Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-994/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı iddiası üzrə birinci iş və iddiaçı Elçiyeva Durdananın cavabdeh İddiaçı1nə qarşı iddiası barədə ikinci mülki iş üzrə (Açar sözlər: daxili lizinq müqaviləsi, öhdəliyin icra edilməməsi, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alın ması və istifadə hüququna xitam verilməsi” tələbinə dair birinci iş, iddiaçı Elçiyeva Durdananın cavabdeh İddiaçı1nə qarşı “daxili lizinq müqaviləsinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair ikinci iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2(106)-83/2024 nömrəli qətnaməsindən birinci iş üzrə cavabdehlər Cavabdeh2 oğu, Cavabdeh1 və ikinci iş üzrə iddiaçı Elçiyeva Durdana tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 MMC ilə Elçiyeva Durdana arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat ofisində təsdiq edilmiş 8 noyabr 2019-cu il tarixli alqı-satqı müqa viləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 saylı (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) mənzili İddiaçı1 MMC tərəfindən lizinqə verilmək məqsədilə satın alınmışdır.
2. İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri, 9 saylı Notariat ofisində təsdiq edilmiş 8 noyabr 2019-cu il tarixli “Daxili lizinq müqaviləsi”nə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili lizinq məbləği 130 000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərtilə Cavabdeh1 lizinqə verilmişdir.
3. İddiaçı1 MMC ilə ilə X4 arasında bağlanmış 8 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, X4 lizinq alan Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 MMC iddia ilə məhkəməyə müraciət edərək, MMC ilə Cavabdeh1 arasında bağlanmış 8 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, ünvan 1 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı1 MMC-yə təhvil verilməsini xahiş etmişdir.
5. İddiaçı sonra tələbini dəqiqləşdirmiş, İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış 8 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, ünvan 1 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı1 MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyat a keçirilməli olduğu halda, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir.
7. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək Cavabdeh1 İddiaçı1 MMC-yə qarşı daxili lizinq və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair Bakı şəhəri, Xətai rayon məhkəməsində iddia tələbi üzrə mülki işin məhkəminin icraatında olduğunu, daxili lizinq və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün kifayət qədər əsasların olduğunu əsas gətirməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Biləsuvar Rayon Мəhkəməsinin (hakim N.Mirzəyev) 2 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 MMC ilə Cavabdeh1 arasın da bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 63696 (altmış üç min altı yüz doxsan altı) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) saylı mənzilinə Cavabdeh1 istifadə hüquqlarının itirilməsi və mənzil boşaldılaraq İddiaçı1 MMCyə təhvil verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 MMC ilə X6 arasında bağlanmış 8 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinə əsasən lizinqə verən İddiaçı1 MMC Bakı şəhəri, Nizami rayonu, Məmm ədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3,m.6) 13 saylı mənzilini 130.000 manata illik 27 faiz olmaqla 12 ay müddətinə hər ay 5.308.00 manat ödəmək şərti ilə lizinq alan X1 və istifadəsinə verməklə öz öhdəliyini yerinə yetirmiş, həmin müqavilə üzrə lizinq alan X6 heç bir əsaslı səbəb olmadan müqavilə şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini vatında yerinə yetirməmişdir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 470.1, 748-1.12, 748-1.12.4-cü və Mülki Prosessual Məcəllənin 107, 119 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar Elc hieva Durdana və Cavabdeh1 cavabdeh İddiaçı1 MMC-yə qarşı Elchieva Durdana ilə İddiaçı1 MMC arasında bağlanmış 8 noyabr 2019- cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı1 MMC ilə Cavabdeh1 arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li daxili lizinq müqaviləsinin etibarsız sayılmasına dair iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.
12. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh İddiaçı1 MMC-yə qarşı 8 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
13. İddiaçılar Elchieva Durdana və Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi iddia tələblərini dəqiqləşdirmiş, məhkəmədən 8 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-s atqı müqaviləsinin, 8 noyabr 2019-cu il tarixli lizinq müqaviləsinin və 8 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız sayılmasına, həmçinin Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdeh İddiaçı1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə hər iki iddia üzrə icraat dayandırılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1567/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2 152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı Cavabdeh1, Cavabdeh2 və İddiaçı1 MMC-nin nümayəndələri tərəfindən verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Durdana Elchievanın nümayəndəsinin (vəkilinin) şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı Durdana Elchievaya aid hissədə ləğv edilmiş və mülki iş onun “daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə (digər tələbi ilə birlikdə) mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı zamanı onun evinə baxış keçirilərkən gələnlərin məqsədini bilməmiş, sadəcə məlumat vermişlər ki, “lizinq şirkətindən gəliblər və e və baxış keçiriləcəklər”. O da düşünmüşdür ki, mənzilə baxış girov qoyulmaq üçündür. İddiaçı qeyd etmişdir ki, Faktor Lizinqin nümayəndələri ilə heç bir ünsiyyətdə olmamış, həyat yoldaşı da evdə olmuşdur, Rafael müəllim həmin vaxt onların mənzilində olmamışdır. Ona mənzilin Rafaelə təhvil verilməli olması ilə bağlı heç bir izah verilməmişdir. Hazırda o, öz evində yaşayır və hələ də bilmir ki, onun evi satılmışdır. Notarius tərəfindən də ona heç bir izah verilməmişdir. Onun ad, soyadının və imzasının qarşısında yazılmış “Oxudum, razıyam” ifadələrini yazmış ola da bilər, olmaya da, bu barədə dəqiq heç nə deyə bilməz. Həmçinin, iddiaçı öz izahatında bildirmişdir ki, hazırki mənzillə bağlı sənədləşmə işlərini, eləcə də mənzilə çıxarışın əldə edilməsini iddiaçı özü təkbaşına həyata keçirmişdi r.
17. Birinci instansiya məhkəməsində cavabdeh İddiaçı1 MMC-nin direktoru X7 izahatında qeyd etmişdir ki, ilkin ödəniş olaraq lizinq alan tərəfindən 55 min manat ödənilmişdir. Evləri lizinq təşkilatı tapmır, sadəcə alqı-satqı üçün çatışmayan məbləğin təmin olunması lizinq təşkilatının işidir. İlham adlı şəxsi isə ümumiyyətlə tanımır, İddiaçı1 MMC-də İlham adlı işçi olmamışdır. Pul İddiaçı1 MMC-nin hesabından 9 saylı Notariat ofisinin hesabına göndərilir, daha sonra alqı-satqı rəsmiləşdirilir. İki çıxarış əldə olunur, ilk çıxarışda mülkiyyətçi İddiaçı1 MMC qeyd edilir. İkinci çıxarış isə borc öhdəliyi bitdikdən sonra gələcəkdə Daşınmaz Əmlakın Dövlət Reyestri və X9 şəxsi tərəfindən arayış əsasında veriləcəkdi. Alqı-satqı zamanı Durdana da, onun yoldaşı Oqtay və Rafael da orada olmuşdur və onlara prosedurlar barədə özü məlumat vermişdir. Orada heç bir girov məsələsindən söhbət gedə bilməz, yalnız alqı-satqı müqaviləsi bağlanması üçün orada olmuşlar. Kargüzarlıq işi bundan ibarətdir ki, ilk növbədə bütün sənədlər yoxlanılır, evin yüklülüyünün olub-olmaması araşdırılır, pulun notariusun hesabına köçürülməsi yoxlanılır, qeydiyyatda olan şəxslərin razılıqlarının olub-olmaması müəyyən edilir, həyat yoldaşının razılığı müəyyən edilir, daha sonra müqavilə çap edilir. Bütün bu sənədlər təsdiq edilməsi üçün göndərilir. Durdanə xanım satıcıdır. Lizinq şirkətinin satıcı ilə əlaqəsi olmur. Təhvil aktının tərtib edilib-edilməməsini bilmir. Durdana xanıma məxsus evə baxış və qiymətləndirilmə həyata keçirilmişdir. Təhvil-təslim aktı üzrə ev lizinq alana verilməlidir, çünki istifadə hüquqla rı ondadır. Müqavilə tərtib olunduqdan sonra imza etdirən zaman hətta müraciət forması da “Satıcı” olaraq adlandırılır. Həmçinin, orada imza etməzdən əvvəl “Oxudum, razıyam” ifadəsi satıcıya öz xəttiylə yazdırılır. Müqavilədə mənzili təhvil verilmə müddəti 1 ay qeyd edilmişdir. Durdanə xanıma qarşı heç bir zor tətbiq edilməyib, bütün lazımi sənədlər toplanılıb, bütün prosedurlarda tək deyil, həyat yoldaşıyla iştirak etmişdir. Həmçinin ona Notariat Ofisində hər zaman “satıcı” deyə müraciət edilib. Dəqiq yadında deyil, amma Rafael müəllim tərəfindən 55 min manat bütün sənədlər toplanmamışdan qabaq və ya notariusa gələn gün ödənilmişdir.
18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(011)-76/2024 nömrəli qətnaməsi ilə (S.Ə.Eyvazova) Elchieva Durdananın iddiası təmin ed ilməmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən müqavilədə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdlərin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, hər iki əqdin məzmunu mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyrimüəyyənlik və tərəflərin iradə ifadəsinə əks edilə biləcək hallar müəyyən edilməmişdir. Eyni zamanda müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilməmişdir. Əqdin forması isə bağlandığı dövrdə qanunvericiliyin daşınmaz əmlakla bağlı analoji müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uy ğundur.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lziinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi iddiaçının Cavabdeh1 il cavabdeh İddiaçı1 MMC arasında 8 noyabr 2019cu il tarixli lizinq müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd ed ilməlidir.
21. İddiaçı alqı-satqı müqaviləsi bağlamadığını, məlumatlı olmadığını, aldadıldığnı, bu günə kimi həmin mənzildə yaşadığını bildirərək, əslində mənzili satmaq niyyətinin olmadığını bildirmişdir.
22. Məhkəmə zamanı məlum olmuşdur ki, evə əvvəlcədən lizinq şirkəti tərəfindən baxış keçirilən zaman iddiaçı evdə olmuş, iddiaçı notariat ofisinə həyat yoldaşı, ailəvi tanışları olan lizinq alan Cavabdeh1lə getmiş, mənzilin dəyəri olan pulu notariat ofisindən özü almışdır. İddiaçı tərəfin şahidi qismində çıxış edən Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında notariat ofisində alqı-satqı müqaviləsinin bağlandığı barədə məlumatlarının olduğunu etiraf etmişdir.
23. Birinci instansiya məhkəməsi iddiaçının həmin mənzildə yaşamağa davam etməsi ilə bağlı qeyd etmişdir ki, satılan mənzilin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alqı-satqıya heç bir təsiri yoxdur.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının alq-satqı müqaviləsi ilə bağlı məlumatlı olması, könüllü iradə ifadəsi nəticəsində razılıq verməsi səbəbindən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən hallar bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə dey il, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasında irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydda həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
25. Birinci instansiya məhkəməsi qeyd eidlənlərə əsasən hesab etmişdi rki, iddia iddiaçı ilə cavabdeh arasında bağlanmış 8 noyabr 2019-cu il tarixli, AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də rədd edilməlidir.
26. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azər baycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 351.2, 351.3, 560-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci i l tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarlarına və Mülki Prosessual Məcəllənin 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Birləşdirilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsində icraat
27. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(103)-3620/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin icraatına olan 2(106)-83/2024 saylı mülki işlər bir icraatda birləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 saylı mülk işin icraatına xitam verilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin icraatına olan 2(106)-83/2024 nömrəli mülki işlər bir icraatda birləşdirildiyindən iki işə - Biləsuvar Rayon Мəhkəməsinin 2 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin ge ri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(011)76/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Elçiyeva Durdananın cavabdeh İddiaçı1 MMC-yə qarşı daxili lizinq müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki işlərə 2(106)83/2024 nömrə altında bir icraatda baxılmışdır.
29. Cavabdeh İbrahimov X5 Rayon Мəhkəməsinin 2 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddia üzrə məhkəmədən k ənar nizamasalma qaydasına əməl edilməmiş, tərəflər arasında lizinq, alqı-satqı və sair münasibətlər yaratmaq niyyəti olmayıb, həmçinin məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi, alqı-satqı müqaviləsi, zaminlik müqaviləsi etibarsız, əhəmiyyətsiz əqdlərdir, tərəflər arasında lizinq münasibəti yaratmaq, mənzil alıb Cavabdeh1 vermək və sair niyyətlər olmayıb. Müqavilələrin etibarsız sayılması ilə bağlı onun tərəfindən Xətai rayon məhkəməsinə müraciət olunub. Şikayətə görə, müqavilələr formal olaraq bağlanmışdır. Əgər alqı-satqı müqaviləsi alqı-satqı niyyəti ilə bağlanmışdırsa nə üçün mənzil Cavabdeh1 təhvil verilmirdi. Bu necə lizinq predmetidir ki, lizinq alana verilmir. Bundan başqa, pul öhdəliyi cavabdeh tərəfindən pozulmamışdı r. Belə ki, Cavabdeh1la formal olaraq daxili lizinq müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanılmış və o, hər ay ödənişləri icra etmişdir. 4 ay ödənişləri icra etdikdən sonra 2020-ci ilin mart ayına onun 120.143 manat borcu qalmışdır. 2020-ci ilin mart ayından COVİD19 pandemiyası yayılandan sonra 2020-ci ilin aprel ayından cavabdeh pul vəsaitinin ödənişini icra edə bilmədi. Bütün dünyada, eyni zamanda koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə bağlı xx.xx.2020-ci il tarixdən tətbiq edilən xüsusi sərt karantin rejimi zamanı bir çox iş yerləri bağlanmış, vətəndaşların hərəkətləri məhdudlaşdırılmış, evdən çıxışa məhdudiyyət qoyulmuş, nəticədə insanlar fərdi əməklə məşğul olmaq, qazanc əldə etmək imkanlarından məhrum olmuşdur. COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karant in rejimində Cavabdeh1 da işindən və aylıq qazanclarından məhrum olmuşdur. Xüsusi karantin rejimi ilə bağlı insanların hərəkətinin məhdudlaşdırılması, iş yerlərinin bağlanılması, yalnız, ərzaq, aptek ehtiyaclarının ödənilməsi üçün 2 saatlıq icazə sistemi ilə qazanc əldə etməyin, ayda 5.308 manat ödənişləri etməyin mümkün olmaması aydındır. Vətəndaşın, sahibkarın hərəkət azadlığı məhdudlaşdırılıbsa öhdəliyin icrasından söhbət gedə bilməz. Pandemiya nəticəsində iş yerindən və qazancından məhrum olan cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək müqaviləni yenidən bağlamağı və qaldıqları məbləğdən, qaldıqları müddətə yeni müqavilə bağlamağı xahiş etmişdir, lakin onun təklifləri qəbul edilməmişdir. Cavabdeh öhdəliyi qərəzli pozmamışdır. Münasibətlər iddiaçının cavabdehin təkliflərini qəbul etmə diyi üçün, onun təqsirindən pozulmuşdur. Eyni zamanda məhkəmə aidiyyəti də pozulmuşdur. Hazırkı işin kommersiya xarakterli olması da diqqət çəkir. İddiaçı daxili lizinq müqaviləsində qeyd etmişdir ki, mənzil Cavabdeh1 sahibkarlıq məqsədilə alınıb verilir, Cavabdeh1 sahibkar kimi təqdim edilir, onun VÖEN-i qeyd olunur. Təsadüfü deyil ki, iddiaçı Şirvan Kommersiya Məhkəməsinə da iddia ərizəsi verir. Ona görə də hesab edir ki, daxili lizinq müqaviləsi bağlanarkən İddiaçı1 MMC hüquqi şəxs, Cavabdeh1 isə fərdi sahibkar kimi çıxış etmişdir. Bu baxımdan iddia kommersiya məhkəməsinə aiddir.
31. Cavabdeh2 apellyasiya şikayəti verərək Biləsuvar Rayon Мəhkəməsinin 2 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Ape llyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 və Cavabdeh2 borc vəsaitini ona görə tutmuşdur ki, guya Cavabdeh1 mənzildən istifadə edir, Cavabdeh1 mənzili təhvil alması və ya ondan istifadə etməsi sübut edilməmişdir, ancaq məhkəmə yanlış olaraq bu halı müəyyən etmiş hesab edir. Eləcə də istifadəsində olmayan mənzili Cavabdeh1 boşaltması absurd məsələdir. Orada faktiki yaşayan şəxsin Cavabdeh1 olması sübut edilməmişdir. Mənzildə O.Yoçiyev və D.Elçıeva yaşayırlar. O.Yolçıyev mənzilin sahiblərindəndir, onunla isə lizinq müqaviləsi və alqı-satqı müqaviləsi bağlanmamış, ona görə də mənzildə yaşamalıdır. Məhkəmə tərəfindən lizinq əmlakının Cavabdeh1 istifadəsinə verilməsi ilə bağlı halı araşdırılmamışdır. Bu halın aydınlaşdırılması iş üçün mühüm əhəmiyyət kəsb edir. Mənzil Ca vabdeh2 və D.Elçhıevanın istifadəsindədir. Bu halın müəyyən edilməsi iddianın rədd edilməsinin əsasıdır. Şikayətə görə, məhkəmə iş üzrə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, tərəflər lizinq münasibətləri yaratmaq niyyətində olmayıblar, ona görə də iddiaçı lizinq obyekti kimi göstərilmiş əmlakı cavabdehin istifadəsinə verməyə lüzum görməyib. Əgər iddiaçı və məhkəmə müqaviləni lizinq müqaviləsi kimi qəbul edirsə onda öhdəliyi icra etməyən tərəf kimi məhkəmə iddiaçını görməlidir. Çünki iddiaçı mənzili hələ də Cavabdeh1 verməməklə öhdələyini icra etmir. Bu baxımdan məhkəmə cavabdehi öhdəliyi icra etməyən tərəf kimi qəbul etməklə səhvə yol vermişdir. Məhkəmə Cavabdeh2 iştrakını təmin etməmiş, ona görə də onun izahatı alınmamışdır. O.Yolçuyevin izahatının alı nması işin həqiqi hallarının, mənzilin kimin istifadəsində olması, müqavilələrin nə məqsədlə bağlanması hallarının sübut edilməsi ilə nəticələnəcək. Eləcə də məhkəmə Elçhıeva Durdananın şahid qismində izahatının alınmasından imtina etmişdir. Onun izahatını alınması da mənzilin Cavabdeh1 verilmədiyini, müqavilə bağlandığı vaxtdan kimin istifadəsində olmasını, müqavilələrin hansı məqsədlə bağlanmasını sübut edəcək. Odur ki, apellyasiya instansiyasında Cavabdeh2 və D.Elçhıevanın dinlənilməsinin təmin edilməsinə şərait yaradılmalıdır. Onların izahatı alqı-satqı, lizinq və zaminlik müqavilələrinin formal bağlandığını sübut edəcəkdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı cavabdehə müqavilənin ləğvi barədə təklif gö ndərməmiş, məhkəmə 63696 manat borcun necə yaranmasını, mənzilin faktiki kimdə olmasını araşdırmamışdır. Belə ki, mənzil faktiki olaraq, alıcılara təhvil verilməmişdir.
33. İkinci iş üzrə İddiaçı2 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(011)-76/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, tərəflərin alqı-satqı müqaviləsini, həmin müqavilədə göstərilən niyyətlə bağlamadıqları məhkəmə zamanı tam sübuta yetirilmişdir. Müəyyən edilmişdir ki, müqavilələr alqı-satqı və lizinq münasibətləri yaratmaq niyyətilə bağlanmayıb. Alqı-satqı predmeti indiyədək lizinq alana verilməyib, satıcıdan təhvil alınmayıb, tərəflər arasında təhviltəslim aktları yoxdur, tərəflərin uydurma və yalan əqd bağladıqları faktdır. Məhkəmə iclası zamanı tam sübuta yetib. Müqavilələrin əhəmiyyətsiz əqdlər olmasına baxmayaraq, məhkəmə MM-in 337.1 və 340-cı maddələrinin tələblərini pozmuş, onları düzgün tətbiq etməmişdir.
35. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-83/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), A.N.Novruzova və T.X.Heydərov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)165/2023 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı1 MMC-nin iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) saylı mənzilinə cavabdehlərə aid istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması hissədə iddia təmin edilmiş, qalan hissədə iddia təmin edilməmiş, Elçiyeva Durdananın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(011)-76/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə etibarlı olduğu halda iddiaçı lizinq şirkətinin tələbi təmin edilməlidir. Cavabdehlər tələbində və etirazında lizinq müqaviləs i ilə pərdələnmiş borc müqaviləsinin olduğunu, onların arasında borc münasibətlərinin yarandığını iddia etmişlər. Kollegiya mübahisəli lizinq müqaviləsinin yalan əqd olduğu və tərəflər arasında əslində borc münasibətlərinin mövcudluğu barədə cavabdehlərin mövqeyini əsassız saymışdır.
37. Əvvəla, qeyd edilməlidir ki, kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsi üzrə tərəflər arasında pul-kredit münasibətlərinin olması mümkün deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir. Konstitusiya Məhkəməsinin şərhində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviriəsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyrimümkündür.
38. Apellya siya instansiyası məhkəməsi bundan başqa onu da qeyd etmişdir ki, mübahisələndirilən lizinq müqaviləsi lizinq obyekti olan mənzilin alqı-satqısı nəticəsində lizinq verənin mülkiyyətinə keçməsindən sonra bağlanmışdır. Bununla yanaşı, Kollegiya lizinq müqaviləsinə qədər bağlanmış alqı-satqı müqaviləsinin etibarlılıq məsələsinə də qiymət verməyi zəruri hesab etmişdir.
39. İkinci iş üzrə İddiaçı2 həm lizinq müqaviləsinin, həm də mənzilin alqı-satqı müqaviləsinin etibarsız sayılmasını belə əsaslandırmışdır ki, mənzilini satmaq niyyətində olmamışdır, alqı-satqı zamanı onun evinə baxış keçirilərkən “onların məqsədini bilməmiş”, ona sadəcə məlumat vermişlər ki, “lizinq şirkətindən gəliblər və evə baxış keçiriləcəklər”. O da düşünmüşdür ki, mənzilə baxış girov qoyulmaq üçündür.
40. Apellyasiya inst ansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 MMC ilə Elçiyeva Durdana arasında bağlanmış və Bakı şəhəri, 9 saylı Notariat ofisində təsdiq edilmiş 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünmüşdür ki, həmin müqaviləni satıcı qismində mülkiyyətçi İddiaçı2, alıcı qismində MMC-nin təmsilçisi imzalamışlar. Müqavilənin sonunda satıcı İddiaçı2 müqaviləni imzalamqadan əlavə, “oxudum razıyam” sözlərini qeyd etmiş, həmin qeydinin qarşısında da imza etmişdir. Alqı-satqı müqaviləsi üzrə notariat işindən görünmüşdür ki, İddiaçı2 elektron informasiya sistemindən çıxarış əldə etmək üçün və s. ilə bağlı ərizələrlə notariat ofisinə müraciət etmiş, ərizəsinə müvafiq rüsumların ödənilməsini təsdiq edən qəbzləri əlavə etmişdir. Bundan başqa, notariusda mülkiyyətçi İddiaçı2 əri O.Yolçuyev mən zilin satılmasına razılıq verməsinə dair ərizə yazmışdır. Notariat işindən bəlli olmuşdur ki, alqı-satqı zamanı Bakı şəhəri, 9 saylı Notariat ofisi "xxxx" ASC-nin 6 saylı şöbəsinə mənzili alqı-satqı müqaviləsi üzrə 185.000 manat pulun müqavilə təsdiq edildikdən sonra məktub əsasında 2596,50 manat vergi məbləğinin X2, qalan 182.403,50 manatın Gürcüstan vətəndaşı, Bakı şəhəri, Şərifli küçəsi, ev 1, mənzil 13-də qeydiyyatda olan Elçiyeva Durdanaya verilməsi üçün Bankda açılan depozit hesabına qəbul olunması barədə ərizə ilə müraciət etmişdir. Bu zaman mülkiyyətçi İddiaçı2 və alıcı MMC ödənilən məbləğin Bankın depozit hesabına qəbul olunmasını xahiş etmişlər. Həmçinin satıcı D.Yelçiyeva “oxudum razıyam” qeyd etməklə ərizəni imzalamışdır. 182.403,50 mant pul vəsaitinin ödənilməsi barədə Bankın göstərişi və pulun İddiaçı2 tərəfindən qəbul olunduğunu bildirən qəbzlər də notariat işinə əlavə edilmişdir. Sözügedən pul vəsaitinin İddiaçı2 ödənilməsi və bunun imza ilə təsdiq edilməsi mübahisə edilməmişdir.
41. Kollegiya qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə müqavilənin subyekt tərkibi, əqdin məzmunu, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər, o cümlədən mənzilə görə pul vəsaitinin müəyyən edilmiş qaydada ödənilməsi, nəticədə daşınmaz əmlakın müvafiq qaydada qeydə alınması kimi cəhətlər nöqsanlı olmamışdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçı D.Yolçuyeva alqı-satqı müqaviləsinin yalan əqd olduğunu iddia edərkən əslində nəzərdə tutulmuş hansı əqdin qaydalarının tətbiq edildiyini göstərməmişdir.
42. İkinci iş üzrə iddiaçı tələbində göstərmişdir ki, sözügedən alqı-satqı müqaviləsi imzalanrkən mənzilin girov qoyulduğunu zənn etmişdir. Kollegiya bu mövqeyi də əsaslı saymamışdır. Belə ki, mənzil girov qoyularkən (ipoteka ilə yüklü edilərkən) mənzilin mülkiyyətçisi dəyişmir və mənzilin mülkiyyətçisinə pul ödənilmir. Hazırda mübahisələndirilən alqı-satqı üzrə isə satıcıya pul ödənilməsi müəyyən edilir.
43. İkinci iş üzrə iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, alqı-satqı müqaviləsi alqısatqı niyyətilə bağlanmamışdır; ümumiyyətlə müqavilələr alqı-satqı və lizinq münasibətləri yaratmaq niyyətilə bağlanmamış, Mülki Məcəllənin 33 7.1 və 340-cı maddələrinin tələbləri pozulmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ümumiyyətlə, D.Yelçiyeva və alıcı İddiaçı1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin tərəflərinin müqavilə bağlanılarkən, həmin müqavilənin tərəfi olmayan Cavabdeh1 kredit müqaviləsini pərdələmək niyyətlərinin olduğu, eləcə də mənzilin alqı-satqı yolu ilə lizinq şirkəti olan və fəaliyyəti borc vermək deyil, lizinqə vermək olan MMC-nin mülkiyyətinə keçməsinin kiməsə borc verilməsi məqsədini güdməsi müəyyən edilməmişdir. İlk növbədə hər hansı bir əqdin yalan olmasını sübut etmək vəzifəsi buna istinad edən tərəfin üzərinə düşür. Bu cür tələblə (etirazla) məhkəməyə müraciət edən əqdin yalan olması halını təsdiq edən sübutları da təqdim etməlidir. Məhkəmə yalnız tərəfin sözlərinə ə saslanaraq müqaviləni yalan əqd hesab edə bilməz. Bunun üçün həmin hala istinad edən tərəf öz tələbini və ya etirazını əsaslandıran sübutları da təqdim etməlidir. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Bu zaman tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Ümumiyyətlə, hər hansı əqdə yalan əqd kimi yanaşa bilmək üçün onun başqa əqdi pərdələmək məqsədilə bağlanıldığı müəyyən edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifa yət deyil.
45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göstərilən səbəblərdən alqı-satqı və lizinq müqavilələrinin, eləcə də Cavabdeh2 ilə bağlanmış 8 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur. Cavabdeh tərəf lizinq müqaviləsinin etibarsız sayılmasını iddia etməklə apellyasiya şikayətlərini və etirazlarını həm də onunla əsaslandırmışlar ki, lizinq obyekti olan mənzil lizinq alana təhvil verilməmişdir. Lizinq verənin nümayəndəsi izahatında bildirmişdir ki, lizinq obyektindən lizinq alanın özünün istifadə etməsi və ya başqasına istifadəyə verməsi onun hüququdur. Lizinq obyektinin boşaldılıb ona təhvil verilməsi ilə bağlı lizinq alan müraciət etməmişdir.
46. Kollegiya qeyd etmişdir ki, qanunun tələbinə görə, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Müəyyən edilmişdir ki, lizinq müqaviləsi bağlandıqdan sonra lizinq alan lizinq verənə qarşı hər-hansı pretenziya irəli sürməmiş, lizinq verəndən öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ olduğu halda bunu etməmişdir. Üstəlik lizinq alan borc qrafikinə uyğun olaraq 4 ay dalbadal ödənişlər etmişdir. (Cavabdehin konklyudent hərəkətləri). Bir müddət ödənişlər olduğundan lizinq verən keçm iş mülkiyyətçinin çıxarılmasını tələb etməmişdir. İşin hallarından, əvvəllər tərəflər arasında olan məhkəmə mübahisələrindən, eləcə də lizinq alanın izahatlarından görünür ki, lizinq alan Cavabdeh1 ödənişin vaxtında həyata keçirilməməsini əqdin etibarsızlığının tanınması ilə deyil, pandemiya şəraitində iqtisadi böhranla əlaqələndirmişdir. Belə ki, lizinq alan Cavabdeh1, lizinq verən İddiaçı1 MMC-yə xx.xx.2021-ci ildə ərizə ilə təklif göndərərk yeni şərtlərlə daxili lizinq müqaviləsinin bağlanmasını təklif etmişdir.
47. Kollegiya qeyd etmişdir ki, lizinq alanın lizinq borcunu qrafikə uyğun olaraq 4 ay müddətində ödəməsi, onun yeni şərtlərlə daxili lizinq müqaviləsi bağlamaq təklifi kimi konkludent hərəkətləri və rəftarı da onun lizinq müqaviləsini qəbul etdiyinə dəlalət edən hallar olmuşdur. Beləliklə, xx.xx.2019-cu il tarixdə İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsinin, eləcə də MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik və İddiaçı1 MMC ilə Elçiyeva Durdana arasında bağlanmış mənzilin alqı-satqı müqavilələrinin etibarsız sayılması üçün əsas yoxdur. Ona görə də bu hissədə iddia təmin edilməməlidir.
48. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə aidiyyəti qaydalarının pozulması dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, bu hal müəyyən edilməmişdir. Birinci iş üzrə İddiaçı1 MMC tələbində lizinq müqaviləsinin ləğvini tələb etmişdir. Lizinq müqaviləsi 1 il müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. Mahiyyət etibarı ilə lizinq müqaviləsinə müddətin başa çatması ilə xitam verilmişdir.
49. Kollegiya hes ab etmişdir ki, müddəti başa çatmış müqavilənin ləğv edilməsinə ehtiyac yoxdur. Bu baxımdan həmin hissədə iddia əsassızdır. Ona görə də maddi və prosessual hüquq normaları pozulduğundan həmin hissədə qətnamə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir.
50. İddiaçı1 MMC tələbində həm də lizinq obyekti olan mənzildən istifadəyə görə 63696 manat məbləğində borcun tutulmasını və mənzilin təhvil verilməsini tələb etmişdir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiy atsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Qanunun tələbinə görə, həmin Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Müəyyən edilir ki, lizinq alan müqavilə üzrə öhdəliyin bir hissəsini icra etmiş, 4 ay müddətinə, cəmi 21232 manat ödəniş etmişdir. İddiaçı mənzildən bundan sonrakı müddət üzrə istifadəyə görə pul tələb etmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, lizinq müqaviləsinə əsasən mənzildən istifadəyə 63696 manat pul tələbi hissədə iddia təmin edilməməlidir. B elə ki, lizinq alan hansı müddətdə mənzildən istifadə edilməsi müəyyən edilmir. İzahatlardan görünür ki, müqavilə üzrə müəyyən müddət ərzində ödənişlər həyata keçirsə də sonrakı müddətdə lizinq alan mənzilə köçməmişdir. Hazırda da lizinq müddəti başa çatmışdır. Əvvəl ödənilən məbləğlə bağlı isə mübahisə olmamışdır. Bundan başqa, lizinq obyekti olmuş mənzildə izahatlara görə cavabdehlərdən Cavabdeh2 və onun arvadı Elçiyeva Durdana yaşayır. Mənzilin boşaldılmasına dair iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. Bu iş üzrə Elçiyeva Durdana cavabdeh deyil. Ona görə mənzilin boşladılması birinci iş üzrə cavabdehlərə münasibətdə təmin edilməlidir. Keçmiş mülkiyyətçi Elçiyeva Dürdanə mənzili təhvil vermədiyindən hazırki mülkiyyətçi İddiaçı1 MMC-nin Elçiyeva Dürdanənin mənzildən ç ıxarılması və mənzilin təhvil verilməsi barədə iddia irəli sürmək hüququ vardır. Bu baxımdan birinci iş üzrə cavabdehlərə münasibətdə mənzilin təhvil verilməsi tələbi də təmin edilməməlidir.
53. Göstərilənlər onu deməyə əsas vermişdir ki, birinci iş üzrə İddiaçı1 MMC-nin iddiası üzrə iddianı tam təmin edən məhkəmə işin hallarını düzgün müəyyən etməmiş və maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bunlar da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır.
54. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 340.2, 385.1, 458.1, 470.1, 472.1, 748-1.1, 748-1.2, 748-1.3, 748-1.4, 748-1.5, 748-1.8, 748-1.12.4-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli, “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarllarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
55. Birinci iş üzrə cavabdehlər Cavabdeh2 oğu, Cavabdeh1 və ikinci iş üzrə iddiaçı Elçiyeva Durdana kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı1MMC-nin Bakı şəhəri, Nizami rayonu, Məhəmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (yeni qaydalarla AZ1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239,M3, m.6) saylı mənzilinəcavabdehlərə aid istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması tələbinin təmin edilməməsinə, Durdana Elcıhevanın onunlaİddiaçı1MMC arasında bağlanmış xx.xx.2019-cu iltarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin və İddiaçı1 MMC ilə İbarhimovRafael Əli oğlu arasında xx.xx.2019-cu il tarixli, D050 N-li daxili lizinq müqaviləsinin etibarsız sayılmasına dair iddia tələbinin təmin olunmasın barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
56. Kassasiya şikayəti Azərbyacan Respublikası Konstitusiyasının 12, 26, 60, 71, 127-ci, Mülki Məcəllənin 337.1, 340.1, 340.2, 556.1, 747.1, 748.10.4-cü və MPM-in 77.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Cavabdeh1 cavabdeh kimi öhdəliyinin icrasına düzgün hüquqi qiymətləndirmə verməmişdir. Cavabdeh1 lizinq obyektindən istifadə etmədiyi sübuta yetirildiyindən, onun ödəniş etməsi üçün hüquqi əsaslar yaranmamışdır. Yəni mövcud vəziyyətdə məhkəmə lizinq müqaviləsinin etibarlı olmasını qəbul edirsə, belə olan halda Faktor Lizinq MMC öz öhdəliyini pozub, lizinq perdmetini lizinq alana təhvil vermədiyi halda ödənişi hansı əsasla tələb edir və ödənişin icra edilmədiyini əsas tutub cavabdehlərin lizinq obyektindən çıxarıl masını tələb edir, məhkəmə isə bu tələbi təmin edir. Lizinq müqaviləsi etibarlı hesab edildikdə öhdəliyi pozan tərəf Faktor Lizinq MMC olmuşdur. Öhdəliyi pozan tərəfin iddia tələbi təmin edilə bilməz. Lizinq obyekti təhvil verilmədiyi halda ödəniş ediləməmlidir, bu halda iddia da təmin edilməməlidir. Alqı-satqı müqaviləsinin və daxili lizinq müqaviləsinin etibarsız sayılması barədə iddiaçı Durdana Elcheva və cavabdeh Faktor Lizinq MMC arasında bağlanmış alqı-satqı müqaviləsi, həmçinin, onun mənzili ilə bağlı Cavabdeh1la İddiaçı1 MMC arasında bağlanmış daxili lizinq müqaviləsinin tərəflərin müqavilədə göstərilən niyyətlə bağlamadıqları məhkəmə zamanı tam sübuta yetmişdir. Müəyyən edilmişdir ki, müqavilələr alqı-satqı və lizinq münasibətləri yaratmaq niyyətilə bağlanmamışdır. Bu halı sübut e dən dəlil və faktlardan biri o olmuşdur ki, alqı-satqı premeti bu günədək həqiqi olmayan satıcı Durdana Elchevadan yalançı alıcı Faktor Lizinq MMC tərəfindən təhvil alınaraq sənəd üzərində uydurma lizinq alan kimi sənədləşdirilmiş Cavabdeh1 verilməmişdir. Bu gün də mənzil “satıcı”dadır. İkinci, əgər bu “satıcı” həqiqətən də mənzili satırdısa, alqı-satqı müqaviləsində göstərilən məbləği almışdırsa, nə üçün pulunu götürüb mənzildən çıxmır, 185.000 manat pul alan “satıcı” mənzildə qalarmı, elcə də 185.000 manat pul verən “aılcı” onu mənzildə saxlayarmı? Hazırkı işdə isə lizinq verən (İddiaçı1 MMC) tərəfdən əmlakın lizinq alanın (Rafael İbarhimovun) istifadəsinə verilməmişdir. Faktor Lizinq MMC qanundan və müqavilədən irəli gələn öhdəliyini icra etməyib. İşin bu halı məhkəmədə tam sübuta yetib. Əgər Məhkəmə lizinq müqaviləsini etibarsız hesab etmirsə, müqaviləni etibarlı müqavilə kimi qəbul edirsə, lizinq predmeti olan mənzilə istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması haqqında tələb təmin edilə bilməz. İddiaçı1 MMC mənzili Cavabdeh1 təhvil və istifadəsinə verməlidir ki, onun istifadə hüququ yaransın, həmçinin, mənzil Cavabdeh1 verilməyib ki, o, mənzili boşaltsın. Qanunun və müqavilənin icrasının bu əsaslı şərti yerinə yetirilmədiyindən məhkəmənin həmin tələbi təmin etməsi qanuna uyğun deyil, Bundan başqa, öhdəliyi pozan lizinq təşkilatının iddiası ilə Cavabdeh2 də mənzildən çıxarılması və istifadə hüquqlarının itirilməsi qət edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. b)Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
57. İddiaçı1 MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
58. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
59. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
60. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
61. M addə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir
62. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
63. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
64. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmə dikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
65. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
66. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
67. Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.
68. Maddə 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğısatqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.
69. Maddə 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıql ar üçün məsuliyyət daşımır.
70. Maddə 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
71. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
72. Maddə 748-1.12.4. lizinq alan liz inq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vatından əvvəl ləğv etməu hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı
73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsini n obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviriəsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarı
74. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Maddə
88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
78. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
79. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə cavabdehlər və ikinci iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı məhz onların dəlilləri əsasında qismən yoxlanır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəd ə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və kassasiya şikayətlərinin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, apellyasiya instansiya məhkəməsi həmin dəlillərin bəziləri ilə razılaşmış, lakin digər dəlillərlə razılaşmış və onları əsassız hesab etmişdir.
87. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq haq lı olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr etibarlıdır. Əqdlərin yalan əqd olmaları müəyyən olunmur. Lizinq alanın lizinq verən qarşısında icra edilməyən öhdəliyi mövcuddur və həmin öhdəliklərin icrası mütləqdir.
88. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün t ərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
90. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
91. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-83/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.