Məhkəmə qərarları › İş №2(102)-990/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-990/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-990/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiaçının iş materiallarına müxtəlif ardıcıllıqla əlavə etdiyi sübutlarının birinin digəri ilə ziddiyyət təşkil etməsinin nəzərə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1076/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməs indən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq, 29.049 manat məbləğində əsas borc, 10.664 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “İddiaçı" ASC-yə ödənilməsi, müqavilənin ləğv edilməsi və 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ1221 markalı, 1 ədəd MTZ 89,2 markalı traktorun, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR14 markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

1. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2007-ci il tarixli 53-L №-li xx xxxx 2011-ci il tarixli 246-L/11 №-li və xx xxxxx 2011-ci il tarixli 403-L nömrəli müqavilələrə əsasən Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89.2 markalı traktoru, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotan lizinqə götürmüşdür. 2. xx xxxxx 2007-ci il tarixli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən Cavabdeh 2182 manat olan 1 ədəd OT-39 markalı ot dırmığını İddiaçı ASC-dən lizinqə götürmüşdür. 3. xx xxxx 2011-ci il tarixli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən Cavabdeh dəyəri 36500 manat olan 1 ədəd MTZ-1221 markalı traktoru və dəyəri 2650 manat olan 1 ədəd KR-14-5 markalı kotanı İddiaçı ASC-dən lizinqə götürmüşdür 4. xx xxxxx 2011-ci il tarixli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən Cavabdeh dəyəri 27300 manat olan 1 ədəd MTZ-89.2 markalı traktoru və dəyəri 2310 manat olan 1 ədəd KR-14 markalı kotanı İddiaçı ASC-dən lizinqə götürmüşdür.

5. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005ci il tarixli, 58 №-li qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2007ci il tarixli, xx xxxx 2011-ci il tarixli və xx xxxxx 2011-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktoru, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanı lizinqə götürmüşdür. Cavabdeh tərəfindən texnikaların dəyərindən 7.327 manat ilkin ödəniş aparılmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə xx xxxxx 2016-cı il tarixədək 40745 manat məbləğində ödənilməli olduğu halda, ondan 11696 manat ödəniş olmuş və 29049 manat borcu qalmışdır. Cavabdehə öhdəliyini icrası üçün xx xxxxxx 2014-cü il tarixli ASC/2-1969 nömrəli pretenziya göndərilmişdir. Müqavilələrin 4.2-ci maddəsinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir də fədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh Zilfı oğlu) gecikdirilən hər bir günə gecikdirikmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən, ödəniş qrafiki üzrə xx xxxxx 2016-cı il tarixədək olan borcun məbləği 29.049 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği 10.664 manat təşkil etmişdir. Ona görə də 29.049 manat məbləğində əsas borcu, 10.664 manat cərimə borcu və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “İddiaçı" ASC-yə ödənilməli, müqavilə ləğv edilərək 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ- 1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotan saz vəziyyətdə geri alınmalıdır.

6. Cavabdeh bildirir ki, 1 ədəd ot dırmığı və 2 ədəd kot anın dəyərini “İddiaçı" ASC-yə ödəmişdir, iddiaçı əsassız olaraq məndən 1 ədəd ot dırmığı və 2 ədəd kotan tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-ci il tarixli, 2(039)-2168/2016 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddiа təmin оlunmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 53-L №-li, xx xxxxx 2007-ci il tarixli, 246-L/l 1 №-li, xx xxxx 2011-ci il tarixli və 403-L №-li, xx xxxxx 2011- ci il tarixli müqavilələri ləğv olunmuş, lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması, Cavabdeh 5.083 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi və məhkəmə xərcləri hesabına ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ASC-yə qaytarılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh azad surətdə lizinq müqaviləsi bağlamış və həmin müqavilənin məzmununu müəyyənləşdirmişlər. Həmin müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlir.Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini iki dəfədən də artıq yerinə yetirməmişdir. Buna görə də iddiaçının ödənilmiş pul məbləğlərini tələb etmək və aralarında bağlanmış lizinq müqaviləsi ləğv edilməklə, lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 425.1, 427.3, 445.2.1, 465.2, 748-1, 12.4-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 119.1,217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1076/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Əliyev-sədrlik edən və məruzəçi, A.Eyvazov və İ.Şükürov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsininxx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 53-L №-li xx xxxxx 2007-ci il tarixli, 246-L/l 1 №-li xx xxxx 2011-ci il tarixli və 403-L №-li xx xxxxx 2011-ci il tarixli müqavilələrin ləğv olunması və lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, 1 ədəd MTZ 89.2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdehlə iddiaçı arasında bağlanmış 53-L №-li, xx xxxxx 2007-ci il tarixli müqavilə üzrə 1 ədəd OT-39 markalı ot dırmığı, 246-L/l 1 №-li, xx xxxx 2011-ci il tarixli müqavilə üzrə 1 ədəd KR-14-5 markalı beş gövdəli kotan və 403-L №-li, xx xxxxx 2011-ci il tarixli müqavilə üzrə isə 1 ədəd KR-14 markalı dörd gövdəli kotana aid hissədə təmin edilməmiş, qətnamə apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apelya siya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi Məftun Süleymanovun məhkəməyə təqdim etdiyi Cavabdeh ASC-dən lizinqə götürdüyü texnikalar üzrə ödənişləri və borcu barədə cədvəldən görünür ki, cavabdeh 53-L №-li xx xxxxx 2007-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd OT-39 markalı ot dırmığı, 246-L/11 №-li xx xxxx 2011-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd KR-14-5 markalı beş gövdəli asma kotan və 403L/11 nömrəli xx xxxxx 2011-ci il tarixli 1 ədəd KR-14 markalı dörd gövdəli asma kotanın dəyərini ödəyib qurtarmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin texnikalara dair iddia tələbi təmin oluna bilməz. Çünki, tərəflər arasında bağlanmış lizinq müqavilələrində nəzərdə tutulmuşdur ki, texnika ya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Cavabdeh həmin texnikalara dair öhdəliklərini tam yerinə yetirmiş və həmin texnikaları mülkiyyətinə keçirmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilən hissələrində qanuni və əsaslı deyildir. Ona görə də iddianı qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətlər inə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının vəkili M.Quliyev məhkəmə iclasında izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun təl əbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi

22. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hə rəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

23. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)

24. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblə rə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1).

25. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır (maddə 747-2). Mülki Prosessual Məcəllə

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

28. İşdə iştir ak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

29. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. ( maddə 97.1)

30. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

31. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

32. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq e dilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

33. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

35. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır

37. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

38. İş materiallarında görünür ki, iddiaçı verdiyi iddia ərizəsində xx xxxxx 2007-ci il tarixli, xx xxxx 2011-ci il tarixli və xx xxxxx 2011-ci il tarixli lizinq müqavilələri üzrə cavabdehin xx xxxxx 2016-cı il tarixədək olan borcunun məbləğinin 29.049 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləğinin 10.664 m anat təşkil etdiyini göstərərək lizinq obyektlərinin geri qaytarılması ilə birlikdə cavabdehdən 29.049 manat məbləğində əsas borcu, 10.664 manat cərimə borcunun ödənilməsini tələb etmişdir.

39. Bundan sonra işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı ərizə verərək cavabdehin ona cəmi 5083 manat borcu qaldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi həmin ərızəni əsas tutatarq 5083 manat pul tutmuş, lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul etmişdir.

40. Apellyasiya icraatı zamanı iddiaçı yazılı cədvəl təqdim edərək cavabdehin 53-L №-li xx xxxxx 2007-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd OT-39 markalı ot dırmığının, 246-L/11 №-li xx xxxx 2011-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd KR-14-5 markalı beş gövdəli asma kotanın və 403- L/11 nömrəli xx xxxxx 2011-ci il tarixli müqavilə üzrə 1 ədəd KR-14 markalı dörd gövdəli asma kotanın dəyərini ödəyib qurtardırdığını göstərmişdir.

41. Beləliklə işin hallarından görünür ki, iddiaçı iddia ərizəsində cavabdehin ona bütün müqavilələr üzrə borclu qaldığını və borcun məbləğinin 29049 manat təşkil etdiyini, işə birinci instansiyası məhkəməsində baxılarkən verdiyi ərizədə bütün əmlaklara münasibətdə cavabdehin ona 5083 manat məbləğində borclu qaldığını, apelyasiya icraatında isə cavabdehin 53-L №-li xx xxxxx 2007-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd OT-39 markalı ot dırmığı, 246-L/11 №-li xx xxxx 2011-ci il tarix li müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd KR-14-5 markalı beş gövdəli asma kotan və 403L/11 nömrəli xx xxxxx 2011-ci il tarixli müqavilə üzrə 1 ədəd KR-14 markalı dörd gövdəli asma kotan üzrə ödəməni tam həyata keçirdiyini, qalan əmlaklara münasibətdə isə borclu qalmasına dair yazılı sübut təqdim etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi bir-biri ilə ziddiyyət təşkil edən bü sübutları işin digər halları ilə birlikdə qiymətləndirməmiş, işin hallarının tam və obyektiv müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsinin zəruriliyini araşdırmamışdır. (MPM-nin 88-ci, 97.1-ci maddələri)

42. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və düz gün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

43. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

44. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1076/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar