Məhkəmə qərarları › İş №2(102)-982/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-982/2025

03.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-982/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Bakı 2 saylı “Asan Xidmət” Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli 2(103)-3538/2024 nömrəli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 2 saylı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 26, 114 saylı mənzilə dair bağlanmış 17 avqust 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-408/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı bir inci instansiya məhkəməsinin 23 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2(103)-3538/2024 saylı qətnaməsi ilə (hakimlər – Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyasında icraat

5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabd eh ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ölümü ilə əlaqədar işin bağlanılmasını xahiş etmiş və ərizəyə İddiaçı 18 mart 2025-ci il tarixində ölməsi barədə AZ-İİ 494478 nömrəli ölüm haqqında şəhadətnamənin surətini əlavə etmişdir. 7. “Elektron məhkəmə” İnformasiya Sisteminin məlumatları ilə də İddiaçı 18 mart 2025-ci il tarixində ölməsi təsdiqini tapdığına görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2025-ci il tarixli 2(102)-982/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat mərhum İddiaçı hüquq varisi müəyyən edilənədək dayandırılmışdır.

8. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli cavaba əsasən xx.xx.2025-ci il tarixdə vəfat etmiş İddiaç ı Pavlovanın vərəsəsinin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Cavabdeh mərhum İddiaçı Pavlovanın qanun üzrə vərəsəliyi qəbul etmiş tək vərəsəsidir.

9. Məhkəmə kollegiyası tərəfindən iş üzrə icraat təzələnmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

11. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qi smən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyasi məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, belə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığına görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

13. Belə ki, Carçiyeva X1 Leyla Ağamalı qızına qarşı iddia qaldıraraq aralarında 2 saylı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 26, 114 saylı mənzilə dair bağlanmış 17 avqust 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş üzrə müvafiq məhkəmə aktları qəbul edilmiş, iş ka ssasiya şikayəti əsasında kassasiya məhkəməsinin icraatında olarkən iddiaçının vəfat etdiyi məlum olmuşdur.

14. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş məlumatla Cavabdeh mərhum İddiaçı Pavlovanın qanun üzrə vərəsəliyi qəbul etmiş tək vərəsəsi olduğu təsdiq olunur.

15. İddiaçı Pavlova vəfat etdikdən və Cavabdeh onun vərəsəliyini qəbul etmiş tək vərəsəsi olduğu təsdiq olunduqdan sonra iddiaçı və cavabdehə məxsus hüquq və vəzifələr eyni şəxsə - Cavabdeh məxsus olmuşdur.

16. Lakin şəxs özü-özünə qarşı iddia verə bilməyəcəyinə görə artıq hazırkı iş məhkəmədə baxılmalı deyil.

17. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli 2(103)-3538/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

18. Göstərilənlərə əsasə n və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419-cu maddəsini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli 2(103)-3538/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar