Məhkəmə qərarları › İş №2(102)-975/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-975/2019

31.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-975/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-975/2019 Bakı şəhəri 31 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” MTK-nın kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-172/2018, ha kim E.A.Nuriyev) İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “müqavilə üzrə ödənilmiş əlavə pulun qaytarılması, layihəyə uyğun olmayan qanunsuz tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7975/2018 V.T.Həsənov, N.Ş.Cəfərov, V.Ə.Baxışova) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi qismən, iddianın 12.300 manat məbləğin cavabdehdən alınıb iddiaçıya ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, 12.300 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həm in qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 15 iyul 2014-cü tarixli müqaviləyə əsasən MTK ünvan 1 ünvanda inşa ediləcək 8 saylı yüksək mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzili tikib İddiaçı verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən mənzil 108 kv.metrdən ibarət olmaqla, hər kv.metri 794 manat olmaqla, mənzilin dəyəri 85.650 manat təşkil etmişdir. 12.04.2017-ci il tarixdə İddiaçı “xxxx” MTK-ya qarşı “müqavilə üzrə ödənilmiş əlavə pulun qaytarılması, layihəyə uyğun olmayan qanunsuz tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi” tələbi nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MTK podratçı qismində yaşayış sahəsini tikib iddiaçının adına rəsmiləşdirmişdir. Daşınmaz əmlak tikilib təhvil verilərkən isə qiymətə bütün tikinti sahəsi salınmalıdır. “xxxx” MTK iddiaçı üçün tikilən bütün tikinti sahəsindən əldə edilən gəlirdən vergiləri də ödəmişdir. Apellyasiya məhkəməsi isə bu məqamlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişd ir. Məhkəmə kollegiyasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını müqavilə üzrə ödənilmiş əlavə pulun qaytarılması, layihəyə uyğun olmayan qanunsuz tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsini təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Təmin edilən hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 108 kv.m mənzil satılaraq o sahəyə uyğun ödəniş edilsə də, mənzilin təmiri zamanı aşkar olmuşdur ki, mənzilin faktiki sahəsi 92 kv.m təşkil edir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mənzilin ümumi sahəsi 108 kv.m-dir. Belə ki, mənzilin ümumi sahəsi divarların və arakəsmələrin altı nəzərə alınmaqla oxdanoxa hesablanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi ilə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarının 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formas ından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətini digər subyektləri üçün məcburidir. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmə tamamlanmış səthləri arasında döşəmə səviyyəsində ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. (bənd 3.2) Açıq yerləşgənin sahələri onları daxili konturu boyu məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. (bənd 3.3) Mənzillərin ümumi sahəsi-yaşayış otaqlarının, köməkçi otaqlaırn sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulm uş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, evin dəyərinin iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilməsi 15 iyul 2014-cü il tarixli maliyyə arayışı ilə təsdiq edilmişdir. Lakin iddiaçıya faktiki olarq 92 kv.m sahəsi olan mənzilin verilməsi tam şəkildə sübuta yetirilmişdir. Yuxarıda göstərilən qaydalar əsasında hesablandıqda iddiaçı ilə 92 kv.m sahəyə dair müqavilə bağlanmalı idi. İddiaçı bu müqaviləni imzalayıb mənzilin dəyərini tam ödəsə belə, mənzilin layihədən alınmasını, yəni müqavilə bağlanarkən binanın yalnız fasad hissəsinin mövcud olduğ unu, hələ mərtəbələrin belə inşa edilmədiyini, mənzillərin faktiki olaraq iddiaçıya gələcəkdəbina tikildikdən sonra təhvil verilməsinə dair cavabdehin öhdəlik götürdüyünü nəzərə alıaraq iddiaçının müqavilə bağlanarkən ona 108 kv.m deyil, faktiki 92 kv.m sahədə mənzil veriləcəyini bilməsi imkan xaricində olmuşdur. Beləliklə, cavabdeh MTK tərəfindən 108 kv.m faydalı sahə iddiaçıya satılmalı olduğu haıda, faktiki olaraq 92 kv.m sahə satılmış, cavabdeh öhdəsinə götürdüyü sahədən 15,5 kv.m hissəni iddiaçıya təhvil verməməklə öhdəliyini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqla rın və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 442-ci maddəsinıə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu halda apellyasiya məhkəməsi təhvil verilməmiş sahəyə görə ödənilmiş 12.300 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar