Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-997/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh5 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 qızına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “pay torpaq sahəsinə bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2602/2019 nömrəli qətnaməsindən İddiaçı və vək ili Vəkiltərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 qızına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı pay torpaq sahəsinə bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o və cavabdehlər X5 yaşayırlar. X5 sakini Cavabdeh1 2003-cü ilin aprel ayında ona yaxınlaşaraq torpaqda təsərrüfatçılıq və əkin-biçinlə məşğul olduğunu bildiyindən İslahat vaxtı dövlət tərəfindən JN-00xx xxx 40113018 saylı Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilən 1.25 ha torpaq sahəsinin 1.00 ha hissəsini torpağa qulluq edə bilmədiyindən və oranın vergisini verə bilmədiyindən ona satmaq istədiyini bildirmişdi r. 2003-cü ildə qanunvericilikdə pay torpağının alqı-satqısına icazə verilmədiyindən onlar, yəni, o və cavabdehlər Cavabdeh1 ailəsi aralarında bağışlama müqaviləsi - ərizə tərtib edərək X5nin sədrinə təqdim etmiş və imzalamışlar. X5nin iştirakı ilə cavabdehlərə pay torpağı olaraq verilən 1.25 ha torpaq sahəsinin 1.00 ha hissəsini cavabdehlər ona vermişlər, bundan əlavə həmin torpağın Dövlət aktının 70 D saylı plan- cizgisi də ona təhvil verilmiş və bu bağışlama aktı - bağışlamanı təsdiq edən ərizə xx.xx.2003-cü ildə notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Dövlət aktının 70 D saylı plan-cizgisində torpaq sahəsinin ölçüsü 9975.00 kv.m olaraq göstərilmişdir. O həmin vaxtdan qeyd edilən torpaq sahəsindən maneəsiz öz şəxsi mülkiyyəti kimi istifadə edir, oranın vergisi ni verir, əkin-biçin işləri ilə məşğul olur. Dövlət Aktının əsli cavabdehlərdə qaldığından o cavabdehlərə təklif etmişdir ki, həmin torpağın rəsmiləşdirilməsi üçün notariusa getsinlər, lakin onlar müxtəlif bəhanələr edərək notariusa gəlməkdən imtina etmişlər. Onlar bilirlər ki, o 15 ildir ki, torpağın vergisini verir, ora aqrotexniki xidmət göstərir, torpaq sahəsinin keyfiyyəti xeyli yaxşılaşmışdır. O, həmin torpaq sahəsini 15 ildən çoxdur istifadə etdiyini, oranın cavabdehlər tərəfindən ona bağışlandığını bilən və bu məsələyə şahid olan kənd sakinləri var. Bağladıqları əqd tamamilə icra edilib, belə ki, o əqd bağlanan vaxtdan torpaq sahəsindən 15 ildən çoxdur ki, istifadə və sahiblik edir, cavabdehlər isə həmin torpaq sahəsini ona təhvil veriblər. Buna görə də qeyd etdiyi tələblə məhkəməy ə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 qızına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı pay torpaq sahəsinə bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Ə.Məcidov - sədrlik edən, İ.Quliyev – məruzəçi, M.Əsədli) xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2602/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2602/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə sübutlara yanlış hüquqi qiymət verməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, qanun pozuntuları ilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh5 vəkili Nümayəndə məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onların məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəmə yə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan s übutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 1.25 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. xx xxxxx 2003-cü il tarixdə cavabdehlər iddiaçı ilə aralarında hər hansı notariat qaydasında müqavilə bağlanmadan torpaq sahəsinin 1 hektarını iddiaçının istifadəsinə vermişlər. 2018-ci ildə iddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2 018-ci il tarixli 2(019)-1229/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılarkən isə o iddiasından imtina etmiş və Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı iddiadan imtinası qəbul edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(019)-1229/2018 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 668.1-668.1.5-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesa b edilir. Hazırkı işdə torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair notariat qaydasında təsdiqlənmiş müqavilə yoxdur. Bundan əlavə, tərəflər arasənda torpaq sahəsinin bağışlanması ilə bağlı olan razılaşma zamanı adı Dövlət Aktında olan Səxavətin 17 yaşı, Sahibənin 14 yaşı, Turalın 12 yaşı olmuşdur ki, azyaşlılar üzrə komissiyanın razılığı olmadan onların mülkiyyətində olan torpaq sahəsi bağışlana bilməzdi. Ona görə də tərəflər arasında torpaq sahəsinin bağışlanması barədə razılaşma qanunsuz olmuşdur. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini dəyişdirilmə dən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır (Mülki Məcəllənin 666.1, 666.2 və 666.3-cü maddələri). Mülki Məcəllənin 668.1-668.1.5-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Qanunvericiliyin tələbinə əsasən daşınmaz əşyala rın bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların bağışlanması haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: - yazılı formada bağlanması; - notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyalara dair müqavilənin etibarlılığını şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini, həmçinin bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə xx xxx 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə xx xxxxx 2007-ci il tarixli Qərar, Ə.Nəsibovanın şikayəti üzrə xx xxx 2012-ci il tarixli Qərar və s.) da göstərmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmi şdir ki, hazırkı işdə torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair notariat qaydasında təsdiqlənmiş müqavilə yoxdur. Bundan əlavə tərəflər arasında torpaq sahəsinin bağışlanması ilə bağlı olan razılaşma zamanı adı Dövlət Aktında olan Səxavətin 17 yaşı, Sahibənin 14 yaşı, Turalın 12 yaşı olmuşdur ki, azyaşlılar üzrə komissiyanın razılığı olmadan onların mülkiyyətində olan torpaq sahəsi bağışlana bilməzdi.Ona görə də tərəflər arasında torpaq sahəsinin bağışlanması barədə razılaşma qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi q iymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci m addəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2602/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-997/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-997/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver