Məhkəmə qərarları › İş №2(102)-988/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-988/2023

27.02.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab ed
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-988/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qiymətləndirmə Xidməti Mərkəzi» MMC, Quba rayon İcra və Probasiya Şöbəsi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpasından imtina, prosessual müddətin axımı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Quba rayon İcra və Probasiya Şöbəsi və DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab olunması” tələbi nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-973/2022 nömrəli 13 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2, Quba rayon İcra və Probasiya Şöbəsi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon İcra və probasiya şöbəsinin qiymətləndicinin dəvət edilməsi haqqında 29 avqust 2019-cu il tarixli qərarı ilə Quba rayonu, Susay kəndində yerləşən 3,5 hektar torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh2 tərəfindən verilmiş 19 sentyabr 201 9-cu il tarixli, QR-2468 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi və ona məxsus Quba rayonu, Susay kəndində yerləşən 3.5 hektar torpaq sahəsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(027)-1105/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Rahim Həsənov ) a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(105)-973/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telma n Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova)

5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 14 iyun 2022-ci il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron kabinetinə yerlləşdirilmiş, iddiaçının özünə isə poçt vasitəsilə göndərilmiş, iddiaçıya göndərilən poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır.

6. İddiaçı apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, yaşadığı ünvanda söküntü işləri aparıldığı üçün müvəqqəti başqa ünvanda yaşadığını göstərməklə, qətnamənin ona təqdim edilməsini xahiş etmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi qətnaməni İddiaçı ərizədə göstərdiyi ünvana göndərmiş, poçt zərfi “ünvan düz deyil” qeydi ilə geri qayıtmışdır.

8. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 05 oktyabr 2022-ci il t arixdə məhkəmə qəbzinə imza etməklə təqdim edilmişdir.

9. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(105)973/2022 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə kаssаsiyа şikаyəti vermişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(105)-973/2022 nömrəli qərardadı ilə İddiaçı kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytarmasını onunla əsaslandırıb ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2022-ci il tarixli, 2(105)-973/2022 nömrəli qətnaməsinin surəti 14 iyun 2022-ci il tarixdə Vəkil elektron kabinetinə elektron imza ilə imzalanmaqla yerləşdirilmişdir. Belə olan halda məhkəmə aktının iddiaçıya təqdim edilməsi 14 iyun 2022-ci il tarixdən hesablanmalıd ır. İddiaçı tərəfindən müddətin bərpası barədə ərizə verilməmişdir.

12. İddiaçı yenidən kаssаsiyа şikаyəti və prosessual müddətin bərpasına dair ərizə vermiş, müddətin bərpası ilə bağlı dəlilləri ondan ibarət olmuşdur ki, yaşadığı ünvanda söküntü işləri aparıldığından müvəqqəti başqa ünvanda yaşayır, 07 sentyabr 2022-ci il tarixdə qətnamənin alınması üçün məhkəməyə müraciət edib. MPM-in 134.4.5-ci maddəsinə görə məhkəmə aktları rəsmi qaydada verilməlidir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(105)-973/2022 nömrəli qərardadı ilə İddiaçı müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, kаssаsiyа şikаyəti geri qaytarılmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova)

14. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçını onun nümayəndəsi və vəkili olaraq məhkəmə iclaslarında Vəkil təmsil etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2022-ci il tarixli, 2(105)-973/2022 nömrəli qətnaməsinin surəti 14 iyun 2022-ci il tarixdə Vəkil elektron kabinetinə elektron imza ilə imzalanmaqla yerləşdirilmişdir. Belə olan halda, məhkəmə aktının iddiaçıya təqdim edilməsi 14 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İddiaçı prosessual müddətin bərpası üçün heç bir əsaslı səbəb göstərməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 362.1, Mülki Prosessual Məcəllənin 10-1.1, 10-1.3, 10-1.5, 10-1.7, 10-1.8, 68.3, 130.1, 133.1, 133.3, 134.1.5, 135.5, 135.6, 405.0.1-ci maddələri ilə əsaslandırm ışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunması və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılıb: - məhkəmə qətnaməsi İddiaçı ünvanına göndərilsə də, ünvanda yaşayış olmadığı üçün alınmadan geri qaytarılmışdır. Qətnamənin alınmaması səbəbindən S. Məmmədov məhkəmə qətnaməsini ərizə əsasında 05 oktyabr 2022-ci il tarixdə şəxsi imza etməklə, ilk dəfə almışdır; - apellyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2022-ci il tarixdə İddiaçı qəbzə i mza edilməklə qətnamənin təkrar təqdim edilməsi barədə mövqeyi düzgün deyil. Belə ki, 05 oktyabr 2022-ci il tarixdə İddiaçı qətnamə ilk dəfə təqdim edilmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin İddiaçı təqdim edilməsi 14 iyun 2022-ci il tarixdən deyil, İddiaçı münasibətdə 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır; - eyni zamanda, qətnamənin vəkilin kabinetinə 14 iyun 2022-ci il tarixdə yerləşdirdiyi üçün həmin tarixin, rəsmi qaydada almadığı halda, İddiaçı münasibətdə də 14 iyun 2022-ci il tarix sayılması MPM-nin 134-39-cu maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. MPMnin 134.1.5-ci maddəsinə əsasən, məhkəmə aktları rəsmi qaydada verilən sənədlər siyahısına daxildir. MPM-nin 135.4 və 135.5-ci maddələrinə əsasən MPM-nin 135.2. və 135.3-cü maddələrində nəzər də tutulmuş qaydada məhkəmə aktının ünvan sahibinə çatdırıldığı halda, rəsmi qaydada verilmiş hesab edilir; - MPM-nin 405-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti; qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilməsi müəyyən edilir. İş materiallarından da görünür ki, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsini qətnaməsi xx.xx.2022-ci il tarixdə rəsmi alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiy i vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1. 3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən tə yin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış m üddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

20. Kassasiya şikayətində iddiaçı apellya siya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyas iya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Sumqayıt Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi 14 iyun 2022-ci ildə iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilib, kassasiya şikayəti xx.xx.2022-ci ildə verilmişdir. Məhkəmə aktının iddiaçıya təqdim edilməsi 14 iyun 2022-ci il tarixdən hesablanmalıdır

24. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 14 iyun 2023-cü ildə alsa da, həmin qətnamədən qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürmüş və müddətin ötürülməsi ilə bağlı heç bir əsaslı səbəb göstərməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.

26. Belə ki, iddiaçı müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı göstərdiyi səbəblə əlaqəli məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

27. Kassasiya şikayətinin dəlili – prosessual müddətin axımının qətnamənin iddiaçıya təqdim edilməsi vaxtından hesablanması – ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. MPM-nin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

29. MPM-in Maddə 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

30. MPM-in 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

31. İşdən görünür ki, İddiaçı apellyasiya instansiyası məhkəməsində etibarnamə əsasında nümayəndəsi olan Vəkil təmsil etmiş, qətnamə nümayəndənin (vəkilin) elektron kabinetinə yerləşdirimiş və hazırki kassasiya şikayətini də qətnaməni elektron kabinet vasitəsilə alan həmin vəkil və nümayəndə vermişdir.

32. Nəzərə alınsa ki, MPM-in 68.3-cü maddəsinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir, belə olan halda da, məhkəmə kollegiyası məhkəmə aktının iddiaçıya təqdim edilməsinin 14 iyun 2022-ci il tarixdən, yəni nümayəndəsinin (vəkilin) elektron kabinetinə yerləşdirildiyi vaxtdan hesablanmalı olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

33. Məhkəmə aktlarının rəsmi qaydada verilən sənədlər siyahısına daxil olması, MPM-nin 135.5-ci maddəsinə əsasən MPM-nin 135.2. və 135.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məhkəmə aktının ünvan sahibinə çatdırıldığı halda rəsmi qaydada verilmiş hesab edilməsi barədə kassasiya şikayətini də lilləri əsasızdır.

34. Əvvəla, iddiaçı kassasiya şikayətində MPM-in 135.5-ci maddəsinə istinad etsə də, həmin normanın mətnini tam qeyd etməmişdir. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Yuxarıda qeyd edildiyi kimi, MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

35. Bundan əlavə, MPM-in 134-cü maddəsinin tələbləri baxımından məhkəmə aktının sifarişli poçt göndərişi (məktubla) ilə çatdırılması məcburiyyəti hazırki iş üzrə tət biq edilə bilməz. Çünki barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmədə “elektron məhkəmə” informasiya sistemi tətbiq edilir və buna görə də həmin məhkəmənin məhkəmə aktını elektron sistem vasitəsilə göndərməsi sifarişli poçt göndərişinə (məktubuna) bərabər tutulur. MPM-in 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

36. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilm ədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-973/2022 nömrəli 13 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar