Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10097/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" ASC, "xxxx" ASC-nin Quba filialı və "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)- 2044/2021 saylı qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" ASC, "xxxx" ASC-nin Quba filialı və "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)- 2044/2021 sayl qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia rədd olunmuş, İddiaçı3 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. «Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixdi Qərardadının 49-cu bəndində göstərilmişdir ki, tərəflərin hər birinə şikayət verməklə bağlı bərabər imkanların yaradılması baxımından əhəmiyyətli olan şikayət daxil olduqdan sonra işin yuxarı instansiya məhkəməsinə göndərilməsi müddətlərinə dair MPM-in 364 və 409-cu maddələrinin tələblərinə riayət edilməlidir. Belə ki, birinci və apelyasiya instansiyası məhkəmələri şikayətin MPM-in aidiyyəti üzrə 361 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra ilk daxil olan şikayəti yuxarı instansiya məhkəməsinə mütləq şəkildə işdə iştirak edən bütün şəxslərə münasibətdə şikayət vermə müddətini gözlədikdən sonra göndərməlidir. Bu qaydaya riayət edilmədiyi halda yuxarı instansiya məhkəməsi həmin müddətin gözlənilməsi ilə bağlı prosessual tələblərə riayət edilməsinin təmin edilməsi üçün işi icraata qəbul etmədən müvafiq aşağı instansiya məhkəməsinə geri qaytarmalıdır. Hazırkı işdən isə görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi müddətini gözləmədən, İddiaçı3 tərəfindən verilmiş şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mülki iş yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Quba filialına və "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)- 2044/2021 saylı qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10097/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10097/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver