Məhkəmə qərarları › İş №2(103)-101/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-101/2025

05.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-101/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X13 ibarət tərkibdə, Məhkəmə iclas katibi X19, İddiaçının nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)-38/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: SOCAR-in Təhlükəsizlik İdarəsinin 4 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi akt əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Daşgil-Lökbatan D-300 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də kəmərdən təxminən 454 metr (Şirvan- Böyükşor Dş-500 mm.-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km.-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada Şıxlar qəsəbəsi ünvanında Daşgil-Lokbatan Dş-300 mm.-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də kəmərdən təxminən 454 metr (Sirvan-Böyükşor Dş-500 mm.-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km.-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada Cavabdeh məxsus köhnədən inşa edilmiş evin hasarına bitişik, həyətyanı sahəsində uzunluğu 13 metr, eni 5,8 metr olan yeni inşa edilmiş çardağın (fermalı naves) üstünə dam örtüyünün vurulması aşkarlanmışdır. Ev sahibinə mühafizə zonası daxilində gördüyü işlərin qanunazidd olduğu izah edilsə də, yazılı xəbərdarlığı götürməkdən imtina etmiş və tikdiyi yeni hissəni sökməyəcəyini bildirmişdir. Hazırda iddiaçı qeyd olunan ərazidə inşa edilmiş fərdi yaşayış evinin, hasar və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi” Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də kəmərdən təxminən 45.4 metr (Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km.-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan X26-300 mm.-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də kəmərdən təxminən 45.4 metr (X27-500 mm.-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km.-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikililəri aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və d.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonaların müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cu ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsəfədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a)hər hansı tikinti və quraşdırma işləri b)bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor va mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç)torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir. 1)"Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2)Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3)Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir". Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yol verilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bununla yanaşı iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin nümayəndəsi X2 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, SOCAR-ın İddiaçı istismarında olan X26-300 mm.-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də, (Şirvan-Böyükşor Dş-500 mm.-lik yerüstü neft kəmərinin 49.5-ci km.-də), kəmərdən təqribən 45.4 metr aralı məsafədə, 1-ci sırada, kəmərə paralel, neft kəmərinin mühafizə zonası daxilində Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, iddianın verilməsi üçün ödənilmiş 10(on) manat dövlət rüsumunun və mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 95(doxsan beş) manat xərcin cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)- 38/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin istismarında olan Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü magistral neft kəmərinin 2.9-cu km.-də kəmərdən 45,4 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikililərinin Cavabdeh hesabına sökülərək ərazidən çıxarılması, 100 (yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməsi, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 95(doxsan beş) manat mütəxəssis xərcinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin bank hesabına (Kapital bank Xətai filialı:VÖEN:**********,H/h:AZ33AİİB********************,KOD:200071,M/H:AZ37NABZ013 50100 **********44, SWİFT: AİİBAZ2X) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən inşa edilən qanunsuz tikili-hasar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5795 nömrəli və xx.xx.2023cü il tarixli 10/8527 nömrəli ekspert rəylərindən də göründüyü kimi Daşgil- Lökbatan Dş-300 mm.-lik neft kəmərinin mühafizə zonasında yerləşir. Bu səbəbdən iddia tələbi təmin edilməli, Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü magistral neft kəmərinin 2.9-cu km-də kəmərdən 45,4 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunsuz inşa edildiyi göstərilərək onun hesabına sökülməsi qərara alınmış fərdi yaşayış evi, hasar və çardaq tikilisi onun tərəfindən inşa edilməmişdir və ona məxsus deyildir, həmin tikililər xx.xx.2004-cü il tarixdə vəfat etmiş X9 tərəfindən inşa edilərək ona məxsus olmuşdur və vəfat etdikdən sonra ailə üzvlərinə məxsusdur. Belə ki, Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 6/172 saylı qərarı ilə Ələt qəsəbəsi Şıxlar massivində ölçüsü 0,06 ha olan 91 saylı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılaraq verilmişdir və həmin qərarla yaşayış evinin 3 il müddətində inşa edilərək başa çatdırılması müəyyən edilmişdir. Qeyd edilən qərar əsasında ayrılaraq istifadəsinə verilmiş həmin torpaq sahəsində X9 tərəfindən yaşayış evi və hasar inşa edilmişdir, çardaq qurulmuşdur, bu inşa işləri 1995-ci ildə tamalandıqdan sonra X9 ailə üzvləri ilə birlikdə inşa etdiyi həmin evə köçərək yaşamışdır. Onun (cavabdehin) həmin evə aidiyyəti ondan ibarətdir ki, mərhum X3 həyat yoldaşı onun qohumudur, bütün həyatı boyu çoban işləmişdir, evi yoxdur, yaşlaşdıqdan sonra çoban işləyə bilmədiyi üçün mərhum X3 qohumu olan həyat yoldaşı həmin evi bir müddət yaşaması üçün əvəzsiz qaydada vermişdir və ailəsi ilə birlikdə köçərək həmin evdə yaşamışdır. Həmin evdə isə heç bir tikili inşa etməmiş, edilən yaxşılığın əvəzi olaraq, eləcə də yağış və gün düşməməsi üçün üstü açıq olan çardağın üstünü şiferlə bağlatmışdır. Bu işdə onun əvəzinə həmin evi inşa etmiş və evin qanuni sahibi olan mərhum X3 ailə üzvləri cavabdeh qismində cəlb edilməli idi. Mövcud vəziyyətdə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli və düzgün araşdırma aparılmaması nəticəsində, nəinki onun əsl cavabdehlə əvəz edilməsi və ya əsl cavabdehlərin əlavə cavabdeh kimi işə cəlb edilməsi ilə bağlı heç bir prosessual hərəkət edilməmişdir, eyni zamanda bu iş barədə və məhkəmə iclasları barədə ona məlumat verilmədən işə baxılaraq qətnamə qəbul edilmişdir, həta qətnamə ona göndərilməmişdir, bu mülki iş və qətnamə barədə Qaradağ rayon icra şöbəsinə çağrıldıqdan sonra məlumatı olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən tikilinin olduğu ünvan düzgün göstərilməmişdir. Göründüyü kimi Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 6/172 saylı qərarı ilə fərdi ev tikintisi üçün torpaq ayrılmışdır, eyni zamanda tikintiyə icazə verilmişdir. Bundan əlavə məhkəmə tərəfindən xx.xx.2003-cü il tarixli qərarın həmin qərardan əvvəlki tarixlərdə olan, yəni 1991-1995-ci ilərdə olan münasibətlərə şamil edilməsidir. Mülki iş materialından görünür ki, ev ilə Daşgil- Lökbatan Dş-300 mm.-lik yerüstü magistral neft kəmərinə olan məsafənin müəyyən edilməsi üçün iki dəfə ekspert rəyi, bir dəfə mütəxəssis rəyi alınmışdır. Birinci ekspert rəyi məhkəmə tərəfindən elektron sistemə yerləşdirilmədiyi üçün həmin rəydə hansı məsafə göstərilməsi barədə məlumatı olmamışdır, xx.xx.2023-cü il tarixli təkrar ekspertiza rəyindən isə görünür ki, Dş-300 mm.-lik yerüstü magistral neft kəməri ilə hasar və çardağa olan məsafənin 43 metr, evə olan məsafənin 48,5 metr, Dş-500 mm.lik yerüstü magistral neft kəməri ilə hasar və çardağa olan məsafənin 61 metr, evə olan məsafənin 66 metr təşkil etdiyi və bütün tikililərin Dş-300 mm.-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki,yaşayış evi Dş-300 mm-lik və Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasına düşmür (Dş-500- 69 metr, Dş-300-50 metr məsafədə yerləşir). Köməkçi tikililər sanitar qovşaq və evə bitişik yüngül konstruksiyalı çardaq (Dş-500-64 metr, Dş-300-45 metr məsafədə yerləşir). Mövcud vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində tikilli hasarın Dş-300 mm.-lik yerüstü magistral neft kəmərindən 45,4 metr məsafədə kəmərin mühafizə zonasında yerləşdiyi göstərilərək və evə olan məsafəyə münasibət bildirilmədən hasarla birlikdə yaşayış evinində sökülməsi qərara alınmışdır. Eyni zamanda ekspert rəyləri ilə mütəxəssis rəyi arasında olan yaşayış evindən kəmərə olan məsafə ilə və yaşayış evinin kəmərin mühafizə zonasında yerləşib yerləşməməsi ilə bağlı fərqə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. Kəmərin keçdiyi ərazi kolluq olduğu üçün ölçü aparan şəxslər o hissəyə keçmədən ölçü aparmışlar, bu səbəbdən ölçü düzgün olmamışdır, mütəxəssisin ölçüsü qismən həqiqi ölçüyə yaxındır. Bununla da yaşayış evi Dş-500-və Dş-300 mm.-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasına düşmür, hasar və çardağın isə 4,5 metr hissəsi Dş-300 mm.-lik neft kəmərinin mühafizə zonasına düşür. Vəkili ilə birlikdə Dş-500 və Dş-300 mm.-lik yerüstü magistral neft kəmərlərinin biri-birinə olan ara məsafəsini ölçmüşlər, həmin kəmərlərin yaşadığı evin yaxınlığından keçdiyi hissədə ara məsafəsinin 18,6 metr, 40-50 metr irəlidə isə kəmərlərin ara məsafəsinin 14,2 metr olduğu müəyyən edilmişdir. Yaşadığı evin yanından keçən hissədə Dş-300 mm-lik neft kəməri Dş-500 mm.-lik neft kəmərinin 14,2 metrlik məsafəsinə kranla çəkildiyi halda hasar və çardaqda Dş-300 mm.-lik neft kəmərinin mühafizə zonasına düşməyəcəkdir. Göründüyü kimi iddiaçı tərəf istinad etdiyi xx.xx.2003-cü il tarixli, 2951 sayı qaydalardan sui-istifadə edərək məqsədli şəkildə bunu etmir. Daşgil-Lökbatan Dş-500 mm.-lik və Dş- 300 mm.-lik yerüstü magistral neft kəmərləri Ələt qəsəbəsinin Şıxlar massivində və Qobustan qəsəbəsinin bağ massivində inşa edilmiş evlərə paralel olaraq həmin evlərin bir hissəsinin yanından yaşadığı evlə eyni məsafədən, evlərin bir hissəsinə daha yaxın məsafədən, bir hissəsinə daha uzaq məsafədən 6-7 km boyunca keçərək Qobustan qəsəbəsi ərazisində təqribən 10 il bundan əvvəl inşa edilmiş SOCAR X21 Mərkəzinin 20-25 metrlik məsafəsindən dönərək Bakı-Qazax magistral yolunun altından keçərək evlər olmayan boş ərazi boyunca davam edir. Həmin kəmərlərin yanından keçdiyi bütün evlər, yaşadığı ev daxil olmaqla 1987-1991-ci illərdə qanuni formada vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün verilmiş torpaq sahələrində qanuni şəkildə inşa edilmiş evlərdir və həmin tarixlərdə iddiaçının istinad etdiyi xx.xx.2003-cü il tarixli, 2951 saylı “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlk qaydaları” və həmin qaydalarla müəyyən edilmiş 50 metrlik mühafizə zonası olmamışdır. Mövcud vəziyyətdə iddiaçının və birinci instansiya məhkəməsinin bu məsələyə münasibətindən anlaşılır ki, həmin qaydaların geriyə qüvvəsi vardır və qanuni şəkildə inşa edilsə də, lakin bu qaydalar qüvvəyə mindikdən sonra kəmərlərin mühafizə zonasına düşən bütün evlər qanunsuz hesab edilərək sökülməlidir. Göründüyü kimi bu dəyərləndirmə hüququn təməl prinsiplərinə tamamilə ziddir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6376/2023 saylı qərardadı ilə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli 3-16-16/2-10/4715/2024 saylı məktubu ilə ekspert rəyi məhkəməyə daxil olmuş və işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldığına görə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsivəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

Mülki Məcəllə:

180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Torpaq Məcəlləsi:

9. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək, həmçinin də yerində müayinə edərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər işi araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin söküntüsünü tələb edir. Lakin müəyyən edilmişdir ki, Qaradağ rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 6/172 saylı qərarı ilə Ələt qəs. Şıxlar massivində ayrılmış 91 saylı torpaq sahəsindən X6 600 kv.m ayrılıb verilməsi qərara alınmışdır. Təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmişdir. Cavabdeh X4 onun qohumu olmasını və hazırki evə ona yaşamaq üçün həyat yoldaşı tərəfindən verdiyini, evdə heç bir tikili inşa etməməsini, ona edilən yaxşılığın əvəzi olaraq, eləcə də yağış və gün düşməməsi üçün üstü açıq olan talvar üstünü şiferlə bağlatmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə uzun müddət orada yaşadığı üçün cavabdehi evin faktiki istifadəçisi kimi qiymətləndirir və belə olan halda hazırki iddianın ona münasibətdə əsaslılığına qiymət verilməlidir. Belə ki, iş materiallarında əlavə olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Qaradağ İstehsalat Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi M. İlyasov hazırki aktı tərtib ediblər ondan ötəri ki, SOCAR-in Təhlükəsizlik İdarəsinin 4 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi akt əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, X28-300 mm.-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də kəmərdən təxminən 454 metr (X29-500 mm-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km.-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada Şıxlar qəsəbəsi ünvanında Daşgil-Lokbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də kəmərdən təxminən 454 metr (X29-500 mm-lik yerüstü magistiral neft kəmərinin 49.5-ci km-də) aralı məsafədə, kəmərə paralel, 1-ci sırada Sarvan Lətif oğluna məxsus köhnədən inşa edilmiş evin hasarına bitişik, həyətyanı sahəsində uzunluğu 13 metr,eni 5,8 metr olan yeni inşa edilmiş çardağın (fermalı naves) üstünə dam örtüyünün vurulması aşkarlanmışdır. Ev sahibinə mühafizə zonası daxilində gördüyü işlərin qanunazidd olduğu izah edilsə də, yazılı xəbərdarlığı götürməkdən imtina etmiş və tikdiyi yeni hissəni sökməyəcəyini bildirmişdir. İş materiallarında əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında X11 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" İdarəsinin istismarında olan neft kəmərinin mühafizə zonasına aid ərazidə ayrı-ayrı şəxslər tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması faktları ilə bağlı tədbirlərin görülməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətə X11 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Xidmətin Bakı və Abşeron ərazi şöbələrinin işçiləri tərəfindən yerində araşdırılmış, ayrı-ayrı şəxslər tərəfindən sözügedən ərazidə yerləşən torpaq sahələrinə dair qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan tikinti-quraşdırma işlərinin aparılması faktları təsdiqini tapmışdır. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır. Eyni zamanda nəzərə çatdırılır ki, vətəndaş Cavabdeh tərəfindən da tikinti-quraşdırma işlərinin aparılması faktı təsdiqini tapmışdır. Bununla əlaqədar X7 600,0 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il Azərbaycan 26 iyul tarixli 6/172 nömrəli qərarı təqdim olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103 cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq aidiyyəti üzrə müraciət etmək hüquqları vardır. İş materiallarında əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazisi üzrə söbənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il aktdan görünür ki, şöbəyə daxil olmuş xx.xx.2021-ci il tarixli, ********** saylı məktub ilə əlaqədar olaraq Qaradağ rayonunda monitorinq aparılmış və Şirvan-Böyükşor Dş-500 mm.-lik yerüstü magistral neft kəmərinin 49,5-ci km-də, X26-300 mm.-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də kəmərdən təxminən 45.4 metr aralı məsafədə, kəmərə paralel, 1-ci sırada tikintiquraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi ərazisində (39T 365606,0;4432011, 0 saylı koordinatlar) Cavabdeh (tel:**********) tərəfindən fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayon X24 İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 6/172 saylı qərarı ile X8 ayrılmış və hal hazırda Cavabdeh istifadəsində olan 0,06 ha torpaq sahəsində, əvvəlcədən tikilmiş yaşayış evinin qarşısında sahəsi təxminən 40,0 kv.m olan talvar quraşdırılması müəyyən edilmişdir. Vətəndaş Cavabdeh tərəfindən aparılan tikintiquraşdırma işlərinin yerləşdiyi ərazi SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan neft-boru kəmərlərinin mühafizəsi zonasında, kəmərdən təxminən 45.4 metr aralı məsafədə yerləşdiyi məlum olmuşdur. İş materiallarına Daşgil-Lökbatan Dş-300 mm-lik yer üstü neft kəmərinin 2.9-cu km.-də kəmərdən təxminən 45.4 metr aralı məsafədə olan qanunsuz tikilinin (dam örtüyünün) sxemi və fotoşəkilləri əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş SOCAR-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın nümayəndələri tərəfindən tərtib edilmişxx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixə 1 saylı qarovulun 1-ci iş növbəsində saat 18:00-da Qaradağ rayon, Şıxlar qəsəbəsi ünvanında Daşgil-Lokbatan 300 mm.-lik yer üstü boru kəmərinin 2.9-cu km.-də, kəmərdən 45.4 metr (Şirvan-Böyükşor 500 mm.-lik yer üstü magistiral neft kəmərinin 49.5-ci km.-də) aralı məsafədə yerləşən, kəmərə paralel, 1-ci sırada, köhnədən inşa olunmuş evin hasarına bitişik, həyatyanı sahəsində uzunluğu 13 metr, eni 5,8 metr olan yeni inşa edilmiş çardağın (fermali naves) üstünə dam örtüyünün vurulması 1-2 saylı postların (NKİŞirvan-Böyükşor neft kəməri 34-64.1km, avtomobildə səyyar) atıcıları tərəfindən aşkar edilmişdir. Qeyd edir ki,xx.xx.2021-ci il tarixdə həmin ünvanda yeni cardağın yığılması ilə bağlı akt tərtib edilmiş və DİN-nin 102 zəng xidmətinə məlumat verilmişdir. Ev sahibi vətəndaş Cavabdeh mühafizə zonası daxilində gördüyü işin qanuna zidd olduğu izah edilsə də yazılı xəbərdarlığı götürməkdən imtina etmiş və tikdiyi yeni hissəni sökməyəcəyini bildirmişdir. Bubarədə NKİ QİB-nə və Tİ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı fotoşəkillər çəkilmiş və akta əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5795 nömrəli ekspert rəyindən görünür ki, Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü magistral neft kəməri ilə Bakı şəhəri,Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında kəmərə paralel, 1-ci sırada yerləşən cavabdehin istifadəsində olan daş hasar, köməkçi tikililər və kölgəlik tikilisi arasında olan məsafənin 43.2 metr, fərdi yaşayış evi arasındakı məsafənin 48.7 metr olduğunu nəzərə aldıqda, fərdi yaşayış evinin eni 1.3 metr, uzunluğu isə 15.3 metr olmaqla hissəsinin, daş hasarın, köməkçi tikililərin və kölgəlik tikilisinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45 №li əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində isə 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları"nın 6.3-cü bəndində göstərilən 50-mm.-lik mühafizə zonasına düşdüyü, Lakin Şirvan-Böyükşor Dş-500 mm.-lik yerüstu magistral neft kəməri ilə daş hasar, köməkçi tikililər və çardaq tikilisi arasında olan masafənin 61.0 metr, fərdi yaşayış evi arasında olan mesafənin ise 66.5 metr olduğunu nəzərə aldıqda, cavabdehin istifadəsində olan tikililərinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45№-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyya Nazirliyində isə 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış "Magistral neft 2002-ci il tarixli, kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları"nın 6.3-cü bəndində göstərilən 50.0 mm-lik mühafizə zonasına düşmədiyi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır.Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında yerləşən, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ərazidə olan yaşayış evi kimi istifadə olunan tikili X27-500 mm.-lik və Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəmərlərinin mühafizə zonasına düşmür.(Dş-500-69 metr, Dş-300-50 metr məsafədə yerləşir).Köməkçi tikililər sanitar qovşaq və evə bitişik yüngül kanustruksiyalı çardaq (Dş-500-64 metr, Dş-300-45 metr məsafədə yerləşir) X26-300 mm.-lik yer üstü neft kəmərinin mühafizə zonasında yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8527 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən, Daşgil- Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, fərdi yaşayış evinə qədər olan məsafənin 48.5 metr. X26-500 mm.-lik yerüstü neft kəmərləri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini nəzərə alaraq qeyd olunan tikililərin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 N-li Əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 03 yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik" Qaydalarının 6.3., 6.4., 6.7. bəndlərində göstərilənlərə əsasən X26-300 mm. lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi, Şirvan-Böyükşor Dş-500 mm.-lik yerüstü neft kəmərinin isə mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50(əlli) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5795 nömrəli və xx.xx.2023-cü il tarixli 10/8527 nömrəli ekspert rəylərinə istinad etmiş və hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Daşgil- Lökbatan Dş-300 mm.-lik neft kəmərinin mühafizə zonasında yerləşir. Bununla belə ekspertiza rəyləri ilə ekspert qarşısında qoyulmuş suallara tam cavab verilməmiş, iş materiallarında olan ekspert rəyləri ilə mütəxəssis rəyi arasında olan yaşayış evindən kəmərə olan məsafə ilə və yaşayış evinin kəmərin mühafizə zonasında yerləşib-yerləşməməsi ilə bağlı fərqə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə dair ekspert rəyləri qərardadda qoyulmuş suallar üzrə natamam olduğundan, eləcə də ekspert rəyləri ilə mütəxəssis rəyi arasında olan ziddiyətli halların aradan qaldırılması üçün iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində iş üzrə iddiaçı tərəfin nümayəndələri tərəfindən naturada təqdim edilən Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan fərdi yaşayış evi arasındakı məsafənin 48.5 metr, daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, Daşgil-Lökbatan Dş-500 mm.-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini müəyyən olunur; Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən, Daşgil- Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, fərdi yaşayış evinə qədər olan məsafənin 48.5 metr, Daşgil-Lökbatan Dş-500 mm.-lik yerüstü neft kəmərləri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini nəzərə alaraq qeyd olunan tikililərin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 N-li Əmri ilə təstiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 03 yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik" Qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənlərə əsasən Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi, Şirvan-Böyükşor Dş- 500 mm.-lik yerüstü neft kəmərinin isə mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunur; Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən, Daşgil- Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 48.5 metr təşkil etdiyini nəzərə alaraq mübahisə predmeti olan hasar və talvar tikilisinin bütövlükdə, fərdi yaşayış evinin isə 1.5 metr hissəsinin Daşgil-Lökbatan Dş- 300 mm.-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Göründüyü kimi, Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan fərdi yaşayış evi arasındakı məsafənin 48.5 metr, daş hasar və talvar tikilisinə qədər olan məsafənin 43 metr, Daşgil-Lökbatan Dş-500 mm.-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinə qədər olan məsafənin 61 metr, fərdi yaşayış evinə qədər olan məsafənin isə 66 metr təşkil etdiyini müəyyən olunmuşdur. Qeyd olunan ekspert rəyində mübahisə predmeti olan fərdi yaşayış evinin Daşgil- Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi, Şirvan-Böyükşor Dş-500 mm.-lik yerüstü neft kəmərinin isə mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Kollegiya tərəfindən yerli müayinə Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi ünvanında yerləşən cavabdehin yaşadığı fərdi yaşayış evində aparılmışdır. Tədqiq olunan ünvanda kollegiyanın hakimi Vahid Sadıqov, iddiaçını təmsil edən şəxs X23 tərəfindən metrə vasitəsilə ölçü işləri aparılmışdır. Ölçü işləri aparıldıqdan sonra müəyyən olundu ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi ərazisində yerləşən Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəməri ilə mübahisə predmeti olan daş hasar və talvar tikilisinədək olan məsafə 46,7 metr, fərdi yaşayış evinə qədər olan məsafə isə 52,4 metr təşkil edir. Yerli müayinə zamanı iddiaçını təmsil edən şəxs X23, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil və ekspert Ziya Tağıyev iştirak etmişdirlər. Bununla belə apellyasiya baxışı zamanı izahatı alınmış ekspert Ziya Tağıyev bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin daş hasar və talvar hissəsinin Daşgil-Lökbatan Dş-300 mm-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşməsi müəyyən edilsə də fərdi yaşayış evi isə neft kəmətinin mühafizəsi zonasına düşməmişdir. Belə ki, rəy verilərkən onlara hazırki ev deyil, tamamilə başqa bir ev göstərilmişdir. Ekspert bu halın təsdiqi olaraq peyklə çəkilmiş foto təqdim etmişdir. Eyni zamanda izahatında cavabdehə məxsus evin talvarına qədər olan məsafənin 46,8 metr, evin birləşməsinə, yəni evə qədər məsafənin 51,70 metr olmasını bildirmişdir. Bundan əlavə, cavabdeh tərəfindən məhkəmə kollegiysına təqdim edilmiş fotoşəkildən də vizual baxımdan aydın görünür ki, iddiaçının qeyd etdiyi DŞ-500 m.-lik neft kəmərinin yaxınlığında məktəb binası inşa edilmişdir. Məhkəmə kollegiysının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”-nin rəisi tərəfindən təsdiq edilmiş sənəddən aydın görünür ki, Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəmərindən əmtəə altı suların nəql edilməsi məqsədiilə istismara buraxılmışdır. Digər təqdim edilmiş sənəddən görünür ki Daşgil-Lökbatan Dş-500 mm.-lik yerüstü neft kəmərindən neft nəql edilməsi məqsədiilə istismara buraxılmışdır (i.v.169-172). Daşgil-Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəmərindən əmtəə altı suların nəql edilməsinə aydınlıq gətirilməsi üçün iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”-nin nümayəndəsi izahatında göstərmişdir ki, Dş-300 mm.-lik yerüstü neft kəmərlə Daşgil neft yığım məntəqəsindən Nərimanov adına NQÇİ-nin çəndərində toplanan əmtəə altı sular (neft və su qarışığı) Ə.Əmirov adına NQÇİ-nin 2 saylı Neft qaz çıxarma sahəsinin 10 saylı neft yığım məntəqəsinə nəql edilir. Bununla bağlı iddiaçının nümayəndəsi arayış təqdim etmişdir. Kollegiya iddiaçının nümayəndəsinin təqdim edilmiş tarixi göstərilməyən, möhürlə təsdiq edilməmiş və rəsmi blankda yazılmayan X20 və SƏTƏMM və KNŞ-nin rəislərinin imzaları olan arayışı mötəbər sübut növü kimi qiymətləndirmir və eyni zamanda qeyd edir ki, təqdim edilmiş arayış mötəbər sənəd olmuş olsa idi belə, məhkəmə kollegiysının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”-nin rəisi tərəfindən təsdiq edilmiş arayışda Dş-300 mm.-lik yerüstü neft kəmərindən əmtəə altı suların nəql edilməsi məqsədi ilə istismara buraxılmasının göstərilməsi ilə iki sənəd arasında yaranmış ziddiyyətə aydınlıq gətirilməmişdir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına” əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri aparılması qadağandır. Beləliklə işin faktiki halları ilə mübahisə predmeti olan fərdi yaşayış evinin Daşgil- Lökbatan Dş-300 mm.-lik yerüstü neft kəmərinin mühafizəsi zonasının hüdudları daxilində yerləşməsi müəyyən edilmədiyindən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir və iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, evin hasar və talvar tikilisi ilə boru arasında olan məsafənin 50 m.-dən cüzi az olması (3.2 m fərq) onların da sökülməsi üçün əsas yaratmır. Belə ki, əvvəla həmin sahələr evlə birlikdə vahidlik təşkil edir. Həmçinin də evin sanitariya qovşağı da məhz həmin ferma adlanan sahədə yerləşir. Başqa sözlə, məsafə cəhətdən 3.2 m. fərqi olan tikililərin sökülməsi faktiki olaraq mübahisəli evin yaşayış üçün tam yararsız vəziyyətə gətirilməsi deməkdir. Məhkəmə kollegiya bu nəticələrə gələrkən mübahisəli evin yerləşdiyi ev də daxil olmaqla ərazidə çoxlu sayda tikililər olmaqla faktiki olaraq yaşayış massivi olmaqla DŞ- 500 m.-lik neft kəmərinin yaxınlığında məktəb binasının da olmasını nəzərə alır və xüsusi olaraq qeyd etməyi də zəruri sayır ki, vizual baxışdan da tam aydın olur ki, mübahisəli tikililər, xüsusən evin hasar və talvar tikilisi ilə neft boruları arasındakı faktiki ölçülər, fövqəladə vəziyyətdə ağır texnikaların və xilasedici nəqliyyat vasitələrinin hərəkəti və manevr etməsi üçün heç bir maneələr olması müşahidə edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də hazırki apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”ndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin 95 (doxsan beş) manat mütəxəsis xərci iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)- 38/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi” Cavabdeh qarşı “SOCAR-ın İddiaçı istismarında olan X26-300 mm.-lik yerüstü neft kəmərinin 2.9-cu km.-də, (Şirvan-Böyükşor Dş-500 mm.-lik yerüstü neft kəmərinin 49.5-ci km.-də), kəmərdən təqribən 45.4 metr aralı məsafədə, 1-ci sırada, kəmərə paralel, neft kəmərinin mühafizə zonası daxilində Qaradağ rayonu, Şıxlar qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat xərcin cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi” barədə iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də hazırki apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”ndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. 95 (doxsan beş) manat mütəxəssis xərci iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar