Məhkəmə qərarları › İş №2(103)-10164/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10164/2021

12.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10164/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)- 114/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsindən cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent X5 arasında 18.07.2019-cu il tarixində AKX-0113635/07-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent X4 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İBnın Bakı X10 Departamenti tərəfindən **********20 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə markalı **********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Azəriqaz” İBnin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 08.09.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, 30.10.209-cu il tarixli ******* saylı akt əsasında 486 manat, 658,8 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Əlavə olaraq, cavabdehin mənzilində 19.01.2021-ci il tarixdə quraşdırılan mexaniki qaz sayğacı vasitəsi ilə 563,30 manat təbii qazdan istifadə etmiş və bu istifadəyə görə ödəniş etməmişdir. Bununla da cavabdehin mexaniki qaz sayğacından istifadə etdiyi təbii qazın ödənilməmiş dəyəri 563,30 manat qalmışdır. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda ümumi olaraq 1222,1 manat təşkil etməkdədir. Göstərilənələri nəzərə alaraq, X5 tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 1222,1 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1252,1 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, BAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir .

3. Daha sonra Cavabdeh 15.03.2021-ci ildə məhkəməyə etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırmışdır, “Azeriqaz” İstehsalat Birliyi məhkəməyə müraciət edərək, tərəfindən vurulmuş 1222.1 nanat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət msumunu, ümumilikdə 1252.1 manat məbləğində pulun cavabdeh X2 məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Hesab edir iddiaçı “Azeriqaz” İstehsalat Birliyinin iddia tələbi əsassız və qanunsuz olduğu üçün aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Belə ki, onunla ”Azeriqaz” İstehsalat Birliyi arasında 18.07.2019-cu il tarixdə AKX0113635/07-2019 nömrəli Qaz paylayıcısı ilə məişət qaz, qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və həmin müqavilə əsasında “Azeriqaz” İstehsalat Birliyinin Bakı X10 Departamenti tərəfindən 100**********20 nömrəli abonent kodu verilmiş və ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərinə G-4 magkalı **********7 nömrəli smart kart tipli qaz sayğaçı quraşdırılmışdır. Onunla paylayıcı “Azeriqaz” İstehsalat Birliyi arasında bağlanmış qazın alqı-satqı 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən smart kartdan istifadə edərək qazın dəyərini ödəyərək istifadə edirdi və heç kəsə borcu yoxdur çünki ünvanına bildiriş, xəbərdarlıq bu barədə gəlməmişdir. Bağlanmış müqaviləsinin 3.3-cü bəndinə göstərildiyi kimi paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istelakçiya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart kart” tipli qaz sayğaçı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın paylayıcı tərəfindən istehsalçıya təqdim edilməsi tələb olunmur. Beləliklə paylayıcı “Azeriqaz” İstehsalat Birliyinin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş göstərilən aktlar əsasında 08.09.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat, cəmi 658,8 manat məbləğində maddi zərər və 563,30 manat qazdan istifadə etmiş və ödəniş etməmiş borcu iddiaçı tərəfindən ondan tutulması barədə məhkəmədən qətnamə qəbul etməsi tamamilə absurddur və bağlanmış 18.07.2019-cu il tarixli müqaviləyə ziddir. Bundan əlavə iddiaçı bu günə kimi ona qaz borcunun olub-olmaması barədə heç vaxt ünvanına xəbərdarlıq və ya bildiriş göndərməmişdir. Eyni zamanda qeyd etmək istəyir ki iddiaçı iddia ərizəsində AR Nazirlər kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təstiq edilən “Qazdan istifadə qaydaları”na istinad etsədə həmin qaydaların tələblərini pozmuşdur. Qaydaların 6cı fəsilində istehlakçıya qazın verilməsinin dayandırilmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi göstərilib. Həmin qaydaların 6.1.4-cü bəndində qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayqacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylacısı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Məlum olduğu kimi iddiaçı 08.09.2016-cı il tarixdə ******* saylı aktla 172.80 manat və 30.10.2019-cu il tarixdə ******* saylı aktda əsasən 486 manat, cəmi 658,8 manat məbləğində ondan əsassız ödəməsini tələb edir. Bundan əlavə iddiaçı 19.01.2021-ci il tarixdə quraşdırılan mexaniki qaz sayğacı vasitəsi ilə 563,30 manat güya təbii qazdan istifadə etmiş və bu istifadəyə görə ödəniş etməməsini göstərmişdir. İddiaçı kobud şəkildə yuxarda göstərilən qaydaların tələblərini pozaraq məhkəməyə heç bir dəlil və ya sübut təqdim etməmişdir. Buna görədə iddiaçının tələbi onun tərəfindən 1222.1 manat məbləğində zərərin ödənilməsinə etiraz edir və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-114/2021saylı, 29.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 1222,1 manat məbləğində zərər və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 1252, manat məbləğində pul tutularaq Azəriqaz İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə kod 805153, VĞEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir.(sədrlik edən: Tapdıq Mahmudov).

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 18.07.2019-cu il tarixli N° AKX- 0113635/01-2019 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi (cavabdeh Agamaliyev) arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bu günə kimi cavabdeh istifadə etdiyi qazın dəyərini smart-kart tipli qaz sayğacı istifadə edib pulunu ödəmişdir və borcu yoxdur. Lakin iddiaçı “Azeriqaz” istesalat birliyi tutduğu vəzifələrindən sui istifadə edərək 25.11.2007-ci il tarixdə vəfat etmiş atası X1 adına 08.09.2016-cı il tarixli ******* saylı akt tərtib edərək 172,80 manat borc qeyd edirlər və aktın imza qrafasında, imza etməsindən imtina etdiyini göstərmişdirlər. Halbuki atası 25.11.2007-ci il tarixdə ürək çatışmamazlığından dünyasını dəyişmişdir. ******* saylı akt 30 oktyabr 2019-cu il tarixdə iddiaçı tərəfindən tərtib edilmiş aktına əsasən 486 manat maddi zərər vurması qeyd edilir və beləliklə, cəmi 658,8 manat məbləğində cavabdehə maddi zərər dəymiş hesab olunur.Həmçinin cavabdehin mənzilinə 19.01.2021-ci il tarixdə quraşdırılan mexaniki qaz sayğaçı vasitəsi ilə 563,30 manat təbii qazdan istifadə olunmuş və həmin ödənilməmiş dəyəri 563,30 manat borc qalmağda göstərilmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı ondan ödənilməli borc məbləği müqavilə öhdəliklərinin tərəfindən kobud şəkildə pozulması nəticəsində 1222,1 manar borcu tələb edir.Halbuki “Azeriqaz” İB-nin 18.07.2019-cu ildə cavabdehlə bağlanmış N° AKX-0113635/07- 2019 saylı müqaviləyə əsasən Pirallahı qəsəbəsi 39-cu məhəllə ev 39, mənzil 2”smart- kart” tipli qaz sayğaçı quraşdırılıb və bugünə kimi cavabdeh həmin sayğacla, istifadə etdiyi qazın dəyərini ödəyir və heç kəsə borcu yoxdur. Tərəflərin izahatları:

7. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclsında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

10. İş materiallarında olan 18.07.2019-cu il tarixli AKX-0113635/07-2019 nömrəli müqaviləyə əsasən “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent X4 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.

11. İş materiallarında olan cavabdehin evi ilə bağlı saldodan görünür ki, 2010-cu ilin altıncı və on ikinci ayları üçün cavabdeh tərəfindən qaz sərfiyyatına görə 88 manat, 2011ci ildə 40,10 manat, 2012-ci ildə 140 manat, 2016-cı ildə 160 manat, 2018-ci ildə 350 manat pul vəsaiti ödənilmişdir.

12. İş materiallarında olan “Azəriqaz”İB-si tərəfindən verilmiş ******* nömrəli Aktdan göründüyü kimi, X3 mülkiyyətində olan fərdi yaşayış sahəsindən çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş və “xətalar normadan artıqdır. Sayğacın plombu qırıldığı üçün dəyişdirilmiş və əvəzetmə plombu vurulmuşdur.

13. İş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğaclarının yoxlanılması barədə 31.10.2019-cu il tarixli 29/1710-02232-2 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın plastmas qapağının yan tərəfində iz var. Hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlar kəsilib.

14. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən tərtib edilmiş ******* nömrəli 30.10.2019- cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan məlum olur ki, “Azəriqaz” İB-nin 29/1710-02232-2 rəyinə əsasən 56147232 nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlar kəsilməsi aşkar edilmişdi.

15. İş materiallarında olan “Azəriqaz” İB-si tərəfindən verilmiş MİSK 29/1710-00781-2 nömrəli Aktın surətindən məlum olur ki, G-4 markalı ******* nömrəli sayğacda xətalar normadan artıqdır. sayğacın plastmas qapağının yan tərəfində iz var. Hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlar kəsilməsi aşkar olunmuşdur. Hüquqi dəyərləndirmə:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.

19. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

20. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdırıb, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı orqan tərəfindən tərtib edilmiş aktda sayğaca müdaxilə olunması qeyd edilsə də, həmin sayğacın istehlakçının təqsiri üzündən zədələnməsi və ya müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Eyni zamanda, sayğac yaşayış sahəsindən kənarda yerləşdiyindən onun işlək vəziyyətdə qalmasına və kənar müdaxilələrdən qorunmasına görə istehlakçı cavabdehlik daşıya bilməz.

21. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

22. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

23. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: - 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; - 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; - 6.1.3. istehlakçının qaz qurğusu AİBNDA müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; - 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;

24. İddiaçı iş materiallarında olan 08.09.2016-cı il tarixdə ******* saylı akta 172.80 manat və 30.10.2019-cu il tarixdə ******* saylı akta əsasən 486 manat, cəmi 658,8 manat məbləğində pulun cavabdeh tərəfindən ödəməsini tələb etmişdir. Bundan əlavə iddiaçı 19.01.2021-ci il tarixdə quraşdırılan mexaniki qaz sayğacı vasitəsi ilə 563,30 manat təbii qazdan istifadə etmiş və bu istifadəyə görə ödəniş etməməsini göstərmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Qazdan istifadə Qaydalarının 6.1.4-cü maddəsinə əsasən, əgər cavabdeh ödəməni həyata keçirmirdisə,qazın verilməsini dayandıra bilərdi.

25. Kollegiya qeyd edir ki, sözügedən aktlarda sayğaca müdaxilə qeyd edilsə də, iddiaçı həmin qüsurun məhz cavabdehin təqsiri üzündən yaranması halı ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, sayğaca müdaxilə edilməsinin cavbdeh tərəfindən törədilməsi halı iddiaçı tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də iddiaçı daşıyır.

26. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, sayğaca müdaxilənin cavabdeh (istehlakçı) tərəfindən törədilməsi iddiaçı orqan tərəfindən sübut edilmədiyindən,1222,1 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 1252.1 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi əsassızdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, hesab edir ki, birinici instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir.

27. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, sayğaca müdaxilənin cavabdeh tərəfindən həyata keçirilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçı bu halı təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim etmədiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

32. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sayğaca müdaxilənin cavabdeh tərəfindən həyata keçirilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-114/2021 saylı, 29.06.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar