Məhkəmə qərarları › İş №2(102)-983/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-983/2019

29.01.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-983/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-983/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Kərimov, iş № 2(001)-xx/18) İddia çı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh5 və Cavabdeh4 qarşı “əqdlərin etibarsız hesab edilməsi və qanunsuz sahiblikdə olan avtomobilin geri qaytarılması” tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və İ.Vəliyev, iş № 2(103)-xx/18) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx xxx 2017-ci il tarixli “avtomobilin alqı-satqı müqaviləsi”nin, Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsinə dair Cavabdeh2 verilmiş xx xxx 2017-ci il tarixli etibarnamənin, Cavabdeh3 tərəfindən Cavabdeh4 verilmiş xx xxx 2017-ci il tarixli etibarnamənin, Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə mülkiyyətində olmuş “XXX” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh5 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2014-ci ildə özünə “XXX” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil almış, 2017-ci ilin aprel ayında 5000 ABŞ dolları məbləğində pula ehtiyacı olduğundan tanışı Cavabdeh1 borc olaraq 5000 ABŞ dolları götürmüş və həmin borcun qaytarılmasına zəmanət kimi mülkiyyətində olan sözügedən avtomobili Cavabdeh1 adına keçirərək avtomobili X1 vermişdir. Bu hadisədən dörd ay sonra ona təkrar 13 500 manat pul lazım olduğundan tanışı Cavabdeh2 müraciət etmiş, X ona 13 500 manat verməyə borcun bir ay müddətində qaytarılması və təminat kimi “XXX” markalı avtomobilin bir ay müddətində onda saxlanılması şərtilə razı olmuşdur. Bu şərtlə razılaşmış, Cavabdeh2 onun Cavabdeh1 olan 5000 ABŞ dolları (8500 manat) borcunu ödəyərək avtomobili götürmüş və Cavabdeh1 X adına etibarnamə vermişdir. Etibarnam ənin verilməsini X tələb etmiş, bildirmişdir ki, guya avtomobilin ondan xəbərsiz kiməsə satılmasından qorxur. Qeyd olunan hadisələrdə niyyəti avtomobili satmaq deyil, sadəcə borc götürmək olmuş, avtomobil X verildiyi günün gecəsi - xx xxx 2017-ci il tarixdə saat 01:00 radələrində Cavabdeh2 ona zəng vuraraq bildirmişdir ki, pulu, yəni 13500 manatı saat 14:00-a kimi qaytarmasa maşını satacaq. X pulu bir aya qaytaracağını danışdıqlarını xatırlatsa da, X bildirmişdir ki, onu ‘heç bir şey maraqlandırmır və sabah saat 14:00-a qədər pulu qaytarmasa maşını satacaq. Səhərisi gün Cavabdeh2 maşınında olan əşyaları ümumi tanışları Kövsər adlı xanımın işlətdiyi restorana qoymuş və əldə etdiyi məlumata görə bir gün sonra avtomobili digər cavabdeh olan Cavabdeh3 X1 oğluna 16 500 manata satmış, avtomobili n dövlət qeydiyyat nişanı dəyişdirilmişdir. Cavabdeh3 X1 oğlu isə öz növbəsində avtomobili xx xxx 2017-ci il tarixdə etibarnamə əsasında digər Cavabdeh4 vermiş, sonradan Cavabdeh4 avtomobili Cavabdeh5 sataraq dövlət qeydiyyat nişanını **-XX-*** qeydiyyat nişanına dəyişmişlər. Cavabdeh2 əvvəlcədən onun maliyyə vəziyyətini, 13 500 manatı bir necə saatdan sonra qaytara biləməyəcəyini bilərək, bu haldan istifadə edərək avtomobilini ələ keçirmiş, onu üçüncü şəxslərə sataraq gəlir əldə etmiş və ona külli miqdarda ziyan vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgü n tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili M.Ağalarov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh5 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil M.Ağalarovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianınəsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “XXX” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil AC seriyalı 501098 saylı xx xxx 2015-ci il tarixli qeyd iyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətində olmuş, 17.04.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanları dəyişdirilmədən Cavabdeh1 adına rəsmiləşdirilmiş, xx xxx 2017-ci il tarixində onun tərəfindən Cavabdeh2 1 saylı Bakı “Asan xidmət mərkəzi”ndə etibarnamə verilmiş, xx xxx 2017-ci il tarixdə alqı-satqı qaydasında Cavabdeh3 X1 oğlunun mülkiyyətinə keçirilmiş və dövlət qeydiyyat nişanları dəyişdirilərək avtomobilə **-XX-*** qeydiyyat nişanı təhkim olunmuş, xx xxx 2017-ci il tarixində avtomobilə dair Cavabdeh4 adına etibarnamə verilmiş, xx xxx 2017-ci il tarixdə avtomobil alqı-satqı edilərək Cavabdeh5 adına keçirilmiş, dövlət qeydiyyat nişanları dəyişdirilərək ona yeni **-XX-*** qeydiyyat nişanı verilmişdir. Elnurə Pirməmmədova avtomobili Cavabdeh1 götür müş olduğu borcun qaytarılmasının təminatı olaraq onun adına keçirdiyini (onunla alqı-satqı müqaviləsi bağladığını), həmin alqı-satqı müqaviləsinin onların həqiqi iradələrini ifadə etmədiyini və əslində borc müqaviləsini pərdələmək məqsədilə bağlandığını, sonradan isə Cavabdeh2 verdiyi borc məbləğinin təminatı qismində sonuncuya etibarnamə verildiyini, lakin onun etibardan sui-istifadə edərək avtomobili satdığını bildirərək mübahisəli avtomobillə bağlı əqdlərin etibarsız hesab olunması tələbinə dair iddia irəli sürmüş, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci, 339-cu və 340-cı maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbi nin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ g əlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının həm Cavabdeh1la bağladığı alqı-satqı müqaviləsinə, həm də Cavabdeh2 verilən etibarnaməyə bilavasitə tərəf lər imza etmiş, müvafiq əqdlərə (əməliyyatlara) dair hüquqi proseslər barəsində onların hər üçünün iradə ifadələri (iradə azadlığı) olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmiş, alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 avtomobilə sahiblik, istifadə, sərəncam vermək hüququ yaranmışdır. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, nə Cavabdeh1, nə də Cavabdeh2, iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzy iqə məruz qoymamışlar. Avtomobilə dair xx xxx 2017-ci il tarixdə Cavabdeh3 X1 oğlu ilə bağlanmış alqı-satqı müqaviləsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent, tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının iddiasına görə aldadılma ondan ibarət olmuşdur ki, o, avtomobili Cavabdeh2 başqa məqsədlə vermiş, lakin sonun cu ondan xəbərsiz avtomobili Cavabdeh3 Əmrah oğluna satmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hətta Cavabdeh2 avtomobilə dair ona verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal onun Cavabdeh3la bağladığı müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünkü işin hallarından görünür ki, Cavabdeh3 həmin müqaviləni bağladığı zaman etibarnamənin Cavabdeh2 hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, avtomobil sonradan alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 mülkiyyətinə keçirilmişdir və adı çəkilən şəxsin avtomobil i vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülk iyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu mənada apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının hər hansı hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh5 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə s abitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Gəldiyi qənaətə uyğun olaraq apellyasiya məhkəməsi alqı-satqı müqavilələrinin etibarsızlığından irəli gələn digər tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamış və qeyd etmişdir ki, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı, əgər Cavabdeh2 tərəfindən aldadılmış olduğunu iddia edirsə, məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı həmin şəxsə qarşı ümumi qaydada tələb irəli sürmək hüququna malikdir. Qeyd olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, lakin cavabdeh tərəf həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respubli kası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar