Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-986/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayon Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, onun vəkili M oğlunun, Cavabdeh1 və vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə XXX 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı ilə Cavabdeh1 12 sentyabr 2014-cü il tarixində ailə həyatı qurmuş, XXX 2016-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 46 saylı akt ilə qeydə aldırmışdırlar. Birgə nikahlarından 03 fevral 2016-ci ildə N adlı övladları anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətinə əsasən X1, Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində ******** ** qeydiyyat nömrəsi ilə 06.05.2016-cı il tarixdə qeydiyyata alınmışdır. 05.08.2019-cu il tarixli 4Ə-614 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.3 kv.m fərdi yaşayış evinin və ümumi sahəsi 500 kv.m olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə Cavabdeh2 bağışlamışdır. Ağdaş rayon notariat ofisində 09.08.2018-ci il tarixdə, 4Ə-614 reyestr nömrəsi ilə təsdiq olunmuş bağışlanma müqaviləsinə dair notariat işində olan 03.08.2018-ci il tarixdə reyestrdə 8İ-299 nömrə ilə təsdiqlənmiş razılıq ərizəyə əsasən mübahisə predmeti olan əmlakın bağışlanmasına İddiaçı yazılı razılığını vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və 3-cü şəxs Ağdaş rayon Notariat Kontoruna qarşı "daşınmaz əmlakın bağışlanması müqav iləsinin etibarsız hesab edilməsi” tələbi ilə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 12 sentyabr 2014-cü il tarixində ailə həyatı qurmuşlar. 09 fevral 2016-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 46 saylı akt ilə qeydə aldırmışlar. Birgə nikahlarından 03 fevral 2016-ci ildə N adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar, həmin dövrdə münasibətləri normal olub, aralarında heç bir problem olmamışdır. 2018-ci ilin iyul ayında cavabdeh ilə münasibətləri pozulmuş, ayrılacağını bildirərək onu valideynlərinin yanına aparıb qoymuşdur. Bir neçə gündən sonra gəlib valideynləri və onunla barışıq etmiş, hər şeydən ötrü ailə dağıtmazlar, övladları olduğunu, bir daha ayrılıq olmayacaq deyib onu və oğlunu götürüb evə qaytarmışdır. Təqribən bir ay sonra cavabdeh banka borcu olduğu söhbətini evdə problem olaraq dilə gətirməyə başlamışdır. Təqribən avqust ayının 3-ü evlərinə cavabdehin dostu olduğu deyilən hüquqşünas gəlmişdir. O, bildirmişdir ki, bank cavabdehi məhkəməyə verib, adına olan nə əmlak varsa, üzərinə həbs qoyulacaq. Həmin axşamı sabah evi xilas etmək üçün təcili bir şey etmək lazım olduğu qərarına gəlinmişdir. Çünki bağışlanmayacağı təqdirdə evlərinin əllərindən çıxacağını, övladı ilə evsiz qalacağını bildirmişdilər. Ağdaş rayon Notariat Kontorunda cavabdehin adına olan birgə nikah dövründə əldə etdiyi əmlakını xilas etmək üçün ərizəyə im za atmışdır. Çünki cavabdeh evini və ailəsini xilas etmək üçün səy göstərdiyinə onu inandırmışdı. Buna görə də, nəyi, nə üçün imzaladığından xəbərsiz olmuşdur. Həmin gün cavabdehin və ailəsinin sevinci yerə göyə sığmırdı. Bundan 2 gün sonra da cavabdeh təcili pula ehtiyacı olduğu üçün qızıllarını satmalı olduğunu bildirmiş, qızıllarını da imza atdırıb satmışdır. 08 avqust 2018-ci il tarixində də ondan ayrıldığını bildirmiş və onu övladı ilə birgə valideynlərinin yanına tərk edib getmişdir. Cavabdehin bu qədər cəhdinin onu aldadaraq birgə nikah dövründə əldə etdikləri əmlakını və qızıllarını əlindən almaq üçün olduğunu, cavabdehin ona olan etibarından sui-istifadə etdiyini, bunun əsasında da onu aldatdığını anlamışdır. Hazırda cavabdehin onun etibarından sui-istifadə etməsi nəticəsində birg ə nikah dövründə əldə olunmuş əmlakından məhrum olmuş və cavabdeh tərəfindən aldadıldığını anlaşmışdır. Cavabdehə dəfələrlə haqqı olan əmlakını könüllü şəkildə qaytarmasını bildirsək də qaytarmamışdır. Buna görə də, birgə nikah dövründə əldə olunmuş mülkiyyətinin müdafiəsinin məhkəmə tərəfindən təmin edilməsi məcburiyyətində qalmışdir. İddiaçının vəsatəti əsasında məhkəmənin qərardadı ilə Cavabdeh2 da mülki iş üzrə ikinci cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsinin predmeti olan yaşayış evi onun atası tərəfindən qardaşı Cavabdeh2 adına şəxsən atası N M öz vəsaiti hesabına tikilmişdir. Faktiki olaraq həmin evin tikilməsində iştirak etməmişdir və hər hansı formada maddi köməyi olmamışdır. Sadəcə olaraq həmin vaxt qardaşı M həqiqi hər bi xidmətdə olduğu üçün evin yerləşdiyi torpaq sahəsi onun adına alınmışdır və həmin ev tikildikdən sonra rəsmi qaydada qardaşına bağışlanması üçün ilk növbədə DƏDRX-də onun adına qeydə alınmalı olduğuna görə çıxarış onun adına verilmiş, sonradan qanuni yolla və şəxsən iddiaçının notariat kontorunda rəsmiləşdirilmiş razılıq ərizəsi əsasında həmin yaşayış evi tərəfindən qardaşına bağışlanması müqaviləsi bağlanmışdır. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, həmin evi atası onun adına tikibdir. Həmin vaxtı özü əsgərlikdə olduğuna görə evin torpaq sahəsini qardaşının adına almışlar. Evin tikilməsində pulu atası xərcləmişdir. Nə x, nə də onun arvadı həmin evə pul xərcləməmişdir. 2012ci ildə hərbi xidmətə çağırılmış, 2014-cü ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. Mübahisə predmeti olan ev onun üçün tikilmişdir. Ağdaş Rayon Məhkəməsinin (hаkim Nizam Əliyev) 07 noyabr 2019-cu il tarixli 2(014)916/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayon Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllə müqavilənin şərtlərini təfsir edərkən müqavilə tərəflərinin həqiqi iradəsini müəyyən etməyi başlıca şərt kimi irəli sürür. Bu zaman bir çox meyarlarla yanaşı, müqaviləyə qədər ki, hadisələr zəncirini nəzərə almağı tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının izahatı hadisələrin həqiqi təfərrüatını olduğu kimi çatdırır, daha inandırıcı və ardıcıldır. Belə ki, müqavilə bağlanmamışdan əvvəl iddiaçı və cavabdeh arasında ailə münaqişəs inin olması, sonradan onların barışması, müqavilənin imzalanması və bundan sonra iddiaçının evdən çıxarılması iddiaçının söylədiklərini daha ağlabatan edir. İddiaçı onun əmlakın əlindən çıxması qorxusu altında daşınmaz əmlak üzərində sərəncam verilməsinə razı olmuşdur. Onun həqiqi iradə ifadəsi daşınmaz əmlakın özgəninkiləşdirilməsinə yönəlməmişdir. Müqavilə görünüş üçün bağlanılmış, hüquqi nəticələri yaratmaq niyyəti güdməmiş, özünün də qeyd etdiyi kimi və məhkəmə iclasında müəyyən edildiyi kimi, niyyət öz əmlaklarını xilas etmək olmuşdur. Cavabdeh banka borca görə zamin durduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Lakin həmin müqavilə üzrə cavabdehin məhkəmədə tərəf olması və məhkəmə qətnaməsinin çıxaraq icraya yönəldilməsi ilə bağlı sübut təqdim edilməmişdir. İddiaçı tərəf indən məhkəməyə çağırılan şahid də, məhkəmə iclasında bankın pulun tutulması üçün borcun onun əmlakına yönəldilə bilməsi ehtimalı ilə bağlı cavabdehin sualına müsbət cavab verdiyini bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, daşınmaz əmlakın bağışlama müqaviləsi aldatma yolu ilə bağlanmışdır, əgər iddiaçı cavabdeh tərəfindən aldadılmasa idi, adi şəraitdə həmin müqaviləni bağlamazdı. Bundan əlavə iddiaçı aldadılsa da, aldatma nəticəsində formalaşan iradə ifadəsi də qüsurlu olmuşdur, həqiqi niyyət daşınmaz əmlakın özgəninkiləşdirilməsi deyil, görünüş üçün bağlanılan müqavilə ilə iddiaçı və cavabdehə məxsus olan daşınmaz əmlakı ehtimal edilən borcun tutulma predmeti olmaqdan çıxarmaq olmuşdur. Məhkəmə bağışlama müqaviləsinin predmeti olan daşınmaz əmlakın birgə mülkiyyət də olmaması ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, bu hal cavabdehlər tərəfindən məhkəmədə baxılan hazırkı mülki işə qədər mübahisələndirilməmiş, əksinə həmin əmlak üzərində sərancam verilməsi üçün iddiaçın razılığı alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh (hədiyyə verən) Cavabdeh1 iddiaçını aldadaraq birgə mülkiyyətlərində olan daşınmaz əmlakın digər cavabdeh qardaşı Cavabdeh2 bağışlanmasına razı saldığından, aldatma olmasa idi, bu razılıq mümkün olmadığından iddiaçının tələbi Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən təmin olunmalı, Ağdaş rayon Notariat Ofisində bağlanılmış 09 avqust 2018-cı il tarixli 4Ə-614 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, 71, Azərbaycan R espublikası Mülki Məcəlləsinin 6, 14, 152.1, 153.3, 157.2, 157.4, 324.1, 324.5, 390.1, 390.3, 404.1, 404.2, 337.1, 337.2, 338, 339, 340.1, 666, 213, 222.1, 222.2, 225.1, 225.6, 178.1, 178.2-cİ maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Akif Eyvazov - sədrlik edən və məruzəçi, Rafail Əliyev və İmanverdi Şükürov) 05 avqust 2020-ci il tarixli 2(107)1283/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tər əfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(014)-916/2019 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak nikah dövründə əldə edildiyindən, iddiaçı və Cavabdeh1 V oğlunun birgə mülkiyyətindədir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan, sahiblik və istifadə hüquqları isə əqdin notarial qaydada təsdiq edildiyi vaxtdan yaranır. İş materiallarında olan çıxarışdan da görünür ki, daşınmaz əmlaka çıxarış İddiaçı və Cavabdeh1 V oğlunun nikah dönəmində alınmışdır. Cavabdehlərin etirazının birinci dəlili ondan ibarət idi ki, daşınmaz əmlak birgə mülkiyy ətdə deyil. Lakin məhkəmə qeyd edir ki, daşınmaz əmlakın birgə mülkiyyətdə əldə edilməsi işin mübahisəsiz halıdır. Daşınmaz əmlakın mülkiyyət formasının birgəliyini cavabdehlər də qəbul etmiş, lakin həmin halı ikinci dəlillə təkzib etməyə çalışmışlar. İkinci dəlil isə torpaq sahəsi və daşınmaz əmlakın əslində digər Cavabdeh2 məxsus olması, lakin cavabdehin müddətli həqiqi hərbi xidmətdə olması ilə əlaqədar olaraq xın adına rəsmiləşdirildiyi olsa da, cavabdehlər nəyə görə hərbi xidmətdən tərxis olunduqdan sonra daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanılan ana qədər həmin əmlakın Ma verilməsinin həyata keçirilmədiyini əsaslandıra bilməmişlər. Maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkə məsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamənin cavabdehlərə münasibətdə ləğv edilməsi üçün əsas müəyyən edilmir. Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1283/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 banka borcu olduğu üçün bankın onu məhkəməyə verərək adına olan əmlakın üzərinə həbs qoyulmasından ehtiyat edib iddiaçı ilə qarşılıqlı razılığa gələrək birlikdə Ağdaş rayon Notariat Kontoruna gedib mübahisəli əmlakı qardaşı Cavabdeh2 b ağışlamışdır. Cavabdeh2 2012-ci il tarixdə hərbi xidmətə çağırıldığı üçün torpaq sahəsi atası tərəfindən onun adına alınmışdır. M 2014-cü il tarixidə hərbi xidmətdən qayıtdıqdan sonra özünün şəxsi gəliri hesabına ev tikdirməyə başlamışdır. Bunun üçün də onun banka olan borcuna görə qardaşının min bir əziyyətlə tikdirdiyi evin üzərinə bank tərəfindən həbs qoyulacağına razı ola bilməzdi. Bu səbəbdən də iddiaçı ilə birgə razılığa gəlib hal-hazırda mübahisəli olan evin bağışlanması üçün Ağdaş rayon Notariat Kontoruna müraciət etmişlər. İddiaçı ilə 2016-cı ildə rəsmi nikaha daxil olmuş, lakin mübahisəli torpaq sahəsi isə 2013-cü il tarixində alınmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçıları nın izahatları Cavabdeh1 və vəkili Vəkil2 Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi Nümayəndə və vəkili M oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1283/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkə mə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilə r. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir v ə əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətlə ndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətində işin faktiki halları ilə bağlı göstərilənlər iddiaçının izahatındə bildirdikləri ilə oxşardır. Sadəcə cavabdeh iddiaçının aldadılmadığını, onun bu razılığı bilərək və istəyərək verdiyini göstərir. Məhkəmələr tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak nikah dövründə inşa edildiyindən iddiaçı və Cavabdeh1 V oğlunun birgə mülkiyyətindədir. Həmin əmlaka dair ərin sərəncam verməsi üçün arvadın razılığının alınması mütləqdir. Bu razılığın alınması məqs ədilə iddiaçı Cavabdeh1 tərəfindən aldadılmış, iddiaçı ərinin zamin durduğu borcun həmin evə yönəldiləcəyinə və evdən məhrum olacaqlarına inandırılaraq evin formal olaraq qaynının adına keçməsinə razılıq vermişdir. Yəni iddiaçı həm aldadılmış, həm də onun aldatma nəticəsində formalaşan iradə ifadəsi daşınmaz əmlakın özgəninkiləşdirilməsinə deyil, iddiaçı və cavabdehə məxsus olan daşınmaz əmlakı ehtimal edilən borcun tutulma predmeti olmaqdan çıxarılmasına yönəlmişdir. Kassasiya şikayətinin evin yerləşdiyi torpaq sahəsinin nikahdan əvvəl alınması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsi nikahdan əvvəl alınsa da, onun üzərində ev birgə nikah dövründə inşa edilmiş və həmin daşınmaz əmlak torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlə t reyestrində qeydə alınmışdır. Bu məsələ yalnız birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü həll edilərkən, tərəflərin hər birinin payı müəyyən edilərkən araşdırılıb qiymət verilməli olan məsələdir. Hazırki iddianın predmeti isə bu məsələ deyil. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət ed ilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.