Məhkəmə qərarları › İş №2(103)-10092/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10092/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10092/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(011)-6362/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.metr qeyriyaşayış sahəsində yaradılmış idman zalında olan və ona məxsus ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (Barbells), velotrenajorun (X2), velotrenajorun (Bike Fenix - led plus), ştanq disklərinin (Weight Plates), ştanq üçün qıvrım qrif (Curl Bar), qantellərin saxlanması üçün qurğu (Dumbbell RackLong), 5 ədəd qaçış meydançasının (Runner Fenıx - led plus), məşq alətinin (İperextension 45° Bench), məşq alətinin (Disk Rack), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin (Chin and Dip), ştanq qaldırmaq üçün döşəməli alətin (X10), qarın əzələlərinin məşqi üçün alətin (Abdominal Crunch), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (X6), baş hissəsi aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (X7), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (X11), bel və qol məşqi üçün dartıcı alətin (Rowing Machine), ştanq qaldırıcı mexanizmli alətin (Squat Lunge), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (Smith Machine HP Base), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (X9), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (X3), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (Lat Pulldown), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (Leg Press 45°), qantelin (Lateral Deltoid), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı hərəkətli alətin (Dips Press), dartıcı alətin (Curling Machine), ayaq məşqi üçün dartıcalətin (Leg Curling), kürək əzələlərinin məşqi üçün alətin (Peck Back), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (Leg Extension), qol əzələlərinin məşqi üçün alətin (X5), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (Pulley Row) istifadə edilməsi cavabdehə və 3-cü şəxlərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6362/2021 saylı 02 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2ci girişinin zirzəmisində olan 180 kv.metr qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların yəni ştanqların (Barbells), velotrenajorun (X2), velotrenajorun (Bike Fenix - led plus), ştanq disklərinin (Weight Plates), ştanq üçün qıvrım qrif (Curl Bar), qantellərin saxlanması üçün qurğu (Dumbbell Rack-Long), 5 ədəd qaçış meydançasının (RunnerFenıx - led plus), məşq alətinin (İperextension 45° Bench), məşq alətinin (Disk Rack), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin (Chin and Dip), ştanq qaldırmaq üçün döşəməli alətin (X10), qarın əzələlərinin məşqi üçün alətin (Abdominal Crunch), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (X6), baş hissəsi aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (X7), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (X11), bel və qol məşqi üçün dartıcı alətin (Rowing Machine), ştanq qaldırıcı mexanizmli alətin (Squat Lunge), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (Smith Machine HP Base), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (X9), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (X3), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (Lat Pulldown), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (Leg Press 45°), qantelin (Lateral Deltoid), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı hərəkətli alətin (Dips Press), dartıcı alətin (Curling Machine), ayaq məşqi üçün dartıcı alətin (Leg Curling), kürək əzələlərinin məşqi üçün alətin (Peck Back), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (Leg Extension), qol əzələlərinin məşqi üçün alətin (X5), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (Pulley Row) üzərlərinə həbs qoyulmuşdur. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6362/2021 saylı, 13.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X4 şikayətin dəlillərinə etiraz etdi və təmin edilməməsinin, rayon məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil şikayəti müdafiə edərək, qərardadın ləğv edilməsini və iddianın təmin tədbirinə dair ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli və iddianın təmin etmə tədbiri barədə iddiaçının vəsatəti qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından və iş materiallarında olan ilkin sübutlardan müəyyən edilir ki, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsində yerləşən idman alətləri halhazırda faktiki olaraq cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı həmin əmlakların ona məxsus olmasını iddia etmiş və bunu təsdiq edən sübut kimi İran İslam Respublikasından alınaraq Azərbaycan Respublikasına gətirilmiş idman alətlərinin gömrük sənədləşdirilməsinə dair sənədlərin surətlərini təqdim etmişdir. Cavabdeh isə öz növbəsində, həmin idman alətlərinin Ukrayna Respublikasından götərildiyini, həmin avadaqlıqların iddia ərizəsində göstərilən avadanlıqlar olmadığını bildirmişdir. Həmçinin, tərəflər mübahisələndirmir ki, həmin idman avadanlıqlarının yerləşdiyi qeyri-yaşayış sahəsi idman zalı kimi fəaliyyət göstərir və bu avadanlıqlardan cavabdeh sahibkar kimi fəaliyyətində istifadə etməklə gəlir əldə edir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021ci il tarixli qərardadı ilə qeyd edilən idman alətlərindən istifadə edilməsinə qadağa qoyulmasına dair iddianı təmin tədbirinə dair iddiaçının vəsatəti təmin edilməmişdir. Başqa sözlə, cavabdehə məxsus qeyri-yaşayış sahəsində olan həmin idman alətlərindən onun istifadə etməsinə heç bir qadağa mövcud deyildir. Belə olan şəraitdə, kollegiyanın qənaətinə görə, həmin idman avadanlıqlarının üzərinə həbs qoyulması Bakı Apellyasiya Məhkəməsinin digər qərarı ilə ziddiyyət təşkil etmiş olardı. Həmçinin, Sabunçu rayon məhkəməsinin mübahisələndirilən bu qərardadında əmlak üzərinə qoyulmuş həbsin hansı məqsəd daşıması aydın olmur. Belə ki, «həbs» məfhumu əmlaka münasibətdə ümumi anlayış olmaqla, bir neçə elementi (əmlakdan istifadə edilməsinin, onun üzərində sərəncam verilməsinin, o cümlədən özgəninkiləşdirilməsinin qadağan edilməsi) özündə birləşdirir və bir qayda olaraq əmlakın məhv edilməsinin, həmçinin onun özgəninkiləşdirilməsinin və bununla da iddianın təmin olunacağı təqdirdə, onun gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır. İddianı təmin etmə tədbirlərinin görülməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində iddianı təmin etmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də iddianı təmin etmə tədbirlərinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir və belə tədbirin görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öz istifadəsində olan idman avadanlıqlarını məhv etməsi və ya yararsız hala gətirmə ehtimalının olmasına dair işdə hər hansı ilkin sübutlar mövcud deyil, ümumiyyətlə, cavabdehin bu cür davranışı az ehtimal ediləndir. Bununla yanaşı, kollegiya hesab edir ki, həmin idman avadanlıqlarının cavabdeh tərəfindən müxtəlif səbəblərdən (idman zalının bağlanması, yeni avadanlıqların gətirilməsi və s.) hər hansı şəkildə özəninkiləşdirilməsi ehtimalı mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın təmin tədbirinin tətbiq edilməsinə dair vəsatətini idman avadanlıqlarının iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənə qədər özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi hissəsində əsaslı hesab edir. Bu cür iddianı təmin tədbiri iddiaçının maraqlarına cavab verməklə yanaşı, cavabdehin həmin avadanlıqlardan istifadə etməklə öz sahibkarlıq fəaliyyətini davam etdirməsi və iddia təmin edilməyəcəyi təqdirdə, gəlirdən məhrum olması riskini aradan qaldırmış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayət qismən əsaslı olmuşdur. Ona görə də, həmin qərardan qismən ləğv edilməli, iddianın təmin tədbirinin tətbiq edilməsinə dair İddiaçı ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyriyaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.metr qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların yəni ştanqların (Barbells), velotrenajorun (X2), velotrenajorun (Bike Fenix - led plus), ştanq disklərinin (Weight Plates), ştanq üçün qıvrım qrif (Curl Bar), qantellərin saxlanması üçün qurğu (Dumbbell Rack-Long), 5 ədəd qaçış meydançasının (RunnerFenıx - led plus), məşq alətinin (İperextension 45° Bench), məşq alətinin (Disk Rack), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin (Chin and Dip), ştanq qaldırmaq üçün döşəməli alətin (X10), qarın əzələlərinin məşqi üçün alətin (Abdominal Crunch), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (X6), baş hissəsi aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (X7), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (X11), bel və qol məşqi üçün dartıcı alətin (Rowing Machine), ştanq qaldırıcı mexanizmli alətin (Squat Lunge), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (Smith Machine HP Base), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (X9), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (X3), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (Lat Pulldown), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (Leg Press 45°), qantelin (Lateral Deltoid), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı hərəkətli alətin (Dips Press), dartıcı alətin (Curling Machine), ayaq məşqi üçün dartıcı alətin (Leg Curling), kürək əzələlərinin məşqi üçün alətin (Peck Back), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (Leg Extension), qol əzələlərinin məşqi üçün alətin (X5), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (Pulley Row) özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.08.2021-ci ci il tarixli, 2(011)-6362/2021 saylı qərardadı ləğv edilməli, iddianın təmin etmə tədbiri barədə ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.08.2021-ci ci il tarixli, 2(011)-6362/2021 saylı qərardadı qismən ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.metr qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların yəni ştanqların (Barbells), velotrenajorun (X2), velotrenajorun (Bike Fenix - led plus), ştanq disklərinin (Weight Plates), ştanq üçün qıvrım qrif (Curl Bar), qantellərin saxlanması üçün qurğu (Dumbbell Rack-Long), 5 ədəd qaçış meydançasının (RunnerFenıx - led plus), məşq alətinin (İperextension 45° Bench), məşq alətinin (Disk Rack), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin (Chin and Dip), ştanq qaldırmaq üçün döşəməli alətin (X10), qarın əzələlərinin məşqi üçün alətin (Abdominal Crunch), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (X6), baş hissəsi aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (X7), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (X11), bel və qol məşqi üçün dartıcı alətin (Rowing Machine), ştanq qaldırıcı mexanizmli alətin (Squat Lunge), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (Smith Machine HP Base), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (X9), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (X3), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (Lat Pulldown), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (Leg Press 45°), qantelin (Lateral Deltoid), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı hərəkətli alətin (Dips Press), dartıcı alətin (Curling Machine), ayaq məşqi üçün dartıcı alətin (Leg Curling), kürək əzələlərinin məşqi üçün alətin (Peck Back), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (Leg Extension), qol əzələlərinin məşqi üçün alətin (X5), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (Pulley Row) özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar