbulundan imtina edilmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı xx.xx.2011-ci ildə hərbi xidmətdən tərxis olunmuş, bundan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müalicə olunmuş və 2015-ci ilin fevral ayında xəstəlik haqqında şəhadətnamə əldə etmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏƏSMN-nin 1 nömrəli TSEK-nın xx.xx.2015-ci il tarixli, 085714 nömrəli aktına əsasən şəxsə ilk dəfə hərbi xidmət dövründə alınmış xəstəliyinə görə 2-ci qrup əlillik təyin edilmişdir. Eyni ƏƏSMN-nin TSEK-nin arayışına əsasən, ona sonuncu müayinəsi ilə əlaqədar xx.xx.20N-ci ildə mü ddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: İ dərəcə əlilliyə görə - 80 faiz; İİ dərəcə əlilliyə görə - 60 faiz; İİİ dərəcə əlilliyə görə - 40 faiz. Qanunun 1.1-ci maddəsinə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən s ığorta ödənişinin verilməsindən imtina olunması hallarını təsbit edir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə bu əsaslardan biri - baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsidir. Yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3-cü maddələrinə əsasən, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığo rta məbləğinin müvafiq nisbətlərində ödənilir. Sığorta qanunvericiliyinin istinad olunan normalarına əsasən, hərbi xidmət dövründə alınmış xəstəliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta ödənişi vermək öhdəliyini yarada bilməsi üçün sığorta olunan hərbi xidmətdən tərxis olunduğu gündən 3 il müddətində ona qeyd olunan əsasla əlillik təyin edilməlidir. Bu müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığorta hadisəsi hesab edilmədiyinə görə, dolayısı ilə sığorta təminatına da daxil deyildir. Eyni zamanda qeyd olunan hüquqi mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsi də nəzərə alınmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2406/2022 nömrəli qərarın 15-ci bəndində qeyd olunur ki, «Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətidir. Baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı müəyyən olunur.»
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyul 2022-ci il tarixli, 2(006)-2771/2022 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin edilmiş, cavabdehdən 6.600 manat məbləğində pulun tutulara q iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya hərbi xidmət dövründə alınmış (qazanılmış) «üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar» diaqnozlu xəstəliklərə görə ikinci qrup əlillik dərəcəsinin verilməsi mübahisəsiz qaydada təsdiq olunur.
10. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ h üquqi aktların geriyə qüvvəsindən bəhs edilir.
11. İddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzürlü səbəbdən buraxmışdır. Məhkəmə hesab edir ki, müddətin ötürülməsinin səbəbi üzürlü hesab edilməli, iddiaçıya müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir.
12. İddiaçı hərbçi həyatı yaşayıb, xidmət dövründə səhhəti pozulub və 2-ci qrup əlillik dərəcəsi təyin olunub. Əhalinin sosial qayğıya və diqqətə daha çox ehtiyacı olan, həmçinin bu cür diqqət və qayğı göstərilməsinə haqqı çatan hissəsini təmsil edir. Ona təyin olunmuş diaqnoz - «üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psix otik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar» psixoloji durumu ilə bağlıdır. İddiaçının İİ qrup əlil olması faktı aşkardır. İddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzrlü səbəbdən buraxmışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, Mülki Məcəllənin 7.3-cü, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi, Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsi, xx.xx.1997-ci il tarixdə qəbul edi lmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, N7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apelyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər DSMF-ya həvalə olunduğundan Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyi qalmamışdır. Sığorta olunan tərəfindən sığorta ödənişinin alınması üçün hərbi həkim komissiyasının müvafiq qərarı Şirkətə təqdim edilm əmişdir. İddiaçı xx.xx.2011ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.20N-ci ildə isə ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülmüşdür.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6509/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xəstəlik tarixindən çıxarışlardan və tibbi sənədlərdən görünür ki, iddiaçı davamlı şəkildə müalicə almışdır, lakin bu, iddiaçının sağlamlığında pozitiv dəyişikliklərə gəti rib çıxarmamışdır.
18. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya sığorta ödənişinin verilməsi ilə əlaqədar məsələlər DSMF-ya həvalə olunduğundan Şirkətin iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyinin qalmaması ilə bağlı apelyasiya şikayətində qeyd edilənlərə münasibətdə Kollegiya qeyd edir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N-ci il tarixli Fərmanın 2.7-ci bəndinə göstərilmişdir ki, 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir. Göründüyü kimi baxılan iş üzrə sığorta ödənişinin verilməsi öhdəliyi Şirkətə aid olduğundan, bununla bağlı cavabdeh tərəfin dəlili əsassız hesab edilir.
19. Sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur.
20. İddiaçıya 2015-ci il tarixdə əlillik təyin edilmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzrlü səbəbdən buraxmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidm ət edir. Apelyasiya şikayətinin bu dəlilli əsassızdır, belə ki, iş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 2-ci qrup əlillik təyin olunmasının səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. Düzdür, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin «ə» bəndinə əsasən baş vermişdir, lakin bu hal onun hərbi xidmət dövründə xəstələnməsi və bununla bağlı ona əlillik təyin olunması halını aradan qaldırmır.
22. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, formal mülahizələrə görə isə qətnamənin ləğvinə yol verilmir. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməs i üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Lakin kassasiya şikayətində verilmiş iddia üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin cavabdeh olması mübahisələndirilməmiş, DSMF-nin cavabdeh olduğu barədə dəlil irəli sürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanun
26. Maddə
27. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (öl məsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»
27. Maddə
151. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.
28. Maddə 156, «ə» bəndi. Hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanunu
29. Maddə 5, “ç” bəndi. Xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində İİ qrup əlillik təyin olunduqda, on a ümumi sığorta məbləğinin (11000 manat) 60 faizi məbləğində sığorta ödənişi verilir (xx.xx.2013-cü il tarixə kimi qüvvədə olmuş redaksiya). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə N7.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə N7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayar aq yoxlanılmalıdır.
38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yenidən baxılması üçün göndəriulməlidir.
41. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, maddi hüquq normaları düzgün tətb iq olunmamışdır.
44. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı xx.xx.2011-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “Ə” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2015-ci il tarixdə müayinə edilmiş, ona ikinci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövründə alınmışdır” qeyd edilmişdir.
45. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən 05 mart 20N-ci il tarixə iddiaçıya təyin edilən diaqnoz «üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə» müəyyən edilmişdir. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşə n psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyaların səbəb olması qeyd olunmuşdur. Qeyd olunan diaqnoza əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. İddiaçı əmək qabiliyyətsizdir.
46. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 717 saylı qərarında İddiaçı hərbi xidmət dövründə aldığı, N nömrəli hərbi hissədə xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi “Nevrosteniya” diaqnozu ilə müayinə və müalicə olunduğu qeyd edilmiş və “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” qərara alınmışdır. 47. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci m addəsinin “c” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət almasına (xəstələnməsinə) görə sığorta olunanın əlilliyi ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində müəyyən olunduqda sığorta ödənişi verilməlidir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir.
49. Odur ki, istinad edilən qanunun tələbi baxımından cavabdehin iddiaçıya sığorta ödənişini verməkdən imtina etməsi tam əsassız olmamışdır.
50. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən qanunun bu tələbi baxımından mübahisəyə düzgün qiymət verilməmişdir.
51. İşin düzgün həlli üçün iddiaçıya alınan travmaya görə əlillik dərəcəsinin hansı tarixdə müəyyən edilməsi, göstərilən müddət ötürüldüyü halda müraciətin hansı üzrlü səbəblərdən vaxtında edilməməsi, şəxsin hərəkətsizlik göstərməsinin səbəbləri araşdırılmalı və iş üzrə əsaslandırılmış qətnamə qəbul edilməlidir.
52. Apelyasiya instansiyası məhkəməsi iddiaçının psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə aldığını və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzrlü səbəbdən buraxdığını bildirmişdir.
53. Lakin iş materiallarına əlavə olunmuş stasionar xəstənin tibbi kartından çıxarışlardan görünür ki, iddiaçı stasionarda xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək, xx.xx.2020-c i ildən xx.xx.2020-ci ilədək müddətlərdə olmuşdur.
54. İddiaçının xx.xx.2011-ci ildə xidmətdən buraxılandan sonrakı üç il ərzində (xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək) müddətdə müalicədə bir dəfə - xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilədək olmuşdur. Yəni iddiaçının əlillik dərəcəsinin almaq üçün 3 illik müddətdə xəstəliyi səbəbindən müraciət etməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam əsaslandırılmayıb. İddiaçının xidmətdən buraxılandan sonrakı üç il ərzində xəstəxanada müalicə olunduğu müddətdən sonra böyük fasilə dövrü var və bu müddətdə onun əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-ə müraciət etmək iqtidarında olmaması dəqiqləşdirilməyib.
55. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərə findən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
56. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenum unun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
57. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
58. Odur ki, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
59. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 88, N7.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6509/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.