Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10115/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X3 və “X1” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 41B nömrəli fərdi yaşayış evinə dair Cavabdeh ilə X2 arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab olunsun və həmin müqavilənin əsasında verilmiş reyestr çıxarışı ləğv edilsin. Daha sonra iddiaçılar “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək “X1” MMC ilə bağlanmış, evin sökülməsinə dair müqavilənin də etibarsız hesab olunmasını tələb etmişlər. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 bacı-qardaşdırlar. Onlar Cavabdeh birinci nikahdan olan övladlarıdır. Digər cavabdeh Gözəl Ələkbərli isə Cavabdeh ikinci nikahdan olan övladıdır. 23.09.2020-ci ildə Cavabdeh (hədiyyə verən) ilə cavabdeh Gözəl Ələkbərlinin (hədiyyə alan) arasında bağlanmış bağışlama müqaviləsindən (iş v. 166) görünür ki, 1-ci cavabdeh Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 41B nömrəli fərdi yaşayış evinin özünə məxsus olan “C” tikilisini 2-ci cavabdehə bağışlayıb. İddiaçılar bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi onunla əsaslandırıblar ki, onlar həmin evdə qeydiyyatdadırlar, bağışlama müqaviləsi onların razılığı olmadan bağlanıb. Lakin bu hal bağışlama müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, bağışlanan əmlak Cavabdeh (hədiyyə verənin) mülkiyyətində olub. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Yaşayış evinə dair bağışlama müqaviləsinin bağlanması üçün həmin evdə qeydiyyatda olan və ya evə istifadə hüququ olan şəxslərin razılıq verməsi Mülki Məcəllədə nəzərdə tutulmayıb. Mülki Məcəllənin 666.1-ci maddəsindən görünür ki, bağışlama müqaviləsinin bağlanması üçün iki şəxsin – hədiyyə verənin və hədiyyə alanın razılaşdırılmış iradə ifadəsi kifayətdir. Odur ki, iddiaçıların razılığının alınmaması Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması kimi qiymətləndirilə bilməz. Evin sökülməsinə dair “X1” MMC ilə bağlanmış müqavilə isə məhkəməyə təqdim olunmayıb və ya onun tələb edilməsi barədə vəsatət qaldırılmayıb. Hər bir şəxs mübahisələndirdiyi müqaviləni məhkəməyə təqdim etməlidir və ya onun tələb edilməsi barədə vəsatət qaldırmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, maddədə “bağlanmış əqd” ifadəsindən istifadə olunub. “X1” MMC ilə bağlanmış əqd (müqavilə) müəyyən olunmadı. Bağlandığı müəyyən edilməyən müqavilənin etibarsız sayılması barədə tələb təmin edilə bilməz. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10115/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10115/2021
05.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver