Məhkəmə qərarları › İş №2(102)-997/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-997/2023

07.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-997/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpası 07.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli, 2(108)-10/2022 saylı qərardadından cavabdeh X verdiyi kassasiya şikayəti üzrə işə 07 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinin hasar divarının üstündə tikilmiş cavabdehə məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsinin hasar divarının üstündə olan hissəsinin sökülməsi, hasar divarının üstündə olan hissə söküldükdən sonra bu söküntü nəticəsində dəyə biləcək ziyanın cavabdeh tərəfindən qarşılanması və hasarın əvvəlki vəziyyətə gətirilməsi, hasar divarın üstündə tikilmiş tikilinin sökülməsi xərclərinin cavabdeh tərəfindən qarşılanması, cavabdehə məxsus fərdi yaşayış evinin novalçalarından axıdılan sular nəticəsində ona məxsus hasar divara və həyətdəki daş döşəmələrə dəymiş 5.000 manat ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 mart 2021-ci il tarixli, 2(078)-70/2021 saylı qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin hasar divarının üstündə inşa edilmiş ünvan 3 ünvanda yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsinin (mansardının) 0.30 metr enində 9 metr uzunluğunda olan hissəsinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdi r. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2022-ci il tarixli, 2(108)-10/2022 saylı qətnaməsi ilə (hakimlər- S.Qarayev sədrlik edən, məruzəçi, Y.Qurbanov və F.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Abbasova (İsmayılova) Ceyran Cahangir qızı 02 dekabr 2022-ci il tarixdə vəsatətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2022-ci il tarixli, 2(108)-10/2022 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsas landırılmışdır ki, qətnamədən savadsızlığı ucbatından vaxtında kassasiya şikayəti verə bilməmiş və prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh şəxsən deyil, cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsində mülki işin icraatı zamanı cavabdeh X şəxsən məhkəmə iclaslarında iştirak etməmişdir. Bütün məhkəmə iclaslarında cavabdehin vəkili X2 və nümayəndəsi Nümayəndə2 iştira k etmişlər. Eyni zamanda həm cavabdehin və həm də cavabdeh tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 izahatlarından məlum olur ki, bu vəsatətin verilməsi qətnamənin icrasının yubadılması məqsədi daşıyır. Digər tərəfdən birinci və apellyasiya instansiya məhkəmələrində keçirilən bütün məhkəmə iclaslarında vəkil ilə təmin olunmuş şəxsin kassasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti savadsız olması ucbatından buraxması inandırıcı arqument kimi qəbul oluna bilməz. Həmçinin mülki iş materiallarından məlum olur ki, apellyasiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertiza üzrə tədqiqatın dəyəri olan 100 manat pulun tutulması barədə icra vərəqi cavabdeh tərəfindən könüllü olaraq ödənildiyindən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 30 noyabr 2022-ci il tarixli Qərarı ilə icra işinə xitam verilərək məhkəməyə geri qaytarılmışdır. Cavabdehin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 avqust 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməsinə heç bir maneə olmamışdır və buraxılmış prosessual müddətin bərpası üçün əsaslar mövcud deyil. Eyni zamanda “buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair” vəsatətdə müddətin buraxılmasının üzrlü hesab edilə bilməsinə dair heç bir başqa səbəbin göstərilməməsi, bununla bağlı heç bir sübutun məhkəməyə təqdim edilməməsi, yalnız savadsızlığın qeyd edilməsi maraqlı şəxsin hüquqi müəyyənlik prinsipinə zidd səhlənkarlığı və ədalət mühakiməsinin yubadılması cəhdi kimi qiymətləndirilə bilər. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 135.2, 135.3, 135.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında xəstə olmağı səbəbindən müddəti buraxdığını göstərsə də, məhkəmə bunu nəzərə almamışdır. Kassasiya şikayətinə q arşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, b u Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rə smi qaydada verilmiş hesab edilir. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər: Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntu su hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsikassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayətində bütövlükdə mübahisələndirildiyindən, qərardadın əsaslılı ğı tam yoxlanıldı. Kassasiyainstansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, mülki prosessual müddətin bərpası üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onu n bu dəlilləri ilə razılışmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 02 dekabr 2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, qətnamədən savadsızlığı ucbatından vaxtında kassasiya şikayəti ve rə bilməmiş və prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh şəxsən deyil, nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsində mülki işin icraatı zamanı cavabdeh şəxsən məhkəmə iclaslarında iştirak etməmişdir. Bütün məhkəmə iclaslarında cavabdehin vəkili X2 və nümayəndəsi Nümayəndə2 iştirak etmişlər. Eyni zamanda həm cavabdehin və həm də cavabdeh tərəfdən müstəqil təl əblər irəli sürməyən üçüncü şəxs X1 izahatlarından məlum olur ki, bu vəsatətin verilməsi qətnamənin icrasının yubadılması məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələrində keçirilən bütün məhkəmə iclaslarında vəkil ilə təmin olunmuş cavabdehin kassasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti savadsız olması ucbatından buraxması inandırıcı arqument kimi qəbul oluna bilməz. Həmçinin mülki iş materiallarından məlum olur ki, apellyasiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertiza üzrə tədqiqatın dəyəri olan 100 manat pulun tutulması barədə icra vərəqi cavabdeh tərəfindən könüllü olaraq icra edilmiş və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 30 noyabr 2022-ci il tarixli Q ərarı ilə icra işinə xitam verilərək məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, cavabdehin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsinə heç bir maneə olmamışd və buraxılmış prosessual müddətin bərpası üçün əsaslar mövcud deyil. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair” vəsatətdə müddətin buraxılmasının üzrlü hesab edilə bilməsinə dair heç bir başqa səbəbin göstərilməməsi, bununla bağlı heç bir sübutun məhkəməyə təqdim edilməməsi, yalnız savadsızlığın qeyd edilməsi maraqlı şəxsin hüquqi müəyyənlik prinsipinə zidd səhlənkarlığı və ədalət mühakiməsinin yubadılması kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunl a müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdeh qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Belə ki, cavabdehin kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində göstərdiyi dəlillər tam əsassızdır. Nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilərdi. Cavabdehin kassasiya şikayəti vermək üçün b uraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə, prosessual müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırki işdə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılışır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum gö rmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli, 2(108)-10/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar