Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-984/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: beh müqaviləsinə xitam verilməsi və behin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaqubiviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, Cavabdeh1 və vəkili Vəkil2 iştirakları ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1325/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsində n Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli beh müqaviləsinin surətindən görünür ki, beh verən İddiaçı beh alan Cavabdeh1 məxsus olan ünvan 1 mənzil 12 ünvanında ümumi sahəsi 38.1 kv/m olan 1 otaqlı mənzilin 23000 manata satılmasına dair alqı-satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək notariat qaydasında təsdiq edilməsi icrasını təmin etmək məqsədi ilə cavabdehə beh olaraq 10000 manat vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 mən 12 ünvanında ümumi sahəsi 38.1 kvm olan 1 otaqlı mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 3M-64 nömrəli beh müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 müqaviləyə əsasən ödənilmiş behin iki misli 20000 (iyirmi min) manatın, 2000 manat çəkdiyi təmir xərcinin və dövlət rüsumuna görə ödənmiş 30 (otuz) manatın, cəmi 22030 (iyirm i iki min otuz) manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şambul kəndində yaşayır. Mövsümi işlərlə əlaqədar Rusiya Federasiyasına işləməyə gedir. Cavabdeh1 ünvan 3 mənzil 12 ünvanında ümumi sahəsi 38.1 kv/m olan 1 otaqlı mənzili olduğunu və Bakı şəhərində yaşadığı üçün onu satmaq istədiyini bildirmişdir. Onlar evi 23000 (iyirmi üç min) manata razılaşmışlar. Həmin vaxt yetərincə pulu olmadığına görə Cavabdeh1 ilə beh müqaviləsi bağlamağa razılaşmış, Cavabdeh1 beh olaraq 10000 manat vermişdir. Bununla bağlı onlar xx xxxxxx 2016-cı ildə Cavabdeh2na gedərək bu məzmunda beh müqaviləsi bağlamışlar. Beh müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixə kimi onlar alqı-satqını rəsmiləşdirməyi və icra sını təmin etməyi öhdələrinə götürmüşlər. Cavabdeh ondan 10000 manat behi aldıqdan sonra mənzilin açarlarını ona təqdim etmişdir. O da həmin mənzilə köçmüşdür. Bir müddət sonra mənzilin təmirə ehtiyacı olduğuna görə mənzili təmir etmiş, 750 manat verərək pəncərələri dəyişib plastik pəncərələr qoymuş, hamamda təmir işləri aparmışdır. Hamamda işlərin görülməsinə 1250 manat pul xərcləmişdir. O, həmçinin televizor, paltaryuyan, soyuducu alaraq həmin evə qoymuşdur. Beh müqaviləsində göstərilən müddət başa çatmamış 2017-ci ilin noyabr ayında o cavabdehə geridə qalan 13000 manatın hazır olduğunu bildirərək alqı-satqı müqaviləsinin bağlanılması üçün onu Cavabdeh2na dəvət etmişdir. Lakin Cavabdeh1 səhhəti ilə bağlı gələ bilməyəcəyini, narahat olmamasını bildirib notariat kontoruna gəlməmişdir. Bund an sonra da o bir neçə dəfə ödəyəcəyi pulun hazır olduğunu bildirməklə cavabdehi alqı-satqının bağlanması üçün notariat kontoruna dəvət etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə ilə ora gəlməkdən imtina etmişdir. Bir neçə ay bundan əvvəl isə cavabdeh onunla alqı-satqı müqaviləsi bağlamayacağını bildirmişdir. Cavabdeh bildirmişdir ki, mənzili satmasına peşiman olmuşdur, çünki mənzili ona ucuz satmışdır. Bundan sonra cavabdeh həmin mənzilin açarlarını dəyişərək ümumiyyətlə onu ora buraxmır. İndi isə nə behi qaytarır, nə də alqı-satqı müqaviləsini bağlayır. Cavabdehlə aralarında bağlanmış beh müqaviləsinin 4.3-cü maddəsində göstərilmişdir ki, müqavilənin təsdiqi və ya icra edilməsi beh almış tərəf məsuliyyət daşıdığı halda, o digər tərəfə aldığı behin iki mislini ödəməlidir. Eyni zamanda ap ardığı tikinti təmir işlərinin dəyəri ona ödənməlidir. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxx 2018-ci il tarixli, 2(019)1542/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 müqaviləyə əsasən ödənilmiş behin iki misli - 20000 manat, yaxşılaşdırmaya görə 750 manat və dövlət rüsumuna görə ödənmiş 30 manat, cəmi 20780 (iyirmi min yeddi yüz səksən) manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 аpelyаsiyа şikаyəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apely asiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) xx xxxx 2019-cu il tarixli 2(107)-2066/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, Cavabdeh1 və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016cı il tarixli 3M-64 nömrəli beh müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 müqaviləyə əsasən ödənilmiş behin iki misli 20000 (iyirmi min) manat, 2000 manat çəkdiyi təmir xərci və dövlət rüsumuna görə ödənmiş 30 (otuz) manat, cəmi 22030 (iyirmi iki min otuz) manatın tutulub ona ödənilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Qətnamədən na razı qalan İddiaçı kassasiya şikаyəti verərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-2066/2019 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xаhiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1249/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-2066/2019 nömrəli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin yuxarıda göstərilən Qərarının göstərişi baxımından məhkəmə hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəfi müəyyən etməli idi. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Apelyasiya məhkəməsinin sorğusu əsasında alınmış Azərbaycan Respublikası DSX-n xx.xx.2020-ci il tarixli, 33/2648 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş Balakən RPŞ-n xx.xx.2020-ci il tarixli, Balakən rayon notariat ofisinin xx xxxx 2020-ci ilı tarixli məktublarının məzmunundan müəyyən edilir ki, Cavabdeh1 alqı-satqı müqaviləsinin yayınması barədə həmin orqanlara müraciət edilməmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudiov sədrlik edən və məruzəçi, Rəfayıl Əliyev, İmanverdi Şükürov) xx xxxxxx 2020 -ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-1542/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 müqaviləyə əsasən ödənilmiş 10.000 (on min) manat pul, mənzilin yaxşılaşdırılmasına görə 750 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus ünvan 5 mənzil 12 ünvanında birotaqlı mənzilin iddiaçı tərəfindən alınmasına dair razılaşma olmuş, nəticədə xx xxxxxx 2016-cı il tarixdə tə rəflər arasında notarial qaydada təsdiqlənməklə beh müqaviləsi bağlanmışdır. Tərəflər mənzilin dəyərini 23000 manat məbləğində razılaşdırılmış, iddiaçı həmin məbləğin yarısına yaxın hissəsini beh qismində cavabdehə ödəmişdir. Həmin müqavilədə alqı-satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək bağlanması nəzərdə tutulmuşdur. Beh müqaviləsi bağlandıqdan sonra, cavabdehin razılığı ilə iddiaçı həmin mənzildə təmir işləri aparmışdır, işin qeyd edilən halı cavabdeh tərəfindən də təsdiq edilmişdir, belə ki, cavabdeh apellyasiya şikayətində mənzilini 25000 manata satdığını, lakin sonradan iddiaçı mənzilin pəncərələrini dəyişəcəyi, müqavilənin bağlanması ilə bağlı rüsumları ödəyəcəyi və beh müqaviləsini bağlamaq üçün Bakı şəhərindən Balakən rayonuna getmək üçün yol xərci kimi 500 manat pul verdiyi ü çün mənzilin son qiyməti kimi 23.000 manata razılaşdıqlarını göstərmişdir. Qeyd olunan bu dəlillər işin mübahisələndirilməyən hallarıdır. Bundan əlavə məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mənzilin dəyərinin yarısına yaxın məbləğdə beh ödənilməsi ilə bərabər, sonuncu tərəfindən əlavə məbləğlər də (mənzilin təmiri ) xərcləməsi, bir müddət evin açarının, eləcə də mənzilə məxsus hüquq müəyyənedici sənədin iddiaçı tərəfdə olması cavabdeh tərəfindən də təsdiq edilir. İşin əsas mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin mənzili ona ucuz qiymətə satdığını bəhanə gətirərək alqı-satqı müqaviləsinin bağlanmasından yayınmasını, eyni zamanda təhvil verdiyi mənzilin açarlarını dəyişərək onu həmin mənzilə buraxmamasını, cavabdeh isə iddiaçının mə nzilin alqı-satqısı ilə bağlı ona zəng etməməsini, ümumiyyətlə cavabdehin həmin müqaviləni bağlamaqda maraqlı olmamaqla Rusiyada yaşadığını, Azərbaycan Respublikasına gəlmədiyini və iddiaçının qalan məbləği ödəməməklə alqı-satqının baş tutmamasına görə məsuliyyət daşıyan tərəf olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin beh anlayışını müəyyən edən 492-ci maddəsinin tələblərinə görə, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələrini müəyyən edən 49 2-ci maddəsinin tələblərinə görə, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Sadalanan normaların məzmunundan göründüyü kimi, beh müqaviləsi müstəqil xarakter daşımamaqla, gələcəkdə müqavilənin bağlanmasının təsdiqi və icrasının təmini üsuludur. Tərəflər arasında bağlanma sı nəzərdə tutulmuş əsas müqavilənin bağlanmasından hər iki tərəfin razılığı ilə imtina edilərsə və ya müqavilənin bağlanması və ya icrası tərəflərin iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olarsa, müqavilə üzrə beh qismində verilmiş məbləğ qaytarılmalıdır. Bununla bərabər, tərəflərdən birinin razılaşdırılmış əsas müqaviləni bağlamaq və icra etməyi arzu etdiyi halda və bunun əksi onun heç bir hərəkət və ya hərəkətsizliyi ilə inkar edilmədiyi halda, digər tərəfin həmin müqavilənin bağlanması və icrasından birtərəfli qaydada səbəbsiz olaraq imtina etməsi mülki məsuliyyətə səbəb olur. Belə ki, əgər müqavilənin icra edilməməsi beh vermiş tərəfin təqsiri ucbatından baş vermişdirsə, beh digər tərəfdə qalmaqla, o həmin məbləği beh alan tərəfdən tələb etmək hüququnu itirir. Əgər müqavil ənin icrası beh almış tərəfin təqsirinə görə mümkün olmamışdırsa, beh verənin verdiyi məbləğin iki mislini tələb etmək hüququ yaranır. Beləliklə apellyasiya kollegiyası hesab etmişdir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsaslı olsa da, iddia tələbinin tamamilə rədd olunması üçün əsaslı deyildir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi işin faktini halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh1 ilə sonuncunun mülkiyyətində olan, ünvan 1 mənzil 12 ünvanında ümumi sahəsi 38.1 kv/m olan 1 otaqlı mənzilin alqı - satışı ilə bağlı razılığa gəlmişdir. Mübahisəli mənzili 23000 (iyirmi üç min) manata qiymətləndirilmişdir. Tərəflər mənzilin alqı-satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək notariat qaydasında təsdiq edilməsinin icrasını təmin etmək m əqsədi ilə razılaşmış və iddiaçı cavabdehə 10000 manat beh vermişdir. Bununla bağlı onlar xx xxxxxx 2016-cı ildə Cavabdeh2na gedərək bu məzmunda beh müqaviləsi bağlamışlar. Həmin vaxt cavabdeh iddiaçıdan behi aldıqdan sonra mənzilin açarlarını ona təqdim etmiş, iddiaçı da sözügedən mənzilə köçərək təmir işləri aparmış, 750 manat verərək pəncərələri plastik pəncərələrlə əvəz etmişdir. İşin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir. İkincisi, məhkəmə kollegiyasının arşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübаhisəsi gedən mənzildə təmir işlərinin aparılması heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlmuşdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, Cavabdeh1 mənzillə bağlı mülkiyyət hüququna malik olsa da, iddiaçı tərəfindən aparılmış təmir xərcinə münasibətdə heç bir subyektiv hüququn sahibi deyil. Buradan da göründüyü kimi iddiaçı cavabdehlə öz aralarındakı danışığı və beh müqaviləsini etimad kimi qiymətləndirərək, mənzili artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən təmir işləri görmüş və sonda həmin mənzili yaşamaq üçün mövcud yararlı vəziyyətə gətirib çıxara bilmişdir. Üçüncüsü, apellyasiya kollegiyası Ali Məhkəmənin göstərişi baxımından qeyd etmişdir ki, hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün birinci növbədə alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəf müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı hazırki iş üzrə kimin haqlı, kimin haqsız olmasını, eləcə də müqavilənin bağlanmamasına məsul iyyət daşıyan şəxsi yalnız izahatlarla müəyyən etmək mümkün deyildir. Çünki, hər iki tərəf öz mənafeyindən çıxış etməklə bu işdə özünün haqlı olmasını israr edir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi sözügedən alqı-satqı müqaviləsinin bağlanmaması üçün hər iki tərəfin məsuliyyət daşıması kimi qiymətləndirmişdir. Belə ki, müqavilənin birinci bəndindən göründüyü kimi tərəflərin hər ikisi xx.xx.2018-ci il tarixədək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsində maraqlı olmalı idi. Lakin tərəflərin özünün izahatından belə qənaətə gəlinir ki, tərəflər özləri məsələnin uzanmasında maraqlı olmuşlar. Çünki belə bir cəhdin olunması nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən sübut olunur. Dördüncüsü, apellyasiya kollegiyasının araşdırması zamanı müəyyən edilmişdi ki, cavabdeh artıq həmin mənzili iddiaçıya satmaq və ya verilmiş pulu qaytarmaq niyyətində deyil, iddiaçı tərəf isə əvvəliki müqavilə şərtləri daxilində mənzili almaq istəyindədir. Belə olan halda sual yaranır. Nəyə görə cavabdeh mənzili satmaq niyyətində olduğu və bununla bağlı 10.000 manat məbləğində beh aldığı, eləcə də mənzilində təmir-bərpa işləri aparıldığı bir halda, indi alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən və mənzili iddiaçıya satmaqdan imtina edir və ya müəyyənləşdirilmiş müddətdən bir neçə ayın keçməsi mənzili satmaqdan imtina üçün əsasdırmı? Buradan belə nəticəyə gəlmək olur ki, cavabdeh özü də sözügedəbn müqavilənin rəsmiləşdirilməsində o qədər də maraqlı olmamışdır. Odur ki, kollegiya sonda belə qənaətə gəlmişdir ki, iddiaçı mənzilin dəyərinin yarısından bir az aşağı beh verməklə həqiqətən də səbəbindən asılı olmayaraq mübahisəli mənzili almaq istəmişdir. Sadəcə görünür ki, hansısa səbəbdən vaxtında alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir Göründüyü kimi iddiaçı həm öz səhlənkarlığı, həm də cavabdeh tərəfin inadkarlığı nəticəsində bağlanması baş tutmayan alqı-satqı müqaviləsinə görə birdən-birə öz iradəsindən asılı olmayan səbəbdən xeyli məbləğdə maddi ziyan çəkir, cavabdeh isə iddiaçının hesabına bəhərlənmiş olur. Ona görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanması nəzərdə tutulmuş əsas müqavilənin bağlanmamasında hər iki tərəf məsuliyyət daşıdığından və müqavilənin bağlanması və ya icrası tərəfləin iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olduğundan müqavilə üzrə iddiaçı tərəfindən beh qismində cavabdehə ve rilmiş məbləğ qaytarılmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtləri ni deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 386.3-cü maddəsinin tələbinə görə danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəz ini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazım ınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Apellyasiya kollegiyası təmir-bərpa xərcləri ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı həmin xərclərlə bağlı mötəbər sübutlar təqdim etməsə də, cavabdeh xərcin 750 manat hissəsini etiraf etmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya kollegiyası s onda qeyd etmişdir ki, beh müqaviləsinin müddəti başa çatdığından həmin müqavilənin ləğv edilməsinə ehtiyac yoxdur. Odur ki, iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdeh tərəf məhkəməyə təqdim etdiyi sübutlardan da görünür ki, iddiaçı alqı–satqı müqaviləsini bağlamaqdan yayınmışdır. Əgər cavabdeh tərəf yayınsaydı iddiaçı bununla bağlı hansısa orqana və yaxud cavabdehə, cavabdehi tap masa idi onun tanışlarına, qohumlarına müraciət edə bilərdi. Çünki tərəflər bir rayondan olmaqla ümumi tanışları vardır. Əksinə iddiaçı öz təqsirini ört basdır etmək üçün müxtəlif bəhanələr gətirməklə cavabdehi müqavilənin pozulmasında ittiham etmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh2 1 1.06.2017ci il tarixli və Balakən rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, Cavabdeh1 alqı–satqı müqaviləsinin bağlanmasından yayınması barədə İddiaçı tərəfindən müraciət daxil olmamışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası DSX–nin l5.07.2020–ci il tarixli, 33/2648 nömrəli məktubundan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2017–ci il tarixdən xx.xx.2020–ci il tarixədək olmuşdur. İddiaçının dediyi kimi əgər cavabdeh alqı-satqı müqaviləsinin bağlanmasından yayınmış olsaydı, o, bununla bağlı hər hansı bir orqana müraciət edə bilərdi. Necə olur ki, iddiaçı xeyli vaxtdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilir, lakin cavabdehin müqavilə bağlamaqdan yayınması ilə bağlı heç bir yerə müraciət etmir. Cavabdehin mənzili satmaqdan peşman olması və mənzili ona ucuz satması ilə bağlı iddialarına münasibətdə qeyd etmək istəyirəm ki, tərəflər arasında cavabdehin mülkiyyətində olan ünvan 6 mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m olan mənzilin 23000 manata satılmasına dair alqı–satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək notarial qaydasında təsdiq edilməsi və icrasını təmin etmək məqsədilə beh alana 10000 manat verməsi barədə beh müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinin pozulmas ı nəticəsində tərəflər öz məsuliyyətlərini dərk edir və razılığa gələrək müqaviləni imzalamışlar. Sonradan cavabdehin mənzili ucuz satdığına görə peşman olması və bu səbəbdən də alqı–satqı müqaviləsinin bağlanmasından yayınması kimi iddiaçı tərəfin gətirdiyi dəlillər əsassız olmaqla yanaşı onun öz məsuliyyətsizliyinə haqq qazandırması kimi qiymətləndirilməlidir. Çünki cavabdeh tərəf beh alan tərəf kimi öz məsuliyyətini dərk edir və müqavilənin onun hərəkətləri ilə pozulması nəticəsində hansı nəticələrə aldığı behin iki mislini ödəməli olduğuna (müqavilənin 4.3-cü maddəsi) gətirib çıxaracağını anlayırdı. Həmçinin qeyd etmək istəyirəm ki, cavabdeh mülkiyyətində olan mənzilin alqı-satqısını başa çatdırmamış iddiaçıya etibar edərək mənzilin açarını ona vermişdir. Lakin iddiaçı vədinə əməl etmə diyindən, mənzili almaq niyyəti olmadığından artıq cavabdeh təbii ki, bir mülkiyyətçi kimi mənzilini özgəsinin qanunsuz sahibliyindən geri almaq hüququnu özündə saxlamışdır. Hətta cavabdeh beh müqaviləsi bağladıqdan sonra iddiaçı ilə aralarında olan razılığa əsasən bank hesabı açmışdır ki, iddiaçı geriyə qalan məbləği hissə-hissə həmin hesaba köçürsün və məbləğ bütünlüklə köçürüldükdən sonra alqı-satqınl həyata keçirsinlər. Lakin iddiaçı həmin hesaba bir manat da olsun belə pul məbləği köçürməmişdir. Köçürmüş olsaydı həmin məbləğin köçürüldüyünü təsdiq edən qəbzi təqdim etməklə notariat kontorunda mənzilin alqı-satqısını həyata keçirmək mümkün olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı Cavabdeh1 və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələri n məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.4-cü maddəsinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə ü zrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Maddə. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə. 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Maddə. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün b eh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyas iya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin mübahisə edilməyən hallarına görə İddiaçı Cavabdeh1 ilə sonuncunun mülkiyyətində olan, ünvan 1 mənzil 12 ünvanında ümumi sahəsi 38.1 kv/m olan 1 otaqlı mənzilin alqı - satışı ilə bağlı razılığa gəlmişdir. Mü bahisəli mənzili 23000 (iyirmi üç min) manata qiymətləndirilmişdir. Tərəflər mənzilin alqı-satqı müqaviləsinin xx xxxx 2018ciilədək notariat qaydasında təsdiq edilməsinin icrasını təmin etmək məqsədi ilə razılaşmış və iddiaçı cavabdehə 10000 manat beh vermişdir. Bununla bağlı onlar xx xxxxxx 2016-cı ildə Cavabdeh2na gedərək bu məzmunda beh müqaviləsi bağlamışlar. Həmin vaxt cavabdeh iddiaçıdan behi aldıqdan sonra mənzilin açarlarını ona təqdim etmiş, iddiaçı da sözügedən mənzilə köçərək təmir işləri aparmış, 750 manat verərək pəncərələri plastik pəncərələrlə əvəz etmişdir. Sözügedən alqı-satqı müqaviləsinin bağlanmaması üçün hər iki tərəfin məsuliyyət daşıması kimi qiymətləndirir. Belə ki, müqavilənin birinci bəndindən göründüyü kimi tərəflərin hər ikisi xx.xx.2018-ci il tarixədək alqı-sat qı müqaviləsinin rəsmiləşdirilməsində maraqlı olmalı idi. Lakin tərəflərin özlərinin izahatlarından belə qənaətə gəlinir ki, tərəflər özləri məsələnin uzanmasında maraqlı olmuşlar. Çünki belə bir cəhdin olunması nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən sübut olunması iş materiallarından görünmür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənzilin dəyərinin yarısından bir az aşağı beh verməklə həqiqətən də səbəbindən asılı olmayaraq mübahisəli mənzili almaq istəmişdir. Sadəcə görünür ki, hansısa səbəbdən vaxtında alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir Göründüyü kimi iddiaçı həm öz səhlənkarlığı, həm də cavabdeh tərəfin inadkarlığı nəticəsində bağlanması baş tutmayan alqı-satqı müqaviləsinə görə birdən-birə öz iradəsindən asılı olmayan səbəbdən xeyli məbləğdə maddi ziyan çəkir, cavabd eh isə iddiaçının hesabına bəhərlənmiş olur. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nət icələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 386.3-cü maddəsinin tələbinə görə danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərə r bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikd ə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarınbdan görünür ki, iddiaçı təmir xərclərilə bağlı mötəbər sübutlar təqdim etməsə də, cavabdeh xərcin 750 manat hissəsini etiraf etmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından xx xxxx 2018-ci il tarixdə alqı-satqı müqaviləsinin bağl anmasına hansı tərəfin təqsirli olmasını müəyyən etmək üçün, ya da iddianın tam təmin, yaxud da tam rədd olunmasına əsas ola biləcək qədər nə ididaçı, nə də cavabdeh kifayət qədər sübutlar təqdim edilməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq alqı-satqı müqaviləsinin bağlanmamasında hər iki tərəfin təqsirli olması qənaətinə gəlmiş, tərəfləri beh müqaviləsindən əvvəlki vəziyyətə gətirmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1325/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov