Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-978/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cuil tarixli qətnaməsindən iş üzrə cavabdeh “xxxx” ASCtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov, iş № 2(027)-xxx/19) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “aktın ləğv olunması və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, G.Tağızadə və E.Rəhimov, iş № 2(105)-xxx/19) apelyasiya şikayəti qismən təmin edilərəkQuba Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi qismən – “İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı X6 Şəbəkəsinin əməkdaşlarının 06 mart 2018-ci il tarixli, 092093 saylı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın ləğv olunması və həmin aktlar bölməsində qeyd olunan 1205,29 manat məbləğində hesablanmış borcun enerji təchizat müəssisəsinin məlumat bazasından silinməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi təmin edilərək X6 Şəbəkəsinin əməkdaşlarının 06 mart 2018-ci il tarixli, AKT R 092093 saylı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt ləğv edilmiş, İddiaçı hesablanmış 1205,29 manat məbləğində borcun onun abunə hesabından silinməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Babayev X7 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək Quba PEŞ-in əməkdaşlarının tərtib etdiyi xx xxx 2018-ci il t arixli, 092093 saylı akt qanunsuz və əsassız olduğuna görə ləğv olunmalı və həmin AKT-a uyğun olaraq, hesablanmış itirilmiş elektrik enerjisinin bərpası adı altında hesablanmış elektrik enerji borcu və səbəbi ona hələdə bəlli olmayan 1205,29 manat məbləğində pul da enerji təchizat müəssisəsinin məlumat bazasından silinməlidir. Ona görə də, X6 Şəbəkəsinin xx xxx 2018- ci il tarixli, 092093 saylı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın ləğv olunması və həmin akta əsasən onun üçün hesablanmış 1306,90 manat məbləğində elektrik enerji borcunun və aktlar bölməsində qeyd olunan, heç bir əsası olmayan 1205,29 manat məbləğində borcun enerjitəchizat müəssisəsinin məlumat bazasından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən mə hkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili N.Ramazanov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçının oğlu X3 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək atasının xx xxx 2020-ci il tarixdə vəfat etdiyini bildirmiş və məsələnin düzgün araşdırılmasını xahiş etmişdir. Hüquqi varis özü məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəh bər tutaraq iddiaçının hüquqi varisinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil N.Ramazanovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, iddianı həmin hissədə təmin edərkən aşağıdakıl arı nəzərə almışdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh təşkikatın əməkdaşları tərəfindən xx xxx 2018-ci il tarixdə X4 yaşadığı Quba rayonu Hacıhüseynli kəndində yerləşən evdə elektrik sayğacına baxış keçirilmiş və mənzilin sol divarında quraşdırılmış elektrik sayğacının yanıb sıradan çıxması aşkar edilmişdir. Sayğaca axan yük ampermola vasitəsilə ölçülmüş, sayğacın yenisiylə əvəz olunması və mövcud sayğacın laboratoriya şəraitində testdə yoxlanılması tələb olunmuşdur. Həmin tarixli ******* saylı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərkən sayğacın zədələnib-zədələnməməsi abonent şəxsin-yəni İddiaçı iştirakı ilə müvafiq laboratoriya şəraitində araşdırılmamış və ikitərəfli aktla rəsmiləşd irilməmişdir. Sözügedən akt tərtib olunarkən İddiaçı iştirakı təmin olunmamışdır. Bununla da, həmin aktda göstərilən hallar öz təsdiqini tapmamış, həmin sayğacın iddiaçı tərəfindən zədələnərək sıradan çıxaması nəticəsində yanması sübuta yetirilməmişdir. Bununla belə həmin aktın əsasında birtərəfli qaydada iddiaçıya 232,44 manat sayğacın nasazlığına görə borc hesablanmışdır. xx xxx 2018-ci il tarixli “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” protokolunun surətindən görünür ki, ********** nömrəli bir fazlı sayğac laboratoriya yoxlamasında keçmişdir. Sayğacın üz tərəfi texniki təsirdən əriyib və qaralıb, giriş-çıxış sıxaclarında və daxilində qısaqapanma və ya boşluqdan qızma izi yoxdur. Sayğacın göstəricisi qeydə alındı. Cavabdehin nümayəndəsi N.Əhmədovun iddia tələbinə etira z edərək bildirmişdir ki, borcun yaranmasına səbəb idarənin əməkdaşı X2 əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməməsi, işinə səhlənkar yanaşması olmuşdur. Bu səbəbdən də X5 ilə bağlanmış əmək müqaviləsinə 20.09.20118-ci il tarixdə xitam verilmişdir. İddiaçıya məxsus Quba rayonu Hacıhüseynli kəndində yerləşən yaşayış evinə elektrik enerjisinin sərfiyyatının qeydə alınması üçün quraşdırılmış saycağın göstəricilərinə dair aktlar bölməsindən görünür ki, abonentə 1205,29 manat borc hesablanmışdır. Həmin məbləğ dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, bu borcun 734,80 manat və 0.76 manat hissəsi limitdən artıq sərfiyyata görə, 27,51 manat və 204,93 manat hissəsi tərtib olunmuş 06 mart 2018-ci il tarixli, 092093 saylı akt əsasında və 237,29 manat b orc isə 2015-ci il tarixədək hesablanmış borcdan ibarətdir. Həmçinin, elektrik enerjisinin sərfiyyatının qeydə alınması üçün quraşdırılmış saycağın abunə haqqında cədvəldə olan 2580,58 manat borc dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, bu məbləğin 1919,29 manat hissəsi orta sərfiyyata görə, 734,80 manat hissəsi və 0,76 manat hissəsi limitdən artıq sərfiyyata görə hesablanmışdır, qeyd olunan borcdan abonent İddiaçı tərəfindən ümumilikdə 544 manat ödəniş icra edilmişdir.
Məhkəmə qərarları › İş №2(102)-978/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-978/2020
13.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver