Məhkəmə qərarları › İş №2(102)-986/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-986/2022

16.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-986/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X9 və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2127/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X11 və X8 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları 1. “Üzvi-Sintez” İB-nin 22.02.1993-cü il tarixli, 1 saylı protokolu ilə Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otaq İddiaçı verilmişdir. Həmin otaqda X14 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmış, 2018-ci ilin may ayının 25-də isə vəfat etmişdir. Həmin ünvanda bu şəxsdən başqa heç kim yaşamamışdır.

2. Sözügedən otaq 11.07.2018-ci il tarixli kirayə müqaviləsi ilə X3 adına rəsmiləşdirilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(060)-7178/2018 saylı qətnaməsi ilə İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5rşı İddiaçı Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağında yaşamaq hüququnun bərpa olunması barədə iddia t ələbi rədd edilmiş, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir.

4. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(105)3971/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(060)-7178/2018 saylı qətnaməsi ilə qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X9 və X4 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, X8 ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X11 arasında Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzilinin kirayəsinə dair 11.07.2018-ci il tarixdə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, X10 müdriyyətinin, Həmkarlar Komitəsinin və MMK-nın 22.03.1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağının orderinin onun adına verilməsi qərara alınmışdır. Ona məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağı Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün X13 tərəfindən zəbt edilmiş və həmin şəxs 25.05.2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzili 11 iyul 2018-ci il tarixli dövlət və ictimai fondu evlərində yaşayış sahəsinin kirayəsi müqaviləsi əsasında Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən X1 verilmişdir. O, öz iradəsindən asılı olmayan səbəbdən mübahisəli otağa köçüb orada yaşaya bilməmişdir. Bu səbəbdən də o, Sumqayıt şəhər İcra hakimiyyəti nəzdində olan 7 saylı MİS-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 8/12 saylı yataqxananın 1-ci otağında yaşamaq hüququnun bərpa olunması barədə məhkəməyə müraciət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli q ətnaməsi ilə iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilmiş, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 134-də yerləşən yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2209/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarı ilə Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İB-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. X2 Vahid Şəmi oğluna və “Azərkimya” İB-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Üzvi-Sintez İB-nin müdriyyəti, Həmkarlar Komitəsinin və MMK- nın 22.03.1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 5-ci mkr-da yerləşən, 8/12 saylı yataqxananın 1-ci otağına dair İddiaçı adına verilmiş orderin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. S.Ağayev tələbini belə əsaslandırılmışdır ki, İddiaçı 1993-cü ildə order verilərkən yaranmış münasibətlər 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzim olunur. Həmin Məcəllənin 48-ci maddəsi müəyyən edir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. İş materiallarından görünür ki, order verilərkən mənzil faktiki cəhətdən boş olmamışdır. Bu baxımdan göstərilən maddi norma tətbiq olunmalı və order etibarsız hesab olunmalıdır. Orderin etibarsızlığı 2009-cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzim olunur. Həmin Məcəllənin 49-cu maddəsi müəyyən edir ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxsləri hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi veril məsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. İddiaçı order verilərkən, orderi verən vəzifəli şəxslər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələblərini pozmuşlar. Onlar yataqxana otağının artıq məcburi köçkün tərəfindən zəbt olunduğunu bildikləri halda, həmin otağa order yazmışlar.

9. S.Ağayevin nümayəndəsi birinci instansiya məhkəməsində ki icraatda əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmə mübahisələrindən X3 məlumatı olmamış və hal-hazırda iddia ərizəsi ilə tanış olduqdan sonra X4 məlum olmuşdur ki, ilkin iddia üzrə İddiaçı 1993-cü ildən order verilmişdir. İddia müddətini n axımı 2020-ci ilin oktyabr ayından hesablanmalıdır.

10. Sumqayıt Şəhər Rayon Məhkəməsinin (hakim A.İsmayılov) 04 mart 2021-ci il tarixli, 2(060)713/2021 nömrəli qətnaməsi ilə İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X9 və X4 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilib, X8 və cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal X11 arasında Sumqayıt şəhəri, 5 mikrorayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair 11 iyul 2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilmiş, X3 İddiaçı və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə MPM-nin 82.3-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya verilmiş order əvvəllər mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Ona görə də, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair İddiaçı adına verilmiş order etibarsız hesab edilə bilməz. İlkin iddia tələbi ilə bağlı isə məhkəmə hesab etmişdir ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı order əsasında İddiaçı məxsus olduğu halda, həmin otaq 11.07.2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinə əsasən X4 verildiyinə görə həmin kirayə müqaviləsi etibarsız hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 02 iyul 2021-ci il tarixli, 2(105)-2127/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(060)-713/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

14. Sayadulla Ağayev kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onunla MKTİB arasında bağlanmış müqaviləni etibarsız hesab edərkən AR MM-nin 337-ci maddəsinə istinad etmiş və belə hesab etmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, amma onların arasında bağlanmış müqavilə zamanı istinad etdiyi MM-nin hansı şərtlərinin pozulması göstərilməmişdir. Hansı ki, bir iddia təmin edilərkən məhkəmə qətnaməsində bunun maddi əsasları öz əksini tapmalı, hər hansı pozuntunu qeyd edən məhkəmə bu pozuntunun məzmununu və bunun maddi əsaslarını göstərməlidir. Hazırkı qətnamədə isə müqavilə bağlanarkən AR MM-nin hansı maddi normasının tələbinin pozulması göstərilməmişdir. Bu halda isə qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə bu maddi normanı ona görə göstərə bilməmişdir ki, çünki belə bir pozuntu mövcud deyil və bu müqavilənin bağlanması zamanı MM-nin hər hansı bir şərti pozulmamışdır. Belə olan təqdirdə məhkəmənin AR MM-nin 7-ci maddəsinə istinad edərək guya onların müqavilə bağlanarkən AR MM-də müəyyənləşdirilmiş şərtlərin pozulmasını əsas gətirərək əqdi etibarsız hesab etməsi qanunsuz olmuşdur və məhkəmə bu zaman maddi normaların tələblərini pozmuşdur. İddiaçının iddia ərizəsində və məhkəmə qətnamələrində AR MM-nin «Əqdlərin etitbarsızlığı»na dair fəslində nəzərdə tutulmuş heç bir maddi hüquq normasına əsaslanmamış və qətnamələrdə müqavilənin etibarsız hesab edilməsi üçün AR MM-də nəzərdə tutulan əsaslardan hər hansı qeyd edilməmişdir. Əqdin etibarsızlığı üçün hər hansı bir maddi əsas olmadan onun etibarsız hesab edilməsi barədə olan qətnamə isə qanuni və əsaslı hesab edilə bilməz. Çünki MKTİB ilə onun arasında bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi üçün qətnamədə hər hansı bir maddi əsas göstərilməmiş, yalnız etibarsız və əhəmiyyətsiz əqdlər barədə maddi normanın məzmunu formal olaraq göstərilmişdir, amma konkret olaraq bu müqavilənin ləğvi üçün hansı əsas olması və bunun hansı maddi normada öz əksinin tapması göstərilməmişdir. Belə bir qətnamə isə qanuni hesab edilə bilməz. Məhkəmələr ilkin iddiaya qiymət verərkən həmin iddia üzrə iddia müddətinin keçməsi məsələsini müzakirə etməmiş və bu barədə olan maddi hüquq normalarının tələblərini pozmuşlar. Belə ki, iş materiallarından məlum olur ki, mübahisə edilən müqavilə 11.07.2018-ci il tarixdə bağlanmışdır. İddiaçı isə bu iddia ilə məhkəməyə 2021-ci ilin yanvarında müraciət etmişdir və bununla da iddia müddətini ötürmüşdür. Belə ki, AR MM-nin 354.2. maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılması na əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. AR MM-nin 354.2. maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edilir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən göstərilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququ itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən ərizə verilməyə də bilər, belə bir ərizənin verilibverilməməsindən asılı olmayaraq məhkəmə iddia müddət ini tətbiq etməli idi. Amma məhkəmə kollegiyası bu maddi normalarının məzmununa və tələblərinə əməl etməmiş, iddia qaldırmaq hüququnu itirmiş iddiaçının iddiası əsasında iddianı təmin etmiş və kəsici müddətlərin keçməsinə baxmayaraq, müqaviləni etibarsız hesab etmişdir ki, bu da maddi normanın tələblərinin kobud surətdə pozulması deməkdir. Hazırkı maddi normanın məzmunundan tam aydın olur ki, order İH-nin qərarı ilə verilir və bu order yalnız evə köçmək üçün əsasdır. Bu işdə isə mənzilin verilməsi barədə hər hansı bir qərar mövcud deyil və belə bir qərar nə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, nə də məhkəmə kollegiyası belə bir qərarın olub-olmamasını araşdırmamışdır. Order yalnız mənzilə köçmək üçün icazə xarakterli sənəddir və order vətəndaşa həmin mənzildən gələcəkdə istifadə et mək üçün hər hansı bir hüquq vermir. Lakin işə baxan məhkəmələr bu maddi normanın məzmun və tələblərindən irəli gələn məsələlərə maddi hüquq normaları baxımından hüquqi qiymət verməmişlər və yalnız orderin olmasını iddiaçının mübahisəli otağa hüququnun olması kimi qiymətləndirib, onun bu olmayan hüququnun pozulmasını əsas gətirərək qanuni müqaviləni etibarsız hesab etmişlər. Hansı ki, iddiaçının belə bir iddia vermək üçün subyektiv hüququ olmamışdır. Belə ki, həmin vaxt qüvvədə olmuş AR MM-nin tələblərinə görə yaşayış sahəsindən istifadə hüquqları yalnız İH ilə bağlanmış kirayə müqaviləsi əsasında yaranırdı və təsadüf deyil ki, həmin Məcəllədə də yaşayışçılar kirayəçi, adına kirayə müqaviləsi bağlanmış şəxs isə əsas kirayəçi adlanırdı və mənzil məcəlləsinin ümumi məzmunundan və maddi norma larından da tam aydın görünürdü ki, qanunverici yalnız kirayəçi və əsas kirayəçinin və həmin mənzildə yaşayan ailə üzvlərinin hüquqlarını təsbit etmişdir. Deməli, istənilən şəxsin mənzildən istifadə hüququnun yaranması üçün yalnız order deyil, bu barədə olan kirayə müqaviləsi də zəruridir. Hazırkı işdə isə nə yaşayış sahəsinin iddiaçıya verilməsi barədə qərar mövcuddur, nə də kirayə müqaviləsi. Deməli, məhkəmələr bu yaşayış sahəsinə hər hansı bir hüququ olmayan şəxsin iddiasını təmin etmişlər, hansı ki həmin şəxsin bu iddianı verməyə subyektiv hüququ olmamışdır. Bu fakt da qətnamənin qanunsuz və əsassız olmasını sübut edir. AR MPM-nin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən baş qa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qarşılıqlı iddianı müzakirə etməkdən imtina edərkən ona əsaslanmışdır ki, iddiaçıya verilmiş order əvvəllər mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Hazırkı prosessual normaya asaslanaraq məhkəmə kollegiyasının qarşılıqlı iddianı müzakirə etməkdən, dəlillərimə qiymət verməkdən imtina etməkdə haqlı olmamışdır və bu zaman istinad etdiyi prosessual normanın məzmununa düzgün qiymət verməmiş və onun tələblərini pozmuşdur.

16. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X11 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri S.Ağayevin verdiyi kassasiya şikayə ti ilə eyni məzmundadır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı il ə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə pro sesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 27. “Üzvi-Sintez” İB-n in 22.02.1993-cü il tarixli, 1 saylı protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı İddiaçı verilmişdir. 28. 7 saylı MKS tərəfindən tərtib edilmiş akdan görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağında X14 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmış, 2018-ci ilin may ayının 25-də isə vəfat etmişdir. Həmin ünvanda bu şəxsdən başqa heç kim yaşamamışdır. Ölən günə kimi bu ünvanda tək yaşamışdır.

29. Orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı İddiaçı adına qeydiyyatdan keçmişdir. 30. 11.07.2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı X1 verilmişdir.

31. Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(060)-7178/2018 saylı qətnaməsi ilə İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5rşı İddiaçı Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağında yaşamaq hüququnun bərpa olunması barədə iddia tələbi rədd edilmiş, Sumqayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir.

32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(105)3971/2019 saylı qətnaməsi ilə apelyasiya şikayə ti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(060)-7178/2018 saylı qətnaməsi ilə qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və qarşılıqlı iddia təmin edilməmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(102)2209/2020 saylı qərarı ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X7 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(105)-3971/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Birinci instansiya məhkəməsi orderin ilk öncə İddiaçı verilməsi və bu orderin mübahisəsi ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsinin olduğunu nəzərə alaraq h esab etmişdir ki, İddiaçı verilmiş order əvvəllər mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Ona görə də, Sumqayıt şəhəri, 5 mikrorayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair İddiaçı adına verilmiş order etibarsız hesab edilə bilməz.

35. Sumqayıt şəhəri, 5 mikrarayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı order əsasında İddiaçı məxsus olduğu halda, həmin otaq 11 iyul 2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinə əsasən X4 verildiyinə görə həmin kirayə müqaviləsi etibarsız hesab edilməlidir.

36. Birinci instansiya məhkəməsi X3 İddiaçı və “Azərkimya” İB-nə qarşı orderin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbini təmin etm əkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, X3 hüquqi əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz.

37. Apellyasiya kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi X8 və cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal X11 arasında Sumqayıt şəhəri, 5 mikrarayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair 11 iyul 2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilməsi, X3 İddiaçı və “Azərkimya” İB-nə qarşı orderin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

38. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X7 rəisi H.Həsənov və S.Q.Ağayev dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Onların dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2127/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar