Məhkəmə qərarları › İş №2(103)-10009/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10009/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10009/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və hərracda bağlanmış müqavilələrin ləğvi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2380/2021 nömrəli mülki iş üzrə 30.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və hərracda bağlanmış müqavilələrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekunları barədə 20.02.2020-ci il tarixli 09/02, 09/03, 09/04, 09/05, 09/06, 09/07 saylı protokollar və onların əsasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 24.05.2018ci il tarixli, 2(049)-72/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-non cavabdehlər İddiaçı, Salmanova Hicran Qulammirzə qızına və X3 qarşı kredit müqaviləsi üzrə əsasə borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 07.10.2015-ci il tarixli, K1736 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 765988,72 manat, faiz borcu üzrə 253602,74 manat, cərimə borcu üzrə 65415,56 manat, cəmi 1085007,02 manat kredit borcu, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat dövlət rüsumu və 210 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdeh İddiaçı ipoteka pretmetinin qiymətləndirilməsi üçün ödənilmiş 1400 manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər İddiaçı və X1 "xxxx" ASC-nin xeyrinə tutulmalı olan cəmi 1085007,02 manat məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat dövlət rüsumu və 210 manat xidmət haqqı və cavabdeh İddiaçı ipoteka predmetinin qiymətləndirilməsi üçün ödənilmiş 1400 manat məbləğində xidmət haqqı üzrə tutmanın "xxxx" ASC qaşısında ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan Salmanova Hicran Qulammirzə qızının mülkiyyətində olan Lənkəran şəhəri, X5 küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinə, ipoteka qoyan İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı yaşayış evinə, Lənkəran rayonu Şilavər kəndində 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Lənkəran şəhəri X5 küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 1 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində qeyri yaşayış binası (mağazaya) yönəldilməsi, ipoteka predmeti Lənkəran şəhəri X5 küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinin hərracda ilkin satış qiymətinin 440000 manat məbləğində, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı yaşayış evinin hərracda ilkin satış qiymətinin 112000 manat məbləğində, Lənkəran rayonu Şilavar kəndində 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 170000 manat məbləğində, Lənkəran şəhəri X5 küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 120000 manat məbləğində, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 360000 manat məbləğində, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 71000 manat məbləğində və Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində qeyri yaşayış binası (mağaza) hərracda ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan əmlakların hərracda satılması, əmlaklara yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli, 2(049)-72/2018 əlavə qətnaməsi ilə ipoteka pretmetinin satışından əldə olunan məbləğ İddiaçı və X2 iddiaçı "xxxx" ASC-yə öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin İddiaçı, X1 ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən Lənkəran Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(049)-72/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamə dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər İddiaçı və X4 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(049)-72/2018 saylı qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, həmin qətnamənin dəyişdirilməsini xahiş edilmişdir. Cavabdeh Salmanova Hicran Qulammirzə qızı Lənkəran Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(049)-72/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 28.02.2019-cu il tarixli, 2(106)-215/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdhelər İddiaçı və Vüsal Salmanzadədən müştərək qaydada 07.10.2015-ci il tarixli, K1736 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 765988,72 manat, faiz borcu üzrə 253602,74 manat, cərimə borcu üzrə 114000 manat, cəmi 1133591,46 manat kredit borcunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar olaraq 28.02.2019-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsi icra vərəqəsi vermişdir. Lənkəran İcra və probasiya şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasına hərracın keçirilməsi barədə sifariş verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2380/2021 nömrəli mülki iş üzrə 30.07.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib olunmuş, əlavə olaraq iddiaçının Lənkəran şəhəri məhəllə 43 ünvanında qeydiyyatda olduğu və yaşadığı ünvana məhkəmənin, icra bölməsinin göndərdiyi məktubların iddiaçıya çatdığını, hərrac mərkəzinin ünvanladığı məktubların niyə geri qaytarılması qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdirlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş Lənkəran rayon İcra və probasiya şpbəsinin icra məmuru Rasim Hüseynovun hərracın keçirilməsi haqqında sifarişindən görünür ki, ipoteka ilə yüklü olunmuş əmlakların açıq hərracda satılması Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasına sifariş edilmişdir. 29.11.2019-cu il tarixli Hərracın keçirilməsinə dair 01 №-li bildirişdən görünür ki, hərracın keçirilmə vaxtı və tarixi İddiaçı Lənkəran ş. məhəllə 43 ünvanına göndərilmiş, lakin “bu ünvanda yaşamır” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. 13.12.2019-cu il tarixli Hərracın keçirilməsinə dair 01/2 №-li bildirişdən görünür ki, hərracın keçirilmə vaxtı və tarixi İddiaçı Lənkəran ş. məhəllə 43 ünvanına göndərilmiş, lakin “bu ünvanda yaşamır” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. 10.01.2020-ci il tarixli Hərracın keçirilməsinə dair 02 №-li bildirişdən görünür ki, hərracın keçirilmə vaxtı və tarixi İddiaçı Lənkəran ş. məhəllə 43 ünvanına göndərilmiş, lakin “bu ünvan tam deyil” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. 24.01.2020-ci il tarixli təklifdən görünür ki, ipoteka predmetinin əldə olunmasına dair təklif İddiaçı Lənkəran ş. məhəllə 43 ünvanına təklif göndərilmiş, lakin “bu ünvan tam deyil” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Respublika Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 29.11.2019-cu il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 30.12.2019-cu il tarixdə keçiriləcək hərracda əmlakların ilkin satış qiyməti 440000 manat, 112000 manat, 170000 manat, 360000 manat, 71000 manat və 120000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 13.12.2019-cu il tarixli 01/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 30.12.2019-cu il tarixdə keçiriləcək hərracda əmlakların ilkin satış qiyməti 440000 manat, 112000 manat, 170000 manat, 360000 manat, 71000 manat və 120000 manat müəyyən olunmuşdur 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 17.01.2020-ci il tarixdə keçiriləcək hərracda əmlakların ilkin satış qiyməti 440000 manat, 112000 manat, 170000 manat, 360000 manat, 71000 manat və 120000 manatdan 15% azaldılaraq müəyyən olunmuşdur 24.01.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Cavabdeh2 18.10.2019-cu il tarixli, 9917/09 saylı sifariş məktubuna əsasən Lənkəran şəhəri, X5 küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinə, Lənkəran şəhəri, 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı yaşayış evinə, Lənkəran rayonu Şilavər kəndində 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Lənkəran şəhəri X5 küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 1 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində qeyri yaşayış sahəsinə dair təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin 24.01.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur. 24-30.01.2020-ci il tarixli “Birja yenilikləri” qəzetinin surətindən görünür ki, ünvan 4 ünvanında keçiriləcək hərrac barədə elan dərc edilmişdir. 13-19.12.2019-cu il tarixli “Birja yenilikləri” qəzetinin surətindən görünür ki, ünvan 4 ünvanında keçiriləcək hərrac barədə elan dərc edilmişdir. İddiaçı ünvanlanmış poçt qəbzinin surətindən görünür ki, hərraca dair bildirişlər iddiaçının qeydiyyatda olduğu Lənkəran şəhəri, məhəllə 43 ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, İddiaçı Lənkəran şəhəri, məhəllə 43 ünvanı onun son qeydiyyatı və yaşayış yeridir. Bu səbəbdən hərracın keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. ünvan 5kların ilkin satış qiyməti 440000 manat, 112000 manat, 170000 manat, 360000 manat, 71000 manat və 120000 manat müəyyən olunmuşdur. 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, keçiriləcək hərrac zamanı ünvan 5kların ilkin satış qiyməti 15% azaldılmışdır. 24.01.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Cavabdeh2 9917/09 saylı, 18.10.2019-cu il tarixli sifariş məktubuna əsasən əmlakların təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin 24.01.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir. Eyni zamanda hərracın keçrilməsi vaxtı barədə iddiaçıya poçt vasitəsi ilə məlumat verilmişdir. Hərracla bağlı “Birja Yenilikləri” qəzetində elan dərc edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası hərracın keçirilməsinə dair yuxarıda qeyd edilmiş bildirişlərin iddiaçı tərəfindən alınmamasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçı öz ünvanının Lənkəran şəhəri, məhəllə 43 olduğunu qeyd etmişdir. Hərracla bağlı bildirilişlər də qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də Hərrac Mərkəzi hərracla bağlı bildirişləri İddiaçı yaşayış ünvanı olan Lənkəran şəhəri, məhəllə 43 ünvanına göndərməkdə haqlı olmuşdur. İddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də o, öz yaşayış yerini Lənkəran şəhəri, məhəllə 43 kimi qeyd etmişdir. Eyni zamanda hərracla bağlı bildirişlər də bu ünvana göndərilmişdir. Bildirişin qeyd edilən ünvan üzrə göndərilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Bundan başqa, hərrac barədə KİV vasitəsi ilə məlumat (elan) verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi hərracın nəticələrinə dair protokolların və müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı rədd etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(005)- 2380/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar