Məhkəmə qərarları › İş №2(102)-976/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-976/2023

14.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-976/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X3 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb edilməklə), mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X29 cavabdehlər Cavabdeh1, X3, X8 hüquqi varisi X21 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(103)-5793/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X29 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və X3 qarşı "mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum atası X4, xx.xx.2019-cu ildə vəfat etmiş mərhum anası X13 miras qalmış Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 42 saylı evin 30 saylı mənzilin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X29 cavabdehlər Cavabdeh1, X3, X8 hüquqi varisi X21 qarşı "vəsiyyətnamənin etibarsız hesab olunması, mirasın qəbul edilməsi və əmlakdan payların müəyyən edilməsi tələbinə dair” iddia həcminin artırılmasına dair ərizə təqdim edərək, 06 yanvar 2018-ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab olunması, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin onun tərəfindən qəbul olunması və miras əmlakdan tam şəkildə payının müəyyən olunması barədə qətnamə q əbul edilməsini xahiş etmişdir.

3. İşin mübahisəsiz hallarına görə, Dövlət Soltanəliyev ilə Əsmər Abdulrəhimova 04 fevral 1961-ci ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, nikah bağlandıqdan sonra ərə Soltanəliyev, arvada Soltanəliyeva soyadı verilmiş və onların birgə nikahından Laləzar, Sevda, Ələkbər, Dilarə, Gülnarə, İlqar və Zinyət adlı 7 övladları doğulmuşdur.

4. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 X7 adına xüsusi mülkiyyət kimi 02 oktyabr 2003-cü il tarixdə qeydiyyatdan keçmişdir.

5. X14 07 dekabr 2006-cı il tarixdə ölmüşdür.

6. İddiaçı ilə X30 10 aprel 2010-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. 7. 24 avqust 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, 07 dekabr 2006-cı il tarixdə vəfat etmiş X7 vərəsələri bunlardır: X26, X18, İddiaçı, X15, X9 və X22r. Onların hər biri bərabər hissədə miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "Kapital Bank” ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındakı 6478 nömrəli hesabda olan əmanətdən və onun faizlərindən ibarətdir.

8. X18 09 sentyabr 2017-ci il tarixdə ölmüşdür.

9. X26 tərəfindən şəxsən, şahidlər X5 və X27 iştirakları ilə imzalanmış 06 yanvar 2018-ci il tarixli ev vəsiyyətnaməsinə əsasən, 01 iyul 1940-cı ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olmuş X26 ölən gününə kimi ona məxsus olan bütün əmlaklarını, o cümlədən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30-dan ona düşən payını (mərhum həyat yoldaşı X7 adına xx.xx.2003-cü ildə 1291 saylı reyestr kitabında qeydə alınmış, 30/193892 5 nömrə ilə qeydə alınmış 76,18 kv.m mənzilini) İddiaçı vəsiyyət edir. Mənzilinin qeydiyyat vəsiqəsini təqdim edir. Bu vəsiyyətnamənin bir sürəti depozitə qoyulması üçün Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna göndərilmişdir. Bu vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitələrin, komputerin köməyi ilə miras qoyanın sərbəst iradə ifadəsinə uyğun tərtib olunmuşdur. Ona görə də imzaları ilə onu təsdiq edirlər.

10. X26 23 may 2019-cu il tarixdə ölmüşdür. 11. 23 saylı Dövlət Notariat Kontorunun 30 iyul 2019-cu il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarı ilə Cavabdeh1 və X2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında yerləşən mənzilə dair vərəsəliyi qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilm əsi ilə bağlı ərizələri imtina edilmişdir. Buna səbəb kimi Cavabdeh1 və X2 miras açıldıqdan sonra və əvvəl göstərilən mənzildə yaşamamaqları, bununla yanaşı qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxılması və notariat ofisinə mirasın faktiki qəbulu, ona sahiblik etmələri barədə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim etməmələri göstərilmişdir. 12. 23 saylı Dövlət Notariat Kontorunun 30 iyul 2019-cu il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarı ilə İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında yerləşən mənzilə dair vərəsəliyi qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizələri imtina edilmişdir. Buna səbəb kimi mərhum X7 vərəsəliyi qəbul etmiş digər vərəsəs i X19 özünə çatan paya münasibət bildirməməsi və əmlakın bölgüsü zamanı X23 çatacaq hissə açıq saxlanılacağından vərəsə İddiaçı bölgü ilə razılaşmaması və əmlaka tam mülkiyyət hüququ əldə etmək istəməsidir.

13. İddiaçı 17 avqust 2019-cu il tarixdə ölmüşdür. 14. 142 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 24 avqust 2019cu il tarixli 516 saylı arayışına əsasən, X30 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında qeydiyyatdadır və yaşayır. Mərhum İddiaçı 785670 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat edən günə qədər yuxarıda göstərilən ünvanda qeydiyyatda olmuş və həyat yoldaşı ilə birgə yaşamışdır. Dəfn xərclərini həyat yoldaşı X30 çəkmişdir. 15. 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən v erilmiş 19 noyabr 2019cu il tarixli 697 və 698 saylı arayışına əsasən, X29 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında qeydiyyatdadır və yaşayır. X1 mənsub olan mənzildə o vəfat edərkən həyat yoldaşı X26, qızı X16, qızı X29, qızı X9 yaşamış və qeydiyyatdadırlar. Həmin ünvanda X11, Cavabdeh1, X18 (mərhum), İddiaçı (mərhum) yaşamamışlar və mərhum İddiaçı bu ünvanda qeydiyyatda olsa da, ölən günə qədər bu ünvanda yaşamamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 nömrəli işi üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov) iddianın və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, 06 yanvar 2018ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab edilməsi, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə İddiaçı hüquqi varisi X20 miras payının müəyyən edilməsi, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə X19 miras payının müəyyən edilməsi, iddianın və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Ev vəsiyyətnaməsi” həqiqətən mərhumə Əsmər Soltanliyeva tərəfindən imzalansa da, lakin həmin vəsiyyətnamə şahidlərin iştirakları olmadan tərtib edilib. Həmçinin, həmin vəsiyyətnamənin bir surəti depozitə qoyulması üçün notariusa təq dim edilməyib. İşdə bunun əksini təsdiq edən başqa sübutlar yoxdur və vəsiyyətnamənin tərtib edilmə şərtləri vəsiyyətnamə qoyan tərəfindən pozulub.

18. X17 son iradəsini həyata keçirməsinə Cavabdeh1, Cavabdeh2a, İddiaçı hüquq varisi Nurəngiz Bağırova tərəfindən qəsdən maneçilik törətmələri, başqa sözlə onların ləyaqətsiz vərəsə sayılmalarına əsas verən hallar müəyyən edilməmiş və üçüncü şəxs Zinyət Quliyeva bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. 19. 07 dekabr 2006-cı il tarixdə Dövlət Soltanəliyevin ölməsi ilə ondan miras qalmış mənzilə vərəsəlik açılıb və mülki qanunvericiliyə görə onun arvadı Əsmər Soltanəliyeva və övladları onun birinci növbəli vərəsələri sayılırlar. Əsmər Soltanəliyeva isə 23 may 2019-cu ildə öldüyündən onun mənzilə olan pay hüququ vərəsələri olan övladlarına, yəni Cavabdeh2a, Sevda Soltanəliyeva, İddiaçı, Cavabdeh1, Gülnarə Soltanəliyeva, İlqar Soltanəliyev və Zinyət Quliyevaya keçib və belə olan halda miras mənzil 7 vərəsə arasında bölünməlidir. Hazırda mübahisəli mənzillə bağlı iddianı yalnız İddiaçı hüquq varisi Nurəngiz Bağırova və Zinyət Quliyeva irəli sürdüklərindən, onların hər birinin mənzil üzərində payı 1/7 hissədə müəyyən edilməlidir. Hazırda mübahisəli mənzildə faktiki olaraq Zinyət Quliyeva və Sevda Soltanəliyeva yaşasalar da, digər vərəsələr həmin mənzilə gəlib-gediblər və onlar faktiki olaraq paylarını qəbul ediblər.

20. Notariusun qərarı ilə Cavabdeh1 və Cavabdeh2anın adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilərkən, onların mirasa vərəsəlik açılanadək və ondan sonra mira s mənzildə yaşamamaları, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddəti buraxmaları, mirası faktiki qəbul etmələrinə dair notariat ofisinə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim etməmələri və ailə qurduqdan sonra onların miras mənzildən digər yaşayış sahəsinə köçüb getmələri göstərilsə də, onlar həmin mənzilə olan pay hüququndan imtina etməyiblər və hazırki vaxtadək mübahisəli mənzilə gedib-gəliblər. Bu baxımdan onların mənzildə yaşamamaları miras paylarından imtina kimi qiymətləndirilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Üçüncü şəxs Zinyət Quliyeva apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddiasının təmin olunmayan hissəsində ləğv edilib, iddiasının tam təmin edilməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Üçüncü şəxs Zinyət Quliyeva kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası nın 2(102)-1842/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və mərizəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – İddiaçı iddia tələblərinin və üçüncü şəxs X19 iddia tələblərinin təmin olunan hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

26. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, gəldiyi nəticəni sadalanan maddələrin tə ləbləri baxımından kifayət qədər əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi mərhum Dövlət Soltanəliyevin bütün vərəsələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədən, onların hazırkı mübahisəli məsələyə münasibətlərini öyrənmədən, vərəsələrdən kimlərin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə vermələrini və ya miras mənzilə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etmələrini şəksiz nümayiş etdirməklə, onlardan hansının mirası qəbul etmələrini lazımi şəkildə araşdırmadan, bu barədə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan, Cavabdeh2a, Cavabdeh1, İlqar Soltanəliyev və İddiaçı miras mənzili qəbul etmələrinə dair işə əlavə edilmiş sübut ları tam, hərtərəfli və obyektiv araşdırmadan, habelə Bakı şəhəri, 142 saylı MKİS tərəfindən verilmiş arayışlardakı ziddiyyətlərə aydınlıq gətirmədən, mərhum Dövlət Soltanəliyevin yuxarıda adı çəkilən bütün vərəsələrinin miras mənzili qəbul etmələri nəticəsinə gəlmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), İ.A.Kərimli və E.C.Kazımov) mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X19 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – yoxlanılan qətnamənin 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissə sinə İddiaçı hüquqi varisi X20, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə X19 miras payının müəyyən edilməsi (baxılan) hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/5 hissəsinə İddiaçı hüquqi varisi X20, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/5 hissəsinə X19 miras payının müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiklərindən, beləliklə mirasın bir hissəsi nə sahiblik etməyə faktik başladıqlarından, mirası tamamilə qəbul edilmiş sayılan Əsmər Soltanəliyeva öldüyündən, onun həm irsi transmissiya üzrə, həm də miras şərikliyi üzrə olan İlqar Soltanəliyevin (hüquq varisi), İddiaçı (hüquq varisi), Sevda Soltanəliyevanın, Gülnarə Soltanəliyevanın və Zinyət Quliyevanın miras əmlak üzərində hüquqları müəyyən edilməli, İddiaçı hüquqi varisi X20 və X19 mənzilin 1/5 hissəsinə miras payının müəyyən edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsə də, digərlərinin müraciəti (tələbləri) olmadığından qətnamədə yalnız iddia edən şəxslərin hüquqları üzrə qənaət təsbit edilməlidir. Bununla belə, İlqar Soltanəliyevə (hüquq varisi), Sevda Soltanəliyevaya və Gülnarə Soltanəliyevaya hər birinin mənzilin 1/5 hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müv afiq olaraq notariat orqanına müraciət etmək hüquqları izah edilməlidir. Cavabdeh1 və Cavabdeh2anın isə Dövlət Soltanəliyevdən, habelə irsi transmissiya üzrə Əsmər Soltanəliyevadan (23 saylı notariat ofisinin "Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 30 iyul 2019-cu il tarixli Qərarı ilə) mirası qəbul etməkləri təsdiq edilmədiyindən (təkzib edildiyindən) onların vərəsəlik hüquqlarının müəyyən edilməsi müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və 07 dekabr 2006-cı il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə Cavabdeh1 miras payının müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən, faktiki olaraq Dilarə xanım tərəfindən mirasın qəbul edilibedilməməsi məsələsini yalnız həmin evdə yaşayıb-yaşamaması və qeydiyyatda olubolmaması ilə qiymətləndirərək, eyni zamanda həmin şəhadətnamədə Dilarə xanımın 24 avqust 2012-ci il tarixli şəhadətnamə əsas götürülərək adı olmamasını qeyd edərək səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 miras mənzilə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması və bununla da mirasın qəbulunu şəksiz nümayiş etdirməklə mirası qəbul etməsi faktını lazımi şəkildə araşdırmamışdır. Yalnız Cavabdeh1 miras mənzilə vərəsəlik açılanadək və ondan sonra yaşamadığını bildirsə də, işin faktiki halları tam araşdırılmamış dır. Çünki faktiki olaraq miras mənzildəki əşyalardan istifadə etmişdir, bundan əlavə ər evinə köçərkən faktiki olaraq ünvan 2 ünvanda yerləşən mənzilə aid əşyalardan da köçdüyü evə aparmış və istifadə etmişdir. Lakin məhkəmə göstərilən halları nəzərə almamışdır.

31. Müstəqil tələb irəli sürən üçüncü şəxs X29 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və şikayətin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr müvafiq maddi hüquq normalarına heç bir əhəmiyyət vermədən mirasın vərəsələr tərəfindən qəbul edilməsini həmin vərəsələrin miras evə gəlib-getmələri ilə faktiki qəbul etdikləri kimi əsaslandırmışlar. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mira sın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Lakin vərəsələrdən heç biri MM-nin 1256-cı maddəsinin tələbi qaydasında mirası qəbul etməmişdir. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi bu hala heç bir əhəmiyyət verməmiş üçüncü şəxslə eyni dərəcədə mirası qəbul etmiş vərəsə kimi onları qiymətləndirməklə hər birinə payları açıq saxlamışdır. Bununla da məhkəmə yanlış nəticəyə gəlmiş və göstərilən maddi hüquq normasını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

35. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

38. Maddə 1159. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bac ıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

39. Maddə 1160. Əvvəlki növbənin vərəsələrində n, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

40. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

41. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

42. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsini n qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

52. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olm amaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

57. Hazırkı iş üzrə mübahisə predmeti – Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 42 saylı evin 30 saylı mənzildən ibarət miras kütləsinə payların müəyyən edilməsindən ibarətdir.

58. İşin halları bölməsindən göründüyü kimi, sözügedən mənzil xüsusi mülkiyyət hüququ üzrə 02 oktyabr 2003-cü il tarixdə X7 adına qeydiyyatdan keçmiş, sonuncu 07 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. 59. 24 avqust 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə X7 vərəsələri – X26, X18, İddiaçı, X15, X9 və X19 "Kapital Bank” ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındakı 6478 nömrəli hesabda olan əmanətdən və onun faizlərindən ibarət miras əmlakdan bərabər pay alm aq hüququ müəyyən olunmuşdur.

60. Məlum olduğu kimi, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

61. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.

62. İş materialları ilə müəyyən olunur ki, 24 avqust 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə mübahisələndirilməmiş, ləğv edilməmiş və hazırda da qüvvədədir.

63. Beləliklə, qeyd olunanlardan hasil olan nəticəyə görə, həmin mənzil X7 vərəs ələri – X26, X18, İddiaçı, X15, X9 və X29 tərəfindən miras əmlak qismində qəbul olunmuşdur.

64. Digər tərəfdən, nəzərə alınmalı olan hal bundan ibarətdir ki, mübahisə predmeti olan mənzil Dövlət Soltanəliyev və Əsmər Soltanəliyevanın rəsmi nikahda olduqları müddət əldə olunduğundan, onların ümumi birgə mülkiyyəti sayılır.

65. Belə ki, Ailə Məcəlləsinin 32.1 maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

66. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

67. Buna görə də, Dövlət Soltanəliyev vəfat edərkən mübahisəli mənzilin yalnız ½ hissəsi miras kütləsinə daxil olmuş, digər ½ hissə isə Əsmər Soltanəliyevanın mülkiyyəti olmuşdur.

68. X26 23 may 2019-cu il tarixdə öldükdən sonra, 19 iyul 2019-cu il tarixdə X9, X15, İddiaçı, Cavabdeh1 və X11 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariusa müraciət etmiş, xx.xx.2019-cu il tarixli qərarla notariat hərəkətinin aparılmasından imtina edilmişdir.

69. Həm İddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Soltanəliyev və Əsmər Soltanəliyevadan miras qalmış mübahisə predmeti olan mənzilin qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsini tələb etmişlər. 70. 24 avqust 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə adı olan digər şəxslər – İlqar Soltanəliyev (hüquqi varisi), Sevda Soltanəliyeva və Gülnarə Soltanəliyeva is ə Əsmər Soltanəliyevadan miras qalmış əmlakın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariusa müraciət etməmiş (hazırkı halda notariusa müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş), müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər.

71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yalnız X4 miras qalmış mənzilə miras paylarını müəyyən etmiş, lakin X12 miras qalmış əmlaka (mənzilin ½ hissəsi və Dövlət Soltanəliyevdən miras qalmış 1/6 hissə) münasibət bildirməmişdir.

72. Bunlarla bərabər, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2a (hüquqi varisi) Dövlət Soltanəliyevdən miras qalan əmlakı qəbul etməsə d ə, Əsmər Soltanəliyevadan miras qalmış əmlakın qəbul olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı mülki qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmişdir.

73. Beləliklə, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin Əsmər Soltanəliyevadan miras qalmış əmlaka miras paylarını müəyyən etməməklə işin hallarını düzgün müəyyən etməmiş, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

74. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. 75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

76. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altı na alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

77. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq araşdırma aparmaqla mübahisəni həll etməlidir.

78. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5793/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv ed ilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar