Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-984/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: tikintinin sökülməsi, qonşuluq hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qeyri-qanuni hərəkətlərin qarşısının alınması və tikilinin sökülməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1553/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassas iya şikayətinə dair işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onlara qarşı etdiyi qeyri-qanuni hərəkətlərin qarşısının alınması və cavabdeh tərəfindən qanunsuz inşa olunmuş tikilinin sökülməsi, 10,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlə qonşuluqda yaşayırlar. Cavabdeh onları evində rahat yaşamağa qoymur, onlara qarşı qanunsuz hərəkətlər edir. Belə k i, xərc çəkərək cavabdehin torpaq sahəsi ilə aralarında olan daş hasarı tikdirmişlər. Cavabdeh isə bir il əvvəl arxa divarı onların tikdirdiyi daş hasar olmaqla toyuq-cücənin saxlanılması üçün yer inşa etdirərək orada toyuq-cücə saxlayır. Həmin toyuq-cücənin, peyininin üfunətli qoxusundan onlar evlərində, həyətlərində yaşaya bilmirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıların həyətyanı torpaq sahəsi ilə onun torpaq sahəsi arasında tikilmiş daş hasara özünün də vəsait xərclədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/4018 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında cavabdehin mülkiyyətində olan torpaq sahəsində tiki lmiş toyuq damının Azərbaycan Respublikası Şəhərsalama və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)133/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Cavadova) iddia təmin edilmiş, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikilmiş toyuq damının sökülməsi, 10,40 manat məbləğində dövlət rüsumunun ondan alınaraq iddiaçıların xeyrinə tutulması, cаvаbdеhdən 100 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax şəhəri, şəhid H.Əliyev küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 51 nömrəli mənzil tam mülkiyyət hüqu qu üzrə X1, torpaq sahəsi isə X2, X3 və İddiaçı2 adlarına 10.07.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar və cavabdeh qonşuluqda yaşayırlar. İddiaçılar özlərinə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirdikdən sonra cavabdeh özünə məxsus torpaq sahəsində “Dövlət şəhərsalma Norma və Qaydalarının” tələblərinə uyğun olmayan ara məsafə ilə toyuq damı tikmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.4, 165, 180.4-cü maddələrinə istinadla hesab etmişdir ki, iddiaçı tərəf cavabdehə məxsus toyuq damının sökülməsini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhər salma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-qanuni və əsassızdır. Məhkəmə işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin özünə məxsus həyətyanı torpaq sahəsində tikdirdiyi toyuq damının mövcudluğu iddiaçıların qanunla qorunan hüquq və mənafelərinə ziyan vurmur. Ona görə də, qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Ape llyasiya icraatı zamanı aidiyyəti üzrə Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu verilmiş və həmin Mərkəz tərəfindən 27.08.2021-ci il tarixdə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki: “İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində sanitar müayinə keçirilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, həyətin girəcəyində sahəsi təxminən 139 kv.m olan yaşayış evi yerləşir. Yaşayış evi Cavabdeh məxsus toyuq damından 17-18 metr məsafədə yerləşir ki, bu da sanitar-gigiyenik qaydalara uyğundur. Həyətin şimal hissəsində Cavabdeh məxsus toyuq damına yaxın ümumi sahəsi 36 kv.m olan 1 otaq yerləşir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 burada yaşayış olduğunu bildirirlər. Həmin 36 kv.m olan otaqdan Cavabdeh məxsus toyuq damına olan məsafə 6 -7 metr təşkil edir ki, bu da sanitar normalara cavab vermir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Komitəsinin 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli kollegiyasında təsdiq edilmiş və 01 yanvar 2002-ci ildən qüvvəyə minmiş Dövlət Tikinti normalarının 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən quşlar saxlanılan tikililərədək olan məsafə 15 metrdən az olmamamlıdır. Həyətdə iddiaçıların sağlam ətraf mühitdə yaşama hüququna təsir göstərən iy-üfunət hiss olunmadı”. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1553/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) аpellyasiya şikayəti təmin edilmiş, birinci instansiy a məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələblərinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçılardan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 152.1, 152.5, 157.8, 164.1, 169.1, 169.2, 170.1, 170.2, 172.1, 172.2-ci maddələrinə, “Dövlət şəhərsalma norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Qaydalarına istinadla qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş toyuq damı (hin) ilə iddiaçılara məxsus fərdi yaşayış evi arasındakı məsafə 17-18 metr təşkil edir. Mövcud qanunvericiliyə əsasən isə bu məsafə 15 metrdən az olm amalıdır. İddiaçı tərəfə məxsus olan 36 kv.m-dən ibarət bir “yaşayış otağı” kimi istifadə olunan tikili isə heç bir yerdə yaşayış sahəsi kimi rəsmiləşdirilmədiyindən, iddiaçı tərəfindən təqdim olunmuş çıxarışda öz əksini tapmadığından və yalnız iddiaçının öz mülahizəsi əsasında yaşayış sahəsi kimi adlandırıldığından bu tikili normativlərə cavab verən yaşayış otağı kimi qiymətləndirilə bilməz. Çünki məhkəmə tərəfindən də təklif olunmasına baxmayaraq, iddiaçı tərəf həmin otağın yaşayış sahəsi kimi qeydə alınması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddia tələbi müvafiq sübutlarla təsdiq edilmədiyindən təmin oluna bilməz. Qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən baxış keçirilən vaxt toyuqlar müvəqqəti olaraq başqa yerə köçürülmüş və hin təmizlənmişdir. Ona görə də iy-üfunət hiss olunmamışdır. Yaşayış evi toyuq hinindən 17-18 məsafədə deyil, daha az məsafədə yerləşir. Sonradan tikilmiş ev isə 6-7 metr deyil, 1,56 metr aralıda yerləşir. Apellyasiya məhkəməsinin “yaşayış otağı” adlandırdığı ev əslində iddiaçıların yeganə yaşayış evidir. Həyətdəki digər ev onların qardaşı oğluna məxsusdur. Hərbi xidmətdə olduğu üçün müvəqqəti olaraq ona məxsus evdə yaşayırlar. Maddi imkanları olmadığına görə 1 otaqlı evi sənədləşdirə bilməmişlər. Buna baxmayaraq, cavabdehin hərəkətlərinə dözmək məcburiyyətində deyillər. Ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, toyuq damı qaydalara uyğun inşa olunmamışdır. Şikayətin əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.8, 164.1, 169.1, 169.2, 170, 172-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şə xslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istili yin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları” (Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6 -1) 4.20. Yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m -dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM) Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əs aslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1553/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi
Məhkəmə qərarları › İş №2(102)-984/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-984/2022
21.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver