Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-969/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ İş № 2(102)-969/2024 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, qonşuluq hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi və tikilinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5673/2023 nöm rəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər İddiaçı mərhum əri X1 mülkiyyətində olmuş, onun ölümündən sonra fərdi yaşayış evinin 1/6 hissəsi vərəsəlik əsasında iddiaçının mülkiyyətinə keçmiş, 5 paydan ibarət qalan hissələr isə digər vərəsələrin mülkiyyətindədir. İddiaçı fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
2. İddiaçı fərdi yaşayış evinin qonşuluğunda, onun sol divarına bitişik vəziyyətdə, ünvan 2 ünvanında Cavabdeh tərəfindən 4 mərtəbədən ibarət fərdi yaşayış inşa edilmişdir. Həmin evə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, yalnız həmin ünvanda sənədsiz evin əldə olunması barədə Vüsal Əliyev və Cavabdeh (üç nəfər şahidin imzası ilə) arasında xx.xx.2021-ci il tarixli evlərin alqı-satqısı barədə sadə yazılı müqavilə və 66 saylı MKİS tərəfindən verilmiş evin sxemi mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ara məsafəsi gözlənilmədən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə cavabdehin tikdirdiyi 4 mərtəbəli tikilinin onun öz vəsaiti hesabına sökülməsi və üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra, ara məsafəsi normalarına ria yət etməklə tikili tikmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, yaşayış evinin əvvəlki mülkiyyətçisi olan əri X3 2016-cı ilin noyabr ayında vəfat etdikdən sonra ev onun mülkiyyətinə keçmişdir. O, 2002-ci ildən həmin evdə yaşayır. Təxminən 2021-ci ilin sentyabr ayında cavabdeh onun evinin divarına bitişik qonşu sahədə tikinti işləri aparmağa başlamışdır. Dəfələrlə tikdirdiyi tikilinin onun evinə bitişik olması və ara məsafəsinin gözlənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, heç bir faydası olmamış və o, qanunsuz şəkildə tikintini davam etdirmişdir. Məcburiyyətdən qeyd olunan qanunsuz hərəkətlərin dayandırılması və qarşısının alınması üçün polisə müraciət etmiş, Bakı şəhəri Xətai PRİ-nin 37-ci PŞ-də onun şik ayəti ilə bağlı araşdırma aparılmış və xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Hazırda cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli tikili tam onun evinin divarına bitişikdir və heç bir ara məsafəsi saxlanılmamışdır. Bundan əlavə, onun evinə bitişik olan torpaq sahəsinə hüquqları müəyyən edən sənədlər və müvafiq tikilinin tikilməsi üçün icazə sənədləri yoxdur. Qeyd olunan halların mövcudluğu gələcəkdə baş verəcək hər hansı bədbəxt və fövqəladə vəziyyətlərin qarşısının alınmasında ciddi problemlər yaradacaqdır. Cavabdeh tərəfindən qanunsuz tikilinin aparılması nəticəsində onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur və pozulmağa davam edir.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldat ma yolu ilə ona vurduğu 7.000 manat məbləğində maddi ziyan faktının yoxlanılması barədə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsi və iddiaçının fərdi yaşayış evində etdiyi təmir-tikinti işlərinə görə xərclədiyi 7000 manat məbləğində pulun tam olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində X4 ona məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini Quliyeva Mənsurənin, Məmmədov Mahirin şahidliyi və alqı-satqı agenti X2 vasitəçiliyi və şahidliyi ilə 19.900 manata almışdır. Həmin evin iddiaçının yaşadığı evlə bir ortaq divarı var idi. Evi oğlunu evləndirərək oraya köçürmək məqsədi ilə almışdır. Lakin ev yaşayış üçün xeyli darısqal, əlverişsiz olduğuna görə söküb yerində yenisini tikmək qərarına gəlmişdir. O, iddiaçı ilə əvvəlcədən razılaşmışdır ki, həmin ortaq divara toxunmadan, yəni ortaq divarı iddiaçının sərəncamına verərək, fərdi yaşayış evinin divarını həmin divarın yanından tikdirəcək və iddiaçının həyətində öz maddi vəsaiti hesabına onun istədiyi qaydada təmir-tikinti işləri edəcək. Görülən işlər müqabilində heç bir ara məsafəsi saxlanılmadan, divarının yanından öz evinin divarını hörərək tikinti işlərinin aparılmasına və mənzilinin pəncərələrinin onun tərəfinə baxmasına iddiaçı etiraz etməyəcək. Beləliklə, müəyyən şərtlərlə aralarında şifahi müqavilə öhdəlikləri yaranmışdır. Razılığa əsasən iddiaçının həyətində hamam, tualet, rəngləmə, kafel-metlax, hasar, suvaq, sanitar qovşağı və s. işləri görmüş və bu işlər üçün 7.000 manatdan artıq maddi vəsa it xərcləmişdir. Əvvəllər iddiaçı üzərinə götürdüyü öhdəliklərə vicdanla yanaşmış, həyətində gördüyü işlərə görə ona dərin təşəkkürlər bildirmişdir. Lakin tikinti yekunlaşmağa doğru getdikcə iddiaçı ilə aralarındakı danışıqların, razılaşmanın əksinə olaraq ara-sıra mövqe, fikir dəyişiklikləri yaranmağa başlamışdır. O, cavabdehdən daha çox maddi tələblər etməyə başlamış, əlavə olaraq 2000 manat pul istəmiş, öz evinin dam örtüyünün də onun vəsaiti hesabına dəyişdirilməsi fikrinə düşmüşdür. Rədd cavabı eşitdikdə isə onu müvafiq orqanlara şikayət edəcəyi ilə hədələməyə, təhdid etməyə başlamışdır. Hal-hazırda onun yaşadığı fərdi yaşayış evində uzun müddət ərzində gördüyü işlər də, təxminən bir ilə yaxın müddətdə tikinti işləri apardığını da onun iradəsindən kənar və ya xəlvəti görülməsi absurdd ur və heç bir məntiqə sığmır. O nəinki bütün işlərdən xəbərdar idi, hətta bu işlərin birbaşa iştirakçısı idi. Həyətində görülən işlərə bir çox hallarda özü nəzarət edir, rəng, material, dizayn seçimini özü edirdi. Əgər iddiaçı evin tikintisindən, hündürlüyündən, pəncərələrin qoyulmasından, doğura biləcək hər hansı təhlükədən ehtiyat edirdisə, onda nəyə görə tikinti gedən zaman deyil, yalnız tamamlandıqdan sonra etirazlar etməyə başlamışdır. Özünə aid olan torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evi tam olaraq tikinti normalarına uyğun, möhkəm özülə malik, cüt daş konstruksiyalı, keyfiyyətli dəmir-beton bərkitmələri ilə, ixtisaslı mühəndisin rəhbərliyi və digər mütəxəssislərin məsləhəti ilə tikilmişdir və heç bir təhlükə doğurmur.
7. Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/7828 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən anlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməməsinin tərtibatçılarla və sənədləri təsdi q edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. Həmçinin həmin ünvanda cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olan və s.) törədib-törətməməsi məsələsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu hissədə tədqiqat aparılmamışdır.
9. Birinci instansiya məhkəməsinin 3 mart 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin verilməsi “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsinə həvalə edilmiş, həmin qurum tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evində aparılmış laborator müayinələrin nəticəsi olaraq, İddiaçı yaşadığı mənzilin yataq və qonaq otaqlarına ölçmələr aparılmışdır. Yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s (norma 0,3 m/s), işıqlanma 57,6 Lk (norma 150 Lk), qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s (norma 0,3 m/s), işıqlanma 86,4; 89,4 Lk (norma 150 Lk) olmuşdur (i/v 134).
10. Məhkəmə tərəfindən iddia ərizəsində göstərilən ünva na baxış keçirilmiş və yerli müayinə protokolu tərtib olunmuş, həmin protokolda qeyd olunmuşdur ki, cavabdehə məxsus 4 mərtəbəli tikili iddiaçıya məxsus evin divarına bitişik vəziyyətdədir. Cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpaq sahəsini ayıran daş hasarın üzərində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus fərdi yaşayış evinin qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır.
11. Xətai Rayon Məhkəməsi nin 7 iyun 2023-cü il tarixli 2(011)-137/2023 nömrəli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ünvan 6 ünvanında Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin ünvan 7 ünvanında İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi istiqamətində Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) Cavabdeh vəsaiti hesabına sökülməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia tələbi təmin edilməmiş, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi ni şərti olaraq iki hissəyə ayırmaq olar. Tələbin birinci hissəsi ara məsafəsi gözlənilmədən ona məxsus fərdi yaşayış evinin divarına bitişik vəziyyətdə tikdirdiyi 4 mərtəbəli tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, ikinci hissəsi isə cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra, ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulmasıdır.
13. İddiaçının birinci tələbi mahiyyətcə, mülkiyyətində olan daşınmaz əmlaka cavabdeh tərəfindən qanunsuz müdaxiləni təşkil edir. Belə ki, işin məhkəmə araşdırılması zamanı, eləcə də məhkəmə tərəfindən tərəflərə məxsus fərdi yaşayış evlərinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin bir hissəsi evlərin yerləşdiyi torpa q sahəsini ayıran daş hasarın üzərində inşa edilmiş, eyni zamanda cavabdehin inşa etdiyi fərdi yaşayış evinin divarının (tərəflərin fərdi yaşayış evlərinin ümumi yola tərəf olan istiqamətdə) sağ arxa divarının bir hissəsi iddiaçıya məxsus fərdi yaşayış evinin qabaq sol hissəsində yerləşən mətbəx otağının divarının üzərində inşa edilmiş, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boya nəmişlikdən qopmuş, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellər qaralmışdır.
14. İşin yuxarıda göstərilən faktiki hallarından məlum olur ki, iddiaçının fərdi yaşayış evinə 1/6 hissədə mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınsa da, cavabdeh fərdi yaşayış evini özbaşına inşa etmiş və onun tikdiyi nə evə, nə də evin yerləşdiyi torpaq sahəsinə dair qanunla müəyyən edilmiş hüquq müəyyən edici sənədi var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180.1-ci maddəsində özbaşına tikiliyə verilən anlayışda qeyd edilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi, iddiaçının (müdaxiləyə məruz qalan tərəfin) yaşadığı evə dair mülkiyyət hüquqlarının qanuni əsası olsa da, cavabdehin inşa etdiyi ev özbaşına tikinti olduğu üçün onun həmin evə dair belə bir hüququ yoxdur. Bu kontekstdə, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin inşa etdiyi fərd i yaşayış evinin onun fərdi yaşayış evinin divarına bitişik hissəsinin sökülməsini tələb etməsi də tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına zidd deyil. Ona görə ki, əvvəla, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb edir. İkincisi, cavabdeh özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının ikinci tələbi təmin edil ə bilməz. Belə ki, iddiaçı cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulan icazə sənədləri alındıqdan sonra ara məsafəsi normalarına riayət etməklə tikili tikmək vəzifəsinin qoyulmasını tələb edir. Mülki hüquq münasibətləri çərçivəsində tərəfin üzərinə hər hansı öhdəliyin qoyulması üçün hüquqi əsaslar olmalıdır. Belə hüquqi əsaslar ya qanundan ya da tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla da, iddia tələbi həmin hissədə əsassızdır.
17. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində apardığı təmir işlərinə görə sərf etdiyi pulu sonuncudan tələb edir. Cavabdeh isə iddia edir ki, tərəflər öz aralarında razılaşmışlar ki, o, özbaşına tikili olan evini iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının icazə verməsi qarşılığında sonuncunun evinin həyətində təmir işləri aparacaq. Cavabdeh razılaşmaya əməl edərək təmir işləri apardığını və buna görə 7.000 manat pul xərclədiyini bildirsə də, həmin halın təsdiqi üçün məhkəməyə sübut təqdim etməmişdir.
18. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəm əsi işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, təqdim edilmiş sübutlara qiymət verməmişdir. Bundan başqa, tərəflər şifahi qaydada razılaşmışlar ki, o, öz evini iddiaçının evinə bitişik inşa etməsinə görə onun həyətində müəyyən işlər görəcəkdir. Razılığa əməl edərək 7.000 manatlıq təmir-tikinti işləri aparmışdır, lakin bu məhkəmə tərəfindən nəzərə alınmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5673/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Kamran Əkbərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razıl aşmış və öz mövqeyinə dair qeyd etmişdir ki, mülki iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bütövlükdə deyil, yalnız onun mülkiyyət hüquqlarını pozan həcmdə, yəni onun fərdi yaşayış evinə bitişik olan hissəsinin sökülməsini tələb etməkdə, rayon məhkəməsi də qeyd edilən sübutlara əsasən cavabdeh tərəfindən inşa edilmiş tikilinin bir hissəsi iddiaçının mülkiyyət hüquqlarını pozduğu üçün iddia tələbini həmin hissəd ə təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsassız hesab etmişdir.
23. Kollegiya cavabdehin apellyasiya şikayətinin digər dəlili, yəni tərəflərin öz aralarında onun özbaşına tikili olan evi iddiaçının fərdi yaşayış evinə bitişik inşa etməsinə görə iddiaçının həyətində təmir tikinti işləri görməsi müqabilində razılaşması, onun da iddiaçının həyətində bunun müqabilində 7.000 manatlıq təmir işləri görməsi ilə bağlı hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 180.1, 180.4cü maddələrin ə, MPM-in 14.2, 77.1, 119.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi tərəflər arasında müvafiq razılığın, yəni şifahi müqavilə razılaşmasının olmasını nəzərə almamış, iddiaçının paylı mülkiyyətində olan evin həyətində cavabdeh tərəfindən təmir tikinti işlərinin aparılmasının aşkarlanması istiqamətində heç bir tədbir görməmiş, bu xüsusatın araşdırılması üçün rayon məhkəməsinə dəvət edilmiş şahidlər orada heç bir səbəb göstərilmədən dindirilməmiş və ortaq divarın iddiaçı tərəfindən cavabdehin sərəncamına verilməsi nəzərə almamışdır. Həmçinin məhkəmələr nəzərə almamışdırlar ki, cavabdehlə iddiaçı arasında olan razılaşmaya əsasən cavabdeh fərdi yaşayış evinin divarını iddiaçının paylı mülkiyyətində olan evin yanında tikdirəcək, iddiaçı da buna etiraz etməyəcək. Cavabdehin verdiyi izahatlar və vəsatətlər isə sübut kimi tədqiq edilməmiş, onun izahatlarına sübut qismində qiymət verilməmiş, həqiqətin müəyyən edilməsi təmin edilməmişdir.
27. Məhkəmələr tərəfindən Cavabdeh izahatı, cavabdehin iddiaçının paylı mülkiyyətində olan evində etdiyi təmir-tikinti işlərinə görə 7000 manat pulun cavabdeh t ərəfindən xərclənməsi nəzərə alınmamışdır. Eləcə də, cavabdehin həmin məbləğin iddiaçıdan tutulması barədə Xətai rayon Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi də heç bir əsas olmadan təmin edilməmişdir. Həmçinin, həm rayon məhkəmsi, həm də apellyasiya məhkəməsi nəzərə almamışlar ki, cavabdeh iddiaçı ilə əldə etdiyi razılığa əsasən onun həyətində hamam, sanitar qovşağı, metlax, hasar və digər təmir-tikinti işləri görmüşdur. Cavabdeh bildirir ki, bu işlər iddiaçıya bəs etməmiş və iddiaçı cavabdehdən daha çox işlərin görülməsini tələb etmişdir. Və bir müddət sonra cavabdeh tərəfindən rədd cavabı alandan sonra İddiaçı məhkəməyə müraciət etmişdir. Əgər iddiaçı əvvəlcədən tikinti işlərinə razı deyildisə, onda niyə tikintidən əvvəl deyil tikinti işləri bitdikdən sonra məhkəməyə müraciə t etmişdir? Hesab edirəm ki, hər iki məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.
28. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli ekspert rəyində cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan evinə hər hansı maneənin olması müəyyən edilmir, həmçinin həmin qurumun eksperti tərəfindən verilmiş rəydə qoyulmuş suala cavab verilmir (amma həmin suala cavab vermək ekspertin səlahiyyətindədir). Buna baxmayaraq, hər iki instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Bununla bağlı, cavabdeh tərəfindən sonradan müvafiq ekspert mərkəzinə müraciət edilmiş, ekspert rəyində xeyli sayda boşluqların olduğu aşkar edilmişdir. Bu boşluqlar apellyasiya şikayətinə baxılan zaman məhkəmənin diqqətinə çatdırılsa da, heç bir əsas olmadan təkrar ekspertizanın təyin edilməsi barədə cavabdehin vəkilinin verdiyi vəsatət təmin olunmamışdır.
29. Birinci instansiya məhkəməsinin qətnaməsinin 29 və 30-cu bəndində qeyd olunur ki iddiaçının iddia tələbi təmin olunmamalıdır. Lakin qətnamənin nəticə hissəsində də isə qeyd olunur ki, iddia qismən təmin olunur. Apellyasiya instansiyası məhkəməsi isə buna diqqət yetirməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüq uqu qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
36. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
37. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onu n mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
38. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia tələbi üzrə cavabdeh t ərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2023-cü il tarixli 2(102)-969/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
52. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxl anılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
53. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.
54. Yəni mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (Giriş-çıxışa maneə, işıqlandırma və ya havalandırmaya məhdudiyyət və.s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda qanuns uz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır.
55. Hazırki iddiadan görünür ki, iddiaçı qonşu torpaq sahəsində 2021-ci ilin sentyabr ayından tikintisinə başlanılmış və artıq inşa edilmiş 4 mərtəbəli yaşayış evinin sökülməsini yalnız həmin tikilinin onun evinin divarına bitişik vəziyyətdə, ara məsafəsi gözlənilməməklə aparılması əsası ilə tələb edir və qeyd edir ki, onun tərəfindən cavabdehə bu barədə edilmiş xəbərdarlıqların faydası olmamış, tikinti davam etmişdir. Bu məqsədlə o, Xətai RPİ-nin 37-ci PB-nə şikayət etmişdir.
56. Cavabdeh isə iddiaya etirazında və qarşılıqlı iddiasında həmin evi 2021-ci ildə alqı-satqı yolu ilə aldığını, həmin ev qəzalı olduğundan söküb yenidən inşa etdiyini, sökülən evlə iddiaçının paylı mülkiyyətində olan evin divarını ortaq olduğunu və yeni ev inşa edilərkən həmin ortaq divardan istifadə etmədiyini, onun qarşısından yeni divar inşa etdiyini, tikinti zamanı iddiaçının hər hansı etiraz etmədiyini, əksinə iddiaçının razılığı ilə tikintinin bu qaydada aparıldığını, ev tikiləndən sonra isə iddiaçının bu iddianı qaldırmasının başqa məqsədlər daşıdığını göstərmişdir.
57. İşdə olan ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğu iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneə (təbii işıqlandırma, havalandırma, giriş-çıxışa mane olma və s.) yaradırmı sualına ekspert cavab verməmiş, məhkəmə tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadığını gö stərmişdir.
58. Məhkəmə hesab etmişdir ki, işin hərtərəfli araşdırılması və obyektiv nəticə əldə olunması üçün cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğunun iddiaçıya məxsus fərdi yaşayış evinin istismarına hər hansı maneənin (təbii işıqlandərma, havalandırma, giriş-çıxışa mane olma və s.) yaradılıb-yaradılmaması ilə bağlı sual üzrə tədqiqat aparılmasını zəruri hesab edən məhkəmə bu barədə müvafiq mütəxəssis rəyinin verilməsi üçün Respublika Gigiyena və X6 hüquqi şəxsinə müraciət etmiş, həmin qurum tərəfindən verilmiş rəydə iddiaçının yaşadığı mənzilin yataq və qonaq otaqlarına ölçmələr aparılmış, yataq otağının pəncərəsi açıq vəziyyətdə olduqda hava cərəyanının sürəti 1,0; 1,1; m/s, pəncərə bağlı vəziyyətdə 0,01; 0,02 m/s (norma 0,3 m/s), işıqlanma 57,6 L k (norma 150 Lk), qonaq otağında hava cərəyanının sürəti pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə açıq vəziyyətdə 1,2; 1,3 m/s, pəncərə bağlı vəziyyətdə 0,02; 0,03 m/s (norma 0,3 m/s), işıqlanma 86,4; 89,4 Lk (norma 150 Lk) olmuşdur. Həmin rəydə də, iddiaçının mənzilində günəş işiğının az olmasının məhz cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin mövcudluğu ilə əlaqəsi olmasının müəyyən edilməsinin Respublika Gigiyena və X6 hüquqi şəxsinin səlahiyyətinə aid olmadığı qeyd edilmişdir.
59. Həmçinin cavabdeh əvvəlki tikilinin də iddiaçının evinə bitişik olduğunu və bu barədə “Google yer” proqramından illər üzrə ortofoto planlar təqdim etməsinə baxmayaraq məhkəmələr tərəfindən bu istiqamətdə hər hansı araşdırma aparılmamışdır.
60. Bundan başqa, iddiaçı iddiasında tiki nti aparılan zaman tiklinin onun evinə bitişik aparılması və ara məsafəsinin gözlənilməməsi ilə bağlı cavabdehə etiraz etdiyini və polis orqanlarına şikayət etdiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə qonşusu Cavanşir tərəfindən evinə su axıdılması ilə bağlı şikayət etmiş, izahatında qonşusu Cavanşirin 1 il olar ki, özünə 4 mərtəbəli həyət evi tikdiyini və evinin damının su trubasını onun evinin damına qoyduğundan, dəfələrlə Cavanşirə su turbasının kanalizasiya xəttinə birləşdirməsini dediyini, bu iş yubandığından polisə zəng vurub Cavanşirin hərəkətlərindən bezdiyinə görə özünü Amerika səfirliyinin qarşısında yandı racağı barədə məlumat vermişdir. Cavabdeh isə izahatında iddiaçıya dəymiş ziyanı aradan qaldırdığını və iddiaçının evinin damını təmir etdirdiyini, yağış suları borucunun istiqamətini dəyişib kanalizasiya sisteminə qoşduğunu göstərmişdir.
61. İddiaçının cavabdeh tərəfindən tikinti işləri aparılarkən tikilinin onun evinin divarına bitişik inşa edilməsi və ara məsafəsi ilə bağlı iradının olmaması, yalnız ev inşa edilib başa çatdıqdan sonra bu iddianı qaldırmasına işə baxmış məhkəmələr tərəfindən önəm verməmiş, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilib-verilmədiyi müzakirə edilməmişdir.
62. Bundan başqa, məhkəmələr iddianı iddiada göstərilən əsasla deyil, birinci instansiya məhkəməsinin yerli müayinə aktına istinad edərək, cavabdehin özbaşına inşa etdiyi evin yan divarının bir hi ssəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində iddiaçının evinin mətbəx otağı zədələnməsi, mətbəx otağının divarlarına və tavanına çəkilmiş boyanın nəmişlikdən qopması, həmçinin mətbəx otağının divarına quraşdırılmış mebellərin qaralması, bununla da iddiaçının mülkiyyət hüququnun pozulması qənaətinə gəldiklərinə görə iddianı qismən təmin edərək, ünvan 6 ünvanında Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin ünvan 7 ünvanında İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi istiqamətində Cavabdeh tərəfindən tikilmiş 4 mərtəbəli fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinin mətbəx otağına bitişik olan hissəsi) Cavabdeh vəsaiti hesabına sökülməsini qət etmişdir.
63. Bu zaman nə birinci instansiya məhkəməsi, nə də apelyasiya məhkəməsi iddiaçının mətbəxində mövcud olan qüsurların məhz cavabdehin özbaşına inşa etdiyi evin yan divarının bir hissəsini iddiaçının mülkiyyətində olan evin divarına bitişik tikdiyi üçün özbaşına tikilmiş evin divarından süzülən yağış sularının içəriyə axması nəticəsində baş verməsinin müəyyən edilməsi barədə müvafiq ekspertiza rəyi almamış, həmçinin bu hal mövcud olsa belə, iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən inşa edilmiş 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının mətbəx otağına bitişik olan hissəsinin sökülməsindən başqa digər üsullarla aradan qaldırlımasının mümkünlüyü istiqamətində də lazımi araşdırmalar aparmamışdı rlar.
64. Həmçinin məhkəmələr cavabdehin 4 mərtəbəli fərdi yaşayış evinin iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan hissəsinin (mətbəx otağına bitişik olan hissəsinin) cavabdehin vəsaiti hesabına sökülməsini qət edərkən evin bu qaydada qismən sökülməsinin texniki cəhətdən mümkün olub-olmamasını araşdırmamış, nəticədə icrası mümkün olmayan qətnamə qəbul etmişdirlər.
65. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olm aq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
66. Eyni zamanda, prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
67. Məhkəmə kol legiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5673/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildi