Məhkəmə qərarları › İş №2(102)-991/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-991/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-991/2024 01.02.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5110/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMM və “Cavabdeh2” Şirkətinə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, cavabdehlərdən 26579,5 manat (15635 USD) maddi ziyanın, əlavə olaraq xərclədiyi 3000 manatın, ümumilikdə 29579,50 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4092/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1240/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2339/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2(103)1240/2023 nömrəli qətnaməsi qismən – Cavabdeh1 MMM-yə qarşı 26579,5 manat (15635 USD) tələbinə aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5110/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 MMM-yə qarşı 26579,5 manat (15635 USD)” tələbinə dair hissədə ləğv olunmuş, iddia tələbi həmin hissədə təmin edilməklə, Cavabdeh1 MMM-dən İddiaçı xeyrinə 26579,5 manat (15635 USD) məbləğində pulun tutulması qət edilmişdir. İddiaçı (vəkil Nümayəndə4) kassasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5110/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsini xahiş etm işdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edildi ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən 3000 manat hissəsində mübahisələndirir. Əvvəla, iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə də mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli i ddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi iddianın təmin edilməyən 3000 manat hissəsi ilə bağlı aşağı instansiya məhkəmələrinin qətnamələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2339/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə artıq dəyişdirilmədən saxlanmışdır. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqlar ı, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Belə olan halda iddiaçının hazırda kassasiya şikayətində mübahisələndirdiyi hissə 3000 manat olmaqla 5 min manat həddi keçmədiyi, üstəlik, həmin iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğu üçün onun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5110/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin həmin hissəsindən təkrar kassasiya şikayəti vermək hüququ yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən mübahisələndirilən hissə ilə bağlı yuxarıda şərh edilən hallara diqqət yetirməməklə səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etmədən iddiaçının kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, iddiaçının kassasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə kassasiya şikayətindən imtina etməsi barədə ərizə vermişdir. Həmin ərizə Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya icraatına xitam verilməsi üçün əsasdır. Bunun üçün isə icraatda olan, başqa sözlə, mümkün hesab edilmiş kassasiya şikayəti olmalıdır. Hazırki kassasiya şikayəti isə yuxarıda göstərilənlərə əsasən icraata qəbul edilmədiyi üçün onun imtinası barədə verilən ərizəyə qiymət verilməsinə də zərurət yoxdur. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı (vəkil Nümayəndə4 oğlu) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5110/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar