Məhkəmə qərarları › İş №2(102)-979/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-979/2022

22.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-979/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Zaqatala 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(107)-1620/2021 saylı qətnaməsin dən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1ində 0,20 ha torpaq sahəsində yerləşən, 1921-ci ildə tikilmiş 2 otaqlı, yaşayış sahəsi 60 kv.m., köməkçi sahəsi 12 kv.m. olan bir mərtəbəli yaşayış evi 07.11.1992-ci ildə ölmüş X7 miras qalmış, həmin daşınmaz əmlaka dair 25.01.1994-cü ildə X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

2. X8 26.01.1994-cü ildə notarial qaydada təsdiqlənmiş müqavilə bağlamaqla həmin evi (ünvan 1ində yerləşən 1921-ci ildə tikilmiş, divarları daşdan, üstü şiferlə örtülmüş, iki otaqlı, yaşayış sahəsi 60 kv.m. köməkçi sahəsi 12 kv.m. bir mərtəbədən ibarət yaşayış evindən ibarət olan) və 0.20 ha o lan torpaq sahəsini İddiaçı Xəlil oğluna satmışdır.

3. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X16 ünvan 1ində 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq üzərində mülkiyyət hüququ JN-342A kod 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

4. Ərəbov Hacıömər Şaban oğlu 05.12.2006-cı il tarixdə ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını nəvəsi X23 vəsiyyət etmişdir.

5. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci il tarixdə, X20 22.09.2007-ci il tarixdə ölmüşdür. Bundan sonra onlardan miras qalmış - Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997 -ci il tarixli, 64 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,40 ha torpaq sahəsinin X16 məxsus 0,20 ha hissəsinə 29.07.2009-cu il tarixdə oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə reyestrdə 2V-57 nömrə ilə qeyd edilmişdir. 6. 29.07.2009-cu il tarixdə X23 Ərəbov Hacıömər Şaban oğlundan miras qalmış 0,20 ha torpaq sahəsinə vəsiyətnamə üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmiş və şəhadətnamə reyestrdə 2V-58 nömrə ilə qeyd edilmişdir.

7. X6 və Cavabdeh razılığı ilə 10 avqust 2009-cu il tarixdə bölgü planı hazırlanmışdır. Cavabdeh ünvan 1ində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 n ömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmış və həmin qeydiyyat Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.

8. Cavabdeh X8 və İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-57/2017 nömrəli, 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və X8 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı Xəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 29.11.2017-ci il tarixli qətnaməsi təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 57/2017 nömrəli, 17 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh iddiası rədd edilmişdir. Bu qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

9. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı ilə, JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 26.01.1994-cü il tarixli alğısatqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin iş üz rə apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

10. İddiaçı nümayəndəsi X2 Şahmurad Xəliloviçin ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nə müraciət etmişdir. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi ona 20.02.2020-ci il tarixli məktubla cavab verərək Cavabdeh adına olan 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında ləğv edildiyi təqdirdə İddiaçı ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilə biləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26.01.1994-cü il tarixdə X3 alğı-satqı müqaviləsi əsasında Zaqatala rayonu Aşağı Tala kəndində 0.20 ha torpaq sahəsində yerləşən 1921-ci ildə tikilmiş, 2 otaql ı, yaşayış sahəsi 60 kv.m. olan bir mərtəbəli yaşayış evini almışdır. 1994-cü il tarixdə X8 tərəfindən ona satılmış olan evin yerləşdiyi 0,20 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0.40 ha həyətyanı torpaq sahəsinə dair 2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlunun və X17 adına JN-342A KOD 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərək, Ərəbov Hacıömər Şaban oğlunun və X17 adına qeydiyyata alınmışdır. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci ildə, X21 isə 22.09.2007-ci ildə vəfat etmişlər. JN 342A kod 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.40 ha torpaq sahəsinin Ərəbov Hacıömər Şaban oğluna məxsus 0.20 ha hissəsinə X23 29.07.2009-cu ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X18 məxsus qalan 0.20 h a hissəsinə isə Cavabdeh 29.07.2009-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X26 və Cavabdeh 10.08.2009-cu ildə göstərilən 0.40 ha torpaq sahəsinin bölgü planını (hərəyə 0.20 ha olmaqla) tərtib etmiş və hər birinin 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququ 10.08.2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1994-cü il tarixdə aldığı evin yerləşdiyi torpaq sahəsi Cavabdeh adına 10.08.2009-cu il tarixdə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün Cavabdeh X5 və İddiaçı qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq 25.01.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamənin və 26.01.1994cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, həmin iddia tələbi təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 17.02.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X4 adına verilmiş 25.01.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X8 ilə İddiaçı arasında bağlanmış 26.01.1994-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Zaqatala rayon Məhkəməsinin qərarından vermiş olduğu apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 29.11.2017-ci il tarixli Ali Məhkəmənin qərarı ilə X8 tərəfindən İddiaçı satılmış evə Cavabdeh hər hansı aidiyyatının olması müəyyən edilməmişdir və bu səbəbdən sonuncunun mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin və alğı-satqı müqaviləsinin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək JN 342A nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin ona məxsus, alğı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair müraciət etmişdir. DƏDRX tərəfindən müraciətinə imtina verilmişdir. Bunun üçün cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh və X26) JN 342A nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin 0.20 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması tələbinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(84)95/2019 saylı qərarına əsasən “JN-342A” nömrəli torpağın mükiyyətə verilməsinə dair şəhadətnamənin 26.01.1994-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRXnin 18 saylı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 saylı qərarın icrası ilə bağlı ona məxsus ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaq atala Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin Zaqatala 18 saylı Ərazi İdarəsi ona cavab olaraq bildirmişdir ki, ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsi ilə bağlı Cavabdeh adına olan 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında ləğv edildiyi təqdirdə hüquqlarının DƏDRX-də qeydiyyata alınması ilə bağlı məsələyə baxılacaqdır.

13. Birinci instansiya məhkəməsində Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında iddia tələbi ilə razı olmadığını bildirərək göstərmişdir ki, Rizvan Rizvanov tərəfindən satılmış olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair məlumatlar müqavilədə əks olunmamış və o özü də alğı-satqı zamanı hansı sahəni satdığını bildirməmişdir. İddia tələbi əsassız olduğundan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

14. Zaqatala Rayon Məhkəməsinin 2(033)-209/2021 saylı, 25 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilmiş, ünvan 1ində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh adına Zaqatala rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında iş üzrə Cavabdeh adına 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 5 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsi nə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-342A kod 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X16 Zaqatala rayonu Aşağı Tala kəndində 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. 05.12.2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak tor pağını nəvəsi X23 vəsiyyət etmişdir. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci il tarixdə, X20 22.09.2007-ci il tarixdə ölmüşdür. X20 və Ərəbov Hacıömər Şaban oğlu vəfat etdikdən sonra onlardan irs qalmış Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,40 ha torpaq sahəsinin X16 məxsus 0,20 ha hissəsinə 29.07.2009-cu il tarixdə oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə reyestrdə 2V-57 nömrə ilə qeyd edilmişdir. 29.07.2009-cu il tarixdə X23 Ərəbov Hacıömər Şaban oğlundan irs qalmış 0,20 ha torpaq sahəsinə vəsiyətnamə üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmiş və şəhadətnamə reyestrdə 2V-58 nömrə ilə qeyd edilmiş dir. X6 və Cavabdeh razılığı ilə 10 avqust 2009-cu il tarixdə bölgü planı hazırlanmışdır. Cavabdeh Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmış və həmin qeydiyyat Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 26.01.1994-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə d üşən hissəsi ləğv edildiyindən onun əsasında verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarlı sənəd sayıla bilməz. Odur ki, İddiaçı hazırki tələblə müraciət etməkdə haqlıdır və iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. İddia tələbinin 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci, 8.0.3-cü bəndləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü, 148.2-ci, 152.5-ci, 157.2-ci, 157.4-cü, 337.1-ci,1133.1-ci, 1133.2-ci, 1134.1-ci, 1146-cı, 1147.1-ci, 1151.1-ci, 1159.1.1-ci, 1159.1.2-ci, 1159.1.3-cü, 1321.1-ci, 1243.1-ci, 1243.2-ci, 1243.3-ü, 1245-ci, 1246-cı, 1248.1-ci, 1255-ci, 1261-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh Ərəbov X15 Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(10 7)-1620/2021 saylı qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, qeyd etmişdir ki, ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04.03.2006-cı il tarixli, 64 saylı qərarı ilə verilmiş JN-342A, kod 40200028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Şəki İnzibatiİqtisadi Məhkəməsin in 08 may 2019-cu il tarixli, 2-1(84)-95/2019 nömrəli qərarı ilə JN342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 26.01.1994-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ləğv edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(84)-95/2019 nömrəli qərarında qeyd edilən JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 26.01.1994-cü il tarixli alğısatqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi 10 avqust 2009-cu il tarixdə bölgü planına uyğun olaraq 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə vərəsə X11 mülkiyyətinə verilmiş dir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, X8 tərəfindən İddiaçı satılmış evə Cavabdeh hər hansı aidiyyatının olması müəyyən edilməmişdir və bu səbəbdən sonuncunun mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin və alğı-satqı müqaviləsinin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi, qeyd olunan mülki işlə bağlı şəhadətnamə və alğı-satqı müqaviləsi ləğv və etibarsız hesab olunmamış, qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni məhkəmə bax ışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin 27.11.2019-cu il tarixli, 2-1(102)-3119/2019 saylı qərarında qeyd edilmişdir ki, «JN 342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 26.01.1994-cü il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun». Sözügedən şəhadətnamədə göstərilən 0,40 ha torpaq sahəsi Cavabdeh və Faiq Ərəbovun hər ikisinin razılığı ilə hər birinə 0,20 ha olmaqla vərəsəlik şəhadətnamələri və bölgü planı əsasında bölünərək qeydiyyata alınmışdır. Mübahisəli ev isə bölgü planları əsasında bölünmüş torpaq sahələrinin heç bi rinin sərhədləri daxilində deyildir. Ali Məhkəmənin qərarı əsasında 0,40 ha torpaq sahəsinin evin yerləşdiyi 0,20 ha hissəsinin ləğv edilməsi üçün ilk növbədə evin yerləşdiyi 0,20 ha torpaq sahəsinin sərhədləri DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən müəyyən edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikat ı; Maddə

148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə

149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgü n olmadığını bilməmiş olsun. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evl ərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ara şdırma aparmır və onlara qiymət vermir.

28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktik halları bu qərarın 1-10-cu və 15-ci paraqraflarında əksini tapmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla (bu qərarın 20-ci paraqrafı) yanaşı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3191/2019 nömrəli 27.11.2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı torpaq islahatından xeyli əvvəl, 26 yanvar 1994-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 1921-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m., köməkçi sahəsi 12 kv.m. olan bir mərtəbəli yaşayış evini X1 almışdır. Evin yerləşdiyi 0,20 h a həyətyanı torpaq sahəsi İddiaçı qanuni istifadəsində olduğuna görə “Torpaq islahatı haqqında” Qanunun qüvvəyə minməsi nəticəsində həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə, JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 26.01.1994-cü il tarixli alğısatqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ləğv edildiyindən onun əsasında verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarlı s ənəd sayıla bilməz.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmiləşdirilmiş 10 avqust 2009cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbini də əsaslı sayaraq bildirmişdir ki, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25.05.2021-ci il müşayiət məktubu ilə daxil olmuş sənədlərdən müəyyən edilir ki, ünvan 1ində olan 0,20 ha torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmasına əsas Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29.07.2009-cu il tarixli, 2V/57 reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Çıxarışın verilməsinə əsas olan şəhadətnamə ləğv edildiyindən, həmin çıxarışın m övcudluğu, iddiaçının hüququnun pozulması kimi dəyərləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini bu hissədə təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsi 10.08.2009-cu il tarixli bölgü planına əsasən Cavabdeh adına qeydiyyata alınmış 0,20 ha torpaq sahəsinin sərhədləri daxilində Şahmudrad Abbasovun aldığı evin yerləşmədiyi, eyni zamanda Ali Məhkəmənin 2-1(102)3191/2019 saylı 27.1 1.2019-cu il tarixli qərarını icra etməkdən 18 saylı Zaqatala Ərazi İdarəsinin yayınması barədə şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin dəlillər hazırkı iddanın predmetinə aid deyildir. Eyni zamanda Faiq Ərəbova verilmiş 2V-58 saylı vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş çıxarışın l əğv edilməsi barədə hər hansı bir tələb olmamışdır. Məhkəmələr isə verilmiş tələblərlə bağlı araşdırma aparır. Digər tərəfdən Ali Məhkəmənin qanuni qüvvədə olan qərarını müzakirə etmək apellyasıya instansiyası məhkəməsinin səlahiyyəti xaricindədir. Bundan başqa, kollegiya şikayətin digər hissəsi olan Ali Məhkəmənin qərarı əsasında 0,40 ha torpaq sahəsinin evin yerləşdiyi 0,20 ha hissəsinin ləğv edilməsi üçün ilk növbədə evin yerləşdiyi 0,20 ha torpaq sahəsinin sərhədlərinin DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən müəyyən edilməməsi barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflərin bununla bağlı DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə müraciət etmək hüququ vardır. Yəni şikayətin qeyd edilən dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

36. Məhkəmə kollegiyası apell yasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır.

37. İddianın həllinə haqlı olaraq Mülki Məcəllənin 139-1, 139-1.1.3, 148.2, 149.2, 152.5, 157.4, 337.1, 1133, 1151.1, 1151.2, 1321.1-1321.3, 1321.1, 1325-ci maddələri tətbiq edilmiş, həmçinin işin hallarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 8.0 və 8.0.3-cü maddələrinin tələbləri baxımından qiymət verilmişdir.

38. Kassatorun mübahisəli evin torpağın mülkiyyətə verilməsinə dair JN342A saylı şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi üçün ekspertiza təyin olunmadığı barədə dəlillərilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, bu dəlillər əsassızdır. Çünki tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı bir neçə məhkəmə mübahisəsi olmuşdur. Həmin mübahisələrin biri Cavabdehlər X8 və İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasıdır. Bu iddia tələbi Zaqatala Rayon Məhkəməsinin 2(033)-57/2017 nömrəli, 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və X8 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Lakin həmin qətnamədən cavabdeh İddiaçı Xəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 29.11.2017-ci il tarixli qətnaməsi təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 57/2017 nömrəli 17 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh iddiası rədd edilmişdir. Həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdeh İddiaçı Xəlil oğlunun digər cavabdeh Rizvan Rizvanovdan aldığı ünvan 1ində yerləşən 1921-ci ildə tikilmiş, divarları daşdan, üstü şiferlə örtülmüş, 2 otaqlı, yaşayış sahəsi 12 kv.m., dəyəri 299 manat, torpaq sahəsi 0.20 ha olan bir mərtəbəli yaşayış evinə iddiaçının və onun mərhum atası Ərəbov Hacıömər Şaban oğlunun hər-hansı bir aidiyyətinin olması müəyyən edilməmişdir.

39. Tərəflərin arasında olmuş digər məhkəmə çəkişməsi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Cavabdeh və X26) JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,20 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia olmuşdur. Həmin iddia Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı ilə təmin edilmiş, JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 26.01.1994-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

40. Həmin iş üzrə işin faktiki hallarından biri kimi müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Ərəbov Hacıömər Şaban oğluna qarşı "evə köçürülmə, evdən və həyətyanı sahədən istifadə hüququnun verilməsi" barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 04.02.2000-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı nın ailə üzvləri ilə birlikdə Zaqatala rayonun Aşağı Tala kəndində öz adına olan şəxsi evinə köçürülməsi, evdən və həyətyanı torpaq sahəsindən istifadə hüququnun verilməsi qət edilmiş, evin yerləşdiyi 0,20 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0,40 ha həyətyanı torpaq sahəsi ilə bağlı 2006-cı ildə X9 və X17 adına JN 342A kod 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.... JN-342A kod 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,40 ha torpaq sahəsinin X12 məxsus 0,20 ha hissəsinə X23 29.07.2009-cu ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X18 məxsus olan 0,20 ha hissəsinə isə Cavabdeh 29.07.2009-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

41. Göründüyü kimi evin yerləşdiyi 0,20 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0,40 ha həyətyanı torpaq sahəsi ilə bağlı 2006-cı ildə X9 və X17 adına JN 342A kod 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi tərəflərin iştirak etdiyi başqa iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir.

42. Bu halda həmin faktın müəyyən edilməsi üçün əlavə araşdırılma aparılması və ekspertiza təyin edilməsi yolverilməzdir.

43. Çünki Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(107)-1620/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar