Məhkəmə qərarları › İş №2(102)-965/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-965/2025

15.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-965/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyət i cəlb edilməklə) “özbaşına inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2025-ci il tarixli 2(103)-523/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qonşudurlar.

2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 87 “a” nömrəli ev (bundan sonra 87 “a” ünvanında yerləşən fərdi yaşayış evi) İddiaçı Hacıəli oğlunun, eyni küçədə yerləşən 87 nömrəli ev (yeni qaydalarla ev 403A) (bundan sonra 403A ünvanında yerləşən fərdi yaşayış evi) isə əvvəl Cavabdeh1 mülkiyyətində olmuş, o, həmin evi sökərək ye rində yeni tikili inşa etməyə başlamışdır.

3. Cavabdeh1 daha sonra həmin evi digər Cavabdeh2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1, daha sonra işə yeni cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı “özbaşına inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 87 “a” ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə cavabdehə məxsus olan 403A ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin sərhədində inşa edilən tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan “87” a üv anında 99.2 m2 ümumi torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi yaşayış evinin qeydiyyat vəsiqəsini və texniki pasportunun surətini iddia ərizəsinə əlavə etmişdir. Texniki pasportla müəyyən olunan ümumi torpaq sahəsinin fərdi evinin altındakı torpaq sahəsindən başqa çox cüzi, azacıq həyatyanı sahəsi vardır. Fərdi yaşayış evinin torpaq sahəsinin sərhədində, ara məsafəsi gözlənilmədən 403 A ünvanına yeni köçən cavabdeh tərəfindən tikili inşa edilməyə başlanılmışdır. Cavabdeh ona həyətyanı sahəsinin digər hissəsində tikinti inşa edəcəyini bildirmiş, daha sonra məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Belə ki, cavabdeh tərəfindən inşa edilən tikilinin hasarı onların divarlarına söykənir, təbii günəş işığının, hava axının qarşısını alır. Cavabdeh torpaq sahəsində olan çoxillik ağacları kəsərək yaşıllıqları məhv etmişdir. Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin hündürlüyü nəticəsində yaşayış evinə təbii gün işığı düşməsinin qarşısı alınır. Cavabdeh qanunsuz olaraq tikinti və şəhərsalma qaydalarını pozmaqla, yaşayış evinin yeganə işıq mənbəyi olan azacıq həyətyanı sahəsinin qarşısında tikinti işləri aparmaqla evi işıqlanma və havalanma mənbəyindən məhrum etmişdir. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə, Biləcəri Bələdiyyəsinə, Binəqədi Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə yazılı müraciətlər, şikayətlər göndərmişdir. Lakin müraciətlərinin nəticəsi olmamış, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh qanunsuz hərəkətlərini davam etdir diyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İddiaçı mübahisəli yaşayış sahəsi tikilərkən razılığını bildirmiş və buna etiraz etməmişdir. Hazırda evin mülkiyyətçisi də dəyişmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyi ilə cavabdeh tərəfindən 403A ünvanında inşa edilmiş tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş **********69-10301 reyestr nömrəli Texniki Pasportun göstəricilərinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.2-1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, 403A ünvanında inşa edilmiş tikili ilə İddiaçı Hacıəli oğlunun mülkiyyətində olan 87 “a” nömrəli fərdi yaşayış evi arasında 30 sm ara məsafəsinin olması fövqəladə hal baş verdiyi təqdirdə iddiaçının evinə təhlükə yaradır (yanğının qarşısının alınması, zəlzələ və sair). Cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus evə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaradır (tikiliyə dalan hissədən baxdıqda sol hissəsi).

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərk əzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən 403A ünvanında inşa edilmiş tikili ilə İddiaçı Hacıəli oğlunun mülkiyyətində olan 87 “a” nömrəli fərdi yaşayış evi arasında 30 sm ara məsafəsinin olduğunu və bu ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2.1-ci maddəsinin tələbinə uyğun olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş tikilinin fövqəladə hal baş verdiyi təqdirdə iddiaçının evinə təhlükə yaradacağı (yanğının qarşısının alınması, zəlzələ və sair) müəyyən olunmuşdur. 87 “a” nömrəli evin mətbəxində, yataq və qonaq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surətinin tələb olunan normadan az olduğu müəyyən olunmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert izası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən cavabdeh tərəfindən inşa olunan tikilinin hündürlüyünün 6.2 metr olduğu nəzərə alınaraq, həmin tikili ilə sərhəd hasar arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2.1-ci maddəsinə əsasən 1.86 metr olmalıdır. Həmin tikilinin sərhəd hasarına bitişik olduğu nəzərə alınaraq, tədqiqat obyekti olan tikilinin üzbəüz durduqda arxa tərəfdən və sol tərəfdən 1.86 metr hissəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. 11.Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsi (hakim Fərid Hətəmzadə) ilə iddia qismən təmin edilmiş, 403A tikilinin üzbəüz durduqda sol və arxa tərə fdən 1.56 metr hissəsinin Cavabdeh2 öz hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutularaq İddiaçı Hacıəli oğluna ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatların dəyərini təşkil edən cəmi 150 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına ödənilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin tikilisi ilə iddiaçının evi arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tik inti Məcəlləsinin tələblərinə əsasən 1.86 metr olmalı olduğu halda, bu məsafənin ölçüsü gözlənilməmişdir, hazırda ev və tikili arasında olan məsafə 30 sm-dir. Bu məsafənin 30 sm olması isə iddiaçıya məxsus evə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaradır, işıqlanma və hava cərəyanının surətini azaldır, həmçinin fövqəladə hal baş verəcəyi təqdirdə iddiaçının evinə təhlükə yaradacaqdır (yanğının qarşısının alınması, zəlzələ və sair). İddiaçı Cavabdeh1 (əvvəlki mülkiyyətçi) tərəfindən qanunvericiliyin normalarına və qaydalarına zidd tikili inşa edilərkən buna etiraz etmiş və aidiyyəti qurumlara müraciət edərək cavabdehin bu hərəkətlərinə son qoyulmasını tələb və xahiş etmişdir. Lakin onun müraciətlərinin müsbət nəticəsi olmamış və iddiaçı mübahisənin həlli ilə bağlı məh kəməyə müraciət etmişdir.

13. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qonşu yaşayış sahələri arasında olan məsafənin 1.86 metr olmasının təmin edilməsi məqsədilə 403A nömrəli tikilinin üzbəüz durduqda sol və arxa tərəfdən 1.56 metr hissəsi Cavabdeh2 hesabına sökülməlidir. İddia qalan hissədə təmin edilməməlidir, çünki hazırda mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. Bundan əlavə, tələbin ərazinin ilkin vəziyyətə qaytarılması hissəsi ilə əlaqədar iddia tələbi əsassızdır. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin yalnız müəyyən hissəsi iddiaçının maraqlarına toxunur, digər hissələrin sökülməsi (ilkin vəziyyətə gətirilmə) üçün hər hansı əsas yoxdur.

14. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən qonşu yaşa yış sahələrinin ara məsafəsinin 30 sm olmasını diqqətdə saxlamış, zəruri olan ara məsafəsindən, yəni 1.86 metrdən 30 sm-i çıxmışdır.

15. Bundan əlavə, cavabdeh tərəf etirazında iddiaçının mübahisəli yaşayış sahəsinin tikilməsinə razı olduğunu bildirsə də, məhkəmə etirazın bu dəlili ilə razılaşmayaraq vurğulamışdır ki, iddiaçı Cavabdeh1 tərəfindən evin tikilməsinə bir qonşu kimi razılıq vermişdir. Lakin bu razılıq o demək deyildir ki, inşa ediləcək tikili iddiaçının maraqlarına zidd, onun yaşayış evinə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaratsın və fövqəladə hal baş verəcəyi təqdirdə onun evinə təhlükə yaradacaq şəkildə inşa edilsin.

16. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Müki Məcəlləsinin 139.1, 152.1, 157.4, 170.2, 180.1, 180.2, 180.4, 560.1, 560.3.4-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.2, 69.4, 69.5.2-1, 80.1, 80.2, 80.4, 80.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli torpaq sahəsini Cavabdeh1 adlı şəxsdən almışdır, daha sonra həmin ünvanda inşa edilmiş tikilini davam etdirmiş, lakin müəyyən səbəblərə görə tikinti başa çatdırılmamışdır. Eyni zamanda cavabdehin tikilisi ilə iddiaçının evi arasında olan məsafə iddiaçı ilə razılaşdırılmışdır. Belə ki, İddiaçı Hacıəli oğlu Bakı şəhəri Binəq ədi Rayon İcra Hakimiyyətinə ünvanlandığı məktubunda bildirmişdir ki, onun 403A ünvanında yaşayan qonşusu Cavabdeh1 ev tikməsinə heç bir etirazı yoxdur. Bundan başqa, orada tikinti başa çatdırılmadığından, həmin qətnamənin icrası da mümkün deyil, yerli baxış keçirilməmişdir, qətnamə əsassızdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-523/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Şirinov İkram (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus olan 403A ünvanındakı fərdi yaşayış evinin torpaq sahəsinin sərhədində inşa edilən tikili iddiaçı üçün təhlükə yaratdığından, birinci instansiya məhkəməsi cavabdehə məxsus tikilinin qeyd edilən hissədə sökülməsi barədə iş üzrə düzgün qənaətə gəlmişdir. Həmçinin, Cavabdeh2 apellyasiya şikayətində də bildirdiyi, iddiaçının mübahisəli yaşayış sahəsinin tikilməsinə razı olduğunu qeyd etməsi barədə dəlili ilə bağlı da rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 tərəfindən evin tikilməsinə bir qonşu kimi razılıq vermişdir, lakin bu razılıq o demək deyildir ki, inşa ediləcək tikili iddiaçının maraqlarına zidd, onun yaşayış evinə havanın gəlməsinə və günəş şüalarının düşməsinə məhdudiyyət yaratmaqla yanaşı, fövqəladə hal baş verəcəyi təqdirdə onun evinə təhlükə yaradacaq şəkildə inşa edilsin.

21. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycxan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1 və 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh2 (vəkil X1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(103)-523/2025 saylı qətnaməsinin ləğv edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməsi haqqında qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir k i, apellyasiya məhkəməsinin iclasında iddiaçının vəkili iştirak etmiş və iddianı müdafiə etmişdir. Məhkəmə iclasından bir neçə gün sonra cavabdehə məlum olmuşdur ki, iddiaçı 5 yanvar 2025-ci il tarixdə ölmüşdür. Lakin iddiaçının vəkili və nümayəndəsi bu barədə məhkəməyə məlumat verməmiş, nəticədə apellyasiya məhkəməsi 14 yanvar 2025-ci il tarixdə qətnamə qəbul edərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. X4 iddiaçının hüquqi varisi qismində kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Etiraz iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, iş üzrə iddiaçı 5 yanvar 2025-ci il tarixdə vəfa t etmişdir. Mərhumun ölümündən sonra yeganə birinci növbəli hüquq varisi oğlu X4 tərəfindən ərizə ilə vərəsəlik işinin açılması üçün Notariat Ofisinə müraciət edilmiş və miras qalan əmlaka faktiki sahiblik edildiyi, digər birinci növbəli vərəsələrin olmadığı, miras əmlaka dair mübahisə olmadığı bildirilməklə, vərəsəlik işinin açılması xahiş edilmiş və müvafiq vərəsəlik işi açılmışdır. (bununla bağlı məktub əlavə edilir). Hazırda da havasız və işıqsız vəziyyətdə olan evdə iddiaçının hərbi xidmət əlili olan hüquq varisi - oğlu X4 yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Ma ddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən tə şkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

32. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

33. Maddə 254.1.1. İşdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

34. Maddə 256.0.1. bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək iş üzrə icraat dayandırılır.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə mülkiyyət hüququ təmin olunsa da, bu hüququn həyata keçirilməsi qanunla müəyyən edilmiş qaydalara uyğun aparılmalıdır. Həmçinin, Mülki Məcəllənin 180.4-cü maddəsinə görə torpaq sahəsində qanunsuz aparılmış tikili müvafiq dövlət orqanının və ya maraq şəxsin tələbi ilə sökülə bilər.

43. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspert rəyinə əsasən cavabdehin tikilisinin qanunsuz olması müəyyən edilmiş və onun sökülməsi barədə qətnamə qəbul edilmiş, yuxarı instansiya məhkəməsi tərəfindən də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

44. Kassasiya şikayətində cavabdeh tərəfindən irəli sürülən arqumentlər, yəni tikilinin uzun müddətdir istifadədə olması, hüquq pozuntusunun olmaması və digər əsaslandırmalar iş üzrə maddi hüquq normalarının tətbiqinə təsir edən halları dəyişdirmədiyindən bu dəlillər işin mahiyyətinə təsir edən yeni hüquqi və fakt iki əsaslar kimi qəbul edilməməlidir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyasında qətnamənin iddiaçının ölümündən sonra qəbul olunması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən mübahisə tərəfinin sıradan çıxması yalnız o halda iş üzrə icraata xitam verilməsinə səbəb ola bilər ki, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməsin (MPM-nin 261.0.7-ci maddəsi). İşdə tərəf olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verirsə, məhkəmə həmin tərəfi prosesin istənilən mərhələsində hüquq varisi ilə əvəz edə bilər (MPM-nin 58.1-ci maddəsi). Bu məqsədlə məhkəmə sıradan çıxmış şəxsin hüquq varisi müəyyən edilənə qədər iş üzrə icraatı dayandırmalıdı r (MPM-nin 254.1.1 və 256.1-ci maddələri).

46. Hazırkı işin materiallarından müəyyən olunur ki, apellyasiya baxışı mərhələsində iddiaçı öldükdən sonra bu barədə məhkəməyə məlumat verilməmiş, nəticədə ölmüş iddiaçı prosessual hüquq varisi ilə əvəz edilmədən işə baxılmasına davam edilmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən formal tələbləri pozulmuşdur.

47. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən hal iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

48. Mülki prosessual qanunvericiliyin tələblərinə görə isə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi).

49. Hazırkı iş üzrə iddiaçı öz mövqeyini birinci instansiya məhkəməsində müdafiə etmiş, qətnaməni yuxarı instansiya məhkəməsində mübahisələndirməmişdir.

50. Həmçinin nəzərə alınmalıdır ki, ölmüş iddiaçının prosessual hüquq varisi olan oğlu kassasiya şikayətinə etiraz etmişdir və etirazda göstərilənlər apellyasiya məhkəməsinin qətnaməsində ifadə olunan hüquqi nəticə ilə tam uzlaşır.

51. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, habelə prosessual qənaət prinsipini rəhbər tutaraq bu nəticəyə gəlir ki, kassasiya şikayətinin müzakirə edilən dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

52. Ona görə də, şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli 2(103)-523/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar