Məhkəmə qərarları › İş №2(103)-10001/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10001/2021

08.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10001/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və onun etiabrnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 19.11.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı etiabrnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iclasında işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası barədə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti əsasında başlanmış 2(103)-5172/2021 saylı mülki iş Bakı Apelyasiya məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili hazırkı mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5172/2021 saylı mülki işə birləşirilməsinə etiraz etmədiklərini bildirmişdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili hazırkı mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5172/2021 saylı mülki işə birləşirilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)- 10001/2021 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(103)-5172/2021 saylı mülki işlə birləşdirilərək 2(103)-5172/2021 nömrə altında bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar