Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-996/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın və onun nəticələrinin etibarsızlığı) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh2, onun və Cavabdeh1 MMC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4868/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli 2(004)-598/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər X5, İddiaçı və X6 qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilərək, cavabdeh X3 75.837 (yetmiş beş min səkkiz yüz otuz yeddi) ABŞ dolları, X4 14.000 (on dörd min) ABŞ dolları, İddiaçı və X4 müştərək qaydada 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. 2. “xxxx” MMC tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən 112 nömrəli mənzi lin xx xxxxxx 2018-ci il tarixə bazar dəyəri 90.007 (doxsan min yeddi) manat məbləğində müəyyən edilmişdir.
3. Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 106 nömrəli hərracın yekunları barədə protokolu ilə həmin mənzilin tam dəyəri 90.007 (doxsan min yeddi) manat qiymətə açıq hərraca çıxarılmış və 63.004,90 (altmış üç min dörd manat doxsan qəpik) manat qiymətə Cavabdeh2 satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 “Hərracın yekunları barədəxx xxxxxx 2019-cu il tarixli 106 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışd ır ki, keçirilmiş hərraclardan onun ümumiyyətlə xəbəri olmamışdır. Belə bir şeyin olma ehtimalını belə fikirləşməmişdir. Belə ki, əssasız olaraq satılmış həmin əmlak onun və ailəsinin yeganə yaşayış sahəsidir. Həmçinin, həmin əmlak nə onun, nə də ki, ailə üzvləri tərəfindən heç vaxt girov qoyulmamışdır.
6. Cavabdeh1 MMC iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə xx xxxx 2019-cu il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş icra vərəqəsində qeyd olunan iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmişdir. Sonradan iddiaçı Cavabdeh1nə müraciət edərək faktiki yaşadığı ünvanı təqdim etmiş və növbəti hərrac bildirişlərinin yaşadığı ünvana göndərilməsini xahiş etmişdir, Cavabdeh1 tərəfindən xx xxxx 2019-cu il tari xli və xx xxxx 2019-cu il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun yaşadığı, həmçinin iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmiş və borclu tərəfindən qəbul edilmişdir. Həmçinin, xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərində “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icra vərəqəsi və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin sifarişi əsasında hərrac keçirilmişdir. Cavabdeh1 tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) xx xxxx 2020-ci il tarixl i, 2(005)-786/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, xx xxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, həmin mənzil İddiaçı yeganə yaşayış yeridir. Həmçinin mübahisəli mənzil ilə bağlı üç dəfə hərrac keçirilmişdir ki, bu da qanunvericilkdə nəzərdə tutulmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4868/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayə ti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
11. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir tərəfdən qeyd olunan əmlakın onun yeganə yaşayış yeri olduğunu qeyd edir, digər tərəfdən bütün bildirişləri və qətnaməni ünvan 2 ünvanına göndərir. Məhkəmə iddiaçının istifadə hüququ olduğu yaşayış yerini nədən nəzərə almamışdır? İddiaçı özü b orcu ödəyə bilmədiyi üçün Atyalında olan evinə köçərək borc əvəzi girov qoyduğu ünvan 3 ünvanında yerləşən mənzili xx.xx.2019-cu il tarixdə boşaldacağı barədə öhdəlik götürməsi barədə notarial təsdiqli ərizəni Cavabdeh2 vermişdir. Daha sonra oğluna toy edəcəyini, bütün tanışlarının bu ünvanda olduğunu əsas gətirərək xx.xx.2020-ci il tarixdə evin boşaldılması barədə notarial təsdiqli ikinci ərizəni ona vermişdir. Cavabdeh2 bu ərizələri məhkəməyə təqdim etsə də məhkəmə buna qiymət verməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ünvanında inşa edilən B blokun 8-ci mərtəbəsində yerləşən bir otaqlı, ümumi sahəsi 55.56 kv.m- dən ibarət mənzil üzərinə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qərardadı ilə mənzilin özgəninkiləşdirilməsi qadağan edilməmişdir. Borclu həmin əmlak ı borc əvəzi Cavabdeh2 verəcəyi barədə vədinə əməl edərək həmin qərardaddan şikayət etməmişdir.
13. Cavabdeh1 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən yanlış olaraq, “lakin buna baxmayaraq, müvafiq əmlaka borc tələbinin yönəldilməsi ilə bağlı qeyd edilən icra vərəqəsində heç bir qeyd öz əksini tapmamışdır. Müvafiq icra vərəqəsindən də göründuyü kimi məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləğinin cavabdeh şəxs lərdən tutulması müəyyən edilmişdir. Qeyd edilən borc məbləğinin cavabdehlərdən hansısa birinin mülkiyyətində olan əmlaka yönəldilməsi müvafiq icra vərəqəsində öz əksini tapmamışdır. Buradan da görünür ki, icra vərəqəsi üzrə nəzərdə tutulmayan əmlaka borc məbləğinin yönəldilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən əsassız və qanunsuz sifariş məktubu verilmişdir” sözlərini ifadə etməklə səhv nəticəyə gəlmişdir. Ali Məhkəmənin diqqətinə çatdırılır ki “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsinə əsasən, tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bununla da, apellyasiya məhkəməsinin müvafiq qətnaməsində qeyd olunanlardan fər qli olaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunla icra məmuruna belə bir səlahiyyət verilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırılır ki, apellyasiya məhkəməsi öz qətnaməsində sözügedən əmlakın bir tərəfdən “xxxx” Mənzil-Tikinti Kooperativinə məxsus olduğu, digər tərəfdən isə iddiaçının yeganə yaşayış yeri olduğunu bildirmişdir. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırılır ki, Nəsimi rayonu, -ci məhəllə, Tblisi prospekti, 44C ünvanında yerləşən yaşayış binası “xxxx” Mənzil Tikinti Kooperativinə məxsusdur. İddiaçı 2008-ci ildən həmin mənzili “xxxx” Mənzil-Tikinti Kooperativindən əldə edərək orada yaşamaqdadır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun və Cavabdeh1 MMC-nin vəkili Vəkil kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, şikayətlərin təmin olunmasını xahiş etdilər.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə kassasiya şikayətlərinə etiraz edərək onların rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
19. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac ma raqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; həmin məcəllənin 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu:
21. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
22. Maddə
53. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzər də tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
29. Bakı şəhəri Yasamal Rayon Məhkəməs inin xx xxxxxxx 2017-ci il tarixli 2(004)-598/2017 nömrəli qətnaməsi ilə cavabdeh X1 75.837 (yetmiş beş min səkkiz yüz otuz yeddi) ABŞ dolları, X2 14.000 (on dörd min) ABŞ dolları, İddiaçı Kekavus oğlundan və X2 müştərək qaydada 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-1119/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-4321/2018 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək dəyişdirilmədən saxlanılmışdır. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxxxx 2018ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə əsasında kooperativ Bakı şəhəri, Nəsimi rayonu, - ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşmiş “xxxx” Mənzil-Tikinti Kooperativinin tikilməkdə olan binasında 112 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 55,56 kv.metr olmaqla B blokunda 13-cü mərtəbədə yerləşir və göstərilən mənzilin ümumi dəyəri 14.700 (on dörd min yeddi yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(004)-598/2017 nömrəli icra vərəqəsi üzrə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun Cavabdeh1nə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli 16996-171585/18-5-9 nömrəli sifariş məktubu əsasında müvafiq icra vərəqəsinin icrası ilə bağlı hərracın keçirilməsinə dair qanuna müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Qeyd edilən mənzil “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq rəyi ilə xx xxxxxx 2018-ci il tarixə bazar dəyəri 90.007 (doxsan min yeddi) manat məbləğində müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən mənzilin 81.006,03 (səksən bir min altı manat üç qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 10%endirimli satış qiyməti) xx xxxx 2019-cu il tarixdə saat 11:00da açıq auksion formasında satışa çıxarılmışdır. Həmin mənzil 72.005,60 (yetmiş iki min beş manat altmış qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 20%endirimli satış qiyməti) xx xxxx 2019-cu il tarixdə saat 11:00-da ikinci dəfə açıq auksion formasında satışa çıxarılmışdır. Qeyd edilən mənzil 63.004,90 (altmış üç min dörd manat doxsan qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 20% endirimli satış qiyməti olan 72.005,60 (yetmiş iki min beş manat altmış qəpik) manat məbləğindən 30% aşağı endirimli qiymət) xx xxxxxx 2019 -cu il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılmışdır. Hər bir hərrac barədə bildiriş İddiaçı göndərilmiş və sonuncu şəxsən məlumatlandırılmışdır. Qeyd edilən məlumatlar “Kaspi” qəzetinin müvafiq nömrəli buraxılışlarında yerləşdirilmişdir. Cavabdeh1 xx xxxxxx 2019- cu il tarixli 106 nömrəli hərracın yekunları barədə protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən 112 nömrəli mənzilin tam dəyəri 90.007 (doxsan min yeddi) manat qiymətə açıq hərraca çıxarılmış və 63.004,90 (altmış üç min dörd manat doxsan qəpik) manat qiymətə Cavabdeh2 satılmışdır.
30. İddiaçı, icra məmurunun qanunsuz hərəkətləri nəticəsində yeganə yaşayış yerinə tələbin yönəldildiyini, əmlakın ipoteka ilə yü klü edilmədiyini və hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir.
31. Apellyasiya instansiyası iddiaçının “tələbin yeganə yaşayış yerinə yönəldilməsi” ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsində isə, fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı mü vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə x xxxx 2002-ci il tarixli 89 nömrəli Qərarı ilə bəhs edilən məsələyə dair dəqiq siyahı verilmiş, icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilə, evə və ya onun ayrı-ayrı hissələrinə, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmədiyi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, icra hərəkətləri zamanı iddiaçının tələbin yönəldilməsi mümkün olan hər hansı başqa əmlakının olduğu müəyyən edilməmişdir, həmçinin iş materiallarında da buna dair hər hansı sübut mövcud deyildir. Məhkəmənin qənaətinə görə, xx xxxxxx 2018-ci il tarixli ərizədə mübahisəli mənzilin hərracda satılmasına etiraz edilmədiyinin göstərilmiş olması da tələbin həmin mənzilə yönəldilməsinə haqq qazandırmır; belə ki, həmin mənzildə onunla yanaşı ailə üzvləri – X7 (arvadı) və X8 (oğlu) olmaqla daimi yaşamaqdadırlar (mənzilin əldə edildiyi tarixdən bəri). Bu mənada mübahisəli mənzilin tələbin yönəldilə bilmədiyi əmlak olması özü-özlüyündə ona dair keçirilmiş hərrac(lar)ın qanunsuz olduğunu ehtiva edir.
32. Eyni zamanda Bakı şəhəri, Nəsimi rayonu, -ci məhəllə, Tbilisi prospekti, 44C ünvanda yerləşən yaşayış binası “xxxx” Mənzil -Tikinti Kooperativinə məxsusdur, İddiaçı qeyd edilən binanın B girişi, 13-cü mərtəbə, 112 nömrəli mənzildə 2008-ci ildən ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Qeyd edilən bina dövlət qeydiyyatından keçməmiş və həmin mənzilə dair İddiaçı tərəfindən mülkiyyət hüququ əldə edilməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hətta sözügedən mənzil tələbin yönəldilə bildiyi əmlak hesab olunsa idi belə, aşağıdakılara əsasən yenə də fərqli nəticəyə gəlmək – yəni, mübahisəli mənzillə bağlı hərrac(lar)ın qanuna uyğun keçirilmiş olduğu qənaətinə gəlmək mümkün olmayacaqdı.
34. Belə ki, icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Üzərinə həbs qoyu lmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır (§ 21-22).
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, tələbin ipoteka predmeti olmayan əmlaka yönəldilməsi yuxarıda göstərilən qaydada həyata keçirilir. Bu xarakterli əmlaka dair hərracın bir neçə dəfə keçirilməsi və hər dəfə əmlakın satış qiymətinin aşağı salınması qaydası normativ hüquqi aktla müəyyən edilməmişdir. Belə olan halda, “İcra haqqında” Qanunun 53-cü maddəsinə riayət edilmədən keçirilmiş hərrac etibarlı sayıla bilməz. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 və Cavabdeh1 MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4868/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.