Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1016/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3568/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 41 saylı Notariat Kontoruna və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsi, ev 6-da yerləşən 3 saylı mənzil ilə bağlı 41 saylı Notariat Kontorunda bağlanmış 24.09.2014-cü il tarixli, 4Ə-861 reyestr nömrəli dəyişmə müqaviləsinin, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 15 saylı mənzil ilə bağlı 41 saylı Notariat Kontorunda bağlanmış 30.04.2013-cü il tarixli 4Ə- 227 reyestr nömrəli alğı-satqı müqaviləsinin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 102-də yerləşən 57 saylı mənzil ilə bağlı 41 saylı Notariat Kontorunda bağlanmış 16.07.2013-cü il tarixli, 4Ə-02-365 reyestr nömrəli alğı-satqı müqaviləsinin, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 57-də yerləşən 15 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 22.01.2020-ci il tarixli, 4Ə-13 reyestr nömrəli alğı-satqı müqaviləsinin, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 13 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 07.02.207-ci il tarixli 4Ə-29 reyestr nömrəli alğı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda bağlanmış 18.10.2016-cı il tarixli, 4Ə-388 reyestr nömrəli alğı-satqı müqaviləsinin, ünvan 4-də yerləşən 175 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 29.03.2017-ci il tarixli 4Ə-78 reyestr nömrəli alğısatqı müqaviləsinin, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 19-da yerləşən 21 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 31.01.2020-ci il tarixli, 4Ə-23 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu əmlaklarla bağlı verilmiş hazırda qüvvədə olan çıxarışların ləğv olunması, həmin əmlakların ½ hissəsinə anası X7 mülkiyyət hüququnun tanınması və ½ paya uyğun DƏDRX tərəfindən çıxarış verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, atası Cavabdeh1 ilə anası X9 19.05.2001ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Anası 02.07.2020-ci ildə vəfat etmişdir. Bir müddət əvvəl (vəkil sorğusuna cavab aldıqdan sonra) ona məlum olmuşdur ki, atası anası ilə birgə nikahda olduğu zaman əldə etdiyi əmlakları anasının razılığı olmadan özgəninkiləşdirmişdir. Belə ki, anası ilə birgə nikahda olduğu dövrdə aşağıdakı əmlakları əldə etmişlər: 1. Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsi, ev 6-da yerləşən 3 saylı mənzil; 2. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 15 saylı mənzil; 3. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 13 saylı mənzil;
4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 102-də yerləşən 57 saylı mənzil; 5. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 57-də yerləşən 15 saylı mənzil; 6. ünvan 4-də yerləşən 175 saylı mənzil; 7. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 19-da yerləşən 21 saylı mənzil; 8. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi. Göründüyü kimi bu əmlaklar ər-arvadın birgə mülkiyyəti sayılmasına baxmayaraq, cavabdeh aşağıdakı əqdləri bağlamaqla anasının razılığı və xəbəri olmadan qeyri-qanuni yollarla həmin əmlakları özgəninkiləşdirmişdir: Bakı şəhəri, Səbail rayonu, Yusifbəyli İbrahimli küçəsi, ev 6-da yerləşən 3 saylı mənzilə dair 41 saylı Notariat Kontorunda bağlanmış 24.09.2014-cü il tarixli, 4Ə-861 reyestr nömrəli dəyişmə müqaviləsi; Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 15 saylı mənzilə alir 41 saylı Notariat Kontorunda bağlanmış 30.04.2013-cü il tarixli 4Ə-227 saylı alğı-satqı müqaviləsi; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 102-də yerləşən 57 saylı mənzilə dair 41 saylı Notariat Kontorunda bağlanmış 16.07.2013-cü il tarixli 4Ə-02-365 reyestr nömrəli alğı-satqı müqaviləsi; Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 57-də yerləşən 15 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 22.01.2020-ci il tarixli, 4Ə-13 reyestr nömrəli alğı-satqı müqaviləsi; Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 13 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 07.02.2017-ci il tarixli 4Ə-29 reyestr nömrəli alğı-satqı müqaviləsi; ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 19 saylı notariat kontorundha bağlanmış 18.10.2016cı il trixli, 4Ə-388 reyestr nömrəli alğı-satqı müqaviləsi; ünvan 4-də yerləşən 175 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmsış 29.03.2017-ci il tarixli 4Ə-78 reyestr nömrəli alğı-satqı müqaviləsi; Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 19da yerləşən 21 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 31.01.2020-ci il tarixli, 4Ə-23 reyestr nömrəli bağışlama müqaviləsi. Qeyd olunan müqavilələr bağlanan zaman heç birində anasının razılığı olmamışdır. Halbuki, birgə nikah dövründə əldə olunmuş ümumi birgə əmlak reyestrdə ərarvadın hər hansı birinin adında qeydiyyatdan keçməsindən asılı olmayaraq, həmin əmlak özgəninkiləşdirilən zaman digər tərəfin mütləq qaydada buna razılıq verməsi tələb olunur. Qeyd olunan müqavilələr bağlanan zaman Azərbaycan Respublikası Mülki və Ailə qanunvericiliyinin tələbləri kobud formada pozulmuşdur. Həmin əqdlər etibarsız hesab olunmalı, bu əmlaklarla bağlı verilmiş hazırda qüvvədə olan çıxarışlar ləğv olunmalı, həmin əmlakların ½ hissəsinə anası Kəmalə Məmmədovanın mülkiyyət hüququ tanınmalı və onun adına ½ paya uyğun DƏDRX tərəfindən çıxarış verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3568/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 41 saylı Notariat Kontoruna və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “müqavilələrinin etibarsız hesab edilməsi və s” tələblərinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğlu apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə 28.08.2013-cü il tarixli 6739 nömrəli etibarnaməyə dair Bakı şəhəri 41 saylı Notariat ofisinə sorğu ilə müraciət edərək Cavabdeh1 etibarnamənin verilib-veilməməsi, belə bir etibarnamə mövcud olduğu təqdirdə qüvvədə olub-olmaması, qüvvədə olmadığı halda nə zaman qüvvədən düşməsi haqda məlumatın və bu barədə təsdiqedici sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. 41 saylı notariat ofisi etibarnamənin surətini təqdim etsə də, məhkəmə sorğusuna dolğun cavab verməmiş və bununla da əmlaklarla bağlı əqdlər bağlanan zaman etibarnamənin qüvvədə olubolmaması, qüvvədə olmadığı halda nə zaman qüvvədən düşməsinə aydınlıq gətirmək mümkün olmamışdır. Məhkəmə bu hissəyə aydınlıq gətirmədən yekun akt qəbul etmişdir. Sözügedən etibarnamə ilə mərhum Kəmalə Məmmədovanın digər rəsmi sənədlərdə olan imzaları müqayisə edilmişdir və belə qənaətə gəlinmişdir ki, 28.08.2013-cü il tarixli 6739 reyestr nömrəli etibarnamədə olan imza saxtadır və iddiaçının anası tərəfindən etibarnamə verilməmişdir. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən etibarnamənin qüvvədə olub-olmamasına faktını düzgün araşdırmamış, etibarnamələrdə olan, açıq-aşkar uyğun gəlməyən imzaların həqiqətən də Kəmalə Məmmədova tərəfindən icra edilib-edilməməsinə aydınlıq gətirilməmişdir. Mərhumun digər etibarnamələrdə olan imzaları 28.08.2013-cü il tarixli 6739 nömrəli etibarnamədəki imzadan əhəmiyyətli dərəcədə fərqlənir. “Məhkəmə Ekspertizası və X2” MMC-nin eksperti tərəfindən verilmiş 16 saylı rəyə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilmiş, Kəmalə Məmmədovanın adından Cavabdeh1 adına tərtib olunan ƏN-İ № 372945 saylı 27.08.2013-cü il tarixli “Etibarnamə”nin kserosurətində “İMZA” sözünün qarşısında olan imza - ehtimal ki, Kəmalə Məmmədova tərəfindən yox, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 337, 360.1-ci maddəsini hazırki mübahisəyə tətbiq etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3568/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 41 saylı Notariat Ofisinin və Bakı şəhəri 19 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və Bakı şəhəri 19 saylı Notariat Ofisi istisna olmaqla digərləri gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. ünvan 2 ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3568/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən 19 may 2001-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 419989 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X9 arasında nikah bağlanmış və bu barədə Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin may ayının 19 günündə 261 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.(İ.vər. 10) İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İİ № 126204 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 25.06.2020-ci ildə ölmüşdür və bu barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin iyul ayının 02 günündə 552 № ilə qeyd edilmişdir.(İ.vər. 11) İş materiallarında olan, Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 28 mart 1992-ci il tarixdə verilmiş XVİİ- ЖГ № 252706 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx xxxx 1992ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 1992-ci ilin mart ayının 28 günündə 680 № ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası X8r.(İ.vər. 8) İş materiallarında olan, Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 38 saylı, 03.02.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, 25.06.2020-ci il tarixdə vəfat etmiş 04.08.1964-cü il təvəllüdlü Kəmalə Məmmədovadan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı notariat ofisinə əri Cavabdeh1 və qızı İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X7 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 21.07.2020-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.İddiaçı anası X7 vərəsəsi kimi tanınmışdır. Lakin vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.(İ.vər. 18) İş materiallarında olan, Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 30.04.2013-cü il tarixli dəyişmə müqaviləsi ilə əlaqədar notariat işindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 11.01.2013-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıxcan küçəsində yerləşən 2A saylı evin 5 otaqlı 15 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1803 saylı reyestr kitabının 165928 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhər 41 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 7E-4946 reyestr üzrə qeydə alınmış 26.05.2010-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X9 tərəfindən Cavabdeh1 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 26.05.2040-cı il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 ilə X22 arasında bağlanmış 30 aprel 2013-cü il tarixli daşınmaz əmlakın dəyişmə müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 5 otaqlı 15 nömrəli mənzili və X22 özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 67,6 kv.m. olan qeyri-yaşayış sahəsini dəyişmişlər.(İ.vər. 77 - 91) İş materiallarında olan, Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 16.07.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə əlaqədar notariat işindən görünür ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi təərəfindən verilmiş ÖM seriyalı 051003 nömrəli 06.09.2020-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Təbriz küçəsində yerləşən 102 saylı evin 3 otaqlı 57 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 267 saylı reyestr kitabının 38515 nömrəli vərəqində, 30/17249 nömrə ilə qeydiyyat aparılmışdır. X9, İddiaçı və X18 tərəfindən yazılmış ərizələrdən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 102-də yerləşən 57 saylı mənzilin satılmasına etiraz etməmişlər. Cavabdeh1 ilə X17 arasında bağlanmış 16 iyul 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 102 saylı 3 otaqlı 57 saylı mənzili Cavabdeh1 tərəfindən X13 satılmışdır.(İ.vər. 93 - 109) İş materiallarında olan, Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 14.09.2014-cü il tarixli dəyişmə müqaviləsi ilə əlaqədar notariat işindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı № ******* saylı 10.02.2012-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsində yerləşən 6 saylı evin 2 otaqlı 3 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 162 saylı reyestr kitabının 16528 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhər 41 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 7E-6351 reyestr üzrə qeydə alınmış 18.07.2014-cü il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X9 tərəfindən Cavabdeh1 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 18.07.2034-cü il tarixədək müəyyən edilmişdir. X9 tərəfindən yazılmış (X7 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) ərizədən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsi, 6 saylı evdə yerləşən 3 saylı mənzilin X16 məxsus olan ünvan 1 saylı evdə yerləşən 175 saylı mənzil ilə dəyişməsinə etiraz etməmişdir. Cavabdeh1 ilə X20 arasında bağlanmış 24 sentyabr 2014-cü il tarixli daşınmaz əmlakın dəyişmə müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsi, ev 6-da yerləşən 3 nömrəli mənzili və X20 özünə məxsus olan ünvan 4 ünvanında yerləşən 175 saylı mənzilini dəyişmişlər.(İ.vər. 110 - 130) İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı № ******* saylı 10.07.2010-cu il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 57 saylı evin 3 otaqlı 15 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1178 saylı reyestr kitabının 106961 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.(İ.vər. 148) İş materiallarında olan, X9 tərəfindən yazılmış (X9 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 57 saylı evin 15 saylı mənzilinin bağışlanmasına etiraz etməmişdir.(İ.vər. 153) İş materiallarında olan notariat qaydasında 22 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 57 saylı evin 15 saylı mənzili Cavabdeh1 tərəfindən X14 bağışlamışdır.(İ.vər. 146) İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 08.02.2018-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 21 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2905 saylı reyestr kitabının 261584 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.(İ.vər. 159) İş materiallarında olan, X9 tərəfindən yazılmış (X9 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 21 saylı mənzilinin bağışlanmasına etiraz etməmişdir.(İ.vər. 164) İş materiallarında olan notariat qaydasında 31 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 21 saylı mənzili Cavabdeh1 tərəfindən X14 bağışlamışdır.(İ.vər. 157) İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 11.01.2013-cü il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş kserosurətindən göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıxcan küçəsində yerləşən 2A saylı evin 4 otaqlı 13 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1804 saylı reyestr kitabının 166005 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.(İ.vər. 172) İş materiallarında olan, X9 tərəfindən yazılmış (X7 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) ərizədən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıxcan küçəsi, 2A saylı evdə yerləşən 13 saylı mənzilin satılmasına etiraz etməmişdir.(İ.vər. 176) İş materiallarında olan, Cavabdeh1 ilə X15 arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ № ******* saylı, 07 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2934cü məhəllə, Sadıxcan küçəsində yerləşən 2A saylı 13 saylı mənzili Cavabdeh1 tərəfindən X1.(İ.vər. 176) İş materiallarında olan Cavabdeh1 ilə X6 arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ № ******* saylı, 18 oktyabr 2016-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18 kv.m. olan qeyri-yaşayış binası Cavabdeh1 tərəfindən X4 satılmışdır.(İ.vər. 182 - 183) İş materiallarında olan, X9 tərəfindən yazılmış (X7 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) ərizədən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etməmişdir.(İ.vər. 186) İş materiallarında olan, Cavabdeh1 ilə X6 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiq edilmiş 23 avqust 2017-ci il tarixli müqavilənin ləğvi barədə sazişindən görünür ki, Cavabdeh1 özünə məxsus ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsini X5 satmışdır. X6 qeyd olunan qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsini daşınmaz əmlakın dövlət qeyestrindən çıxarışını öz adına almışdır. Tərəflərin ümumi razılığına əsasən Cavabdeh1 ilə qeyd olunan qeyri-yaşayış sahəsinə dair X6 arasında Bakı şəhəri, 19 saylı notariat kontorunda 18.10.2016-cı ildə bağlanmış alqı-satqı müqaviləsinə xitam verilmişdir.(İ.vər. 191) İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış 06.09.2017-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 saylı qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən 4Ə-388 reyestr nömrəli, 18.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğvi barədə 3M-518 reyestr nömrəli, 23.08.2017-ci il tarixli saziş nəzərə alınaraq 26.08.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.(İ.vər. 193) İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 11.10.2014-cü il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən 2/15 saylı evin 175 saylı mənzili (Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 18,M4,m2) Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1666 saylı reyestr kitabının 152944 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.(İ.vər. 196) İş materiallarında olan, X9 tərəfindən yazılmış (X9 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) və Bakı şəhəri 41 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, həyat yoldaşı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən 2/15 saylı evin 175 saylı mənzilin (Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 18,M4,m2) satılmasına etiraz etməmişdir.(İ.vər. 200) İş materiallarında olan, notariat qaydasında 29 mart 2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş AN-İ № ******* saylı, 29 mart 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən 2/15 saylı evin 175 saylı mənzili (Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 18,M4,m2) Cavabdeh1 tərəfindən X3.(İ.vər. 194) İş materiallarında olan, Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 7E/10-6739 reyestr üzrə qeydə alınmış 27.08.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X9 tərəfindən Cavabdeh1 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamə otuz il müddətin verilib və 27 avqust 2043-cü ilədək qüvvədədir.(İ.vər. 216) “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürdüyündən birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən müqavilələr notariat ofislərindən tələb edilib götürülmüş və müəyyən edilmişdir ki, qeyd olunan əmlaklarla bağlı əqdlər mərhum X7 adından verilmiş ƏN-İ № 121292 saylı, 26.05.2010-cu il tarixli (İ.vər. 80), ƏN-İ № 372945 saylı, 28.08.2013-cü il tarixli (İ.vər. 216) və ƏN-İ № 456811 saylı, 18.07.2014-cü il tarixli (İ.vər.121) qüvvədə olan etibarnamələr əsasında həyata keçirilmiş, 16 iyul 2013-cü il tarixdə bağlanmış AN-İ № ******* saylı (İ.vər. 93) müqavilənin imzalanmasında isə Kəmalə Məmmədova özü şəxsən iştirak etmişdir. Məhkəmə araşdırması zamanı isə bunun əksini sübut edən hər hansı mötəbər əsas iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən müqavilələrin etibarsız olması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, müqavilələrin etibarsız olmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası onuda qeyd edir ki, iddianın digər hissələri olan verilmiş çıxarışların ləğv edilməsi, ½ payın müəyyən edilərək paya uyğun çıxarışın verilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi müqavilələrin etibarsız hesab edilməsi hissəsində rədd olunduğundan və digər tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Göründüyü kimi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaıb, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin məhkəmənin mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən etibarnamənin qüvvədə olub-olmaması faktını düzgün araşdırmaması, etibarnamələrdə olan, uyğun gəlməyən imzaların həqiqətən də Kəmalə Məmmədova tərəfindən icra edilib-edilməməsinə aydınlıq gətirilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı müqavilələr bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3568/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3568/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov