Məhkəmə qərarları › İş №2(102)-985/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-985/2020

21.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-985/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Rəhimov, hakimlər G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən G.Quliyev, hakimlər Ə.Mirzəliyev və T.Qoldman) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Məmmədov, hakimlər Ş.Abasov və A.Abbasov) iddiaçı “Qaz İxrac” İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı “Qaz İxrac” İdarəsi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunve riciliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: “Qaz-İxrac” İdarəsi iddia ilə məhkəməyə müraciət edərək X6 Kəmərləri Sahəsinin istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndi ərazisində Cavabdeh məxsus yaşayış evinin və hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materialları nı və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki Qusar rayonu Bədirqala bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli qərarı ilə Cavabdeh Qusar rayonu Bədirqala kəndi ərazisində fərdi yaşayış evi tikilməsi məqsədi ilə 0,06 hektar həyətyanı torpaq sahəsi satılmışdır. xx xxx 2016-cı il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Qusar rayonu Bədirqala kəndi ərazisindən keçən diametri 325 mm olan 12-15 atm təzyiqli, “Qusar QPS qolu” qaz kəməri qolunun qaz kəmərinin təhlükəsizlik zonasında kəmərdən 14/25 metr məsafədə hasar və fərdi yaşayış evi inşa olunmuşdur. Həmçinin “Qaz İxrac” İdarəsi X6 Kəmərləri Sahəsi tərəfindən Qusar rayon İcra Hakimiyyətinə, Qusar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə ünvanlanmış məktublardan görünür ki, Siyəzən MQKS-nin istismarında olan “Mozdok-Qazıməmməd” MQK-nin və onun qollarının rayonun ərazisindən keçən hissəsinin rayon xəritələrinə salınmasına və gələcəkdə baş verə biləcək hər hansı bir qəzanın vaxtında qarşısının alınması məqsədi ilə rayon ərazisindəki müvafiq icra orqanları tərəfindən qaz kəmərinin keçdiyi yerlərdə aparılan özbaşına tikintilərin qarşısının alınmasına dair müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. Eyni zamanda X6 Kəmərləri Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, onun tərəfindən inşa edilmiş hasar və fərdi yaşayış evi ilə yüksək tə zyiqli və 325 mm diametrli qaz kəməri qolu arasındakı məsafənin 14/25 metr olduğu, inşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə Siyəzən MQKS-nin məsuliyyət daşımadığı və inşa edilmiş tikili ilə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsinə dair aidiyyəti qurumlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bundan başqa xx xxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında layihə sənədləri olmadığından mübahisələndirilən qaz kəmərinin təsdiq olunmuş layihəyə uyğun çəkilib-çəkilməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən inşa olunm uş yaşayış evinin və hasarın həmin ərazidən keçən diametri 325 mm-lik “Qusar QPS qolu” yüksək təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci m addəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayı lır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi mübahisəli evin və hasarın yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan iddiaçı təşkilatın kassasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmaq olmaz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının sökülməsini tələb etdiyi Qusar rayonun Bədirqala kəndində yerləşən tikililər Cavabdeh Qusar rayonu Bədirqala bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli qərarı ilə satılmış və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşir, həmin torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqları vardır. Sökülməsi tələb edilən tikililər də cavabdeh tərəfindən mülkiyyətində olan həmin torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası MM-nin 240.1-ci maddəsinə görə də torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar rayonun Bədirqala kəndində yerləşən 0,06 ha torpaq sahəsinə cavabdehin mülkiyyə t hüququnu təsdiq edən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamənin verilməsi üçün əsas olan Qusar rayonu Bədirqala bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli qərarı qüvvədədir, həmin bələdiyyə qərarı və şəhadətnamə hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Görü ndüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, şəhadətnamənin həqiqiliyi prezumpsiyası qüvvədədir və nə qədər ki, cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən həmin şəhadətnamə ləğv edilməyib, cavabdehi həmin şəhadətnamədən irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır. “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 20 04-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konsitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının 4 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2010-cu il tarixli qərarında da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən iş üzrə hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlar ını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən qərarlarında əks olunan hüquqi mövqeyi baxımından da, cavabdehin mülkiyyətində olan torpaq üzərində inşa etdiyi tikililərin sökülməsi onun gözlənilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin istinad olunan hüquqi mövqeyinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Qusar rayonun Bədirqala kəndində yerləşən 0,06 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan, onun həmin torpağın üzərində olan tikililərə ən azından “titul” sahibliyi yaranmışdır ki, bu hüquq da özündə mülkiyyət hüququnun əmələ gəlməs ini ehtiva edir. Həmçinin “Memarlıq fəaliyyəti haqqında” qanununun 4, 7 və 12-ci maddələrinə, “Şəhərsalmanın əsasları haqqında” qanununun 4, 6, 10, 17, 19, 24 və 26-cı maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 27-ci bəndinə əsasən rayonlarda, o cümlədən kənd yaşayış məntəqələrində memarlıq layihələrinin hazırlanması, layihələrin təsdiq edilməsi, tikintiyə müvafiq icazələrin verilməsi, tikintinin şəhərsalma, tikinti normaları və qaydaları əsasında aparılmasına nəzarət yerli icra hakimiyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunlarda və Fərmanda fərdi yaşayış evinin tikintisi zamanı şəhərsalma qaydalarının gözlənilməsi və tikinti normaları və qaydaları əsasında həyata keçirilməsinə nəzarət edən orqanlar sırasında iddiaçı təşkilat göstərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin Qusar rayonun Bədirqala kəndində yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, sökülməsi tələb edilən fərdi yaşayış evindən ibarət tikinti və hasar onun öz vəsaiti hesabına tikildiyindən, tikinti ilə bağlı hər hansı dövlət orqanı tərəfindən ona irad və narazılıqlar bildirilmədiyindən, cavabdeh torpaq sahəsinə və orada yerləşən tikintiyə sahiblik, istifadə və sərəncam verməkdə ifadə olunan mülkiyyət hüquqlarını həyata keçirdiyindən, hazırki işdə bu mülkiyyət hüququna müdaxilə üçün qanunda nəzərdə tutulan şərtlər mövcud deyildir. Həmin fərdi yaşayış evinin tikintisi hər hansı ictimai maraqlara zidd deyild ir, əksinə, fərdin layiqli yaşamaq üçün yaşayış sahəsinə malik olması barədə onun hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq yaradır. Cavabdehin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsi göstərilən torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, tikinti həmin torpaq sahəsində tikildiyindən, onun tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları tərəfindən cavabdehə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, buna görə də qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikint inin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikintinin boşaldılaraq sökülməsi, cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci hissəsinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh Qusar rayonu Bədirqala bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli qərarı ilə Qusar rayonu Bədirqala kəndi ərazisində 0,06 hektar torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarından fərdi yaşayış evi tikilməsi məqsədi ilə satılmışdır. Azərbaycan Respublikası MM-nin 149-cu maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyya tla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqlarının qeydiyyatı əsassız hesab edilərsə və həmin qeydiyyatın saxlanlması nəticəsində həqiqətən iddiaçı təşkilatın hər hansı hüququ pozulmuş olarsa, hüququna toxunulmuş şəxs kimi iddiaçı təşkilat ilk növbədə torpaq sahəsinə dair cavabdehin adına verilmiş hüquq müəyyənedici sənədləri ayrıca məhkəmə qaydasında mübahisələndirə bilər. İddiaçı təşkilatın məhkəmədə belə bir iddia qaldırması iş materiallarından görünmür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mül kiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs 5 cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” işi üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddianın rədd edilməsi barədə qətnamənin dəyişdirilmədən saxlanılması iddiaçının müvafiq kompensasiya verməklə mübahisə predmeti olan tikilinin sökülməsini tələb etmək hüququnu istisna etmir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Qaz İxrac” İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar