Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10079/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında təbii qazdan istifadə bağlı cavabdeh tərəfindən əsassız hesablanmış 539,61 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin borcu silmək vəzifəsi cavabdehə həvalə edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı bildirir ki, 25.05.2014-cü ildə həmin fərdi yaşayış evini qeyri-rəsmi alıb, göstərilən vaxtdan evə sahiblik edir, evdə istifadə olunan təbii qazın dəyərini vaxtlıvaxtında ödəyib, cavabdehin ondan ödənilməsini tələb etdiyi 539,61 manat borc əvvəlki sakinin mənzildə yaşadığı dövrə, yəni 25.04.2014-cü tarixdən əvvələ aid olan borcdur. Həmin ünvana dair abonentin saldosu təqdim olunub. Saldo 2010-cu ilin sentyabr ayından 2021-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Həmin saldoda borcun son 5 ilə aid olduğu birmənalı müəyyən olunmur. Ona görə də hesab olunur ki, 539,61 manat borca münasibətdə cavabdehin tələb hüququ müddətin keçməsinə görə qüvvəsini itirib. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli qətnaməsi dəyişirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10079/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10079/2021
05.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver