Məhkəmə qərarları › İş №2(102)-992/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-992/2022

08.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-992/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9009/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 manat məbləğində kompensasiya ödəməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 şəxsi mülkiyyətində başqa yaşayış yeri olduğu üçün onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən və Cava bdeh2 6000 manat kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi İddiaçı2 yenidən iddia tələbini dəqiqləşdirərək, İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 şəxsi mülkiyyətində başqa yaşayış yeri olduğu üçün onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən və Cavabdeh2 7200 manat kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia tələbini onunla əsaslandırmış lar ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01.07. 2017-ci il tarixli RX Seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)4439/19 saylı, 17 aprel 2017-ci il tarixli qərardadı ilə miras əmlakın bölünməsi tələbinə dair iddiaçılar arasında bağlanılmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilmişdir: Cavabdeh İddiaçı1 bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 həqiqətən də 05.05.1990-cı ildə vəfat etmiş X4 vərəsələri olduğunu qəbul edir, cavabdeh İddiaçı1 atasından miras qalan, ünvan 3 ünvanda yerləşən evin faktiki olaraq bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 tərəfindən qəbul edildiyini nəzə rə alaraq aralarında 1/5 payla (yəni bərəbər) bölünməsinə etiraz etmir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4439/19 saylı 17 aprel 2019ci il tarixli qərardadı ilə evin mülkiyyət rejimi dəyişmiş və həmin ev paylı mülkiyyət hüququ ilə iddiaçıların bərəbər payda mülkiyyətinə keçmişdir. İddiaçı1 övladları olan cavabdehlər həmin mənzildə doğulmuşlar, mənzil və mülki qanunvericiliyin müdəalarına görə mənzildən istifadə hüququna malikdirlər. Lakin hazırda evin mülkiyyətçiləri ilə cavabdehlərin ailə münasibətlərinə xitam verilmişdir. Son zamanlar iddiaçılar ilə cavabdehlərin birgə yaşaması qeyri-mümkün olmuşdur. Cavabdehlər onların mülkiyyət hüquqlarını məhdudlaşdırır, onlara hədə-qorxu gəlib mənzilə buraxmırlar. Ataları İddiaçı1 mütamadi olaraq döyüb psixi və fiziki işgəncə lərə məruz qoyurlar. Sonuncu dəfələrlə polisə şiklayət etmiş, həmin şikayətlər üzrə müvafiq araşdırmalar aparılmış, cavabdehlər inzibati məsuliyyətə cəlb edilmişlər. Lakin cavabdehlər bundan nəticə çıxarmamışlar, islah olunmamışlar, mülkiyyətlərində olan əmlak barədə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməklərinə imkan vermirlər. Bütün bunlar onu göstərir ki, daim cavabdehlər ilə bir mənzildə yaşamaları qeyri-mümkündür. Ona görə cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişlər. Cavabdehlərin mübahisəli mənzildən istifadə etmək hüququ 01.09.2000-ci il tarixdən əvvəl yaransa da, AR Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 26.09.2007ci il qərarının müddəaları baxımından mülki hüquq münasibətlərinin uzanan xarakter daşıması nəzərə alınmaqla cavabdehlərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar münasibətlər hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə tənzimlənir. Cavabdeh2 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi üçün ona ödənilməli olan pul kompensiyasının məbləğini müəyyən edərkən nəzərə alınmalıdır ki, mülkiyyətlərində olan mənzil Bakı şəhərinin ucqar məkanı olan Şüvəlan qəsəbəsində yerləşir. Bu qəsəbədə olan mənzillərin orta kirayə haqqı Bakının digər rayonlarında yerləşən mənzillərdən münsibətdən ucuzdur. Oxşar yerdə olan və oxşar şəraitə malik olan iki otaqlı mənzillin kirayə haqqı 150-200 manat civarındadır. Ona görə hesab edirlər ki, cavabdehin oxşar şəraitə malik başqa mənzildə davamlı surətd ə uzun müddət yaşaması üçün 7200 manat kompensasiyanın verilməsi ağlabatan məbləğdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 fevral 2021-ci il tarixli, 2(003)-379/2021 saylı qərardadı ilə (hakim Emin Məmmədli) əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 08.05.2021-ci il tarixli LP-082/21 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, M.Müşviq küçəsində 0,1046 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti torpaq sahəsi 68000 manat, fərdi yaşayış evi 15000 manat, həmin mənzilin orta aylıq kirayə haqqı isə 200-250 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin 2(0 03)-379/2021 saylı, 23.06.2021-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 İddiaçı1 tərəfindən 7200 manat məbləğində kompensasiya verilməklə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlər isə mübahisəli mənzilə istifadə hüququna malik olduqlarından, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəx s arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İ şin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ərazidə həmin mənzillə eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı 200-250 manat təşkil edir. Yəni həmin ərazidə eyni xüsusiyyətli mənzilin aylıq kirayə haqqı bir il üçün 2400-3000 manat, iki il üçün 48006000 manat təşkil edir. İddiaçı Cavabdeh2 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 7200 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə Cavabdeh2 təqribən 2 ildən artıq müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilərr, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Kompensasiyanın məbləğinin müəyyən edilməs i zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir və yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqının 200-250 manat təşkil etməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar yaşayış sahəsində və oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o yaşayış sahəsi ilə təminatlı olacaqdır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 7200 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, qətnamənin real icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarına görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçıların bildirdiyi 7200 manat həcmində müəyyən edilməli və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna görə 7200 manat ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin iddianın “Cavabdeh1 kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır, təmin edilməməlidir. Ona görə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 92/2, 11 saylı mənzil 07.10.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdehlərdən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 adına yaşayış sahəsinin qeydiyyatdan keçməsinə baxmayaraq, Cavabdeh1 heç vaxt mülkiyyətində olan mənzildə yaşamamışdır. O, doğulduğu gündən hal-hazıradək mübahisəli mənzildə yaşayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, Cavabdeh1 isə mülkiyyətçinin ailə üzvü kimi həmin yaşayış sahəsində yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ nu əldə etdiyindən, bununla da mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan Cavabdeh1 yalnız kompensasiya verməsi yolu ilə onların mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verm əsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 istifadə hüququna kompensasiya ödənilmədən xitamı üçün əsaslar yoxdur. Belə ki, istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməs i; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 başqa yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınsa da, o, ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmadığından digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi halı müəyyən edilmədiyindən onun istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi əsaslı hesab edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruru hesab edir ki, yuxarıda qeyd olunan Plenum qərarında məhz göstərilən halların olduğu təqdirdə kompensasiya ödənilmədən şəxsin istifadə hüququna “keçmiş” ailə üzvünə münasibətdə xitam verilməsi g östərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödə nilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia tələbi "Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi" hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.2, 228.5, 262-ci, Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Hə sənov, Fuad Babayev) 19 oktyabr 2021-ci il tarixli, 2(103)9009/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(003)-379/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsi olsa da, o mübahisəli evdə yaşayır. Bu hal Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 3 ünvanında yaşayan sakinlər tərəfindən tərtib edilmiş 05.05.2021-ci il tarixli aktla və iddia ərizəsinin dəlilləri ilə öz təsdiqini tapır. Beləliklə, Cavabdeh1 yaşayış sahəsindən könüllü surətdə köçməsi halı müəyyən edilmədiyindən onun istifadə hüququna kompensasiya verilmədən xitam ve rilməsi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hal larda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkilləri Nümayəndə) ayrı-ayrılıqda, lakin eyni məzmunda kasasiya şikayətləri verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kasasiya şikayətləri onunla əsaslandırılmışdır ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azırbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzildən istifadə hüququna malik olan şəxsə kompensasiya ona görə verilir ki, başqa yaşayış sahəsinə malik olmadığı halda həmin kompensasiya pulu hesabına əwəl yaşadığı mənzilə oxşar şəraitli başqa mənzildə davamlı surətdə kirayədə yaşamaq imkanı əldə etsin, yaxud həmin kompensasiya hesabına (bu məbləğ yetərli ol madığı halda əlavə pul qoyub) başqa yaşayış sahəsi əldə etsin və sair. Konstutusiya Məhkəməsinin mövqeyinə görə başqa yaşayış sahəsinə malik şəxsin mənzildən istifadə hüququna birməmalı olaraq kompensasiya verilmədən xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsindən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında geyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi mə sələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir kı, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.5-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam v erilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə keçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadm evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsass ız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki hallan dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun (servitut) sahibinin yaşayış sahəsindən ehtiyacı aradan qalxdığı halda həmin hüquqa xitam verilməsi kompensasiya verilmədən mümkündür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ev onların (qardaş və bacıların) ümumi paylı mülkiyyətidir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 təkbaşına mülkiyyətində vərəsəlik qaydasında adına keçmiş başqa mənzili vardır. Şəxsi mülkiyyətinə mənzilin keçməsi ilə bağlı Cavabde h1 mübahisəli mənzildən istifadə etməsinə əsas verən hallar aradan qalxmışdır. Belə olan halda, onun mübahisəli mənzildən istifadə etmək hüququna kompensasiya verilmədən xitam verilməlidir. Əks təqdirdə bu kompensasiya deyil, mülkiyyətdən pay tələb etmək kimi anlaşılır, bu isə vətəndaşın mülkiyyət hüquqlarının pozulması deməkdir. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsindən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə zidd olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 mənizldən istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər. Beləliklə, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstutusiya Məhkəməs inin Pelnumunun 29 mart 2016-ct il tarixli qərarında aydın şəkildə ifadə olunmuş məhkəmənin mövqeyini təhrif etmişdir. Hazırda, Cavabdeh1 digər mülkiyyətlərində olan evdə yaşamağı davam edərək, özünün mülkiyyətində olan mənzili isə kirayə verib qazanc əldə edir. Apelyasiya məhkəməsinin qətnaməsi Konstitusiya Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə tamamilə ziddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddia tələbinin təmin edilmədiyi hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya kollegiyası apelyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, apelyasiya kollegiyası Cavabdeh1 münasibətdə qənaətini onunla əsaslandırmışdır ki, Cavabde h1 mülkiyyətində digər yaşayış sahəsi olsa da, o mübahisəli evdə yaşayır. Bu hal Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 3 ünvanında yaşayan sakinlər tərəfindən tərtib edilmiş 05.05.2021-ci il tarixli aktla və iddia ərizəsinin dəlilləri ilə öz təsdiqini tapır. Beləliklə, Cavabdeh1 yaşayış sahəsindən könüllü surətdə köçməsi halı müəyyən edilmədiyindən onun istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünü n yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi, apelyasiya kollegiyası Cavabdeh1 yaşayış sahəsindən könüllü surətdə köçməsi halının müəyyən edilməməsinə əsaslanaraq onun istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinin əsaslı olmadığını vurğulamış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına istinad etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri ümumiləşdirib belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında yaşayış sahəs indən istifadə hüququna dair qanunvericilik normalarının şərhi göstərir ki, mülkiyyət hüququnun digər şəxsin istifadə hüququ ilə məhdulaşdırılması ağlabatan və müstəsna xarakter daşımalı, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərinə səbəb olmamalı, eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququndan sui-istifadəsinə imkan verməməlidir. O cümlədən mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsinə ehtiyac aradan qalxdığı halda, onun bu hüququna mülkiyyətçinin iddiası üzrə kompensasiya verilmədən də xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqlarının hər birinin müdafiəsinin tarazlığı prinsipi nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təm in edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azər baycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəz ərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə kompensasiya institutunun məqsədi yaşayış sahəsinə ehtiyacı olan mənzildən istifadə hüququna malik olan şəxsin müəyyən müddət daxilində əvvəlki mənzil şəraitinə uyğun müvəqqəti yaşamaq hüququnun təmin edilə bilməsidir. Kasasiya yoxlaması nəticəsində iş materialları ilə müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsi vardır. Bunu cavabdeh özü birinci instansiya məhkəməsində 23.06.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında da etiraf etmiş, lakin daşınmaz əmlakın onun mülkiyyətində olmasının formal xarakter daşımasını, həmin əmlakın dayısına məxsus olmasını bildirmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməməklə bağlı mövqeyini absurd bir halla (onun könüllü surətdə yaşayış sahəsindən çıxıb getməsinin müəyyən edilməməsi halı ilə) əsaslandırmışdır ki, bu da onun özünün də istinad etmiş olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarının hüquqi mövqeyi ilə, ümumiyyətlə kompensasiya verilməklə və ya digər formada istifadə hüququnun itirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hallara ziddir. Halbuki, apelyasiya kollegiyası Cavabdeh1 birinci instansiya məhkəməsində iştirak edib vermiş olduğu izahat üzrə məhkəmə araşdırmasını həyata keçirməli olduğu halda, hər hansı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Belə ki, apelyasiya kollegiyası ən azından cavabdehin adına daşınmaz əmlak olduğu halda həmin əmlakın onun adına olmasının formallığının nə ilə təsdiq olunması, həmin əmlakın cavabdehin dayısının mülkü olmasının nə ilə təsdiq edilməsi istiqamətində araşdırma aparmalı idi. Çünki apelyasiya kollegiyasının özünün də istinad etmiş olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında aydın şəkildə ifadə edi lmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə keçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadm evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Beləliklə göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə bax mağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.10.2021-ci il tarixli, 2(103)-9009/2021 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yen idən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19.10.2021-ci il tarixli, 2(103)9009/2021 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar